İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
СтатистикаVakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
- Последний пост
- 26 июн.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Vətənin təhlükəsizliyi, dövlət müstəqilliyinin qorunması və xalqın əmin-amanlığı naminə xidmət göstərən bütün hərbi qulluqçulara dərin ehtiramımızı bildiririk. Peşəkarlıq, məsuliyyət, intizam və fədakarlıq kimi dəyərlər həm güclü ordunun, həm də güclü cəmiyyətin əsas sütunlarıdır. HR-AZ.com olaraq, Silahlı Qüvvələrimizdə xidmət edən bütün hərbi qulluqçuları, veteranları və bu şərəfli peşəyə ömrünü həsr etmiş hər kəsi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, şərəfli xidmət və yeni uğurlar arzulayırıq. Bayramınız mübarək! #hrazcom #insanadəyər
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan günlərdən biridir. 1993-cü ilin bu günündə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və Azərbaycanın inkişaf yoluna çıxmasına mühüm töhfə verdi. Bu gün biz güclü dövlətçilik ənənələrinin, milli həmrəyliyin və gələcəyə inamın təcəssümü olan Milli Qurtuluş Gününü ehtiramla qeyd edirik. Xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edir, ölkəmizə davamlı inkişaf və firavanlıq arzulayırıq. #hrazcom #insanadəyər
Bu gün Azərbaycan xalqının dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olan 28 May – Müstəqillik Günü qeyd olunur. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Şərqdə ilk demokratik respublika kimi tarixə düşərək milli dövlətçilik ənənələrinin əsasını qoydu. Müstəqillik yalnız siyasi anlayış deyil, həm də azad düşüncə, inkişaf və gələcəyə inam deməkdir. HR-AZ.com olaraq, xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edir, ölkəmizə davamlı inkişaf, rifah və uğurlar arzulayırıq. #hrazcom #insanadəyər
Mərhəmət, paylaşmaq və birlik kimi dəyərləri özündə birləşdirən Qurban Bayramı münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik. Bu bayramın ailələrinizə sevinc, evlərinizə ruzi-bərəkət, həyatınıza isə sağlamlıq və huzur gətirməsini arzulayırıq. Bayramınız mübarək! #hrazcom #insanadəyər
İnsan resursları sadəcə bir funksiyanı deyil, insanı, potensialı və inkişafı idarə edən strateji bir missiyanı təmsil edir. Bu gün təşkilatların uğurunun arxasında dayanan əsas güclərdən biri məhz insan kapitalıdır. İşə qəbuldan inkişaf proqramlarına, təşkilati mədəniyyətdən liderliyin formalaşdırılmasına qədər HR peşəkarları davamlı olaraq insanlara dəyər qatan sistemlər qururlar. HR-AZ.com olaraq, insan resursları sahəsində fəaliyyət göstərən bütün peşəkarları İnsan Resursları Günü münasibətilə təbrik edir, onların təşkilatlara və cəmiyyətə verdiyi töhfələri yüksək qiymətləndiririk. İnsan amilinə dəyər verən hər kəsin günü mübarək! #hrday #hrazcom #insanadəyər
Bu gün müasir Azərbaycanın dövlətçilik tarixində mühüm izlər buraxmış ümummilli lider Heydər Əliyevin doğum günüdür. Onun idarəetmə fəlsəfəsi, insan kapitalına verdiyi dəyər və dövlət quruculuğuna yanaşması bu gün də liderlik və insan resursları sahəsində mühüm istinad nöqtələrindən biridir. HR-AZ olaraq Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla anırıq. #ümummillilider #hrazcom #insanadəyər
