tgindex
İnsan Akademiyası

İnsan Akademiyası

Статистика

Yazıçı, psixoloq, araşdırmaçı Ülviyyə Tahirin psixoanalitik araşdırmalar və təhlilər kanalı💫

Последний пост
11 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
2
Всего постов
20
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
508
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
167
20 постов
Вовлечённость
32,9%
к подписчикам
Постов в день
0,3
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
47
1/48двое суток
53
1/72трое суток
58

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • İnsanların pulla bağlı verdikləri hər bir qərar, həmin anda sahib olduqları məlumatları götürüb dünyanın necə işlədiyinə dair özünəməxsus zehni modellərinin içərisinə yerləşdirmələri ilə reallaşır. Məsələn, iki insan eyni maaşı alır, amma pulla bağlı tamamilə fərqli qərarlar verirlər. Birinci insan düşünür: “Pul əlimdə qaldıqca dəyərini itirə bilər. Ona görə də bir hissəsini investisiya etməliyəm.” O, əvvəlki təcrübələrinə, eşitdiklərinə və iqtisadiyyat haqqında bildiklərinə əsaslanaraq belə qərar verir. İkinci insan isə düşünür: “İnvestisiya təhlükəlidir, pulumu itirə bilərəm. Ən yaxşısı onu yığıb saxlamaqdır.” Onun ailəsində əvvəllər kimsə pul itirib və o, pula münasibətini həmin təcrübə əsasında formalaşdırıb. Yəni hər ikisi öz məlumatlarına və dünyanın necə işlədiyinə dair zehni modelinə əsasən məntiqli qərar verdiyini düşünür. Eyni vəziyyətə baxırlar, amma fərqli “daxili xəritələrdən” istifadə edirlər. Bu fikri daha sadə desək: İnsan pulla bağlı qərarı yalnız pula görə deyil, pul haqqında beynində formalaşmış təsəvvürə görə verir. Reallığı dəqiq qiymətləndirmək üçün bu zehni təcrübələr- travmatik təsəvvürlər sıfırlanmalıdı. Qısası, hipnoterapiya bizi zehnin köhnə, oturuşmuş təsəvvürlərindən azad edə bilir.

  • Maddi vəziyyətimiz pul haqqında zehnimizdəki təsəvvürlərə əsaslanır. Məsələn, kasıb ailədə böyümüş uşaq pula necə qənaət edə biləcəyini, varlı ailədə böyüyən uşaq isə necə xərcləyə biləcəyini düşünər. Qısası, maddi vəziyyətimizdəki problemlərin kökünü maliyyə travmalarımızda axtarmaq lazımdır.

  • Davranışı öyrətmək çox çətindir. Yadda saxlamaq isə ondan da çətindir. Bu ona bənzəyir ki, özümə söz verirəm ki, filankəs mənə sataşsa, söz atsa da, ona istədiyi reaksiyanı verməyəcəm. Amma bir də ayılıram ki, mübahisə edirəm. Bəli, davranışlarımız emosiyslarımızdan birbaşa asılıdır. Emosiyalarımız isə qazandığımız travmalardan...

  • Emosional həll Çox vaxt insanlar "...əlimi üzəndən, vaz keçəndən sonra filan məsələm düzəldi" deyirlər. Bu psixoloji olaraq emosional hədəfdən ayrılmadı. İnsan emosional olaraq hədəfə yüklənəndə işin alınması uzanır. Məsələn, bir iş üçün çox fikir edir, aşırı düşünürəm. Nə qədər dərinə baş vururam, görürəm ki, çarə, həll ya uzaqlaşır, ya da bütün qapılar bağlanır. Bu insanın emosional korluğudur. Elə bil projektoru gözümüzə tuturlar. Gur işıq gözümüzə düşərkən nə görə biləriksə, emosional olaraq da asılı olduğumuz məsələlərdə o qədər ayıq ola bilirik. Terapiyada emosional sönmə prosesi reallaşdırmaq ilk hədəflərdən biridir. Emosional sönmə zehində "projektoru" söndürməkdir. "Projektor" sönür və görürəm ki, filan yerdə qorxaq olmuşam, azca cəsarət işi irəli aparar. Ya da filan yerdə filankəsin sözü təkəbbürümü qabardıb, halbuki bu qabarma olmasaydı, yola verərdim və iş alınardı.

