- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 4
- Всего постов
- 45
- Тип
- открытый
- Язык
- und
- Категория
- Видео (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 46
- 1/48двое суток
- 52
- 1/72трое суток
- 56
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🎂 Global Olympiad Center 4 Yaşında! Dörd il boyunca bizimlə olduğunuz üçün təşəkkür edirik! https://www.instagram.com/p/DcBoZZhD22r/
⏳ Olimpiada Paketlərinə Qeydiyyatın Bitməsinə Cəmi 1 Gün Qaldı! 2026-2027-ci tədris ili üçün təqdim olunan Beynəlxalq Olimpiada Paketləri ilə övladınızın ilboyu olimpiada iştirakını əvvəlcədən planlaşdırın və ayrı-ayrı qeydiyyatlarla müqayisədə daha sərfəli imkanlardan yararlanın. English, Math 1, Math 2 və Diamond paketləri övladınızın maraq və istiqamətinə uyğun seçim etməyə imkan verir. 📅 Son gün: 15 avqust Yeni tədris ilinə daha planlı və sərfəli başlayın. 🔗 Qeydiyyat və ətraflı məlumat: https://shorturl.at/m2Y8p
🇦🇿 Kamal Rəhmanzadə ölkəmizi Kanadada təmsil edəcək! 13-16 avqust tarixlərində Toronto Universitetində International Spirit of Math Yarışmasının final mərhələsi keçiriləcək. Azərbaycanı finalda Bakı şəhəri 132-134 nömrəli məktəb-liseyin 1-ci sinif şagirdi Kamal Rəhmanzadə təmsil edəcək. 30-dan çox ölkədən 1-8-ci sinif şagirdlərinin iştirak edəcəyi finalda iştirakçılar riyazi biliklərini, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirəcəklər. Yarış proqramı akademik mərhələ ilə yanaşı, Toronto Universiteti, CN Tower, Royal Ontario Museum və Niaqara şəlaləsi kimi məkanlara səfərləri də əhatə edəcək. Bu isə iştirakçılara həm beynəlxalq yarış təcrübəsi, həm də fərqli ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmaq imkanı yaradacaq. Global Olympiad Center olaraq Kamal Rəhmanzadəyə final mərhələsində uğurlar arzulayırıq🍀
🌍 WMTC Haqqında Bunları Bilməlisiniz! 15 ildən çox beynəlxalq təcrübəyə malik WMTC Dünya Riyaziyyat Çempionatı dünyanın 50-dən çox ölkəsindən riyaziyyata marağı olan şagirdləri bir araya gətirir. WMTC-ni fərqləndirən əsas xüsusiyyətlərdən biri yarış formatıdır. İştirakçılar biliklərini fərdi, estafet və komanda raundlarında sınayaraq yalnız riyazi bacarıqlarını deyil, sürətli düşünmə, strategiya qurma və komandayla işləmək bacarıqlarını da nümayiş etdirirlər 🧠🤝 Ətraflı məlumat üçün: https://www.instagram.com/p/Db8ix7pDbHb/?igsh=Y2Eya2FhZmFrYWUw
🌍 WMTC Dünya Riyaziyyat Çempionatına qeydiyyat davam edir! 20 sentyabr tarixində Bakı şəhərində keçiriləcək seçim turunda şagirdlər riyazi biliklərini fərdi, estafet və komanda raundlarında sınayacaqlar. 📚 Siniflər: 5-11 (3-4-cü sinif şagirdləri də iştirak edə bilər) 🇹🇭 Final mərhələsi: Tailand Qeydiyyat üçün: https://shorturl.at/bLauM
🙋🏼♀️ Sən də GOC Könüllüsü ol! Beynəlxalq olimpiadaların təşkilində yaxından iştirak etmək, yeni təcrübələr qazanmaq və yüzlərlə şagirdin uğur yoluna dəstək olmaq istəyirsənsə, GOC Könüllü Komandasına qoşul! Global Olympiad Center könüllüsü olaraq sən müxtəlif layihə və tədbirlərin təşkilati prosesində iştirak edəcək, komanda işi, ünsiyyət və təşkilatçılıq bacarıqlarını inkişaf etdirəcək, dinamik bir komandanın parçasına çevriləcəksən. Bu il qeydiyyat Zal, İstiqamətləndirmə, Qarşılama, Media, Məktəbli Səfirlər və Layihə olmaqla 6 komanda istiqaməti üzrə aparılır. Qeydiyyat Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri üzrə aparılır. 📅 Son Qeydiyyat Tarixi: 15 avqust GOC komandasının bir parçası olmaq üçün linkdən qeydiyyatdan keçə bilərsən: https://forms.gle/sSx7Pj2ehDtsk28z8
