tgindex
Последний пост
12 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
1
Всего постов
20
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
915
+1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
694
20 постов
Вовлечённость
75,8%
к подписчикам
Постов в день
0,1
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
175
1/48двое суток
200
1/72трое суток
216

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Bir neçə gündür, kino adamları şəxsiyə o məşhur informasiyanı yollayırlar: Kino Agentliyinin  keçirdiyi tenderin qalibinin “Ukrayna Ticarət Evi”  şirkətinin olması, Agentliyin sifarişi əsasında, kinoyla əlaqəsi olmayan bu qurumun filmlərin dublyajını,  subtitrlərin hazırlanması xidmətini həyata keçirəcəyi  və qarşılığında 303 min manat alacağı.Bu məlumatı yayımlayan heç bir sayt araşdırma aparımır ki, ölkədə peşəkar şəkildə dublyajla, subtitr xidməti ilə məşğul olan neçə şirkət var və Agentlik bu xidməti niyə məhz profili üzrə aidiyyatsız qurumla həyata keçirmək istəyir? Şirkətin bu sahə ilə bağlı öncə hansı təcrübəsi olub?    Əsas odur ki, Çeki Can ölkəmizə gəlib,  Agentliyin rəhbəri Rəşad Əzizov onunla foto çəkdirib, xoşbəxt olub. O, xoşbəxtdirsə, biz də xoşbəxtik…“Xoşbəxtlik qayğıları-2" filminin davamını çəkməyin vaxtıdır...

  • 9 авг.333141

    Milli Kino Günündə Asiman Ağa Rövşənin ssenari müəllifi və rejissoru olduğu  “Divarın o üzü” qısametrajlı bədii filmi göstərildi. Asimanın ilk rejissor işidi. Asimanın kamera əhvalatı qurmaq bacarığı var: “Otel loo”  bir məkanda çəkilib, “Qırmızı zona”da  hadisələr əsasən eyni qəsəbədə baş verir. Həmçinin, “Divarın o üzü”.  Süjetə görə, köhnə binalardan birində eyni mənzili almaq istəyən, vaxtilə qonşu olmuş Zaur (Nurlan Süleymanlı) və Sima (Sabirə Abdullayeva Rüstəmli) illər sonra həmin mənzildə görüşür. Simanın sevgilisi, iş adamı Möhsünün (Səmimi Fərhad) davranışı  nəticəsində hekayə gözlənilməz sonluqla bitir.      “Divarın o üzü” uğurlu debütdür. Hərçənd, qüsurlardan xali deyil. Diqqətimi birinci çəkən vizual yanaşma oldu. Bilirsiz, dar məkanda çəkiliş aparmaq çətindir, bu, fərqli metodların tətbiqini tələb edir. Asiman əksər hallarda, dialoqlar zamanı - klassik çiyindən çəkilişdən imtina edib. Əvəzində bəzi kadr və epizodlarda frontal, səthi, yəni dərinliyi olmayan səhnə mizanlarına üstünlük verib. Məsələn, personajlar üfüqi xətt üzrə, yanaşı düzülərək danışır  (bəzən düzülüş pozulur- bir personaj öndədir, digəri arxada), bəzənsə dialoqlar sürətli panormalı çəkilişlə göstərilir və montaja ehtiyac qalmır.  Kiçik məkanda belə kompozisiyalar imkan verir ki, həm eyni anda 3-4 personajın reaksiyasını görək, həm də o andakı vəziyyətin psixoloji bütünlüyünü hiss edək. Amma dərin səhnə mizanları da az deyil. Misalçün, çay süfrəsi səhnəsində elə dərin rakurs (operator Şahmar Səfəroğlu) seçilir ki, o anda bütün personajların ovqatını hiss edirsən. Fleşbəklərin kamera yaddaşından göstərilməsi sayəsində, bəzən indi ilə keçmişi əks etdirən səhnələr arasında fasiləsizliyə nail olunub. Zaurun rəssamlığından istifadə edərək, vizual assosiyasiyalardan istifadə edilib. Məsələn, Sima ona tanlşlıq verəndə, Zaurun yaddaşında- Da Vinçinin, Yan Vermeerin, Renuarın məşhur qadın portretləri canlanır. Təbii, canlı qadın