Aqro Məkan
Статистика📰 Xəbərlər 📍 Maraqlı məlumatlar ✍️ Əlaqə: @agro_admin0 ❗Reklam qəbul olunur.
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 5
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 87
- 1/48двое суток
- 99
- 1/72трое суток
- 107
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Azərbaycanda bu kəndə giriş-çıxış bağlandı. Kənd Təsərrüfatı Nazirliyi Samux rayonu Alıuşağı kəndində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumat əsasında Samux rayonunun…
Azərbaycanda bu kəndə giriş-çıxış bağlandı. Kənd Təsərrüfatı Nazirliyi Samux rayonu Alıuşağı kəndində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumat əsasında Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirilib. Hadisə yerində təsərrüfatdakı heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri görülüb, giriş hissəsində dezinfeksiya baryeri hazırlanaraq müvafiq dezinfeksiyaedici məhlulla təmin edilib. Eyni zamanda, xəstəliyin mümkün yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfat ərazisinə heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb. Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri aparılıb. Bununla yanaşı, hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər. Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir. Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərən baytarlıq mütəxəssisləri tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə, həmçinin Samux rayonu ərazisində xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. 2026-cı ilin birinci yarısında dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri aparılıb”. Xatırladaq ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də birgə məlumat yayıb. ✅ Bəyən, paylaş, abunə ol. @agro_mekan
Yeni heyvan satışı bazarı fəaliyyətə başladı. Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib. qiymətləndirilmədən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub. Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. ✅ Bəyən, paylaş, abunə ol. @agro_mekan
Tələblərə cavab verməyən heyvan kəsimi məntəqələrinin fəaliyyəti dayandırılacaq. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti genişmiqyaslı monitorinq və qiymətləndirmə tədbirləri həyata keçirilib. Hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü aktiv fəaliyyət göstərməkdədir. Aparılan yoxlamalar zamanı respublika üzrə fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib. Monitorinq zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normativlərinin pozulduğu məntəqələrin sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. AQTA xəbərdar edir ki, təyin olunmuş vaxt ərzində müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaqdır. ©Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ✅ Bəyən, paylaş, abunə ol. @agro_mekan
Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq olunan zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Həmin çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədillə fitosanitar mübarizə tədbirləri görülüb. AQTA meyvəçilik fəaliyyəti ilə məşğul olan bütün təsərrüfat subyektləri sahiblərinə bitkilərdə virus xəstəliklərinə xas əlamətlər müşahidə olunduğu halda, bu barədə dərhal Agentliyin müvafiq regional bölmələrinə məlumat vermələrini tövsiyə edir. Gavalının cibcibə virusunun erkən mərhələdə aşkarlanması və yoluxmuş bitkilərlə bağlı vaxtında tədbirlərin görülməsi zərərli orqanizmin yayılmasının qarşısının alınması, meyvə bağlarının fitosanitar vəziyyətinin qorunması və məhsuldarlığın davamlılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. @agro_mekan
Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir. Bu il avqustun 3-nə operativ məlumata görə, Azərbaycanda payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93%-i biçilib. Sahələrdən 3 131,9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33,9 sentner olub. Yığılmış məhsulun 1 milyon 534,8 min tonu (49%-i) buğdanın, 1 milyon 561,2 min tonu (49,9%-i) arpanın, 35,9 min tonu (1,1%-i) digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb. Respublikanın 13 şəhər və rayonunda biçin tam başa çatıb, digər 30 rayonda isə nəzərdə tutulan sahənin 90%-dən çoxu biçilib. Ən çox məhsul Cəlilabad (298,8 min ton), Şəki (186,7 min ton), Ağcabədi (167,2 min ton), Füzuli (141,1 min ton), Kürdəmir (127,5 min ton) və Neftçala (109,6 min ton) rayonlarında yığılıb. Ən yüksək məhsuldarlıq Ağcabədi (hər hektardan 45,5 sentner), Tovuz (45,3), Bərdə (45,2) və Sabirabad (43,9) rayonlarında qeydə alınıb. ©Report @agro_mekan
Təsərrüfatlarda donuzlar arasında epizootoloji monitorinqlər keçiriləcək. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və nəticələr barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir. Bu tədbirlər çərçivəsində avqustun 10–14-də respublikanın bir sıra şəhər və rayonlarında yerləşən təsərrüfatlarda epizootoloji monitorinqlər keçiriləcək. Monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş ərazilərdə, fərdi və fermer təsərrüfatlarında aparılacaq. Monitorinqlər zamanı ərazilərdə müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, həmçinin baytarlıq norma və qaydalarına əməl olunmasının vacibliyi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək. Monitorinqlərdə AQTA-nın, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli idarələrinin əməkdaşları iştirak edəcəklər. ©AQTA ✅ Bəyən, paylaş, abunə ol. @agro_mekan
Channel name was changed to «Aqro Məkan»
Channel photo removed
🇲🇩🇺🇦❗️Moldovada fermerlər hökumətdən Ukraynadakı taxılın idxalını dərhal məhdudlaşdırmasını tələb ediblər.
