Turan Ekspress
СтатистикаBir-birimizlə çatda söhbət edə bilərik: https://t.me/turansohbeti Əks əlaqə: əməkdaşlıq və digər təkliflərinizə görə bizim botla əlaqə saxlaya bilərsiniz @Turanekspress_bot
- Последний пост
- 19:42
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 117
- Всего постов
- 10 373
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 38
- 1/48двое суток
- 43
- 1/72трое суток
- 46
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔥‼️🇷🇺🇦🇿 Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib. #AvrasiyaHərəkatı @Turan_ekspressi
🔴İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Prezidenti Donald Trampın SEPAH-la pərdəarxası dialoq aparıldığı barədə iddiasını təkzib edib. Bu barədə SEPAH-ın sözçüsü Hüseyn Mohebbi “Tasnim”ə açıqlama verib. O, Trampın iddialarını “məğlubiyyətdən qaynaqlanan fantaziya” adlandırıb. Hüseyn Mohebbinin sözlərinə görə, SEPAH və ABŞ arasında heç bir dialoq yoxdur. O əlavə edib ki, nəinki SEPAH-la ABŞ arasında, ümumiyyətlə İran ABŞ-a heç bir danışıq aparmır. #AvrasiyaHərəkatı @Turan_ekspressi
☄️ABŞ-ın esminesi Cənubi Çin dənizində sıradan çıxıb 🔹 CNN: Raketdaşıyan “USS Benfold” esminesi iyulun 24-də generator nasazlığından sonra Cənubi Çin dənizində 4 gün ərzində bütün enerji imkanlarını itirib. 🔹 300 nəfərlik ekipaj güclü istilər şəraitində işlək tualetlərdən, kondisionerdən, mətbəxdən və su sistemlərindən istifadə edə bilməyib. 🔹 Gəmi enerji olmadan dənizdə hərəkətsiz qalıb. Daha sonra yedək gəmiləri onu Filippindəki Subik körfəzinə aparıb və altı gün sonra elektrik təminatı bərpa olunub. 🔹 Bu, ABŞ-ın Hind-Sakit okean regionunda bu il nasazlıq yaşayan ikinci esminesidir. 🇺🇸🇨🇳 #AvrasiyaHərəkatı @Turan_ekspressi
без подписи
без подписи
ABŞ ordusunun simvolu olan "Avram Linkoln" təyyarədaşıyan gəmisi kanalizasiyanın sıradan çıxması və şəxsi heyyət arasında intihar hallarının artması səbəbindən ABŞ-a geri qaytarılır. Bundan öncə "Corc Vaşinqton" gəmisi də eyni aqibətlə üzləşmişdi. #AvrasiyaHərəkatı @Turan_ekspressi
Dizel yanacağı ilə bağlı vəziyyət Fars körfəzi ölkələrinin neftlərinin çox hissəsi çoxkükürdlü “turş neft”dən (kükürdün 0,5%-dən çox olduğu, eləcə də hidrogen sulfid və karbon qazı olan xam neft) – orta və ağır neft markalarından ibarətdir. Bu növ neft markalarından daha çox orta distillat çıxır ki, o da dizel üçün xammaldır. Bu markaları emal edən neft emalı zavodları onlara uyğun layihələndirilib. Buna görə də ABŞ istehlakından çox neft istehsal etsə də Yaxın Şərqdən neft idxal edirdi. Çünki onun hasil etdiyi neftin çoxu yüngül neftdir – ABŞ bu nefti ixrac edir, daha çox dizel çıxarı olan orta və ağır neft növlərini isə alırdı. ABŞ-ın daha çox orta və ağır neftə ehtiyacı olduğundan SPR-in (strateji neft ehtiyatının) 60%-i bu növ neftlərdən ibarət idi. ABŞ “turş nefti” Körfəz ölkələrindən idxal edirdi. İndi buradan idxal yox dərəcəsindədir. Bu nefti qismən