portretləri sanki Simanın süni, saxta obrazı ilə kontrastdadır.Statik portret planlar, səthi məkan təsvirləri daha çox teatraldır. Bəlkə də qeyri səmimiyyəti, emosional soyuqluğu vermək üçün teatrallıq yerinə düşür. Dramaturgiya əsasən dialoqlarda inkişaf edir, hərəkət azdır; hər halda vəziyyətlərin və münasibətlərin çatdırılmasına hesablanmış mizanlar, aktyor oyunlarının canlılığı, gərəksiz uzun planların yoxluğu, quruluşdakı dinamika və s. filmi kobud teatrallqdan xilas edir.Tənqidi qeydlərim ssenari ilə bağlıdı. Çəkilişdən öncə ssenarini oxumuşdum. Asimanla müzakirəmizdə demişdim ki, Möhsünün Simanı alçaltması üçün səbəbi yetərli deyil. Çünki Sima ilə Zaur uşaqlıqda bir-birini sevsələr və bu, kişini qısqandırsa belə, onun qadına təhqiramiz münasibətinə əsaslı zəmin yaratmır. Simanın davranışında meşşanlıq, təkəbbür olsa da. Sonda Möhsün Simanı mənfəətpərəst  olduğuna görə tərk edir. Məgər bunadək Möhsün Simanın mahiyyətini bilmirdi? Və bir qadının evli kişiylə münasibəti, ona ev, maşın aldırması təkcə qadının məsuliyyəti deyil axı. Zaurun da ləyaqətində qüsur var. Uşaqlıq dostu ona görə alçaldılır, o isə susur, çünki niyyəti nə olursa olsun ata evini almaqdı.Finalda Möhsünün özü haqda infomasiya verməsi artıq idi: “Mən uduzmağı xoşlamıram, prinsipal adamam”.  Çünki Səmiminin parlaq oyunu bu sözləri deməsinə ehtiyac yaratmır. Möhsünün evi sevgilisinə yox, Zaura almasını izah edən səbəbin sözlə ifadəsinə də gərək yoxuydu. Çünki Möhsünün xarakteri – səbəbin vizualda həllini tələb edirdi.  “Divarın o üzü” musiqi həllinin tapıldığı (bəstəkar Vüqar Məmmədzadə) filmlərdəndir. Musiqi kortəbii işlənməyib. Əvvəldə səslənən musiqi irəlidə baş verəcək maraqlı, sirli əhvalata işarə edir və onun qəfildən, həm də kobud  kəsilməsi ilə rejissor bizi reallığa qaytarır. Amma finaldakı musiqinin dramaturji gücü çoxdur, o, sonda yaşananları hissiyatlı, dəqiq ifadə edir, nəinki son kadrlar. Çünki, ssenaridəki qüsurlar sondakı təsvirlə musiqinin vəhdətinə mane olur.Filmi maraqlı edən təbii ki, həm də aktyorların (Səmimi Fərhad, Sabirə Abdullayeva, Nurlan Süleymanlı,  Nihat Heybətov, Güşvər Şərifova, Rauf Şahsuvarov) əla ifasıydı.

  • Ketrin Biqelounun The Hurt Locker filmində qəhrəmanın emosional dünyasının tədricən açılmasının və onun vizual həlli, vizual informasiyanın necə verilməsi barədə. Personajları, vəziyyətləri və s. dialoqlarla izah edən ssenaristlərimiz üçün xüsusən, faydalı olacağına ümid edirəm. Film amerikalı serjant Ceymsin İraqda minaları zərərsizləşdirməsindən və bununla bağlı qarşılaşdığı gərgin hadisələrdən danışır. Ceyms filmin 10-cu dəqiqəsində peyda olur. O, həlak olmuş komandiri əvəz edir.Ceymslə tanışlıq belə başlayır: qaranlıq otaqda başını aşağı salıb; közərən siqaret tutmuş əlləri aqressiv musiqi ritminə uyğun əsəbi, xaotik hərəkət edir, sanki özünü ovundurmaq, nəyisə unutmaq istəyir. Yandan çəklimiş rakursdan üzündə çıxılmazlıq oxunur. Təklif olunmuş mizan və  kompozisiya ilə qəhrəman haqda ilk informasiyanı alaraq güman edirik: o, keşməkeşli həyat keçib. İlk epizodlarda Ceymsin ümumi cizgilərini belə xarakterizə etmək olar: vecsiz, həyatını heçə sayan, özünü və komandasını riskə atan, nizam intizamı pozan, məsuliyyətsiz.  