Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
СтатистикаAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 4
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 62
- 1/48двое суток
- 71
- 1/72трое суток
- 76
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq ◼️“Bimbo QSR Azərbaycan” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. ◼️İnvestisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində burger və hot-doq üçün bulka istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 150 milyon ədəd təşkil edəcək. Layihə çərçivəsində 100-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə olunacaq. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur. ◼️Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,8 milyard manatdan artıq olan 43 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq iş yeri yaradılıb.
без подписи
🔤🔤🔤🔤🔤 📊 Kommersiya qurumlarının sayı 6,7 faiz artıb 2026-cı ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.715.746 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb. Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 211.595 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur. 2026-cı ilin iyul ayında 1.257 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,1 faizi yerli investisiyalı, 13,9 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 82,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – iyul aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib. 2026-cı ilin avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
📊 Sənaye zonalarına yatırılan investisiyanın həcmi açıqlanıb ◼️İqtisadiyyat nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına bu günədək 7,2 milyard manatdan çox investisiya yatırılıb. Agentliyin məlumatına görə sahibkarlar tərəfindən 20,9 milyard manatlıq məhsul istehsal edilərək satılıb, bunun 6,7 milyard manatdan çoxu ixrac olunub. ◼️Hazırda ölkədə fəaliyyət göstərən 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsində sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb, 11 200-dən çox daimi iş yeri yaradılıb və yüzlərlə layihənin reallaşdırılmasına dəstək verilib. ◼️Sənaye zonalarında indiyədək 148 rezident və 10 qeyri-rezident qeydiyyatdan keçib.
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Rəqəmsal texnologiyaların inkişafı səhiyyə sektorunda da yeni yanaşmaların formalaşmasına səbəb olur. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən innovativ təşəbbüslərdən biri də “E-Tibb” MMC tərəfindən yaradılan rəqəmsal səhiyyə həlləridir. Şirkətin tərkibində fəaliyyət göstərən “iCheck Medical” platforması pasiyentlərin doğru ixtisaslı həkimə daha sürətli və sistemli şəkildə yönləndirilməsini, onlayn konsultasiya və tibbi məlumatların rəqəmsal idarə olunmasını təmin edir. Layihə səhiyyə xidmətlərinin daha əlçatan, planlı və data əsaslı modelə keçməsinə töhfə verməyi hədəfləyir. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) startap şəhadətnaməsini alıb. Platformanın yaranma ideyası, rəqəmsal səhiyyənin inkişaf istiqamətləri və gələcək planlar barədə “E-Tibb” MMC-nin təsisçisi Leyla Orucova AZƏRTAC-ın suallarını cavablandırıb. Ətraflı - https://azertag.az/xeber/startap_geleceyin_sehiyyesi_ferdi_yanasma_uzerinde_qurulacaq-4359161
без подписи
Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Kürdəmir rayonunda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən görüşdə kənd təsərrüfatı, balıqçılıq, arıçılıq, heyvandarlıqvə s. sahələrdə fəaliyyət göstərən 110-a yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Görüşdə sahibkarlarla yeni suvarma sistemlərinin tətbiqi və arıçılıq üçün güzəştli kreditin alınmasına dəstək, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib, sualları cavablandırılıb. KOBİA nümayəndələri həmçinin Kürdəmirdə intensiv bağçılıq təsərrüfatında olub, sahibkarla yerli biznesin inkişafı və gələcək planlarına dair fikir mübadiləsi aparıblar. Ətraflı - https://smbgovaz.short.gy/I9l7yw
🔤🔤🔤🔤🔤 2026-cı ilin yanvar-iyul ayları ərzində sahibkarlara 1191 lisenziya verilib İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya, ümumilikdə isə 20 220 lisenziya verilib. 2026-cı ilin yanvar-iyul ayları ərzində sahibkarlara verilən lisenziyaların 807-si elektron formada təqdim olunub. Portalın fəaliyyətə başladığı 2018-ci ilin mart ayından etibarən isə təqdim olunan elektron lisenziyaların sayı 7963-ə çatıb. Verilmiş lisenziyaların 25%-i (298) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, 18%-i (214) əczaçılıq, 12%-i (148) özəl tibb fəaliyyəti, 11%-i (129) rabitə xidmətləri və 34%-ni isə (402) digər fəaliyyət növləri təşkil edib. Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunub. Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “ASAN xidmət” mərkəzi, KOB evləri və ya “Lisenziyalar və icazələr” portalı vasitəsilə portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Hazırda portal vasitəsilə müraciətlərin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət qurumlarından rəylərin əldə olunması və nəticələrin rəsmiləşdirilməsi imkanları yaradılıb. Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir. Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt edilir.
Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər 2026-cı ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (129698 xidmət), “Azərpoçt” MMC (46020 xidmət), Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (29867 xidmət), Dövlət Gömrük Komitəsi (14481 xidmət) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (13962 xidmət) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib. Ümumilikdə cari ilin I yarısında bu beş qurum tərəfindən KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim edilib. Sahibkarlar adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciət ediblər. Ətraflı - https://smbgovaz.short.gy/Ep1UAt
KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı vətəndaşların bazarlara çıxış, dövlətin dəstək alətlərindən istifadə, aqrobiznes layihəsinin həyata keçirilməsi və müvafiq infrastrukturun yaxşılaşdırılmasına dəstək, nəqliyyat və logistika xidmətləri ilə bağlı müraciətləri dinlənilib. Sahibkarlarla ehtiyacları olan dəstək tədbirləri və qarşılaşdıqları məsələlərin həllinə dair müzakirələr aparılıb. Qəbulda qaldırılan bir sıra məsələlərin həlli istiqamətində Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görüləcək, digər müraciətlər isə aidiyyəti qurumlarla birgə araşdırılacaqdır.
📣 Sahibkarları sahəvi görüşlərə dəvət edirik! Avqust ayı ərzində KOBİA-nın təşkilatçılığı ilə aşağıdakı mövzularda sahibkarlarla görüşlər keçiriləcək: – balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı – ISO standartları və keyfiyyətin idarə edilməsi – heyvandarlıq – arıçılıq – özünüməşğulluq proqramı – turizm – kiçik həcmli qayıqların istehsalı və istismarı – kommunal xidmətlərə qoşulma – karbon izinin azaldılması – istixana fəaliyyəti – rəqəmsal həllərin biznesdə tətbiqi 📍 Görüşlərin keçiriləcəyi şəhər və rayonlar: – Bakı – Mingəçevir – Lənkəran – Xaçmaz – Şəki – Kəlbəcər – Samux – Culfa (Naxçıvan Muxtar Respublikası) Görüşlərdə aidiyyəti dövlət qurumları və biznes strukturlarının mütəxəssisləri sahibkarların suallarını cavablandıracaq, mövcud imkanlar və perspektivlər barədə məlumat verəcəkdir. Ətraflı - https://smbgovaz.short.gy/6HFTih
📹İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70 faizədək hissəsi kompensasiya olunacaq Azərbaycanın iqtisadi siyasətində qeyri-neft-qaz sektorunun inkişafı və ixracın şaxələndirilməsi prioritet istiqamətlərdəndir. Son illər həyata keçirilən islahatlar nəticəsində qeyri-neft-qaz ixracının həcmi və coğrafiyası genişlənir, yerli məhsulların xarici bazarlarda mövqeyini gücləndirmək üçün müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Ölkədə sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti, ixrac təşviqi alətləri, sənaye zonalarında təqdim edilən güzəştlər və digər stimullaşdırıcı tədbirlər qeyri-neft-qaz ixracına mühüm töhfə verir. Bu siyasətin tərkib hissəsi olaraq, qeyri-neft-qaz ixracında müsbət dinamikanın davamlılığını təmin etmək, qeyri-neft-qaz məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq və ixracatçıların logistika xərclərini azaltmaq məqsədilə dövlət ixracın dəstəklənməsi mexanizmlərini ardıcıl şəkildə təkmilləşdirir. Bu istiqamətdə atılan növbəti önəmli addım dövlət başçısının 9 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanıdır. Fərmana əsasən ixrac daşıma dəstəyi yalnız Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracına tətbiq ediləcək. Dəstək məbləği iki kriteriya əsasında hesablanacaq: ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğ və istifadə olunan nəqliyyat növündən asılı olaraq ixrac olunan malın gömrük dəyəri. Daşıma dəmir yolu, hava, dəniz və ya Azərbaycanda qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə nağdsız ödənilmiş daşıma xərclərinin 70%-i, digər ölkələrdə qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə isə 50%-i nəzərə alınacaq. Bununla yanaşı, avtomobil, dəmir yolu və hava nəqliyyatı üzrə malın gömrük dəyərinin 15%-i, dəniz nəqliyyatı üzrə isə 5%-i yuxarı hədd kimi müəyyən ediləcək. İxracatçıya bu iki hesablamadan daha az olan məbləğ ödəniləcək. Daxili daşıma