tgindex
BMU (beu.edu. az)

BMU (beu.edu. az)

Статистика

Bakı Mühəndislik Universitetinin rəsmi kanalı

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
13
Всего постов
85
Тип
открытый
Язык
und
Категория
Видео (по похожим)
В каталоге с
12 авг.
Подписчики
289
+1 за 3 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
36
40 постов
Вовлечённость
12,5%
к подписчикам
Постов в день
1,9
всего 85
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
31
1/48двое суток
35
1/72трое суток
38

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • 🎓Nüfuzlu universitetlərə qəbul olan BMU məzunu Londonda magistr təhsili alacaq Bakı Mühəndislik Universitetinin (BMU) “Biznesin idarə edilməsi” ixtisasının məzunu Məhəbbət Əhmədli yüksək akademik göstəriciləri və beynəlxalq təcrübəsi ilə seçilərək dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb. 🌍 BMU məzunu ABŞ-nin Kolumbiya və Corctaun universitetlərinə, həmçinin Böyük Britaniyanın Edinburq Universitetinə və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul olub. 🇬🇧 Məhəbbət Əhmədli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili almaq qərarı verib. 🏆 Məzunun bu uğuru onun yüksək akademik göstəricilərini, beynəlxalq təcrübəsini və liderlik potensialını əks etdirir. 📚 Məhəbbət Əhmədli BMU-ya 658 balla qəbul olub və universiteti 96,33 orta göstərici ilə ixtisas birincisi kimi başa vurub. 🇺🇸 Ali təhsilindən əvvəl ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) çərçivəsində ABŞ-nin İndiana ştatında bir il orta məktəb təhsili alan Məhəbbət Əhmədli proqramı fərqlənmə ilə tamamlayıb. 💼 BMU-da təhsil aldığı müddətdə isə ABŞ-nin Azərbaycandakı səfirliyində təcrübə proqramında iştirak edib və proqramı uğurla başa vurub. #BMU #BEU #məzun #magistratura

  • 🎓BMU məzunundan beynəlxalq akademik uğur 🌍 Bakı Mühəndislik Universitetinin (BMU) “Elektrik və elektronika mühəndisliyi” ixtisasının məzunu Riad Əlizadə minlərlə namizəd arasından seçilərək dünyanın ən rəqabətli #beynəlxalq təhsil proqramlarından biri olan #Erasmus Mundus #təqaüd proqramının TOP 25-liyinə daxil olub. 🎓 Erasmus Mundus proqramı çərçivəsində Riad Əlizadə ümumilikdə 51 600 avro məbləğində təqaüd qazanıb. Proqram ona Avropanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələrində #akademik fəaliyyət göstərmək və tanınmış şirkətlərdə beynəlxalq təcrübə qazanmaq imkanı yaradacaq. 🇫🇷 Riad Əlizadə proqram çərçivəsində #Fransa, #Finlandiya və #Litvada yerləşən aşağıdakı nüfuzlu universitetlərdə akademik fəaliyyət imkanları əldə edib: ▪️ Jan-Monnet Universiteti ▪️ Şərqi Finlandiya Universiteti ▪️ Paris-Est Kretey Universiteti ▪️ Vilnüs Universiteti 🏆 BMU məzununun beynəlxalq akademik uğurları bununla məhdudlaşmır. O, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən bir sıra qəbul təklifləri alıb və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub. 🌐 Riad Əlizadənin #ABŞ və #Niderlandın digər nüfuzlu universitetlərindən aldığı qəbul və ixtisaslar: ▪️ Cons Hopkins Universiteti (THE reytinqində 16-cı yer) - Elektrik və kompüter mühəndisliyi ▪️ Miçiqan Universiteti- Enn Arbor (THE reytinqində 23-cü yer) - Robototexnika ▪️ Karnegi Mellon Universiteti (THE reytinqində 24-cü yer) - Elektrik və kompüter mühəndisliyi ▪️ Dyuk Universiteti (THE reytinqində 28-ci yer) - Elektrik və kompüter mühəndisliyi ▪️ Maastrixt Universiteti (THE reytinqində 131-ci yer) - Təsvirləmə mühəndisliyi 🎓 Qeyd edək ki, Riad Əlizadə BMU-nun #İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramını uğurla başa vuraraq hər iki ali məktəbin diplomunu əldə edib. ⭐ Onun Erasmus Mundus təqaüd proqramında TOP 25-liyə daxil olması, Dövlət Proqramının qalibi olması və dünyanın aparıcı universitetlərindən qəbul alması yüksək akademik göstəricilərini, o cümlədən beynəlxalq rəqabətə davamlılığını nümayiş etdirir. Bu #uğurlar, eyni zamanda, onun mühəndislik sahəsində qazandığı bilik və bacarıqların nüfuzlu beynəlxalq təhsil proqramlarında yüksək qiymətləndirildiyini göstərir. 👏 Riad Əlizadənin əldə etdiyi nəticə #BMU məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanları qazanaraq beynəlxalq akademik mühitdə uğurla təmsil olunmasının növbəti nümunəsidir. #BMU #BEU #Erasmus