Venesueladan oğurladığı neft hesabına kompensasiya edir, lakin Venesuela nefti Körfəz neftinin həcmini əvəz etmir. Buna görə də ABŞ-ın SPR-dən çıxartdığı neftin 90%-ə qədəri “turş neft” idi. Bu səbəbdən ABŞ-da “turş neft” ehtiyatı tükənmək üzrədir. O tükənərsə, neft emalı zavodları bazarlara çıxarılan orta və ağır xam neft həcmlərini almaq üçün daha aqressiv rəqabət aparmalı olacaqlar. Körfəz ölkələrindən sonra ən çox “turş neft” istehsal edən ölkə Rusiyadır. Amma onun da məhsulu artıq kontraktlaşdırılıb. Sərbəst nefti azdır. Belə vəziyyət “turş neft”in qiymətinin yüksəlməsinə səbəb olacaq. Lakin bu növ neftlər hamıya çatmayacaq. Kimə çatmadısa, azkükürdlü “şirin neft” – yüngül neft markaları istifadə etmək məcburiyyətində qalacaqlar. Bu növ neftlərdən dizelin çıxım faizi aşağı olduğundan ümumi dizel istehsalı azalacaq. Beləliklə: ▪️ həm orta və ağır neftin qıtlığı səbəbindən onları qiyməti artacaq – bu onlardan alınan dizelin qiymətinin artmasına səbəb olacaq. ▪️ həm də yüngül neftdən dizel istehsalı azalacaq – bu da dizelin qıtlığı səbəbindən onun qiymətinin artmasına səbəb olacaq. Hörmüz boğazının blokadası qalarsa, yaxın gələcəkdə dizel yanacağı qiymətlərinin kəskin qalxması gözlənilir. Bu isə ABŞ iqtisadiyyatı üçün “Tramp qasırğası” yaradacaq. Diaqramda İran müharibəsi başlayandan sonra ABŞ-da dizelin qiymətinin dəyişməsinini görürsünüz. #AvrasiyaHərəkatı @Turan_ekspressi #AsifŞəfəqqətov
без подписи
⚡️⚡️⚡️⚡️⚡️ Məsrur Bərzani: “Kürdüstanın Terrorla Mübarizə Bölməsinin apardığı araşdırmanın nəticələrinə əsasən, bu gün səhər saatlarında mənim şəxsi ofisim və Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin rəhbərinin evi İran PUA-larının hücumuna məruz qalıb. Bu düşünülməmiş və qəbuledilməz hücumları ən sərt şəkildə qınayıram. Bu, təhlükəli eskalasiya və Kürdüstan Regionunun təhlükəsizliyi və sabitliyinə qarşı birbaşa təhdiddir. Bu hücumlar bizi öz vəzifələrimizi yerinə yetirməkdən və vətəndaşlarımızı qorumaqdan çəkindirməyəcək.” #AvrasiyaHərəkatı @Turan_ekspressi
🇮🇱🗳 Uşaq qatili Netanyahunun yeni seçki təbliğatında Müctəba Xamenei, Zöhran Mamdani, Rəcəb Tayyib Ərdoğan və Naim Qasım bir araya gətirilib. “Onlar Netanyahunun uduzmasını istəyirlər. Onların qalib gəlməsinə imkan verməyin”. #AvrasiyaHərəkatı @Turan_ekspressi
без подписи
Rusiya Kiyevdə infrastruktura ağır zərbələr endirir. Bu gedişlə Ukraynada ərzaq və enerji böhranı gözlənilir. #AvrasiyaHərəkatı @Turan_ekspressi
Qarabağın gənc futbolçusu Elvin Cəfərquliyev Dinoma Kiyev komandası ilə oyunda qol ötürməsindən sonra sevinci Xədir-Xum işarəsi ilə qeyd edib. Bu Azərbaycanda vəhabi və nurçuların xoşuna gəlməyib, sosial şəbəkələrdə gənc futbolçunu İrana işləməkdə ittiham ediblər, hətta onunla bağlı DTX-nın ölçü götürülməsini istəyiblər. #AvrasiyaHərəkatı @Turan_ekspressi