Obraz bir az da amerikan pafosunda işlənib; təhlükənin üzərinə cəsarətlə gedir və bu əsnada soyuqqanlıqla banal replikalar atır. Belə tipiklik Hollivudun triller, müharibə filmlərinin qəhrəmanlarına xasdı.Ceymsin emosional dünyası  bir qədər və xəsisliklə növbəti səhnədə özünü “Bekhem” adlandıran uşaqla ünsiyyətdə açılır. Onun Bekhemlə sərt  zarafat və danışığında nəsə bir sevgi, qayğı, atalıq instintkti sezilir. Məhz SEZİLİR və qəti qabardılmır.  Güman olunur ki, ya o, atadır, uşaq ona xiffətini çəkdiyi övladını xatırladır, ya da keçmiş təcrübəsində müharibədə uşaqlarla bağlı dəhşətli hadisələrin şahidi olub. Ceymsin birinci emosional partlayışı, qətlə yetirilmiş, bədəninə bomba yerləşdirilmiş balaca oğlanın cəsədini görəndə (Ceyms onun Bekhem olduğunu zənn edir) baş verir. O, cəsədlə tək qalır, bombanı təmizləməsi ona mənəvi əzabları və göz yaşları bahasına başa gəlir. Amma rejissor onun duyğularını yoldaşlarına yox, tamaşaçıya göstərir. Sonra o, Bekhemin qisasını almağa qərar verir. Onun qisas aktı vaxtı yaşantısı, həmçinin, müxtəlif xırda situasiyalar, detallar əzab çəkən, mənəvi ağrılarını qəlbində gizləyən insandan xəbər verir.   Ceymsin ikinci- emosional çılpaqlaşmasını, yoldaşı onun üzündən yaralananda baş verir. Ceymsin çarəsizliyi özünü duşa paltarlı atmasıyla, bükülmüş bədəniylə göstərlir.Ceyms obrazının müharibədən psixoloji asılılığı olan, adrenalin axtaran biri kimi interpretasiya edilməsi ilə razılaşmıram. Titrlərdəki “müharibə narkotikdir” fikri də buna eyham edir yəqin. Finalda o, arvadına İraqdakı hadisələrdən və onların minatəmizləyənlərə ehtiyacı olduğunu deyir. Ceyms ekzistensial böhran yaşayan, tək missiyasını insanları xilasda görən adamdır. Bu, asılılıq yox, mənəvi tələbatdır. Ənənəvi dramaturgiyada olduğu kimi filmdə qəhrəman dəyişmir, çünki artıq müharibənin dəyişdiyi adamla üz üzəyik. Müəllif qəhrəmanı emosional sınaqlarla üzləşdirərək onun daxili dünyasında müharibənin necə iz qoyduğunu araşdırır.Film epizodik narrativilə qurulub. Yəni hər təmizləmə əməliyyatı yeni hadisədir, girişə, konfliktə, kulminasiyaya, həllə əsaslanır. Rejissor əhvalatı davamlı gərginlik üzərində qurmağa çalışır, bəzən gərginliyin ritmini saxlaya bilmir ya da gərəksiz uzadır. Məsələn, səhrada snayperlərin qarşıdurması səhnəsinin uzatması nəticəsində gərginlik yoruculuğa çevrilir. Spilberqlik, Hiçkoluk etmək lazım deyil)

  • Qobustanda Nail Abdullayev adlı gənc yaşayır, kino sahəsində ali təhsili yoxdur, pul yığıb “Çəkməçi” adlı qısametrajlı bədii film çəkib. Yaradıcı münasibəti, estetik baxışı var. Kino sənətini səssiz-səmirsiz, təmənna güdmədən sevən belə gənclər az deyil və onlar haqqında zamanla Teleqramda yazmışam. Onların hər birini təbrik edirəm. Milli Kino Gününü qeyd etmək bəlkə daha çox onların haqqıdır.Bir də, az maaşa baxmayaraq, kinoya dərin bağlılığı olan, arxa planda qalan insanlar var. “Azərbaycanfilm”də işıqçı işləyən Sabit Qədirov onlardandır. Onun da simasında kinoya dərin, təmənnasız sevgiylə bağlı olanları təbrik edirəm.Arzu edirəm ki, “Azərbaycanfilm”ə, kino qurumuna kinoya bələd olan, bu adamların qiymətini bilən və kino adamlarını tanıyanlar rəhbər gəlsin. Əksi olanda, avqustun 2-si iyulun 31 ilə əvəz olunacaq, tədbir sönük keçəcək və kino adamlarının çoxu dəvət edilmədiyinə görə şikayət edəcək.

