- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 371
- 1/48двое суток
- 425
- 1/72трое суток
- 458
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🍉 əlbəttə, bu ilin hələlik ən yaxşı siyasi dramıdır. türkiyədəki (həm də elə bütün ölkələrdə) avtoritarizmin insana, sənətə, təhsilə, müxtəlif qruplara və nəhayət, ailəyə, ailəyə dəyərlərinə vurduğu ziyan haqqında çəkilmiş film builki berlin beynəlxalq festivalında "qızıl ayı" ilə mükafatlandırılıb. film içində teatr, film içində film... - bu, çox işlənmiş fənddir, fəqət bu dəfə rejissor üslubu məzmunun alətinə çevirib, yəni qol gücü göstərmək məqsədi ilə hoqqa çıxarmayıb. ssenari, deamaturji xətt, aktyor oyunu, musiqi, mizan, sekanslar/keçidlər, (bu montaj üslubu mənə yad olsa da)... - ümumiyyətlə, yüksək səviyyədə bədii/vizual həll və qəşəng film! ikinci hissə şərh bölümündə 🔻
🤯 rejissoru/ssenaristi hələlik məlum olmayan "44" filminin treylerini izlədim... türklərin "dağ II" filminin yerli versiyası olan plakat işinin dili, rəngi çox bərbaddır. dialoqlar, şüarlar, mizan... tahir imanovun "gəl gedək qarabağa" klipini xatırladır. pirotexniki vasitələrin bolluğu filmlərin dilinə, rənginə, dramaturji xəttinə təsir etmir, əziz millilər. ikimincisi, belənçi treyler olmaz e... treylerdən hekayəni oxumaq olur, tər/təmiz spoylerdir. türk aktrisanın fulyalığı, komandirin öldürücü pafosu, dişlərini qıcamağı, süni qəzəbi haqqında da danışmaq olar, fəqət çox güman, məni vətən xaini çıxardacaqsınız. oyununuz olsun, iş elə gətirdi ki, helikopterdə yer olmadı, mən də uğunub getdim..,
🔞 kanadalı rejissor Devid Kronenberqin şedevri. 14 yaşlı Tatyana doğuş zamanı ölür... Tatyananın gündəliyini oxuyan mama-ginekolog Anna onun ailəsini tapmağa qərar verir. gündəlik sayəsində insan və narkotik ticarətilə məşğul olan cinayətkar quruplaşmanın izinə düşən Anna ovçu ikən ova çevrilir... izləmək üçün 🔻
🍉 2021-də istehsal edilmiş Kann mükafatlı bu filmə "russayaq titanik" deyənlər də var. *** 90-cı illərin əvvəlidir. hələ sovetin qoxusu çəkilməyib. iş elə gətirir ki, mədən işçisi Lyoxa ilə finlandiyalı arxeoloq-tələbə Laura 6 nömrəli kupedə tanış olurlar və məlum olur ki, iksi də 2000 kilometr uzağa - Murmanska gedirlər: Lyoxa mədənə, Laura petroqlifləri (qayaüstü rəsmləri) ziyarət etməyə. iki fərqli tale 2000 kilometr uzaqda - şimal qütbündə birləşir, bir/birinə çevrilir, eyniləşir, üstəlik, bu soyuq/isti birgəliyin işığı xeyli mətləblərə işıq tutur. bir növ, yol özü aparır... məsələn, homoseksual Laura keçmişi eşələyə/eşələyə qadınlığına qayıdır... Lyoxa özünü tapır. əslində, kobud desək, arxeoloqla mədən işçisi, aşağı/yuxarı, eyni işi görür: torpağı qazırlar, özlərini qazırlar və nəhayət, şimal qütbündə tapışırlar. xüsusilə, yol/macəra filmlərini sevənlər üçün ideal seçimdir. izləmək üçün 🔻
45 il öncə... yüzdən çox insanı dara çəkmiş, “edam maşını” kimi tanınan Aslan ağa günahlarından arınmaq üçün şəhərdən uzaqlaşır. bir növ, siyasi cəngəllikdən sivişib özünə, təbiətə üz tutur. fəqət Aslan ağayla birgə kəndə ölümsüzlük gəlmiş; edam edilmiş günahsızların nakam taleyi, siyasi maraqların qurbanı olmuş gənclərin yarımçıq ömrü Aslan ağanın ömrünə yazılmış, onu əbədiliklə cəzalandırmış... ...yerin üstünə, göyün altına məhkum edilmiş, (yaxud əbədiyyətə edam edilmiş) canlıların hekayəsi. Aslan ağa gəldiyi gündən, - 45 ildir - bu kənddə, heç kim ölmür, ölə bilmir... ✅ filmin aktyorları güneyli soydaşlarımızdır. altyazıya, yaxud tərcüməyə ehtiyac yoxdur. izləmək üçün 🔻