dəstəyi Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınmasına şamil olunacaq. Bu halda sahibkar tərəfindən nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70%-i dövlət dəstəyi kimi həmin biznes nümayəndəsinə ödəniləcək. Ödənişlər rüb ərzində daşıma həyata keçirən sahibkarların müraciətləri əsasında hesablanacaq və İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək. Dəstək mexanizmi 2026-cı ilin 1 sentyabr tarixindən 2036-cı ilin 30 sentyabr tarixinədək həyata keçirilən daşımalara tətbiq olunacaq. Mexanizmin tətbiqi üçün mənşə qaydası, dəstəyin şamil olunmadığı əməliyyatlar və şəxslər, dəstəklənəcək malların siyahısı, ölkə qrupları, müraciətlərin təqdim edilməsi və baxılması qaydası, həmçinin müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar üzrə hesablama qaydası ayrıca normativ aktlarla müəyyən ediləcək. ℹ️ Beləliklə, yeni dəstək mexanizmi ixracatçıların logistika xərclərinin optimallaşdırılmasına, yeni bazarlara çıxış imkanlarının genişlənməsinə və ixrac fəaliyyətinin uzunmüddətli əsasda planlaşdırılmasına əlavə imkanlar yaradacaq. Nəticədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyəti yüksələcək, qeyri-neft-qaz ixracının davamlı artımına, ixracın şaxələndirilməsinə və ölkənin xarici ticarət potensialının daha da güclənməsinə töhfə veriləcək.
KOB-lar üçün yeni fürsət: gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya Dövlət başçısının 16 iyun 2026-cı il tarixli Fərmanına əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz malları ixrac edən mikro, kiçik və orta sahibkarlara yeni güzəşt tətbiq olunacaq. Sentyabrın 1-dən etibarən Azərbaycan mənşəli məhsullar ixrac edən KOB subyektlərinin ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsini dövlət kompensasiya edəcək. Mexanizm 2031-ci il sentyabrın 30-dək icra olunan ixrac əməliyyatlarına şamil ediləcək. Millət vəkili Vüqar Bayramov bu addımın KOB-ların fəaliyyətinə mümkün təsirlərini “vergiler.az”a şərh edib. ▶️ Ətraflı: vergiler.az
“Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib Cari ilin mart ayında fəaliyyətə başlayan “Gəncə KOB evi”ndə 1 iyul 2026-cı il tarixinədək sahibkarlara 2149 xidmət göstərilib. Bu xidmətlərin 1842-si G2B, 307-si isə B2B xidmətlər olub. Sahibkarların müraciətləri əsasən biznesin qurulması və inkişafı, yük və sərnişin daşımaları, mənşə sertifikatlarının alınması, poçt xidmətləri və digər məsələləri əhatə edib. Ən çox xidmət göstərən qurumlar aşağıdakılar olub: Dövlət Reklam Agentliyi – 567 xidmət (26,38%) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – 506 xidmət (23,54%) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 411 xidmət (19,12%) "Azərpoçt" MMC – 217 xidmət (10,09%) Qida Təhlükəsizliyi Agentliyi – 63 xidmət (2,93%) Ətraflı - https://smbgovaz.short.gy/UxgH5b
KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Azərbaycanın KOB subyektləri ilə türk dünyası ölkələrinin işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsi, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də biznes subyektləri arasında tərəfdaşlıq imkanlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunda Azərbaycanın KOB subyektləri ilə türk dövlətlərindən olan sahibkarlar arasında birbaşa əlaqələrin qurulmasına və potensial tərəfdaşların müəyyənləşdirilməsinə dəstək göstərilməsi nəzərdə tutulur. İş adamları arasında əlaqələrin inkişafına töhfə verəcək birgə işgüzar və maarifləndirmə tədbirlərinin təşkili, işgüzar nümayəndə heyətlərinin, ticarət missiyalarının və ekspertlərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi imkanları da sənəddə öz əksini tapıb. Ətraflı - https://smbgovaz.short.gy/BnBZPh
Beş ayda 36 minə yaxın mənşə sertifikatı verilib Cari ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət tərəfindən 35.864 mənşə sertifikatı verilib. Dövlət Agentliyinin məlumatına görə, mənşə sertifikatı məhsulların keyfiyyət və təhlükəsizliyinin təminatı hesab edilməklə yanaşı, onların etibarlı mənbələrdən əldə olunduğunu, həmçinin beynəlxalq ticarət qaydalarına və idxalçı ölkənin tələblərinə uyğun şəkildə istehsal edildiyini təsdiqləyir.
"Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" İşaxtaranlarla işəgötürənləri bir araya gətirən "Hellojob.az" və rəqəmsal səhiyyə platforması "iCheck" "Startap" şəhadətnaməsi sayəsində əldə etdikləri vergi güzəştləri hesabına qənaət olunan vəsaiti platformalarının texnoloji inkişafına, yeni funksiyaların hazırlanmasına və komandalarının gücləndirilməsinə yönəldiblər. Bu dəstək hər iki startapın daha sürətli inkişaf etməsinə və bazarda mövqeyini möhkəmləndirməsinə imkan yaradıb. Eyni zamanda "Startap" şəhadətnaməsi platformaların tərəfdaşlar və istifadəçilər qarşısında etibarlılığının artmasına da töhfə verib. Məqalədə "Hellojob.az" və "iCheck" startaplarının qurucularının "Startap" şəhadətnaməsinin onların inkişafına verdiyi töhfə, əldə etdikləri nailiyyətlər və hədəfləri ilə bağlı fikirlərini təqdim edirik. Ətraflı - https://vergiler.az/news/article/40180.html
Sumqayıt Sənaye Parkının yeni rezidenti xüsusi texnika və nəqliyyat vasitələri istehsal edəcək ◼️"RAM İndustries" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. ◼️İnvestisiya dəyəri 44,9 milyon manat olan xüsusi texnika və nəqliyyat vasitələrinin istehsalı və yığımı layihəsi çərçivəsində 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb ◼️Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb. ◼️Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycandan şərqə doğru hərəkət edən televizor və musiqi avadanlıqları yükü Xəzər dənizi üzərindən “Türkmənbaşı” limanına çatdırılıb, daha sonra isə “Farap” sərhəd-keçid məntəqəsi vasitəsilə Özbəkistana daxil olunub. Bu əməliyyat vahid prosedur çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistanı birləşdirən ilk eTIR daşınmasıdır. ◼️Qərb istiqamətində isə Türkmənistandan pambıq, şirə, su və qənnadı məmulatları daşıyan dörd yük avtomobili “Türkmənbaşı” limanında gömrük rəsmiləşdirilməsini tamamladıqdan sonra bərə ilə Xəzər dənizini keçərək Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. ◼️Sistemin tətbiq edilməsində Azərbaycan, Türkmənistan və Özbəkistanın gömrük orqanları, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və onun üzv təşkilatları ABADA, THADA və AIRCUZ arasındakı əməkdaşlıq mühüm rol oynayıb. ◼️Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) dəstəyi ilə həyata keçirilən layihə gömrük məlumatlarının real vaxt rejimində elektron qaydada mübadiləsinə, kağız sənədləşmənin həcminin azalmasına, risklərin minimuma endirilməsinə, gömrük prosedurlarının sürətləndirilməsinə, xərclərin azaldılmasına, əməliyyatların və ticarətin sadələşdirilməsinə imkanlar yaradır. ◼️Eyni zamanda, eTIR sisteminin tətbiqi Orta Dəhlizin cəlbediciliyinin yüksəlməsi, bu marşrut vasitəsilə yükdaşımaların həcminin artması baxımından da əhəmiyyət daşıyır.
KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır “KOB klaster şəhadətnaməsi” almış "Frutena", "Naturaoil" və "Healthtech Solutions" KOB klaster şirkətləri artıq müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektini ətrafında birləşdirib. KOB klaster şirkətlərinə yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Alma və nar məhsullarının, plastmaslar və onlardan hazırlanan xammal məmulatlarının, müxtəlif növ qablaşdırma məhsullarının istehsalı və keyfiyyətə nəzarət laborotoriya xidmətləri sahəsində fəaliyyət göstərən ixtisaslaşmış KOB subyektləri KOB klasterinin iştirakçısı olmaq üçün müvafiq KOB klaster şirkətinə, həmçinin əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Müraciətlər KOBİA-nın info@smb.gov.az elektron poçt ünvanı və ya rəsmi internet səhifəsi vasitəsilə qəbul edilir. Ətraflı - https://smbgovaz.short.gy/m61jVn