  • 1 авг.514291

    Səhərdən neçə adam şəxsiyə yazıb ki, dünən Nizami Kino Mərkəzində nə baş verib? İndi gördüm ki, media artıq rejissor Vaqif Mustafayevlə ssenarist  Eldəniz Quliyev arasında yaşanan gərginlikdən yazıb. Hadisənin şahidi olmamışam, bir jurnalist tanışım dedi bunu. Tədbir bitəndən sonra Eldəniz müəllimə zəng vurdum. Hadisənin necə baş verdiyini “Yeni Müsavat”da danışıb deyə, əlavə nəsə yazmaq istəmirəm.Hər şey bir tərəfə, mən də deyirəm axı, Rəşad Əzizov Vaqif Mustafayevi, mükafat vermək üçün səhnəyə çağıranda, niyə onunla ehtiyatla, sözlərlə “sığallaya sığallaya” danışırdı))Mükafatdan söz düşmüşkən, Kino Agentliyi onlarla sıx əməkdaşlıq edənlərə mükafat verdi. Bəs mənə niyə vermədiz? Sizin ən fəal tənqidçinizəm, tənqidlərimlə sizi təbliğ edirəm, ən azı, həllini “unutduğunuz” tələbə filmlərini gündəmə gətirmişəm. Zəhmət olmasa, mükafat verəndə, quruca diplom olmasın, pul mükafatı mütləq olsun, dövlət büdcəsinə yük olmasın deyə, Rəşad müəllim öz maaşından verə bilər. Yanında da mütləq ekoloji cəhətdən təmiz, təbii otlarla bəslənmiş inəyin südü və orqanik əsəb dərmanı. Mükafatı da mənə, zəhmət olmasa, Qurban Pirimov versin. Çünki yaraşıqlı və sanki utancaqdır.Milli Kino gününü, iyulun 31-ə salmayın xahiş edirəm, dövlətin bu haqda sərəncamı var ki, avqustun 2-si Milli Kino Günüdür. Tədbiri çox uzatmayın, çalışın lakonik, dinamik olsun (Vaqif müəllim, çox sağ olsun, heç olmasa dinamika yaratmağa səy göstərib)). Ümumiyyətlə, yaxşı olardı ki, rəsmi çıxışlar olmasın. Çünki eyni məzmunlu çıxışları ilboyu eşidirik. Tədbir o qədər uzandı və cansıxıcı oldu ki, filmin nümayişinə qədər zalın yarıdan çoxu boşaldı. Milli Kino gününə tammetrajlı bədii filmin nümayişini salın. Sənədli tammetraj da olar. Artıq hazır olan dörd tammetrajlı filmdən birinə heç olmasa baxa bilərdik (“Quşlar susanda”, “Mənə bənzər adam”, “Buzlar əriyəndə”). Dövlət büdəcəsinə çəkilmiş bu filmlərə niyə kino günündə baxa bilmirik?     “Azərbaycanfilm” kinostudiyasını ağ günə çıxardın, sonra tur təşkil edərsiz. Siz Allah, bir də silsilə tədbirlərdə, tvlərdə milyon dəfə göstərilmiş “Qaynana”, “Bəyin oğurlanması”, “Gün keçdi”  və s. klassik filmlərini nümayiş etdirməkdə məqsədiniz nədir?  Deyirsiz ha, 70-dən çox film çəkilib, onlardan göstərin, görək, kinonun vəziyyəti nədir.Rəşad müəllim çıxışında, “ekosistem” sözünü işlədəndə, yanımda oturmuş qocaman aktyor məndən soruşdu ki, “ay qızım ekosistem nədir”. Dedim, and olsun Allaha, neçə ildi, mən də araşdırıram, nə olduğunu, tapa bilmirəm. p.s. Ümumiyyətlə, dünən kino bayram əhval ruhiyyəsi demək olar ki, yoxuydu. Kino adamlarının çoxu dilxor görünürdü. İraq, iraq, elə bil kinonun yasına gəlmişdik.     https://www.musavat.com/news/kino-ittifaqinda-sedr-savasi-elbeyaxa-davaya-cevrildi-dedim-ki-get-yoldaslarinla-oyna_1279277.html