  • Evdə kimsə yatanda, qabları bir-birinə çırpmaq, ev təmizləmək, əşyaları təmir etmək passiv aqressiyadır. Bu daha çox qorxaq, sozünü deyə bilməyən insanların üsyan şəklidir. Əgər belə bir münasibət sərgiləyən qadın, ana, ya da kişi ailədə varsa, əzizinin uğur qazanmasından əlini üzsün. Çünki passiv aqressiya qədər ailə uğurunu baltalayan nəsə yoxdur. Passiv aqressiya sahibləri özləri də bilmədən özlərinin düşmənçiliyini edirlər.

  • Axşam saat 21:00 - dan sonra mühüm qərarlar verməyin. Çünki qaranlıq özü ilə şüuraltının qorxularını da gətirir. Gecələr tənhalıq və qorxular daha da böyüyər. Ona görə də axşam bizi dəhşət basanda qərarı sabaha saxlamalıyıq. Gecə dəhşətli görüənən bir çox məsələ səhər açılanda çox adiləşir.

  • Uşaq mübahisə və zorakılıq içində böyüyəndə incidilmək qorxusu aktual olur. Xüsusilə, qızlar bundan çox əziyyət çəkirlər. Onlar gələcəkdə sevgi münasibətlərini qurarkən azacıq da olsa bu qorxunu hiss etdikləri anda münasibətə son qoyurlar. Bəzən isə bu o qədər qeyri-şüuru baş verir ki, münasibətin nə üçün bitməsi belə həmin qızlarda sual doğurur.

  • Pul qazanmaq üçün mütləq insanın psixoloji yaşı böyüməlidir.

  • 🧵Miqren Dərin bir bədbəxtlik hissi insanın o qədər dərinliyinə kök atar ki, insanın öz orqanının təbii hssəsinə çevrilər. Bu həyatdan məmnuniyyətsizliyin bütün həyata nüfuz etməsidir. Həyatda sanki dairə tamalanmır və yalnız yorur, usandırır. Miqren insanda düşüncənin ağırlığı və dərinliyindən yaranır. Bu başa çatmamış və nəyəsə nail ola bilməmiş bir insanın halətidir. Sanki bir qatar gedir, amma özü ilə heç nə aparmır, heç nə daşımır. Hansısa anda məlum olur ki, bu qatar əslində qapalı rels ətrafında dolanır və öz enerjisini xərcləyər ki, heç bir dərdə dərman olmaz. Əgər miqrenin yaşına baxsaq görərik ki, onun debütü 10 yaşdan başlayır. O yaşdan ki, artıq insanın artıq intelektual olaraq emosiyalarının fərqinə varmağa başlayır. Adətən, emosiyalar sönməyə(oxu: qocalmağa başlayanda) bu xəstəlik də yoxa çıxmağa başlayır. Miqren üçün köklü seanslar edilməlidir. Əsasən, insanın təyinat problemi həll olunmalıdı. Bəli, deyəcəksiniz ki, həyatda öz mövqeyini qazanmış kifayət qədər adamın miqreni var. Əziz dostlar, miqren mövqe, status, yox, təyinat xəstəliyidir. Yəni, insan potensialının fərqindədi, amma bunun hamısını sərf edə bilmir. Təsəvvür edin ki, 100 kilo meyvə gətirmisiniz, istəyirsiniz satasınız, ya paylayasınız. Amma axşam məlum olur ki, 50 kilo qalıb. Düzdür, pulunuzu qazanmısınız, amma hədəf 100 kilo idi. Axşama yerdə qalan 50 kilo ilə birlikdə miqren də beyninizin qapısını döyür.(Meyvə bu postda simvolikdir, yerinə öz hədəf və ehtiyaclarınızı qoya bilərsiniz)

  • Tərəddüd həmişə qorxudan doğur. Tərəddüd uğuru doğrayan baltadır. Bu baltanı vuran isə həmişə ağlımıza belə gəlməyən travmatik qorxularımız, qənaətlərimiz olur.