☄️ İranın azad mediası: Dövlət mediası ilk dəfə Rəcəbzadənin şəhid olması hadisəsini siyasi məsələ, işgəncə və terror kimi qiymətləndirib. 🔹Şəhid Həmidrza Rəcəbzadənin qətlində iştirak edən 9 nəfərin hamısı saxlanılıb. 🇮🇷 #AvrasiyaHərəkatı @Turan_ekspressi
❗️Və 60 gün də başa çatdı... Nəhayət, daha bir mühüm hadisə baş verdi: ABŞ ilə İran arasında İslamabad atəşkəs razılaşması çərçivəsində aparılan danışıqlar üçün nəzərdə tutulan 60 günlük müddət başa çatdı, lakin heç bir yekun razılaşma əldə olunmadı. Son günlər ərzində ABŞ mediası İranla ABŞ arasındakı atəşkəsin uzadıldığı barədə xəbərlər yaymağa başladı ki, Trampa və Ağ Evə vaxt qazandırsınlar! Lakin İranın xarici işlər naziri bildirib ki, razılaşmaya qayıdış istiqamətində «heç bir irəliləyiş» əldə olunmayıb. Digər tərəfdən, İran hazırda ABŞ adlı düşmənlə danışıqlar aparmaq üçün heç bir planının olmadığını vurğulayıb. Bütün bunlar Trampın son bir neçə ay ərzində 38 dəfə razılaşmanın yaxınlaşdığını və Hörmüz boğazının açılacağını bildirməsindən sonra baş verir! #AvrasiyaHərəkatı @Turan_ekspressi
40 gün əvvəl Avropa qaza gəlib, Rusiyanı sentyabradək yenidən diz çökdürmək planı qurmuşdu. Hətta onların sözçüsü Zelenski ultimatumla danışırdı. O vaxt onlar, həqiqətən də, Rusiyanı onların şərtlərini qəbul etməyə məcbur edə biləcəklərinə inanmışdılar. Belə düşünmək üçün əsasları aşağıdakılar idi: ▪️ İlon Mask Rusiyanı Starlink rabitə şəbəkəsindən məhrum etmişdi, Rusiyanın isə analoji keyfiyyətə və sürətə uyğun rabitə şəbəkəsi yoxdur. Qərarqəbuletmədə sürətin birinci dərəcəli rol oynadığı müasir müharibədə rabitə qədər əhəmiyyətli heç nə yoxdur. ▪️ ABŞ və Avropa süni intellektlə təmin olunmuş on minlərlə yeni dronlar istehsal etmiş və Ukraynaya vermişdi. Onların sayəsində Ukrayna "middle strike" əməliyyatına başlamışdı. "Middle strike" orta məsafəyə (30-300 km) zərbələri nəzərdə tutur. Bunun əhəmiyyəti nədir? Cəbhənin bütün təchizat şəbəkəsi orta məsafədə yerləşdirilir və ya daşınmalar bu məsafədə aparılır. Minlərlə Ukrayna dronu istər quru, istər dəniz üzərində bu məsafədə uçur və dronun "beyninə" yüklənmiş proqram üzrə hədəfə oxşar nə görürdüsə, özü avtomatik ona hücum edir. Bunun nəticəsində cəbhə xəttinə və Krıma nəinki hərbi, heç mülki yüklər də daşımaq mümkün deyildi – bütün yük maşınları vurulurdu. Sürücülər yola çıxmaq istəmirdilər. Dronlar sərbəst qərar qəbul etdiklərindən onların operatorla radioelektron əlaqəsi yoxdur, bu isə onlara qarşı REM istifadəsini mənasız edir. ▪️ Qərbin kosmik kəşfiyyatı və idarəetməsi sayəsində Ukrayna uzaqmənzilli dronlarla Rusiyanın bütün NEZ-lərini vurmalı və onun yanacaq istehsalını iflic etməli idi. Paralel olaraq, Rusiya daxilində çoxsaylı diversiyalar olmalı idi. Kütləvi istehlak mallarının ən böyük anbarları da vurulmalı idi ki, müəyyən qıtlıq yaransın və əhali etirazlara qalxsın. ▪️ Bütün bunları necə kütləvi siyasi etirazlara çevirmək isə Qərbin dəfələrlə sınaqdan çıxarılmış Maydan texnologiyasının işi