  • Bugün Azərbaycan Kinematoqrafçılar İttifaqında İdarə heyətinin, konfransın gününü təyin etmək məqsədilə iclası oldu. Amma İdarə heyətinin  bəzi üzvləri gəlməkdən imtina etdilər  və bunun üçün əsaslandırılmamış,  bisavad mətn imzalayıblar. Və mətnin əsas altmənası budur: hansı yolla olursa olsun, Əli İsa Cabbarov AKİ-dən uzalaşdırılsın, konfransa öz namizədlərilə getsinlər. Və mətndən belə çıxır ki, sən demə, Ə.Cabbarov İttifaqı dağıdıb, daşı daş üstündə qoymayıb,  illər ərzində bütün kino adamlarının hüququnu necəsə pozub. Maraqlıdır, bəs niyə  bu müddətdə bütün kino fədailəri bu "haqsızlığa"göz yumublar?!  Mətni imzalayanlar arasında Akif Əli,  Şamil Əliyev, Vaqif Mustafayev, Cəmil Quliyev, Cahangir Mehdiyev, Əmir Pəhləvan, Şəfiqə Məmmədova və idarə heyətinə dəxli olmayan iki şəxsin imzası var.   1. Konfransa bir namizədlə gedilsə belə, (və Əli İsa olmasa belə) konfrans zamanı istənilən şəxs öz namizədliyini və ya başqa namizədi məsələn, Cəmil Quliyevin, Həmidə Ömərovanın, Şükufə Yusupovanın, Müşfiq Hətəmovun və diglərlərinin namizdəliyini irəli sürə bilər. Yəni konfransda alternativ namizədlər onsuz da ola bilər və ya olacaq. 2. Şəxsən mən, Şəfiqə Məmmədovanın, həmçinin, yuxarıda adını çəkdiyim kəslərin İttifaqa sədr olmasının əleyhinə deyiləm. Belə variantlar olsa seçimimi edəcəyəm. 3. Amma ... Vaqif Mustafayev, siz namizəd olsanız, nəinki sizə səs verməyəcəm, hətta seçilməməyiniz üçün  mübarizə aparacam. Çünki sizin bioqrafiyanızda Space kanalına rəhbərlik kimi  kimi çox pis, uğursuz təcrübə var. Bu kanalı tənəzzülə uğratdınız və yalnız Müşfiq Hətəmovun sayəsində kanal bir qədər dirçəldi.     Siz peşəkar rejissorsuz, amma idarəçi deyilsiz, alınmır, olmur.  Məncə, siz “Molla Nəsrəddin” filminizi bitirin, amma elə edin ki, “Həyat, deyəsən, gözəldir” filmi kimi uğursuz alınmasın, dövlət büdcəsindən ayrılan pul zay olmasın. Və sübut edin ki, siz hələ də rejissor kimi formadasız. 4. Bu mətni imzalayanalardan- Akif Əli, Cahangir Mehdiyev, Əmir Pəhləvan – müasir kinomuzun mənzərəsini, problemlərini analiz edə bilərsiz? Orta yaşlı və gənc kinematoqrafçılardan kimləri tanıyrısız, son on ildə çəkilən hansı  filmləri izləmisiz?  Kommersiya kinosunda vəziyyət barədə təsəvvrünüz varmı? İnkişaf üçün necə, hansı konsepsiyalar, çıxış yolları təklif edirsiz?

  • Az.Tv nin sifarişi ilə tamamən süni intellket əsasında “Sultan Həsən Bahadur” “sənədli filmi” hazırlanıb. Film tarixi hadisələrə son dərəcə bəsit illüstrasiyadır, ən yaxşı halda məktəbdə əyani vəsait kimi göstərilə bilər. Əgər bu “sənədli film” ölkədən kənar çıxarılsa,  heç bir real tarixi sənədin, tarixi məkanların, memarlıq abidələrinin, arxiv materiallarının göstərilmədiyi görüntülərə və kadrarxası şifahi mətnə kim inanar?  Və film hər şeydən əvvəl energetika məsələsidir. Məkana getmədən, arixvlərdə olmadan o energetikanı necə ötürə bilərsən?“Qəhrəmanlar”ı çıxmaqla, ikinci, üçüncü plandakı “personajlar”ın hamısı eyni sifətdədir, sanki inkubatordan çıxıblar. Bir səhnədə qadınlardan ibarət ansambl konsert verir. Bütün qadınların üzü və ifadəsi eynidir. Təsvirlərdə emosional qat yoxdur və vizual informasiya vermir.Bir detala da diqqət çəkim. Uzun Həsən Qaraqoyunlulara hücum edəndə, niyəsə tərəddüd eləmir, vicdan əzabı çəkmir. Amma niyəsə Sultan Mehmetlə döyüşə qərar verməsi ona mənəvi əzabları bahasına başa gəlir.Yaradıcı münasibətın, stilistik xüsusiyyətlərin olmadığı “film” türk seriallarının istedadsız variantıdır. Rejissor da türkdür- Mecit Güven, yəqin