- Последний пост
- 9 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 43
- 1/48двое суток
- 49
- 1/72трое суток
- 53
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Həyatı keşməkeşlərlə keçən 40 yaşlı qadın... Onun skoliozu var, ağrılarla qıvrılır. Anası tibbi yardım almasına icazə vermir. Səbab qəddarlıqdır? Yox!.. Qazanca çevrilmiş dini manipuliyasiyadır. İllər əvvəl Klaranın Məryəmi gördüyü iddia edilib. Bundan sonra anası onu kəndə "müqəddəs qadın" kimi tanıdıb. Kənd əhalisi onun evinə axışır, ona dualar edir, yaralarının sağalması üçün Klaranın şəfaverici olduğuna inandıqları əllərinə etibar edirlər. Ana isə ziyarətçilərdən pul toplayaraq bu vəziyyətdən qazanc əldə edir. Bir də Klaranın qardaşı qızı var... Mariya... Həyat dolu, rəngarəng və sevimli... Hər şey kəndə gənc və yaraşıqlı Santyaqonun gəlməsi ilə dəyişir. Anasının diqtəsi ilə uşaq kimi böyüdülən Klara "müqəddəs" olmağı seçəcək, yoxsa öz qərarlarını özü verməyə başlayacaq. Klara rolunu oynayan Vendi Araya əslində, rəqqasədir, amma debüt rolunu uğurla canlandırıb. Operator Sofi Vinkvistin də işini bəyəndim.
Son zamanlarda baxdığım ən uğurlu sənədli filmlərdən biri. Hamımız Efiopiyanı qəhvənin vətəni kimi tanıyırıq. İqlim dəyişikliyi, quraqlıq və qlobal bazardakı ədalətsiz qiymətlər yerli fermerləri qəhvə plantasiyalarını məhv etməyə məcbur edib. Qəhvənin yerini isə daha sürətlə böyüyən, suya daha az tələbatı olan və hər şeydən əvvəl inanılmaz dərəcədə gəlirli olan qat bitkisi alıb. Əfsanəyə görə, qədim dövrlərdə əbədiyyət axtarışında olan sufi imamları gecələr uzun ibadətlər və zikrlər zamanı oyaq qala bilmək üçün Allaha dua edirlər. Bu duaların qarşılığında onlara qat yarpaqları bəxş edilir. İlk vaxtlar qat yalnız dini ayinlərdə, mistik meditasiyalarda və Allaha yaxınlaşmaq məqsədilə çeynənirdi. Lakin "Faya Dayı" sənədli filmi göstərir ki, zaman keçdikcə bu müqəddəs hesab edilən bitki kapitalizmin və yoxsulluğun pəncəsində öz ilkin mənasından uzaqlaşıb. Bu gün o, artıq dini bir vasitə deyil, milyonlarla insanın reallıqdan qaçmaq üçün istifadə etdiyi kütləvi asılılıq mənbəyinə çevrilib.
Fərqli... Zəif... Müdafiəsiz... Bəzən sənə "ifritə" damğası vurulmağı üçün üçündən biri kifayətdir. Elə götürək bizi... Bərkdən gülmək, ürəkdən oynamaq belə sənə ikrahla baxılmaq üçün yetərlidir. Hara çevrilsən, uduzacaqsan... Hara çevrilsən, qorxu ilə bəslənən baxışların hədəfi olacaqsan... Ya axına qarşı üzməlisən, ya da o baxışlardan birinə çevrilməlisən. Özünü yaratmaq, yoxsa qorxu baxışlı kopyalardan birinə çevrilmək? Görəsən, o kopyaların əsli haradadır? "Mən ifritə deyiləm"də rejissor bu və bənzər suallara cavab axtarır.
https://kulis.az/xeber/media/ata-ogluna-vermir-amma-o-mene-evini-bagisladi-resulzadenin-nevesinin-eserlerinin-qorundugu-xezer-muzeyinden-reportaj-68526
https://kulis.az/xeber/kino/diktatorun-senzurasini-aldadan-film-50-ilden-sonra-da-sirrini-qoruyur-68470
İkinci Dünya çempionluğu!.. Haqqı ilə!.. Rəqibə top vermədən!.. Viva Espana!!! 🇪🇸🇪🇸🇪🇸
Bu gün görkəmli rejissor Abbas Kiyarostaminin doğum günüdür. Onun haqqında geniş araşdırma yazısı: https://kulis.az/xeber/kino/firildaqcini-inandirib-oz-filmine-ceken-iranli-rejissor-abbas-kiyarostaminin-filmlerine-niye-baxmalisiniz-67979
Barselona Qaudinin 100 illiyini “Saqrada Familiya” üzərində təşkil edilən atəşfəşanlıqla qeyd edib. 172,5 metrlik İsa Məsih qülləsinin açılışı zamanı atəşfəşanlıq kilsəni işıqlandırıb, təşkil olunan dron şousu isə bazilikanın kənarında Antoni Qaudinin portretini canlandırıb. Mərkəzi qüllənin inşasının başa çatması ilə “Saqrada Familiya” tam hündürlüyünə çatıb və bununla da dünyanın ən hündür kilsəsinə çevrilib.
