- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 35
- Всего постов
- 38
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 255
- 1/48двое суток
- 292
- 1/72трое суток
- 315
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
‼️ İmam Rza meydanında Yəzd və Təbriz klubları arasında şiddətli toqquşma baş verib
🛑 İran rəsmisi Suriya liderini təhdid etdi İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi "X" hesabında Suriya prezidentinə xitabən belə yazıb: "İslam düşməninə təslim olduğunuz müddətcə onlar yalnız sizin torpaqlarınızı qəsb edəcək və sizi təhqir edəcəklər. Lakin düşmənin oyuncağına çevrildiyiniz və bölgədə at oynatmaq istədiyiniz zaman İran İslam Respublikasının sərt cavabı ilə üzləşəcəksiniz".
📹 İran ABŞ və İsrailə məxsus dronların qalıqlarını nümayiş etdirdi Bu gün İran dövlət televiziyası ABŞ və İsraillə müharibə zamanı vurulan dron və raketlərin qalıqlarını nümayiş etdirib. Yayımlanan görüntülərdə ABŞ-yə məxsus MQ-9 Reaper və İsrailin Hermes 900 pilotsuz uçuş aparatlarına aid qalıqlar göstərilib. İran tərəfi bu görüntüləri ölkənin hava hücumundan müdafiə imkanlarının nümayişi kimi təqdim edib. İran televiziyasının məlumatına görə, qarşıdurma zamanı 170 ABŞ və İsrail təyyarəsi SEPAH-ın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
🔴 İranda “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya əleyhinə kampaniya başlayıb 👉👉👉👉ƏTRAFLI OXU
💢Hörmüz boğazında daha bir tanker vurulub Dünən Hörmüz boğazından keçən neft tankerinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Bununla bağlı, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) xəbər verib. Hücum nəticəsində gəmiyə kiçik ziyan dəyib, ancaq heyət üzvləri arasında xəsarət alan olmayıb. UKMTO, habelə, hadisə nəticəsində hər hansı ekoloji çirklənmənin qeydə alınmadığını bildirib.
🔴ABŞ İrana xəbərdarlıq edib: Vaşinqton Tehrana indiyədək görünməmiş miqyasda iqtisadi təcrid tədbirləri tətbiq edəcək
🔴BƏƏ tankerlərinə hücum edildi: Əbu-Dabi İranı günahlandırdı Bu gün səhər saatlarında BƏƏ-yə məxsus iki neft tankerinin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığı bildirilir. İlk açıqlamada BƏƏ-nin Milli Neft Şirkəti (ADNOC) şirkətinə məxsus gəmidə hadisə nəticəsində itki olmadığı bildirilsə də, BƏƏ Xarici İşlər Nazirliyi daha sonra ölən və yaralananların olduğunu bəyan edib. Nazirliyin məlumatına görə, “Mombasa” və “Al Bahiya” adlı tankerlər Omanın ərazi sularından keçərkən iki raketlə hədəfə alınıb. Hücum nəticəsində bir Hindistan vətəndaşı ölüb, 6 Hindistan vətəndaşı və 2 Ukrayna vətəndaşı olmaqla 8 nəfər yaralanıb. BƏƏ Xarici İşlər Nazirliyi hücuma görə İranı məsul tutub və hadisəni qınayıb. İran tərəfinin ittihamlara münasibəti barədə məlumat verilməyib. (Ettelaatroz)
💢TASS: İran və ABŞ arasında qapalı formatda danışıqlar aparılır və bu prosesdə irəliləyiş var
📸 Azərbaycana külli miqdarda narkotik gətirən iranlı TUTULDU
🔴Bəsic rəhbəri: Hörmüz boğazı İranın nəzarəti və idarəçiliyi altındadır
🔴Əraqçi Fransanı insan haqları ilə bağlı ikiüzlülükdə ittiham edib
‼️İran hərbi doktrinasını dəyişir İran hərbi doktrinasını müdafiə yönümlü yanaşmadan hücum yönümlü yanaşmaya dəyişir və ölkənin Silahlı Qüvvələri sərhədlərdən kənarda əməliyyatlar həyata keçirməyə hazırlanır. Bunu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmmədrza Nəqdi deyib. Nəqdi dövlət televiziyasına müsahibəsində bildirib ki, şərait tələb etdikdə və əmr verildikdə İran qüvvələri əməliyyatları düşmən ərazisinə keçirmək və ölkə sərhədlərindən kənarda həyata keçirmək imkanına malik olmalıdır. “Lazım gələrsə və əmr verilərsə, əməliyyatları düşmən ərazisinə və öz ərazilərimizdən uzağa genişləndirməyə hazır olmalıyıq”, – deyə Nəqdi bildirib. SEPAH rəsmisi əlavə edib ki, SEPAH düşmənə “ağıllı, seçici və məqsədyönlü şəkildə” hücum etmək üçün lazımi hazırlıq və imkanlar yaratmalıdır.