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • Beynəlxalq uğur qazanan BMU tələbələri nazirin gənclərlə görüşündə iştirak ediblər✨ 🔗Ətraflı: https://beu.edu.az/az/media/news/beynlxalq-ugur-qazanan-bmu-tlblri-nazirin-gnclrl-gorusund-istirak-ediblr #BMU #BEU

  • без подписи

  • 🔬 BMU-da müasir laboratoriyalar: keyfiyyətli təhsil və uğurlu karyeranın etibarlı təməli ⚙️Bakı Mühəndislik Universiteti (BMU) ölkənin ali təhsil müəssisələri sırasında müasir elmi-tədqiqat və tədris infrastrukturu ilə seçilir. Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə laboratoriyaların maddi-texniki bazasının davamlı olaraq gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Müasir laboratoriya infrastrukturu tələbələrə gələcək peşə fəaliyyətinə yüksək hazırlıq səviyyəsi ilə başlamaq imkanı yaradır ki, bu da universitet məzunlarının əmək bazarında rəqabətqabiliyyətinin artırılmasında mühüm rol oynayır. 🧪 Son illərdə bu yöndə görülən tədbirlər çərçivəsində universitetdə yeni laboratoriyalar yaradılaraq istifadəyə verilib. Bunlar sırasında Kibertəhlükəsizlik, Biotexnologiya, Kompüter, Süni intellekt və data elmləri, Şəbəkə və sistem təhlükəsizliyi, Yusif Məmmədəliyev adına Üzvi sintez və materialşünaslıq, Aqrokimyəvi analizlər, Materialşünaslıq və digər prioritet istiqamətləri əhatə edən laboratoriyalar yer alır. 💻 Hazırda BMU-da müxtəlif elm və mühəndislik sahələrini əhatə edən ümumuilikdə 20-dən çox müasir laboratoriya fəaliyyət göstərir. Bunlara kompüter laboratoriyaları, mexanika mühəndisliyi laboratoriyaları, elektronika və informasiya-kommunikasiya texnologiyaları laboratoriyaları, kimya və kimya mühəndisliyi laboratoriyaları, biotexnologiya, mikroskopik tədqiqatlar və mikrobiologiya laboratoriyaları, fizika laboratoriyası və digər ixtisaslaşmış laboratoriyalar daxildir. Müasir avadanlıqlarla təchiz edilmiş bu laboratoriyalar tədris prosesinin praktiki komponentinin gücləndirilməsinə, elmi tədqiqatların keyfiyyətinin artırılmasına və innovativ layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır. 🔬Ötən 2 ildə Mexanika mühəndisliyi laboratoriyalarının müasir tələblərə uyğun yenidən qurulması, mövcud avadanlıqların bərpası və funksional vəziyyətə gətirilməsi istiqamətində kompleks tədbirlər gerçəkləşdirilib. Burada Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası, Daxili yanma mühərrikləri və avtomobil, Mexaniki vibrasiya və səsə nəzarət, Dağıdıcı olmayan sınaq üsulları, Layihələndirmə və uyğun modelləşdirmə, Emal üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və istilik keçiriciliyi, Bərpa olunan enerjilər laboratoriyaları fəaliyyət göstərir. Bu infrastruktur tələbələrin layihə əsaslı təhsil almasına, müasir mühəndislik avadanlıqları ilə işləməsinə və elmi-tədqiqat fəaliyyətində iştirakına geniş imkanlar yaradır. 🔗Ətraflı: https://beu.edu.az/az/media/news/bmu-da-muasir-laboratoriyalar-keyfiyytli-thsil-v-ugurlu-karyerann-etibarl-tmli #BMU #BEU #müasirlaboratoriyalar #alitəhsil

  • Rektor IWISE dünya finalının qalibi olan BMU tələbələri ilə görüşüb🏆 🔹Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Böyük Britaniyanın London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında qalib olan tələbələrlə görüşüb. 🔹Görüşdə BMU-nun INHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri Tahirə Bəylərova və Ülkər Rəhimli iştirak ediblər. 🔗Ətraflı: https://beu.edu.az/az/media/news/rektor-iwise-dunya-finalnn-qalibi-olan-bmu-tlblri-il-gorusub #BMU #BEU #IWISE