9 May — yalnız bir qələbənin deyil, həm də insan iradəsinin, həmrəyliyin və fədakarlığın simvoludur. Bu tarix bizə xatırladır ki, ən çətin dövrlərdə belə insanı ayaqda saxlayan əsas güc birlik, məsuliyyət və inamdır. Faşizm üzərində qələbəyə töhfə verən hər kəsi ehtiramla anırıq. #9May #VictoryDay #hrazcom #insanadəyər
Addımı mərkəzdən başla! Mərkəzi Bank #Maliyyəçisən təcrübə proqramı ilə gənc istedadlara real iş mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Proqram çərçivəsində iştirakçılar mərkəzi bankçılıq istiqamətləri üzrə fəaliyyət göstərən struktur bölmələrdə 2 ay müddətində təcrübə keçəcək, peşəkar mühitdə praktik biliklər əldə edəcək və komanda işi bacarıqlarını gücləndirəcəklər. Təcrübə müddətində iştirakçılar mentor dəstəyi və inkişaf imkanları ilə də təmin olunacaq. Əgər sən də inkişafını sürətləndirmək, məsuliyyətli və dinamik iş mühitində təcrübə qazanmaq istəyirsənsə, bu fürsəti qaçırma! Proqramın müddəti: İyul–avqust ayları Son müraciət tarixi: 15 aprel 2026-cı il Proqramın şərtləri, üstünlükləri və təcrübəçi qəbul edən departamentlər barədə ətraflı məlumat almaq və müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://lnkd.in/ev4Z5a4v Böyük hədəflərə aparan ilk addımını bu gün at! #Maliyyəçisən #MərkəziBank #TəcrübəProqramı #KaryeraYolu #internship
İki dəyərin birləşdiyi gündəyik — yenilənmənin və mənəvi zənginliyin. Bu gözəl gündə hər birinizə harmoniya, bərəkət və yeni başlanğıclar arzulayırıq. Qoy qəlbinizdəki işıq yolunuza nur saçsın, atdığınız hər addım sizə uğur gətirsin. Bayramınız mübarək! #hrazcom #insanadəyər #novruz #ramazan
HR-AZ.com olaraq bütün qadın həmkarlarımızı ürəkdən təbrik edirik. Qadınların iş mühitinə gətirdiyi məsuliyyət, həssaslıq, liderlik və davamlı inkişaf ruhu təşkilatların güclənməsində mühüm rol oynayır. Müxtəlif sahələrdə çalışan qadınların əməyi, bilik və peşəkarlığı cəmiyyətin və təşkilatların inkişafına böyük töhfə verir. Bu gün yalnız bir təbrik günü deyil, həm də qadınların iş həyatında yaratdığı dəyəri və töhfələri bir daha xatırlamaq üçün bir fürsətdir. Bütün qadınlara sağlamlıq, uğur və yeni nailiyyətlər arzulayırıq. 8 Martınız mübarək! #8Mart #hrazcom #insanadəyər #BeynəlxalqQadınlarGünü #İnsanResursları #GenderBərabərliyi
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini heç zaman unutmayacayıq! #XocalıSoyqırımı #KhojalyGenocide #XocalıyaƏdalət #JusticeforKhojaly
Konstitusiya Məhkəməsinin QƏRARI: İşçilərə əlavə məzuniyyətə görə kompensasiya verilməlidir #hrazcom #insanadəyər #qanunvericilik #əməkməcəlləsi Ətraflı: https://hr-az.com/qanun/1757-konstitusiya-mehkemesinin-qerari-ishchilere-elave-mezuniyyete-gore-kompensasiya-verilmelidir.html Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
🎯 SHRM-CP və SHRM-SCP imtahanlarına hazırlaşmaq istəyənlər üçün fürsət Beynəlxalq HR sertifikatına gedən yolda sizə dəstək olacaq xüsusi hazırlıq proqramını təqdim edirik. 📌 Proqramın üstünlükləri: Kiçik qruplarda interaktiv dərslər Testlər və sınaq imtahanları Xüsusi hazırlanmış dərs materialları Fərdi dəstək və konsultasiya 📅 Müddət: Sentyabr – Yanvar 💻 Format: Hibrid (əsasən onlayn) 📌 Qeyd: 15 avqust tarixinədək qeydiyyatdan keçənlərə endirim tətbiq olunur. Yerlər məhduddur. 📌 Əlavə məlumat və qeydiyyat üçün: 📧 narmin@mansouriedu.com ünvanına yaza bilərsiniz.
Baku Electronicsdə hazırda #Marketing #Audit #HR #IT #inzibatiidarəetmə istiqamətləri üzrə aşağıdakı vakansiyalarımız açıqdır. Maraqlı şəxslər CV-ni cv@bakuelectronics.az mailinə göndərə bilərlər. - Marketing layihələrinin idarəedilməsi meneceri (Aparıcı) - Brend menecer - Rəqəmsal marketinq mütəxəssisi - Daxili audit üzrə mütəxəssis - İşə qəbul üzrə aparıcı mütəxəssis - Daxili kommunikasiyalar üzrə mütəxəssis - IT help desk - Satış məsləhətçiləri 📢 Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz. Bu və digər vakansiyalar mobil telefonunuzda: 🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya 💼 Vakansiya: İşə qəbul üzrə aparıcı mütəxəssis, Baku Electronics. 📄 Öhdəliklər: - Vakansiya üzrə tələbləri struktur rəhbərləri ilə birgə müəyyənləşdirmək və işə qəbul prosesini effektiv şəkildə idarə etmək; - Karyera səhifəsi, ixtisaslaşmış axtarış platformaları, sosial media və digər mənbələrdən istifadə edərək uyğun namizədlərin aktiv şəkildə axtarılması və cəlb olunmasını təmin etmək; - Struktur rəhbərləri ilə sıx və davamlı əməkdaşlıq quraraq istedad ehtiyaclarının proaktiv şəkildə qarşılanmasına töhfə vermək; - İşə qəbul prosesinə dair əsas performans göstəricilərini izləmək, təhlil etmək və nəticələrə əsasən aylıq hesabatlar hazırlamaq; - Namizəd təcrübəsinin yüksəldilməsi məqsədilə yeni yanaşmalar təklif etmək və tətbiqini təmin etmək; - Çətin doldurulan və strateji əhəmiyyətə malik vakansiyalar üçün istedad ehtiyatı formalaşdırmaq və qabaqlayıcı strategiyaları həyata keçirmək; - İşə qəbul funksiyasına töhfə verən daxili layihələrdə (employer branding, onboarding, təlim, təkmilləşdirmə və s.) aktiv şəkildə iştirak etmək və innovativ yanaşmalar irəli sürmək. 🔍 Tələblər: - İnsan Resursları, Biznesin İdarəolunması və ya əlaqəli sahədə ali təhsil dərəcəsi; - İşə qəbul sahəsində ən azı 2 il təcrübə; - LinkedIn Recruiter və digər axtarış alətləri ilə effektiv iş təcrübəsi; - MS Excel və HR sistemlərində məlumatların toplanması, təhlili və hesabatların hazırlanması üzrə orta səviyyədə biliklər; - Yüksək səviyyədə kommunikasiya qabiliyyəti və komandada işləmə bacarığı; - Data əsaslı qərarvermə qabiliyyəti, nəticəyönümlü yanaşma və proaktiv iş prinsipi; 📩 Maraqlanan namizədlər öz CV-lərini cv@bakuelectronics.az elektron poçt ünvanına göndərə bilərlər. Bu və digər vakansiyalar mobil telefonunuzda: 🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya 💼 Mərkəzi Bank-da Maliyyə, Sığorta, İT, Data və Satınalma sahələri üzrə aktiv vakansiyalar: Ətraflı: https://lnkd.in/eQtpsuJr 📢 Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz. Bu və digər vakansiyalar mobil telefonunuzda: 🌐 t.me/hrazcom
Metabo Qanunu: Bel ölçünüz rəhbərinizin KPİ-i ola bilər #hrazcom #insanadəyər #sağlamlıq #wellbeing Ətraflı: https://hr-az.com/blog/1753-metabo-qanunu-bel-olchunuz-rehberinizin-kpi-i-ola-biler.html Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya 💼 Vakansiya: ONREPETITOR – müasir təhsilin onlayn ünvanı olaraq səbirli, ünsiyyətcil və nəticəyönümlü “Onlayn satış” əməkdaşı axtarışındadır. 📄 Öhdəliklər: - Potensial və mövcud müştərilərə zəng edərək məhsul/xidmət tanıtımı və satışı - Valideyn və abituriyentlərə uyğun paketlərin təqdimatı və satışı - Müraciətləri CRM sistemində qeydiyyata almaq və izləmək 🔍 Tələblər: - Sahə üzrə minimum 1 il iş təcrübəsi - Azərbaycan dilində səlis və aydın danışıq bacarığı - Telefonda inandırıcı təqdimat bacarığı və satışı bağlama bacarığı - Komanda ilə işləmə və satış hədəflərinə fokuslanma - CRM proqramında işləmə bacarığının olması arzuolunandır - Təhsil sahəsində məlumatlılıq və ya maraq arzuolunandır 💰 Təklif edirik: - Əməkhaqqı (450 AZN) + bonus əsaslı motivasiya paketi - Ödənişsiz satış və ünsiyyət təlimləri 📞 Gələcək təhsilin səsini sən çatdır! 📍 İş yeri: Onrepetitor MMC 🕒 İş vaxtı: 10:00 - 18:00 📩 ONREPETITOR ailəsinə qoşulmaq üçün CV-ni onrepetitor.com@gmail.com elektron poçt ünvanına göndər! Bu və digər vakansiyalar mobil telefonunuzda: 🌐 t.me/hrazcom
İş və istirahət günlərinin yerləri dəyişdirildi #hrazcom #insanadəyər #istehsalattəqvimi Ətraflı: https://lnkd.in/e6Vp3weU Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
Bayrağı bir daha enməyəcək ölkənin müstəqillik günü mübarək! #hrazcom #insanadəyər