🍉 portuqaliyalı rejissor Pedru Koştanın şedevri. yağlı boya effektli, yüksək səviyyəli bədii/vizual həll! filmin işıqçısı, deyərsən, Karavaccodur. Kabo-Verdeli (əvvəlki adıyla Yaşıl Burun Adaları Respublikası) Vitalina Varelanın hekayəsi... o, 25 il öncə işləmək üçün Lissabona köçmüş həyat yoldaşının dalınca gedir, fəqət öyrənir ki, kişi üç gün öncə vəfat edib. sivilizasiyaya yad, qərib Vitalina gettoda, qaranlıq gecəqonduda ərini "yaşamağa" başlayır... bir növ, ərini kəşf edir, onu küçə/küçə, adam/adam toplamağa başlayır. mədəniyyətlərin qovuşuğunda... - getto, qaranlıq adamlar, qaranlıq küçələr... və ümidin, əriylə göndərdiyi səadətin axtarışında qərib qadın.., izləmək üçün keçid şərhdə 🔻 ✅ dostlarınızı dəvət etməyi unutmayın 🫠
📌 18+ maştağadakı psixiatrik xəstəxana haqqında yayılmış dezinformasiya, əhmədin şouşenkdən qaçışı, çöldə də cinayət törətməsinə dair profildən profilə sızan şayiələr mənə kinonun ana sütunlarından biri, milliyyətcə çex, ailəsini ikinci dünya müharibəsində əsir düşərgəsində itirmiş, parisdə, moskvada ali kino təhsili almış, 1968-ci ilin Praqa hadisələrindən sonra vətəninə qayıtmaqdan vaz keçmiş rejissor Miloş Formanın amerikalı yazar Ken Kizinin eyniadlı povesti əsasında 1975-ci ildə çəkdiyi "ququ quşu yuvası üzərindən uçarkən" filmini xatırlatdı, Azərbaycan dilində izləmək üçün keçid şərhdə 🔻 ✅ dostlarınızı dəvət etməyi unutmayın 🫠
"keçmişi olmayan adam" filmiylə sənət siyahımın onluğuna daxil olmuş Aki Kaurismiyakinin sonuncu bədii/vizual şedevrini təqdim edirəm. film təsadüfən tanış olmuş orta yaşlı əyyaşla orta yaşlı qadının finski münasibətinin fonunda Rusiya/Ukrayna müharibəsindən, kütləvi bozlaşmadan, hər şeyin mənasını, ləzzətini itirməyindən bəhs edir. dekor 90-cı illəri xatırladır. radiolar, telefonlar, evlər, yollar, barlar, geyimlər, rənglər... bir növ, Aki hər şeyin formaca fərqli, mahiyyətcə eyni olduğuna işarə edir, yaxud belə də oxumaq olar: rejissor bu günün bozluğuna, mənasızlığına, texniki/sintetik münasibətlərinə keçmişin donunu geyindirir. içənlər içir, içməyənlər eləcə qup/quru, vərdiş halında yaşayır, hətta deyərdim, ayaqüstə kirayə qalırlar. şimalın soyuq iqlimi münasibətlərə, xarakterlərə də təsir edir, əlbəttə, fəqət zamanla bizim isti, mübarək insanlar da texnikiləşəcək, sintetikləşəcək və istilik, gözəllik ancaq rənglərdə, xatirələrdə qalacaq. izləmək üçün 🔻
♦️ bir dövrün sonu, bir prezidentin çöküşü haqqında... avtoritar prezident xalq üsyanı nəticəsində hakimiyyətdən devrilir və nəvəsi ilə birlikdə qaçmağa məcbur olur... o, müxtəlif kimliklərə bürünüb gizlənməyə cəhd edir, fəqət ölkəni dolaşdıqca idarə etdiyi sistemin əsl üzünü görür. "ədalət, yoxsa vicdan?" - məşhur iranlı rejissor Möhsün Məhməlbaf bu suala cavab verməyə çalışır. (filmin ardı şərh bölümündə) ✅ dostlarınızı dəvət etməyi unutmayın🫠
