Kəşkül (dini)
описание
Şəri məsələlərin səsli izahı. Quran. Etiqad. Əxlaq. Moizə. Tarix. Qeyd: Kanal dini hövzədə təhsil alan tələbələr tərəfindən idarə olunur
401
подписчиков
Охват к подписчикам
31,2%
ERR
Реакции к просмотрам
6,33%
357 на 37 постов
Пересылки к просмотрам
0,32%
18
Постов в день
0,3
всего 37
Где отзываются чаще
доля реакций к просмотрам- 10 авг.💠 İmam Rza (əleyhis-salam) 🔹 اَلْمُؤمِنُ اِذا غَضِبَ لَمْ يُخْرِجْهُ غَضَبُهُ عَنْ حَقٍّ، وَ اِذا رَضِىَ لَمْ يُدْخِلْهُ رِضاهُ فى باطِلٍ وَ اِذا قَدَرَ لَمْ يَأْخُذْ اَكْثَرَ مِنْ حَقِّهِ 🔸 Mömin qəzəbləndiyi zaman qəzəbi onu haqdan çıxarmaz. Razı qaldığı zaman razılığı onu batilə sövq etməz. Güc və qüdrət sahibi olduğu zaman isə öz haqqından artığını götürməz. 📗 Biharul-ənvar, c. 75, səh. 355 https://t.me/https_keskul_keskul16,05%
- 12 авг.29 səfər (13 avqust) İmam Rzanın (ə) şəhadəti. (Hicri qəməri 203-cı il)14,55%
- 2 авг.Bir az səbir və dözüm! Bəlkə... 🤲 ✈️ Uzun bir beynəlxalq uçuşda təyyarənin sükutu altı aylıq bir körpənin səs-küylü və fasiləsiz ağlaması ilə pozuldu! 😭 Uşaq sakitləşmirdi və davamlı qışqırırdı. Gənc atası çox narahat və əsəbi görünürdü, uşağı qucağına alıb gəzdirir, yırğalayır və sakitləşdirməyə çalışırdı, amma faydası yox idi. ⏰ Yarım saat keçdi. Ağlama səsi hələ də kəsilmirdi! Sərnişinlərdən biri – əsəbi bir kişi – oturacağından qalxdı və qışqıraraq dedi: «Ağa, bu nə haldır? 🤬 Niyə susdurumursan? Biz pul vermişik ki, rahat olaq. Uşaq saxlamağı bilmirsənsə, səhv edib təyyarəyə minirsən! Uşağı sakitləşdir, ya da anasına ver ki, əmizdirsin!» Digər sərnişinlər də pıçıldaşırdılar və ağır baxışlarla gənc atanı qınayırdılar! 👀 Gənc ata dayandı. Gözləri qan çanağı idi, kədər və narahatlıq üzündən tökülürdü! 😔 O, quyunun dibindən gələn və titrəyən bir səslə əsəbi sərnişinə və camaata üz tutub dedi: «Bağışlayın... həqiqətən üzr istəyirəm ki, narahat etdik. Mən əlimdən gələni edirəm, amma o sakitləşmir... Bu onun günahı deyil, o, anasını axtarır və süd istəyir... 😢 Amma onu anasının yanına apara bilmərəm. Anasının cəsədi hazırda tabutda, bu təyyarənin yük bölməsindədir. Onu vətəninin torpağında dəfn etmək üçün aparırıq. Mən hələ həm ata, həm də ana olmağı öyrənməmişəm!...» 💔 Birdən təyyarəni ölümcül bir sükut bürüdü. 🤐 Həmin əsəbi kişi donub qaldı, rəngi uçdu. Hamının boğazına bir yumruq kimi tıxac gəldi! 😶 Təyyarə stüardessası – gözlərindən yaş axaraq – irəli gəldi və körpəni qucağına aldı. Digər sərnişinlər növbə ilə gəlib atanın əlini sıxdılar və üzr istədilər. 🤝 O ağlama artıq səs-küylü deyildi; əksinə, körpə dilində ifadə olunan bir təsəlli və rəhmət diləyi idi! 🥺 Heç vaxt çətin vəziyyətdə olan birinin üstünə qışqırmayaq! 🚫 Biz yalnız ağlama səsini eşidirik, amma ağlamanın səbəbini bilmirik. ❓ Bəlkə bu gün sinirlərimizi pozan adam, əgər biz onun yerində olsaydıq, dəli olacağımız bir müsibətə dözür! 