  • Emosiyaları təfəkkür etmək Əziz dostlar, emosiyalarımızı nə qədər yaxşı tanıyırıqsa, o qədər həyatın dilini tapa bilirik. Məsələn, sevgi münasibətində problemlər var. Nə bir yerdə alınmır, nə də ayrılmaq istəmirəm. Emosiyalarımı tanıyıramsa, onları özüm üçün təsnifatlaşdırmalıyam. Hansı mənim dostum, hansı düşmənimdir. Məsələn, işdəyəm. Qəfil həyəcan gəlir ki, dur ona zəng elə. Gör hardadı. Nə edir? Nəzarətindən buraxma. Əgər ayıq qadınamsa, bunun düşmən emosiya olduğunu başa düşməliyəm. Yox, elə özüm də buna maraqlıyamsa, oho, durub nəinki zəng edirəm, hətta səsimin tonu ilə ona bu münasibətdə ağanın kim olduğunu xatırladıram.

  • Xatırlamaq cəzaya çevriləndə insan yaddaşdan imtina edir.

  • İnsanda iltihablanmanın böyüklüyü qəzəbin böyüklüyü ilə ciddi əlaqədər olur.

  • Seanslarda qarşıma çıxan məsələlərdən biri də xəstəliklərin birbaşa psixoloji hallarımızla bağlı olmasıdır.

  • Niyə uğura çatmaq üçün travmalar aradan qalxmalıdı? Travma bizi işlərimizə qarşı emosional edir. Məsələn, travma olmayanda uğursuzluğumuz bizə təcrübə təəssüratı bağışlayır. Travma olanda ürəyimiz də partlaya bilər. Məsələn, iş prosesində travma tutumu daralandanda, insan stressli və aqressiv olur. Yox, travma həllini tapıbsa, insan rahat şəkildə genişliyi hiss edir, bütün iş imkanlarını, çarələri və gedişləri şahmat taxtasına fövqdən baxırmış kimi görür. Ona görə də iş qurmaq, biznes sahibi olmaq istəyiriksə, ilk növbədə tutumumuzu genişlətməliyik. Fincanla çən suyu arzulamaq ağılsızlıq və emosional yanaşmadır.

  • "Başıma gələnlərə görə sən günahkarsan!" "Bu işi sən etdin!" "Sənə görə oldu!" günahlandırmaları bizi işin işindən təmiz çıxardır. Bu zaman özümü süddən çıxmış ağ qaşıq elan edir, qarşımdakı adamı daş-qalaq olunacaq hala salıram. Bunun psixoloji ziyanı nədir? Əvvəlki postda yazdığım kimi günahlandırma inkişaf gətirməz. Çünki bu zaman özümü səhvsiz elan edir və görürəm. Bəli, haqlı görünmək və hiss etmək qələbə məmnuniyyəti bəxş edər, amma mənə bundan artığı lazımdırsa, onda bu sadəcə boş atəşfəşanlıqdır. Hə, bildim ki, mən düz deyirəm, haqlıyam, həyat yoldaşım haqsız və səhvdir. Bu hey təkrarlanır, mən ortada ağıllı və bilmiş olaraq hərlənirəm. Amma bu "müdrikliyim" mənə daha ali nəsə gətirmir. Ağıllı adamlar bu formatdan çıxış vermək üçün bu sualı verirlər: Niyə daim haqlı və səhvsiz olmağa bu qədər ehtiyacım var?

  • Günahkar arayışında inkişaf yoxdur. Bəli, günahkarın tapılması bizi məmnun edir. Amma harasa aparıb çıxarmır. Günahkarın tapılması o zaman faydalıdır ki, cəza da inkişafa aparsın.

  • Əgər ailədə məsuliyyət götürülmürsə (məsələn, nəsə baş verəndə kimsə, şərait, ya da nəsə günahlandırılırsa) bu cür ailədə böyüyən uşaqlar infantil, çarəsiz, aciz və ya despot olurlar. Axı hər şey üçün kimsə, ya da nəsə günahkardır. Onda ya sən günahkarsan, ya da mən.

  • Zarafat Travma insanı daim təhdidə, təhlükəyə qarşı ayıq olmağa sövq edər. Ona görə də bəzi adamların zarafata dözümü olmaz. Zarafatı da reallıq kimi qəbul edərlər.

  • Zarafatın və lağ-lağının sərhədi qorunmayan ailələrdə böyüyən uşaqların zehnində rişxənd qorxusu yatır. Seansların birində uğursuzluq üzərində işləyərkən bu qorxu ilə qarşılaşdıq. Bu qorxu hədəfini reallsşdırmağına mane olurdu. Addım atmaq istəyir, amma bu qorxu onu geri çəkirdi.