🌱 Fermerlər və alıcılar artıq bir platformada! Bazardone ilə: ✅ Fermerlər məhsullarını rahatlıqla paylaşa bilər. ✅ Alıcılar axtardıqları məhsulu birbaşa tapa bilər. ✅ Vaxta qənaət edin, etibarlı əlaqələr qurun. 📲 Tətbiqi yükləyin və kənd təsərrüfatı alış-verişini daha asan edin! https://onelink.to/hya4hh Əlaqə nömrəsi +994 10 232 91 82
Azərbaycanda 3 milyon tondan çox taxıl yığılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizində biçin başa çatıb. Mövsüm ərzində 883 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 038 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur. İndiyədək mexanizatorlar tərəfindən 404 326 hektar buğda, 479 669 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 491 990 ton buğda, 1 546 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 faizində, arpa sahələrinin isə 95,6 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sent/ha, arpa üzrə isə 32,2 sent/ha təşkil edir. ✅ Bəyən, paylaş, abunə ol. @agro_azerbaycan
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək. Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər təsərrüfatlarında yetişdirdikləri məhsulları Mövsüm yarmarkasında satışa çıxara biləcəklər. Tədbirdə ölkənin müxtəlif bölgələrindən 20-ə yaxın regiondan, 40-a yaxın fermer iştirak edəcək. Fermerlər 100-ə yaxın çeşiddə və 10 tona yaxın kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq yarmarka 2 gün müddətində fasiləsiz davam edəcək. İştirak etmək istəyən fermerlər 26.06.2026-cı il tarixinədək 0504008899 çağrı mərkəzi ilə əlaqə saxlaya, eləcə də “Aqrar tədarük və təchizat” ASC və “Kənddən Şəhərə” yarmarkasının sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. ✅ Bəyən, paylaş, abunə ol. @agro_azerbaycan
без подписи
без подписи
без подписи
Qəhvəyi mərmər bağacığına qarşı fitosanitar tədbirlər davam etdirilir. Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar nəzarət tədbirləri davam etdirilir. Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi üzrə Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, eləcə də Samux rayonunun Zazalı və Çobanabdallı kəndlərində monitorinqlər aparılıb. Meyvə bağları və parklarda fitosanitar müşahidələr həyata keçirilib, feromon tələlər asılıb. Bununla yanaşı, sakinlərə zərərvericinin yayılma yolları, mübarizə üsulları barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. ✅ Bəyən, paylaş, abunə ol. @agro_azerbaycan
İyulun 15-dək Azərbaycan üzrə payızlıq taxıl sahələrinin 78,5 %-də biçin başa çatıb. Mövsüm ərzində 755 500 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 636 623 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,9 sent/ha təşkil edir ki, bu da ötən…
Kəlbəcərdə təsərrüfatlara və tikinti işlərinə baxış keçirilib. Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər rayonunda aqrar sahədə həyata keçirilən fəaliyyətlə və tikinti işlərinin gedişi ilə tanış olublar. Səfər çərçivəsində arıçılıq və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib, həmçinin Zar kəndində tikintisi davam edən fərdi yaşayış evlərində görülən işlər nəzərdən keçirilib. Görüş zamanı aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramının Azərbaycanda, o cümlədən Kəlbəcərdə kənd təsərrüfatının bərpası və inkişafına verəcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb. ✅ Bəyən, paylaş, abunə ol. @agro_azerbaycan
Daha bir heyvan bazarı fəaliyyətə başladı. Xaçmaz rayonunda yerləşən heyvan bazarı fəaliyyətini bərpa edib. Həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub. Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. ✅ Bəyən, paylaş, abunə ol. @agro_azerbaycan