💪 Növbəti dəfə avtobusda, metropolitenda və ya təyyarədə bir uşaq ağlayanda, qaşqabağınızı tökmək əvəzinə, atasına və ya anasına gülümsəyin və deyin: «Qəbahət yoxdur, uşaqdır axı... əziyyət çəkməyin.» 😊 Bu bir cümlə, onun çiynindəki dağ kimi xəcalət yükünü götürər. 🌄 Xatırlayaq ki, heç bir ağıllı insan özünü və başqalarını boş yerə incitmək istəməz! 🧠 Çətinliklər zamanı yükdaşıyan olaq, yükü ağırlaşdıran yox! 💖 #həkimanə https://t.me/https_keskul_keskul12,31%
- 9 авг.без подписи12,20%
- 1 авг.💠 İmam Baqir (ə) 🔹 مَنْ أَرَادَ أَنْ يَعْلَمَ أَنَّهُ مِنْ أَهْلِ اَلْجَنَّةِ فَيَعْرِضُ حُبَّنَا عَلَى قَلْبِهِ فَإِنْ قَبِلَهُ فَهُوَ مُؤْمِنٌ وَ مَنْ كَانَ لَنَا مُحِبّاً فَلْيَرْغَبْ فِي زِيَارَةِ قَبْرِ اَلْحُسَيْنِ عَلَيْهِ اَلسَّلاَمُ فَمَنْ كَانَ لِلْحُسَيْنِ عَلَيْهِ اَلسَّلاَمُ زَوَّاراً عَرَفْنَاهُ بِالْحُبِّ لَنَا أَهْلَ اَلْبَيْتِ وَ كَانَ مِنْ أَهْلِ اَلْجَنَّةِ وَ مَنْ لَمْ يَكُنْ لِلْحُسَيْنِ زَوَّاراً كَانَ نَاقِصَ اَلْإِيمَانِ "Kim cənnət əhlindən olub-olmadığını bilmək istəyirsə, bizim məhəbbətimizi öz qəlbinə təqdim etsin. Əgər qəlbi onu qəbul edərsə, o, mömindir. Bizim dostumuz olan kəs isə İmam Hüseynin (ə) qəbrini ziyarət etməyə rəğbətli və həvəsli olmalıdır. Kim İmam Hüseyni (ə) ziyarət edənlərdən olsa, biz onu Əhli-beytə məhəbbət bəsləyən şəxs kimi tanıyarıq və o, cənnət əhlindəndir. Kim isə İmam Hüseyni (ə) ziyarət edənlərdən olmazsa, onun imanında nöqsan və çatışmazlıq vardır." 📗 Kamilüz-Ziyarat, səh. 193. https://t.me/https_keskul_keskul12,17%
- 11 авг.28 səfər -12 avqust - Əziz Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) vəfatı və Həzrət İmam Həsən Müctəbanın (ə) şəhadəti münasibəti ilə bütün Əhli-beyt (ə) aşiqlərinə başsağlığı deyirik.10,29%
- 28 июл.Dostun ayrılığı münasibətilə Şəhidlərə ümumən, İslam dünyasının şəhidlərinin rəhbərinə və şəhidlərinin ağasına hörmət və ehtiramımızı bildiririk. Öz şəhidimiz üçün dua edirik. Bu əziz dostumuzla biz Quma ilk gəldiyimiz zaman, yəni təxminən 70 il əvvəl, aramızda müəyyən yaş fərqi olsa da, dost olmuşuq və bu dostluq indiyə qədər davam edib. 70 illik dostluq heç də az deyil. İnsanın 70 illik dostunu itirməsi heç də kiçik bir itki deyil. Allah bütün bunları Hüseyn ibn Əli (ə) ilə birlikdə məhşur etsin. Uca və müqəddəs Allahdan diləyirik ki, bütün şəhidlərimizi Öz rəhmət və məğfirətinin kölgəsində Şəhidlər ağası İmam Hüseyn (ə) ilə birlikdə məhşur etsin. Birincisi, İslam Cümhuriyyətinin şəhidlərini, ikincisi, İmam Xomeynini və digər şəhidləri, üçüncüsü, öz şəhid Rəhbərimizi, dördüncüsü isə dünyanın hər bir yerində şəhid olan bütün şəhidlərimizi Kərbəla şəhidləri ilə birlikdə məhşur etsin ta ki,bu quruluş öz həqiqi sahibinə çatsın. Ayətullah Cavadi Amuli10,00%