🛑 Azərbaycanın güneyində ağır yol qəzası baş verib, ölənlər var
💢Tehranın meri: “ABŞ və İsrailin fevralın 28-də Tehrana hava hücumu zamanı raket birbaşa İranın hazırkı Ali rəhbəri Müctəba Xameneinin yaşadığı mənzilə düşüb” Bunu İranın paytaxtı Tehranın meri Əlirza Zəkani yerli mediaya deyib. Mer əsas hədəfin sözügedən hücum zamanı öz iqamətgahında öldürülmüş İranın o zamankı ali rəhbəri Əli Xamenei olduğunu bildirib. “Raket birbaşa onun yaşadığı mərtəbəyə dəyib, çünki həmin yer düşmənin əsas hədəflərindən biri idi”, - o qeyd edib. Zəkani əlavə edib ki, Müctəba Xamenei və həyat yoldaşı hücum zamanı eyni yerdə olub: “Raket zərbəsi nəticəsində onun həyat yoldaşı həlak olub, Müctəba Xamenei isə yaralanıb"
🔴 "Reuters": İran və ABŞ müharibənin tam dayandırılması məsələsində razılığa gələ bilmir
🔴 🇹🇷Türkiyədə F-16 təlim təyyarəsi qəzaya uğrayıb, pilot sağ qalıb
🔴 Səfirlik 9 avqust tarixli materialımıza etiraz edir; “Yeni Müsavat” isə İran mediasında Azərbaycana qarşı illərdir davam edən nifrət və böhtan kampaniyasını xatırladır... 👉👉👉👉 ƏTRAFLI OXU
🔴 ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib
💢Əraqçi: "ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı" Bu iddianı İranın xarici işlər naziri Abbas Əraqçi səsləndirib. “Bu, xalqın fədakarlığının və müqavimətinin nəticəsi oldu. Müharibənin ilk günü İranın qeyd-şərtsiz təslim olmasını tələb edən düşmən təxminən 20 gün sonra danışıqlar üçün yalvarırdı”, - o deyib. XİN rəhbəri İran Silahlı Qüvvələrinin dünyanın ən böyük ordusunu məğlub etdiyini bəyan edib: “Bu heç də şüar deyil, bütün dünyanın etiraf etməli olduğu reallıqdır. İran dünyaya güclü və məğlubedilməz dövlət olduğunu sübut etdi. Heç kim düşünmürdü ki, İran İsrailin və bir çox başqa ölkələrin dəstəklədiyi ABŞ-yə bu cür müqavimət göstərə biləcək və nəticədə onları danışıqlar tələb etməyə məcbur edəcək”.
💢 Senator: “İranla heç vaxt razılaşma əldə etmək mümkün olmayacaq” Dünən Respublikaçı senator Tom Kotton ABŞ prezidenti Donald Trampın İranla razılaşma əldə etmək ehtimalı ilə bağlı açıqlamalarına baxmayaraq, Tehranla heç vaxt razılaşmanın mümkün olmayacağını bildirib. Kotton ABŞ-nin İranın qalan hərbi imkanlarını, xüsusilə Hörmüz boğazı yaxınlığında gəmiçiliyi təhdid edə biləcək hərbi texnikanı məhv etməli olduğunu deyib. O, ABŞ-nin İranın blokadasını davam etdirməsinə çağırıb və bunun Tehrana gündə yüz milyonlarla dollara başa gəldiyini bildirib. Senator ABŞ-nin İranın nüvə proqramını “məhv etdiyini” də söyləyib. Kotton vurğulayıb ki, Amerika “işi mümkün qədər tez bitirməlidir”.