🌎Copernicus Təbiət Elmləri Olimpiadasına qeydiyyat aktivdir! Ətraflı məlumat üçün: https://shorturl.at/g7Zsm
🏆 Azərbaycan komandası AIMO 2026 finalında iki medal və xüsusi mükafat qazandı! Ətraflı məlumat üçün: https://www.instagram.com/p/Dbn5foNNmpn/?igsh=ZXV6MjJiYXB0cWJn
👨🏻🚀 Kopernik Beynəlxalq Fizika və Astronomiya Olimpiadasına qeydiyyat başladı! 50-dən çox ölkənin iştirak etdiyi Kopernik Olimpiadası şagirdlərə fizika qanunlarını və kainatın sirlərini beynəlxalq səviyyədə araşdırmaq imkanı yaradır. 👉🏻 Bu olimpiadada iştirak etməklə siz: ✅ Fizika və astronomiya üzrə biliklərinizi beynəlxalq səviyyədə sınayırsınız; ✅ Elmi və analitik düşünmə bacarıqlarınızı inkişaf etdirirsiniz; ✅ Mürəkkəb hadisələri təhlil etməyi və düzgün nəticə çıxarmağı öyrənirsiniz; ✅ Problem həll etmə bacarıqlarınızı praktiki tapşırıqlar üzərindən gücləndirirsiniz; ✅ Akademik portfolionuza dəyər qatan beynəlxalq sertifikat əldə edirsiniz. 📅 Olimpiada tarixi: 27 sentyabr 👥 Siniflər: 7-11 🇺🇸 Final mərhələsi: Hyuston, ABŞ Qeyd edək ki, Fizika və Astronomiya olimpiadaları bu il ayrı-ayrılıqda keçiriləcəkdir. 📌 Qeydiyyat və ətraflı məlumat üçün: https://shorturl.at/rRwT8
🇦🇿 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Dilimiz milli kimliyimizin, mədəniyyətimizin və tariximizin ən dəyərli irsidir. Bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edirik!
🇦🇿 Azərbaycan süni intellekt üzrə dünya səhnəsinə çıxır! Milli komandamız IOAI 2026 final mərhələsində ölkəmizi təmsil etmək üçün Qazaxıstanın Astana şəhərinə yollanır. Ətraflı məlumat üçün: https://www.instagram.com/p/DbdVGTTDabR/?igsh=MThqc2drZ3Y2ZmJ1bg==
🏆 Copernicus 2026 Final mərhələsində medal qazanan şagirdlərimizi təbrik edirik! Ətraflı məlumat üçün: https://www.instagram.com/p/DbbB_RNjcZF/?igsh=ajkzM3l2b3ptMnh4
🎓 Dövlət Proqramının qalibi olan könüllülərimizi tanıyaq! “Global Olympiad Center”in İstiqamətləndirmə Komandasının üzvləri Yavuz İsmayıllı və Murad Əliyev böyük uğura imza atıblar. 💙🤍 Ətraflı məlumat üçün: https://www.instagram.com/p/DbYa_jJNVoA/?igsh=dmFzY3BmYTRsMnBn
🏆IEO olimpiadasının finalında uğur qazanan şagirdlərimiz öz təəssüratlarını SPACE TV-nin “Son Xəbər”buraxılışında bölüşüblər. Ətraflı məlumat üçün: https://www.instagram.com/reel/DbVu6YDNHFu/?igsh=dm5xb3RtN3BsZ3R4
🇦🇿 Azərbaycan Milli Komandası AIMO 2026 finalı üçün Vyetnama yola düşür! Ətraflı məlumat üçün: https://www.instagram.com/p/DbVT9ilttEe/?igsh=MWJzdmE1MmlwZzA5ZA==
🇦🇿Copernicus 2026 Finalına yola düşən milli komandamızın üzvləri öz təəssüratlarını bölüşür. Komandamıza uğurlar arzulayırıq!
🇦🇿Azərbaycan komandası COPERNICUS 2026 beynəlxalq olimpiadasında ölkəmizi təmsil etmək üçün ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinə yola düşür. Ətraflı məlumat üçün: https://www.instagram.com/p/DbKkW0kjR8s/?igsh=MTA4aGg2cWNsOG00Zw==
🇦🇿IEO 2026 çərçivəsində Çinin Şençjen şəhərində keçirilən beynəlxalq iqtisadiyyat olimpiadasında uğur qazanan şagirdlərimiz haqqında reportaj SPACE TV-nin “Son Xəbər” buraxılışında yayımlanıb. Elvin Baqallı və SPACE TV-yə təşəkkür edirik!
🏆 TIMO 2026 dünya sıralamasında yer qazanan şagirdlərimizin uğuru! Bakıda keçirilən TIMO 2026 final mərhələsində yüksək nəticə göstərərək dünya sıralamasında fərqlənən şagirdləri təqdim edirik. Ətraflı: https://www.instagram.com/p/DbGfmHwoIEu/?igsh=N2diazY0MGh4NWs4
🇦🇿IEO 2026 finalını uğurla başa vuran komandamız vətənə qayıtdı.