Tedroid
СтатистикаTech, Startups, Science, Movies & more Instagram: https://www.instagram.com/tedroidcom/ ©️ ″TMEDIA GROUP COMPANIES″ MMC VÖEN: 1506753381 - əlaqə: tariyel@tedroid.com
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 32
- Всего постов
- 32
- Тип
- открытый
- Язык
- und
- Категория
- Бизнес
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 123
- 1/48двое суток
- 140
- 1/72трое суток
- 152
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
📱 iPhone 18-in RAM həcmi məlum oldu: Dinamik adacıq da yenilənir! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/iphone-18-12gb-ram-dinamik-adaciq.html
🇦🇿 🚇 28 May və Nizami arasında metro hərəkəti dayandırılır! 📌 Sərnişinlərin gediş-gəlişi üçün M1–M6 ekspres avtobus marşrutları fəaliyyət göstərəcək. M1: Elmlər Akademiyası → 28 May M2: İnşaatçılar → Nizami → 28 May M3: 20 Yanvar → Nizami → 28 May M4: 20 Yanvar → Koroğlu M5: 20 Yanvar → Gənclik M6: Elmlər Akademiyası → Gənclik 📍 Marşrutlar üzrə əsas dayanacaqlar metro stansiyalarının yaxınlığında və 28 May və Gənclik Nəqliyyat Mübadilə Mərkəzlərində təşkil olunub. 👥 Layihə müddətində 28 May, Elmlər Akademiyası, İnşaatçılar və 20 Yanvar stansiyalarının qarşısında nəqliyyat könüllüləri sərnişinlərə dəstək göstərəcəklər. #tedroidcom
🛰️ Alimlər Starlink peyklərini Yer atmosferini öyrənən nəhəng “skaner”ə çeviriblər! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/elm-sosial/starlink-peykleri-atmosfer-skaneri.html
📰 Google Sam Altmanın ölüm xəbərindən sonra açıqlama təqdim edib! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/google-sam-altman-olum-sehvi.html
💻 “Haker konfransı”ndan qayıdan sərnişinlərlə dolu təyyarədə kiberhücum baş verib! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/delta-teyyaresinde-saxta-wifi-hucumu.html
🎬 🕷️ Gecikən afişa kinoteatrı məşhur etdi! 📌 Kanadadakı "Famous Players" kinoteatrına "Spider-Man: Brand New Day" filminin rəsmi afişaları vaxtında çatdırılmadığı üçün işçi Drake Landon öz əl işi olan unikal bir poster çəkib. 🎨 Landon afişanı yaradarkən 2010-cu illərin məşhur "Spooder-Man" memindən ilhamlanıb və üzərinə orfoqrafik xətalarla dolu səmimi bir üzrxahlıq qeydi əlavə edib. 📸 İşçinin bu yaradıcı həlli internetdə böyük maraq doğurub və posterin fotosu Reddit platformasında 51 min-dən çox bəyənmə toplayaraq viral olub. 🗣️ Drake Landon "The Hollywood Reporter" nəşrinə müsahibəsində bu qədər sadə bir çəkilişin belə böyük reaksiyaya səbəb olacağını heç gözləmədiyini bildirib. 👏 "Cineplex" şirkətinin vitse-prezidenti Michelle Saba da komandanın rəsmi posterləri gözləyərkən belə bir əyləncəli addım atmasını müsbət qiymətləndirib. 💥 Film isə ən tez 500 milyon dollar gəlir əldə edən ekran işi kimi "Avengers: Endgame" filminin rekordunu geridə qoyaraq kassada böyük uğura imza atıb. #tedroidcom
💻 Microsoft Windows-un illərdir istifadə olunan funksiyasını deaktiv edir! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/windows-sekilli-parol-funksiyasi-legv-edilir.html
🇦🇿 🚆 Xətlərin ayrılması layihəsinə son 2 gün qaldı! 📌 Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin bir-birindən ayrılması layihəsi çərçivəsində "28 May”-“Nizami" stansiyaları arasında son hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. 🚇 Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə xüsusi M1, M2, M3, M4, M5 və M6 ekspres avtobusları bu gündən etibarən bir neçə istiqamətdə test rejimində fəaliyyətə başlayıb. 🚌 Birləşdirici hissədə aparılan təmir müddətində metro hərəkətini əvəz edəcək bu ekspres xətlər səhər saat 06:00-dan gecə 00:00-dək fasiləsiz xidmət göstərəcək. 🚍 Şəhərdaxili nəqliyyat axınını tənzimləmək üçün 2, 6, 14, 18, 65, 88 və 199 daxil olmaqla 20-dən çox marşrut üzrə xəttə əlavə avtobuslar buraxılır. 🔄 Qeyd edək ki, böyük layihə başa çatdıqdan sonra "Nizami" tərəfdən gələn qatarlar Cəfər Cabbarlı-Xətai, "Gənclik" istiqamətindən gələnlər isə 28 May-İçərişəhər xətti üzrə tam müstəqil hərəkət edəcək. #tedroidcom