akira kurosava yuxuları əsasında çəkdiyi "xəyallar" filmində vinsent van qoqun "buğda zəmisi və qarğalar", "arlesdəki körpü" əsərlərini belə canlandırıb. ən qəşəng tablo vivantlardan biridir,
без подписи
📌 Mason adlı oğru Bastiliya günü təsadüfən hökumətə qarşı plan quran, siyasi inqilaba hazırlaşan çevik polis alayının əməkdaşları və təhlükəsizlik xidmətinin rəhbəri Qamyonun qurbanı olan Zoenin - ümidli gənc qızın bomba yerləşdirilmiş çantasını oğurlayır. o, görəndə ki, Zoenin ayı kuklasından başqa heç nəyi yoxdur, çantanı zibilliyə tullayır... və BUM! - çanta partlayır, dörd nəfər ölür, onlarla vətəndaş yaralanır. Mason o günəcən oğurladığı bütün pulları götürüb qaçmağa cəhd etsə də, mərkəzi kəşfiyyat idarəsinin agenti onu yaxalayır. artıq oğru ilə agentin düşməni ortaqdır: təhlükəsizlik xidmətinin rəhbəri və çevik polis alayının bir neçə qrupu. xüsusi agent özünü təsdiqləmək, oğru isə adını təmizləmək üçün şifahi müqavilə bağlayır, fəqət onlar unudur ki, çevrilişə hazırlaşan klanların da öz planı var. 🔺beləliklə, müqəddəs beşinci günə gümrah oyanmaq üçün əsl fürsət: (filmin ardı şərh bölümündə) ✅ dostlarınızı dəvət etməyi unutmayın🫠
🔞 Donald Tramp bu filmi qadağan etmək üçün çox çalışıb. bir çox studiya filmi satın almaqdan imtina edib. çünki amfetamindən asılı Tramp xanımı İvanaya təcavüz edir, zamanla inşa etdirdiyi "hündürlüyün" altında əzilir və metamorfoz keçirir. bildiyimiz kimi, onun yüksəlişində ən önəmli rolu vəkil Roy Kon oynayıb. Kon onu elitanın, mafiyanın, medianın ən nüfuzlu şəxsləri ilə görüşdürüb, ona kimi necə şantaj, nə cür təhdid etməyin yollarını öyrədib. beləcə, varlanan, şöhrət/etimad qazanan, Tramp isə onu – müəllimini ölümə tərk edir. (ardı şərh bölümündə) ✅ dostlarınızı dəvət etməyi unutmayın🫠
❗ böyüklər üçün VİDEOMATERİALDA açıq/saçıq GÖRÜNTÜLƏR MÖVCUDDUR ❗ ukraynalı rejissor Miroslav Mixayloviç Slaboşpitskinin “qəbilə”si 130 dəqiqəlik səssiz film... Ukrayna. eşitmə və danışma əngəllilər üçün nəzərdə tutulmuş təhsil ocağı. ...sevgidən, qayğıdan uzaq yeniyetmələrin – bədən dili vasitəsilə danışanların qəbiləsi. **** Sergey “sağ qalmaq” üçün təhsil ocağındakı özünəxas iyerarxik sistemli, qara/qura işlərlə məşğul şəbəkəyə qoşulur. oğurluq, qəsbkarlıq, insan alveri... o, əngəlli seks işçisi Anna ilə müştəriləri arasında vasitəçilik edir, fəqət zamanla Annaya aşiq olur... bu istək onu şiddətə, ölümə sürükləyir, (ardı şərh bölümündə) ✅ dostlarınızı dəvət etməyi unutmayın🫠
❗ böyüklər üçün VİDEOMATERİALDA açıq/saçıq GÖRÜNTÜLƏR MÖVCUDDUR ❗ İran demişkən... İran haqqında ən çılpaq həqiqətlərin təsvir olunduğu film. film real hadisələr əsasında çəkilib. "müqəddəs hörümçək" Məşhəddəki fahişələrin ovçusudur. mizoginist "hörümçək" 1982-də İran/İraq savaşında iştirak etsə də, ona nə fəxri ad, nə də mükafat verilib. o özünü lazımsız hesab edir. öldürdüyü qadınlar haqda xəbərləri oxuduqca, bir növ, əzilmiş eqosu qidalanır. jurnalistlər onu "hörümçək qatili" adlandırırlar. sual budur: hörümçək kimdir? qatilin kimliyindənsə, onun fahişələri niyə öldürdüyü maraqlıdır. filmi izləyə/izləyə "Ənkəbut" surəsini və Kafkanın "Metamorfoz" əsərini xatırladım. "Allahdan başqasını özlərinə dost tutanların halı özünə yuva qurmuş hörümçəyin halına bənzəyir. şübhəsiz ki, yuvaların ən zəifi hörümçək yuvasıdır. kaş bunu biləydilər..." (ardı şərh bölümündə) 📌✅️ dostlarınızı dəvət etməyi unutmayın🫠