idi. Sanki hər şey yaxşı planlaşdırılmışdı. Amma... yenə hər şey tərsinə çevrildi. Rusiya sadalanan bütün problemlərə çarə tapdı – bu ayrı söhbətin mövzusudur. Ukraynaya qarşı isə onun taktikasını ("middle strike") tətbiq etdi. Tezliklə Ukraynanın Qara dənizdəki hər 3 limanı (Odessa, Çernomorsk və Nikolayev) iflic oldu, Dunay çayı üzərindəki limanların (İzmail, Kiliya və Reni) tam dayanması isə zaman məsələsidir. Ukrayna üçün dəniz limanlarının işləməməsi fəlakətdir. Onun ərzaq (taxıl və bitki yağları) və metal (dəmir, mis və s.) ixracını, silah-sursat və yanacaq idxalını dəniz daşımalarısız təsəvvür etmək mümkün deyil. Limanlar 2 ay işləməsə, bu özünü cəbhədə və mülki həyatda aydın şəkildə göstərəcək. Artıq metallurgiya şirkətləri fəaliyyətlərini dayandırırlar, fermerlər məhsullarını ixrac edə bilmədiklərinə görə etiraz edirlər... Avropa başladığı avantüraya görə peşman olub. Onsuz da onlar qışda Ukraynanı saxlamağın çox baha başa gələcəyini düşünüb, qışa qədər Rusiyanı çökdürməyi planlaşdırmışdılar. Amma indiki şərtlərlə Ukraynanı qışda saxlamaq əvvəlkindən də baha başa gələcək.(!!!) Buna görə də 40 gün əvvəl ultimatumla danışanlar indi atəşkəsə nail olmaq üçün vasitəçilər axtarırlar: ▪️ Əvvəl Rusiyaya müxtəlif kanallarla mesajlar göndərdilər ki, onlar atəşkəsə razıdırlar. Hətta İsveçrədə Rusiya nümayəndələri ilə gizli görüş keçirtdilər. Lakin Rusiya müharibənin kök səbəbləri həll edilmədən atəşkəsə razı olmadığını bildirdi. ▪️ İndi Aİ Braziliyanın prezidentindən xahiş edir ki, Putini atəşkəsə razı salmaq üçün dilə tutsun. ▪️ Türkiyə XİN təklif edir ki, dənizdə atəşkəs elan olunsun – Rusiya eyni cavabı verdi. ▪️ Zelenski son günlər bir neçə dəfə quru və dənizdə mülki obyektlərə hücum üzrə atəşkəs elan etməyi təklif etdi. Hərçənd "Wildberries" anbarlarını vuranda sevinci yerə-göyə sığmırdı. İndi Rusiya da eyni təyinatlı Ukrayna anbarlarını vurur deyə bəzi şəhərlərdə satış şəbəkələrinin piştaxtaları boş qalıb. ▪️ Avropa Trampdan xahiş edir ki, Uitkof-Kuşner cütlüyünü Moskvaya tez göndərsin və atəşkəsə nail olmaq üçün əlindən gələni etsin... İnanmıram ki, bu dəfə Rusiya güzəştə gedəcək. #asifshafaggatov #AvrasiyaHərəkatı @Turan_ekspressi
Rusiya silahlı qüvvələri Ukraynanın Qara dənizdə yerləşən limanlarına, infrastruktura ağır raket, dron zərbələri endirib. #AvrasiyaHərəkatı @Turan_ekspressi
Portuqaliyalı dünya ulduzu Kristian Ronaldo mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini bildirib. #AvrasiyaHərəkatı @Turan_ekspressi
Ukrayna Yaraslav və Volqaqradda yerləşən neft ayırma zavodlarını vurmaq üçün Böyük Britaniyaya məxsus Cellen-Lenz pilotsuz uçuş aparatlarından istifadə edib. Bu barədə Ukrayna ordu rəhbərliyi məlumat verib. #AvrasiyaHərəkatı @Turan_ekspressi
☄️Britaniyanın Times qəzeti: İran ABŞ əsgərləri haqqında məlumat verilməsi üçün 30 min dollar mükafat təyin edib. #AvrasiyaHərəkatı @Turan_ekspressi