🔋 Şəhər daxilində ən az enerji sərf edən 7 elektrikli avtomobil müəyyənləşdi! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/avtomobil/seher-en-qenaetcil-elektrikli-avtomobiller.html
🤖 Qeyri-adi görünüşlü HONOR Robot Phone təqdim edildi! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/honor-robot-phone-gimbal-kamera.html
🌇 🍃 Günəş tutulanda "aypara" kölgələr yarandı! 📌 Ötən gün baş verən günəş tutulmasında anında ağacların altına düşən kölgələrin adi günlərdəki kimi deyil, yüzlərlə kiçik "aypara" formasında yaranması internetdə viral olub. 👀 Günəş tutulmasında işıq sıx yarpaq boşluqlarından keçərək yerə düşərkən, hər bir dəlik səmadakı Günəşin o anki formasının mini-proyeksiyasını torpağa əks etdirib. 📸 Fizikada "Pinhole" effekti kimi bilinən bu vəziyyətdə ağac yarpaqları təbii obyektiv rolunu oynayır. #tedroidcom
🚄 Çin maqlev qatarı dünya rekordunu yenilədi: 800 km/saat sürətə cəmi 5,3 saniyəyə çatdı! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/cin-maqlev-800-km-saat-rekord.html
📱 Apple-ın yol xəritəsi müəyyənləşdi: 6 yeni iPhone modeli hazırlanır! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/apple-alti-yeni-iphone-modeli.html
😑 💸 Hər kanal açan YouTube-dan pul qazanmayacaq! 📌 "YouTube", yeni kanal açan məzmun yaradıcılarının gəlir əldə etməsini kəskin şəkildə çətinləşdirəcək yeni qaydalarını elan edib. 👀 Şirkətin Tərəfdaşlıq Proqramına tətbiq edəcəyi yeni şərtlərə əsasən, platformada reklam və "YouTube Premium" abunəliklərindən pul qazanmaq üçün tələb olunan izlənmə göstəriciləri 2 dəfə artırılır. ❌ Hazırda 1 000 abunəçi ilə yanaşı, son 12 ay ərzində 4 000 saat izlənməyə və ya son 90 gündə 10 milyon "Shorts" baxışına şərait yaratması kifayət edirdi. ✅ 1 fevral 2027-ci ildən etibarən abunəçi sayı şərti 1 000 nəfərdə sabit qalsa da, tələb olunan izlənmə müddəti 8 000 saata, "Shorts" baxış sayı isə 20 milyona yüksəldiləcək. ⛔ Bu qərar xüsusilə platformaya yeni addım atan və böyük resursları olmayan həvəskar yaradıcılar üçün ciddi bir maneəyə çevriləcək. #tedroidcom
🧠 Mark Zukerberqdən süni intellekt manifesti: Hər kəsin şəxsi superintellekti olacaq! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/zuckerberg-sexsi-superintellekt-gelecek-vizyonu.html
🫡 🎮 Uşağa "Truman Show" düzəldib! 📌 Avstraliyalı müstəqil proqramçı Adam Litl, balaca oğlunun tanımadığı şəxslərlə "Roblox" oynamaq istəyini öz kreativ üsulu ilə həll edib. 👀 Proqramçı ata süni intellekt alətlərindən və "Three.js" kitabxanasından istifadə edərək oyunun bir bənzərini ərsəyə gətirib. 💻 Hətta düzəltdiyi oyuna botlar və "ChatGPT" ilə dəstəklənən çat da qoyub ki, botlar uşağa sanki real multipleyer oyundaymış təəssüratı yaradır. #tedroidcom
🚗 Toyota 508 min Camry-ni geri çağırır: Səbəb ekran proqramındakı nasazlıqdır! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/avtomobil/toyota-camry-ekran-geri-cagirma.html
💻 NVIDIA tək GPU-da işləyə bilən açıq süni intellekt modelini təqdim etdi! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/nvidia-nemotron-35-lightning-modeli.html
🤖 Claude mətnlərə gizli nişanlar əlavə edəcək! ⚡️ Daha ətraflı, saytımızda: https://tedroid.com/texnologiya/claude-metn-gorunmez-reqemsal-nisan.html
🎮 💰 GTA 6 xatirinə 50 000$ ianə! 📌 TikToker Jerry Fort ağır ağciyər xəstəliyi səbəbindən təcili reanimasiya şöbəsinə yerləşdirilib. 🫁 Gəncin həyata tutunması və "GTA 6" oyununu oynaya bilməsi üçün təcili ağciyər nəqli əməliyyatı olunmalıdır. 🏥 Xəstəxana çarpayısından video paylaşan Jerry Fort tək arzusunun oyunu görmək olduğunu bildirib. 📢 Sözügedən video qısa müddət ərzində sosial şəbəkələrdə 8 milyondan çox baxış toplayaraq böyük rezonans doğurub. 💰 Bütün oyun cəmiyyəti xəstə fanatın əməliyyat və müalicə xərclərini qarşılamaq üçün dərhal 50 000 dollardan çox ianə toplayıb. 🗓️ "Rockstar Games" şirkətinin elan etdiyi təqvimə əsasən isə, hamının səbirsizliklə gözlədiyi "GTA 6"nın çıxmasına artıq tam 100 gün qaldı. #tedroidcom