- 22 июл.💠 İmam Sadiq (əleyhis-salam) 🔹 مَنْ أَتَى قَبْرَ اَلْحُسَيْنِ عَلَيْهِ اَلسَّلاَمُ مَاشِياً كَتَبَ اَللَّهُ لَهُ بِكُلِّ خُطْوَةٍ أَلْفَ حَسَنَةٍ وَ مَحَا عَنْهُ أَلْفَ سَيِّئَةٍ وَ رَفَعَ لَهُ أَلْفَ دَرَجَةٍ 🔸 Hər kim İmam Hüseynin (əleyhis-salam) qəbrini ziyarət etmək üçün piyada yola çıxarsa, Allah-taala onun hər addımı müqabilində min savab yazar, min günahını bağışlayar və onun məqamını min dərəcə yüksəldər. 📗 Kamilüz-Ziyarat, səh. 133. https://t.me/https_keskul_keskul9,20%
- 28 июл.💠 İmam Sadiq (əleyhis-salam) 🔹 مِنْ أَحَبِّ اَلْأَعْمَالِ إِلَى اَللَّهِ تَعَالَى زِيَارَةُ قَبْرِ اَلْحُسَيْنِ عَلَيْهِ اَلسَّلاَمُ 🔸 Allah-Təala yanında ən sevimli əməllərdən biri İmam Hüseynin (əleyhis-salam) qəbrini ziyarət etməkdir. 📗 Kamiluz-Ziyarat, səh. 146 https://t.me/https_keskul_keskul9,09%
- 19 сент. 2025 г.без подписи8,88%
- 29 июл.📜Ərbəin... Bəzən insan yol gedir ki, bir mənzilə çatsın. Bəzən də yol gedir ki, özünə çatsın. Ərbəin ikinci səfərdir. Kərbəlaya aparan yollar torpaqdan keçir, amma Hüseynə (ə) aparan yol qəlbdən keçir. Ayaqlar səni hərəmə çatdıra bilər, amma qəlbi ora yalnız mərifət aparar. Hər addım bir sualdır: Mən nədən uzaqlaşıram və kimə yaxınlaşıram? Hər yorğunluq bir imtahandır: Mən bu yolu özüm üçün gəlmişəm, yoxsa Haqq üçün? Aşura bir tarix deyil ki, oxuyub keçək. Aşura hər gün yaşadığımız seçimdir. Hər dəfə haqqı mənfəətdən, vicdanı rahatlıqdan, Allahı nəfsdən üstün tutanda, Kərbəla yenidən dirilir. Ərbəin isə bu seçimi təzələmək üçün bir fürsətdir. İnsan bu yoldan qayıdanda çantasında suvenir yox, qəlbində bir əhd gətirməlidir: daha doğru yaşamaq, daha saf sevmək və haqqın yanında daha möhkəm dayanmaq. Nə xoş o kəsə ki, Kərbəladan yalnız xatirə ilə yox, yeni bir qəlblə qayıdır. Çünki əsl ziyarət insanın Kərbəlanı görməsi deyil; Kərbəlanın insanı dəyişməsidir. 📝Hacı Adil Əhmədov8,72%
- 6 авг.وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ «Allah Öz dininə yardım edənlərə mütləq yardım edəcəkdir. Həqiqətən, Allah çox qüvvətli və yenilməzdir.» (Həcc, 40) «وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ» ifadəsi "lam" və "nun" ilə təkid olunmuşdur. Burada "nuni-təkidi-səqilə" işlənmiş və cümlədə üç təkid qüvvəsi vardır. Bu da çox güclü və qəti bir müjdədir. Yəni, əgər bir şəxs Allaha yardım etsə və bu şəkildə, məsələn, qılıncını əlinə alıb Allahın sözünü müdafiə etmək və onu həyata keçirmək üçün meydana gəlsə, Allah mütləq və mütləq ona yardım edəcəkdir. Çünki Allah birinə yardım etsə, artıq onda məğlubiyyətə yer qalmaz. O insanın məğlub olması mümkün deyil. Bu, çox təsirli və faydalıdır. Ona görə də ayənin sonunda buyurur: إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ Buradakı «لَقَوِيٌّ» sözündəki "lam" da təkid üçündür. Bu cür qəti şəkildə vəd edilən yardım kim tərəfindəndir? Elə bir kəs tərəfindəndir ki, çox-çox qüvvətlidir. Ali-rəhbər Ayətullah Seyyid Müctəba Xamenei7,32%