https://kulis.az/xeber/media/meleyke-esedova-buna-gore-uzun-illerdir-urek-problemleri-ile-mubarize-apariram-musahibe-66719
https://kulis.az/xeber/media/elekber-salahzadenin-qizi-atamin-olumunden-sonra-nomresinden-zeng-geldi-acdim-ki-musahibe-66550
Dünyanın ən möhtəşəm sənədli animasiyalarından biri. Filmin rejissoru və əsas obrazı Ari Folman barda əsgərliknyoldaşı ilə söhbət eləyir. Dostu ona eyni yuxunu dəfələrlə gördüyünü deyir. Bunun səbəbi də 1982-ci ildə Livanda İsrail ordusunda əsgər olan dövrlərdə…
"Sahilsiz gecə" filminin möhtəşəm saundtreki...
Günlər gəlir keçir, geriyə nəğmələr qalır...
Həyat yoldaşınızla dəniz gəzintisindəsiniz... Və qəfildən radioaktiv dumanın təsirinə məruz qalırsınız. Vaxt ötdükcə əyninizdəki paltarların sizə böyük gəldiyini görürsünüz. Boyunuz da hər gün daha da balacalaşır. Həkimə gedirsiniz, səbəbini öyrənirsiniz, ancaq müalicəsi yoxdur. İşinizi, dostlarınızı itirirsiniz. Media da əl çəkmir, qapınızı kəsdirir. İş yoxdur, deməli, pul da yoxdur. Məcbur olub pulla müsahibələr verirsiniz. Ancaq daha da kiçilirsiniz, sürətlə. Sirkdə işləməyə başlayırsınız. Ancaq belə getməz... Nəsə eləmək lazımdır. Əks halda, yox olacaqsınız. Ancaq nə? Film fərdin özündən asılı olmayan səbəblərə görə hansı vəziyyətlərə düşdüyünü, çox yox, cəmi 80 dəqiqəyə özünəməxsus formada göstərir. "İnanılmaz kiçilən adam" dünya elmi fantastikasına istiqamət verən filmlərdəndir.
без подписи
Feysbukun xatırlatdığı filmlər... Hər ikisi maraqlı işdir. Vaxt tapan kimi mütləq baxın.
Yam Komasanın "Corpus Christi" və "The Hater" filmləri baxmışdım və bəyənmişdim. Daha sonra keçən il çəkdiyi "Anniversary" filminə baxdım. Çox natamam və qarışıq idi. Obrazlar da düz-əməlli işlənməmişdi. Obrazların hərəkətləri əsaslandırılmırdı və s. "Heel" filmində az da olsa, həll eləyib problemləri. Ancaq Komasa bizə personajları inandırıcı olmayan dumanlı bir ailə təqdim edir və onların inkişafını lazımsız sirlərlə boğur. "Heel” personajlar arasındakı münasibətləri dərindən araşdırmaqdansa, daha çox vahiməli tonu qorumağa üstünlük verir. Anson Bun girov götürülən və orada psixoloji saraıntı yaşayan gənci çox yaxşı oynayıb. Yəqin ki, onu bundan sonra da müxtəlif səpkili filmlərdə görücəyik. Məncə, filmə şans verməyə dəyər. Şəxsən mən peşman olmadım. Psixoloji deam/triller sevənlər peşman olmayacaqlar.
Görkəmli rejissor Abbas Kiarostaminin filmləri arasında ən çox sevdiyi səhnə... "Dostumun evi hardadır?" filminin son səhnəsi...
Türkiyəli məşhur nəğməkar şair Ülkü Aker vəfat edib. “Bana Yalan Söylediler”, “Mavi Boncuk”, “Bir Fincan Kahve Olsam”, “Son Arzum”, “Eskimeyen Dost”, “Sana Ne Kime Ne”, “Tek Başına” və kimi əsərlər onun sözlərinə bəstələnib və dillər əzbərinə çevrilib.
https://kulis.az/xeber/kino/ssri-22-minden-cox-polsalini-niye-gulleledi-bir-facienin-perdearxasi-65973