  • 🎓 BMU məzunu dünyanın 8 nüfuzlu universitetindən qəbul alıb ⚙️Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter elmləri” ixtisasının 2026-cı il məzunu Rafət Bayramov kibertəhlükəsizlik istiqaməti üzrə dünyanın 8 nüfuzlu ali təhsil müəssisəsindən qəbul alıb. 🌍 BMU #məzunu Böyük Britaniyanın Mançester Universiteti (University of Manchester), London Kral Kolleci (King’s College London), Bristol Universiteti (University of Bristol), Birmingem Universiteti (University of Birmingham) və Lids Universitetində (University of Leeds) #kibertəhlükəsizlik proqramları üzrə təhsil almaq hüququ qazanıb. 🔺Bundan əlavə, o, İtaliyanın Roma Sapienza Universitetində (Sapienza University of Rome), Macarıstanın Eötvös Loránd Universitetində (ELTE University), eləcə də Óbuda Universitetində (Óbuda University) kibertəhlükəsizlik mühəndisliyi proqramları üzrə #qəbul olunub. 🏆 Rafət Bayramov təhsilini #QS reytinqində dünyanın TOP 35, Avropanın isə TOP 10 universiteti sırasında yer alan Mançester Universitetində davam etdirmək qərarına gəlib. O, bu nüfuzlu ali təhsil müəssisəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali #təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alacaq. ⚡️Qazandığı uğurla bağlı fikirlərini bölüşən Rafət Bayramov BMU-da qazandığı akademik biliklərin gələcək hədəflərinin formalaşmasında mühüm rol oynadığını bildirib. Qarşıdakı mərhələdə əsas məqsədinin kibertəhlükəsizlik sahəsində müasir yanaşmaları və #beynəlxalq təcrübəni dərindən mənimsəmək olduğunu qeyd edən BMU məzunu gələcəkdə Azərbaycanın sürətlə inkişaf edən rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyi əsas hədəfi kimi müəyyənləşdirib. 🚀 Rafət Bayramovun qazandığı bu nəticə #BMU tələbə və məzunlarının beynəlxalq səviyyədə rəqabətqabiliyyətli hazırlığının, eləcə də universitetdə müasir texnologiyalar, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi istiqamətlərində həyata keçirilən işlərin mühüm göstəricisidir. #BMU #BEU #BMUməzun

  • без подписи

  • BMU-da bakalavr səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb✅ ▪️Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə bakalavr səviyyəsində məzun olan tələbələrin elektron diplomlarının imzalanması prosesi yekunlaşıb. ▪️BMU-nun rektoru Yaqub Piriyev bütün ixtisaslar üzrə məzunların elektron diplomlarını Ali və Orta İxtisas Təhsili Alt Sistemi vasitəsilə imzalayıb. 🔗Ətraflı: https://beu.edu.az/az/media/news/bmu-da-bakalavr-sviyysind-elektron-diplomlarn-imzalanmas-basa-catdrlb #BMU #BEU

  • без подписи

  • 🇬🇧 BMU tələbələrindən Böyük Britaniyada keçirilən yarışmada möhtəşəm uğur: iki I yer 🥇🥇 🏆 Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Böyük Britaniyanın London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında yüksək nəticə göstərərək iki kateqoriya üzrə I yerə layiq görülüblər. 👩‍🔬🤖 Yarışda BMU-nun INHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının “Elektrik və elektronika mühəndisliyi” ixtisasının IV kurs tələbələri Tahirə Bəylərova və Ülkər Rəhimli uğurla çıxış ediblər. ⏱️Tahirə Bəylərova “Labirint” kateqoriyasında 18 komandanın iştirak etdiyi mübarizədə tapşırığı 4,11 saniyəlik nəticə ilə tamamlayaraq I yeri tutub. 🥇 Ülkər Rəhimli isə “Robosoccer” kateqoriyasında 14 komandanın iştirak etdiyi yarışda yüksək nəticə nümayiş etdirərək I yerə layiq görülüb. 🌍 Dünya finalında ümumilikdə 25 ölkədən tələbələr iştirak ediblər. IWISE yarışmasında Azərbaycan heyətinin iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmin olunub. 🇦🇿 💡🤖 BMU tələbələrinin əldə etdikləri nəticələr onların mühəndislik, robototexnika və innovativ texnologiyalar sahəsində nəzəri biliklərini praktik bacarıqlarla uğurla əlaqələndirdiklərini nümayiş etdirir. Beynəlxalq səviyyəli innovasiya və robototexnika yarışmasında qazanılan belə uğurlar, eyni zamanda universitetdə müasir mühəndislik təhsilinin, innovativ düşüncənin və tələbə layihələrinin inkişafına göstərilən diqqətin nəticəsidir. 🚀🎓 🌐 Qeyd edək ki, IWISE gənclərin elm, texnologiya, mühəndislik, robototexnika və innovasiya sahəsində bilik və bacarıqlarını nümayiş etdirdikləri beynəlxalq platformadır. Yarış müxtəlif mərhələlərdən ibarət olmaqla, iştirakçılara öz bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək və müxtəlif ölkələrdən olan gənc innovatorlarla rəqabət aparmaq imkanı yaradır. 🌍💡 #BMU #BEU #BMUINHA #IWISE

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи