tgindex
Azərbaycan iqtisadiyyatı

Azərbaycan iqtisadiyyatı

Статистика

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı. Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru, ingilis dilində “Economy of Azerbaijan” versiyası ilə isə @economy_azen ünvanında tanış olmaq mümkündür.

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
39
Всего постов
47
Тип
открытый
Язык
az
Категория
Экономика
В каталоге с
12 авг.
Подписчики
4 115
−8 за 6 дн.
Сутки
−4
−0,10%
Неделя
 
Месяц
 
Просмотров на пост
156
39 постов
Вовлечённость
3,8%
к подписчикам
Постов в день
5,6
всего 47
Упоминаний
3
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
137
1/48двое суток
157
1/72трое суток
169

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Bu ilin yanvar-iyul ayları ərzində 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207.035 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 39.556-sı (19%) ilkin, 167.479-u (81%) isə təkrar qeydiyyatın payına düşür. Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası 2026-cı ilin ilk yeddi ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 44.830, mənzil – 52.822, torpaq sahəsi – 101.351, qeyri-yaşayış binası – 1.918, qeyri-yaşayış sahəsi – 5.684, əmlak kompleksi – 366 və çoxmərtəbəli yaşayış binaları üzərində – 64 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 60.360-ı Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür. Texniki pasport və ipoteka müqavilələrinin sayı 2026-cı ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 145.778 texniki pasport tərtib edilib, 36.779-u ipoteka müqaviləsi qeydiyyata alınıb. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.

  • Ötən il SOCAR-ın gəlirləri 86,3 milyard manat olub ◼️2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat təşkil edib. Dövlət Neft Şirkətinin məlumatına əsasən, əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 80 faiz artaraq 5,2 milyard manata çatıb, xalis mənfəəti isə təxminən 3 milyard manat olub. ◼️Şirkətin 2025-ci ildə EBITDA-sı (Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 10,9 milyard manat təşkil edib. Bu göstərici 2024-cü il ilə müqayisədə 26 faiz artıb. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib. ◼️2025-ci il ərzində SOCAR strateji əhəmiyyətli investisiya və biznes əməliyyatlarını davam etdirib. Bu əməliyyatlara “Bahar” və “Qum-Dəniz” yataqlarında 80 faiz payın alınması, İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10 faiz effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sahələrində strateji investisiyaların həyata keçirilməsi, eləcə də qaz ixracı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi daxildir.

  • 📊 Kənd təsərrüfatı məhsulu istehsalı artıb ◼️2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 2,8 faiz artıb. ◼️Dövlət Statistika Komitəsinin məlumatına əsasən, real artım sürətlənib. Yanvar-iyun dövründəki 2,2 faizlik göstərici iyul ayının sonuna 2,8 faizə yüksəlib və bunu bitkiçilik təmin edib. Bu sahədə artım 1,8 faizdən 3,2 faizə çatıb. ◼️Bu ilin yanvar-iyul aylarında ölkədə faktiki qiymətlərlə 8 797,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. ◼️Heyvandarlıq məhsullarının istehsalı 2,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,2 faiz çoxalıb. Məhsulun 50,6 faizi bitkiçiliyin, 49,4 faizi heyvandarlığın payına düşür.

  • Azərbaycanda sığortalanan əkin sahələrinin həcmi artır ◼️2026-cı ilin ilk 6 ayında ölkə üzrə 341 min hektardan artıq əkin sahəsi və 3 min 300-dən artıq kənd təsərrüfatı heyvanı sığortalanıb. ◼️Aqrar Sığorta Fondunun məlumatlarına əsasən, hesabat dövründə ölkə üzrə əkin sahələrinin sığortalanması ilə bağlı 54 min 829 sığorta müqaviləsi bağlanılıb. ◼️Sığortalanan əkin sahələrinin böyük hissəsi arpa (167 min hektar), buğda (148 min hektar) və qarğıdalının (11 min hektar) payına düşür. Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb, sığorta təminatının məbləği isə 458 milyon manatdan artıq olub. ◼️İlin birinci yarısında ölkə üzrə 3 min 344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanıb və təsərrüfatlara 24,1 milyon manat məbləğində sığorta təminatı verilib. ◼️Ümumilikdə, ilin ilk yarısında təsərrüfatların sığortalanması üzrə 16 milyon 291 min manat sığorta haqqı toplanıb, ümumi sığorta təminatı isə 482,4 milyon manat təşkil edib.

  • 🔤🔤🔤🔤🔤 Naxçıvanda aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri keçirilib ◼️Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, bu məhsulların istehsalı və satışı sahəsində şəffaflığın artırılması və vergi intizamının gücləndirilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir. ◼️Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı külli miqdarda saxta aksiz markası ilə markalanmış məhsulların satışının həyata keçirilməsi və satış məqsədilə saxlanması faktları aşkar edilib. ◼️Belə ki, Murtuzayev Sahil Arif oğluna məxsus Kəngərli rayon Qarabağlar kəndi ərazisində yerləşən anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb. Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. ◼️Dövlət Vergi Xidməti bütün sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliklə müəyyən edilmiş tələblərə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması sahibkarların əlavə maliyyə sanksiyaları və digər hüquqi məsuliyyət tədbirləri ilə üzləşməsinin qarşısını almaqla yanaşı, bazarda sağlam, bərabər və ədalətli rəqabət mühitinin qorunmasına, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına xidmət edir. ◼️Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.

  • Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq ◼️“Bimbo QSR Azərbaycan” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. ◼️İnvestisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində burger və hot-doq üçün bulka istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 150 milyon ədəd təşkil edəcək. Layihə çərçivəsində 100-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə olunacaq. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur. ◼️Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,8 milyard manatdan artıq olan 43 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq iş yeri yaradılıb.

  • DSMF-nin 7 ay üzrə gəlir və xərcləri açıqlanıb Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar–iyul aylarında proqnozla müqayisədə 5 faiz və ya 239 milyon manat çox olmaqla 5 milyard 56 milyon manat təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, hesabat dövründə fondun xərcləri isə 4 milyard 811 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 431 milyon manat çoxdur.

  • 🇦🇿🇨🇿 Çexiya ilə ticarət dövriyyəsi artıb ◼️Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 9,24 faiz artaraq 529,74 milyon ABŞ dollarını üstələyib. ◼️Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çexiya ilə ticarətin payı 2,15 faiz təşkil edib. 📌 Dövlət Gömrük Komitəsi

  • без подписи

  • без подписи

  • Hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayış nədir və nə zaman verilir?

  • 7 ayda əhaliyə edilən sosial ödənişlərin həcmi açıqlanıb ◼️2026-cı ilin yanvar–iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 6,12 milyard manatdan çox vəsait ödənilib. ◼️Bu, ötən ilin müvafiq dövrünə nisbətən 568,8 milyon manat və ya 10,3% çox olub. 📌 Dövlət Sosial Müdafiə Fondu

  • 🇦🇿🇧🇬 Bolqarıstan ilə ticarət dövriyyəsi artıb ◼️Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Bolqarıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 32,86 faiz artaraq 520 milyon ABŞ dollarını üstələyib. ◼️Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstan ilə ticarətin payı 2,11 faiz təşkil edib. 📌 Dövlət Gömrük Komitəsi

  • 📊 Ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb ◼️2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,36 milyard manatlıq, o cümlədən 20,84 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. ◼️Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb. ◼️Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 533,6 manatlıq, o cümlədən 290,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 243,6 manatlıq qeyri-ərzaq malları alıb.

  • Hacıqabul Sənaye Parkında yeni rezident ◼️“Az Agromila” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib. ◼️İnvestisiya dəyəri 4,7 milyon manat olan yeni nəsil gübrə və biopestisidlərin istehsalı layihəsi çərçivəsində 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. ◼️Hacıqabul Sənaye Parkında 15 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 66,8 milyon manatdan çox investisiya yatırılıb, 500-dən çox iş yeri yaradılıb.

  • 🔤🔤🔤🔤🔤 Vergi ödəyicilərinə xidmət mərkəzlərində 550 minə yaxın xidmət göstərilib 2026-cı ilin yanvar – iyul ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 331.137 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 549.291 sayda xidmət göstərilib. Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 55,3% təşkil edib: ✅ Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; ✅ Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası); ✅ Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; ✅ Asan İmza sertifikatlarının verilməsi; Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; ✅ Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; ✅ Vergi ödəyicisinə arayışların verilməsi; ✅ Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması); ✅ Fiziki şəxsin uçotdan çıxarılması. 2026-cı ilin yanvar – iyul ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 16,8 min yazılı müraciət cavablandırılıb, onlara 13,5 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 3.146 vergi ödəyicisinin iştirakı ilə 222 görüş keçirilib, 3.997 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3,2 milyon SMS göndərilib. Yanvar – iyul ayları ümumilikdə 173.826 müraciət üzrə 272.923 Asan İmza sertifikatı verilib.

  • DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb ◼️İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi çərçivəsində milli gündəliklərin formalaşdırılmasına həsr olunmuş onlayn görüşdə iştirak edib. Görüşdə şəbəkəyə daxil olan mərkəzlərin milli səviyyədə strateji təşəbbüslərin formalaşdırılmasına verdiyi töhfə və bu istiqamətdə uğurlu təcrübələr müzakirə olunub. ◼️Fariz Cəfərov “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” barədə məlumat verib. Bildirilib ki, strategiya biznes, cəmiyyət və dövlət sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsinə, rəqəmsal bacarıqların inkişafına və məlumat əsaslı idarəetmənin gücləndirilməsinə yönəlib. Strategiya 9 prioritet istiqamət və 50 təşəbbüsü əhatə edir. ◼️Azərbaycanda formalaşdırılan sənaye 4.0 ekosistemi, müəssisələrin texnoloji və yaşıl transformasiyasına dəstək, insan kapitalının inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər təqdim edilib. Qeyd olunub ki, strategiya çərçivəsində 2029-cu ilədək 300 müəssisənin rəqəmsal transformasiya proqramlarına qoşulması, 250 yeni sahəvi startapın yaradılması, 200 KOB-un rəqəmsal bazarlara çıxışının təmin edilməsi və 40 min vətəndaşın ixtisaslaşmış təlimlərə cəlb olunması hədəflənir. ◼️Şəbəkəyə üzv olan 24 mərkəzin rəhbər şəxsləri, eləcə də DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju Georgenin qatıldığı görüşdə Azərbaycanla yanaşı, Ruanda və Malayziyanın 4-cü Sənaye İnqilabı mərkəzləri də öz təcrübələrini bölüşüblər. Görüş zamanı milli gündəliklərin formalaşdırılmasına effektiv töhfə, maraqlı tərəflərlə əməkdaşlıq, uğurlu yanaşmalar və mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

  • 🔤🔤🔤🔤🔤 Naxçıvanda kommersiya qurumlarının 85,8 faizi elektron qaydada qeydiyyata alınıb ◼️1 avqust 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56.096 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 4,0 faiz artıb. ◼️Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 1.926 olub. 2026-cı ilin yanvar – iyul aylarında kommersiya qurumlarının 85,8 faizi elektron, 14,2 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

  • 📊 Əsas kapitala yönəldilmiş investisiyaların həcmi açıqlanıb ◼️2026-cı ilin yanvar-iyul aylarında əsas kapitala 11.111,9 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 faiz çox investisiya yönəldilib. ◼️Dövlət Statistika Komitəsinin məlumatına əsasən, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 33,6 faiz artaraq 3.708,6 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 1,9 faiz artaraq 7.403,3 milyon manat olub. ◼️Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 17,3 faiz artaraq 6.006,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 4,0 faiz artaraq 3.521,0 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 3,4 faiz artaraq 1.584,3 milyon manat olub.

  • без подписи