✳️ Yeni il üçün xüsusi nümayiş Rovan Atkinsonun (Mr.Bin) "Man vs Baby" - təptəzə Yeni il filmi (ardı şərh bölümündə) 📌✅️ dostlarınızı dəvət etməyi unutmayın🫠
⛔️real hadisələr əsasında ikinci dünya müharibəsi. əsir özünü nasistlərə fars kimi təqdim edir. deyir, mən farsam, yəhudi deyiləm, məni edam etməyin. ona inanırlar, fəqət axı o fars deyil. nə etməli? əlbəttə, o yeni dil uydurur və hamını inandırır ki, uydurduğu dil fars dilidir. üstəlik, yüksək çinli nasist zabitinə də haman dili öyrədir. əslində, o, düşərgədə öldürülən hər yəhudinin adından bir söz "düzəltmişdi". ən adi səhv, çaşqınlıq və unutqanlıq onun ölümünə səbəb ola bilərdi, ancaq o adları sözlərin üstünə elə otuzdurur ki... beləcə, həm də ölənləri dildə yaşatmağa, təzədən yaratmağa başlayır. yəni onun uydurduğu dil məhv edilən xalqın yaddaşıdır. axı insan ikinci dəfə - bəlkə də, elə birinci dəfə də adı unudulanda ölür. həqiqət bəzən fakt deyil, yaddaşdır. (ardı şərh bölümündə) 📌✅️ dostlarınızı dəvət etməyi unutmayın🫠
🔴 real hadisələr əsasında ikinci dünya müharibəsindən sonra Argentinaya qaçmış, holokostun əsas təşkilatçısı Adolf Eyxman 1960-cı ildə İsrail kəşfiyyatı Mossad tərəfindən həbs edilir və İsrailə gətirilir. milyonlarla yəhudinin ölümünə səbəb olan deportasiya və məhvetmə planlarını idarə edən yüksək rütbəli nasist məmur Eyxman müharibədədən sonra Argentinada ailə qurur, müəllim kimi fəaliyyət göstərir. qızı hələ də orada yaşayır. izləmək üçün (ardı şərh bölümündə) 📌✅️ dostlarınızı dəvət etməyi unutmayın🫠 dəvət linki: https://t.me/omaryk
❗ idarəetmə mexanizmi özünü yeməyə başlayıb. resurslar tükənib. nə etməli? əlbəttə, qaçmalı! hamilə Mia ilə əri də qərar verirlər ki, qaçsınlar. əslində, onlar ümid dalınca getmirlər, bu, sadəcə məcburiyyətdir; bir növ, qurtuluş yox, ölümü gecikdirməyə cəhd... di gəl, atalar demiş, əri döyən qadını bir yandan da it dişləyir. o, okeanın ortasında - konteynerin içində həm özü üçün, həm də siyasi qarğaşının qurbanı kimi dünyaya, - daha doğrusu, dəmir qutunun içinə - gələn körpəsi üçün su ilə, - yəni yaradılışın mənbəyi ilə mübarizə aparmağa başlayır... filmin adı da təsadüfi deyil: yersiz, istiqamətsiz və zamansız mücadilə... (ardı şərh bölümündə) 📌✅️ dostlarınızı dəvət etməyi unutmayın🫠 dəvət linki: https://t.me/omaryk
‼️ 🔞 DİQQƏT: 18 yaşdan kiçiklərin baxmağı qəti qadağandır! 🔻EKSKLÜZİV cinayət, inqilab və özüylə savaşan ABŞ-nin ümidsiz, ekzistensial, siyasi və əxlaqi vakuumda fırlanan vətəndaşları. düşmənlər 16 ildən sonra peyda olur... köhnə inqilabçılar yoldaşlarının qızını xilas etmək üçün yeni plan qurur. yeniyetmə Vilannın əsl atası kimdir? yoxsa o, siyasi oyunların psixoloji travmayla doğulmuş qızıdır? bu ilin istehsalı, Bred Pitin baş rolda oynadığı, Pol Tomas Andersonun "Savaş ardınca savaş" filmi. (ardı şərh bölümündə) ✅️ dostlarınızı dəvət etməyi unutmayın🫠 dəvət linki: https://t.me/omaryk