ona görə də Uzun Həsən Nejat İşlərə oxşayır. Bu həmin Güvendir ki, “Azərbaycan Atabəyləri”ni də yarıtmamışdı. Təhlükəli tendensiya meydana çıxır. Sİ-dən istifadə etməyi bacaran istənilən şəxs heç bir araşdırma aparmadan, mənbələrə istinad etmədən,  tarixi həqiqətləri təhrif edərək, istənilən uydurma hadisə əsasında “sənədli” və ya “bədii sənədli film” çəkəcək.Dünyada süni intellektin kino yaradıcılığına müdaxiləsinin qarşısını almaq üçün tədbirlər görülür, etik normalar  hazırlanır. Bir sıra nüfuzlu festivallarda bununla bağlı şərtlər də var- Sİ insan əməyini, düşüncəsini əvəz edə bilməz, xüsusən ssenari yazılışında və aktyor oyunlarında.  O, sadəcə zəruri halda texniki dəstək funksiyası daşımalıdır.  Bununla belə sırf  Sİ-lə filmlər hazırlanır. İrandakı protestlərlə bağlı Dreams of Violets bədii filmi (rejissor Eş Kuş) Trayber festivalında göstərilib, xeyli mübahisələrə səbəb olub. Treylerinə baxdım, süni təsvir və personajlardan ürəyim bulandı.Rusiyada isə təzəlikcə Kutuzov haqda Sİ-lə sənədli film hazırlanıb. Fərq odur ki, Kutuzov və onun fəaliyyəti ilə bağlı 50 yaxın rəsm əsəri canlandırılıb.Bir də niyə layihə türk rejissoruna həvalə edilib? Halbuki Rəvan Muradovun Sİ lə hazırladığı “Xətai” bədii filmi  müqayisədə daha istedadlıdır. Rejissor əcnəbi olanda nə baş verir, keyfiyyətli olur?! Ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən AZ TV Sİ -ə, cansız məxluqlara və təsvirlərə yox, sənət səciyyəsi daşıyan, real filmlərə maliyyə ayırmalıdır. Sənədli kinoda yaxşı potensialımız var. Son dövrdə  iki keyfiyyətli, vacib tammetrajlı sənədli film çəkilib: Pərviz Həsənovun “Başlıbel – bir kəndin mühasirə gündəliyi” və Seyran Bədəlovun “Kür -çaylar anası”. Sadəcə, kino mühitini, istehsalatı bilmək və istedadlara şərait yaratmaq lazımdır.Sİ-in kinoda istifadəsi isə qanunda necəsə tənzimlənməlidir.

  • Hilal Baydarovun “Boşluğa xütbə”si  “film” adı altında təqdim olunmuş installyasiya-tavtologiyadı. Süjet Şah İsmayılın dirilik suyunu axtarışı haqdadır. Hərçənd, annotasiyanı oxumasan, hekayənin nədən bəhs etdiyini anlamırsan. “Hekayə” deyirəm- əslində hekayə yoxdur. Kadrarxası səs-saxta ilahi, metafizik intonasyadadır. Mətn isə boş söz yığınıdır:“Həqiqəti görüb ona tərəf getməyən həqiqətin düşmənidir. Və mən ona hərb elan edirəm. Ana, görünənin bütün mahiyyətinin bir məna kəsb etməsi üçün deyil, yalnız gözün tərbiyə edilməsi üçün oldğunu mən necə izah edəcəm? Ən yaxşı bacardığın şeyin ən böyük xətan oldğunu mən necə izah edəcəm? Ana, quyunun ən dibinə düşmüş və oradakı qaranlqıda həqiqətin parıltısını görmüş azğın bir ruha günəşin aydınlığı kifayət edərmi?. Elm əxlaqlı olana verilir. Məni buğdanın əxlaqından məhrum etmə. Hər şey sən olmaq istəyir. Mən hər şeyin sən olmaq istəyindən yaranmışam” və beləcə, “poetik” səfsəfə davam edir.  Qadın və kişi fiqurları gah ağacın başında, gah dibində, gah içində, gah mağaranın ağzında, gah otların, zəminin içində hərəkətsizdilər. Bəzənsə hərəkətə gəlib harasa yollanırlar. Təsvirlər internet resurslarında mövcud olan hazır rəqəmsal art konseptlərin, məşhur rəsm əsərlərinin (Santinin, Tisianın, da Vinçinin, Van Qoqun və d), həmçinin, Hilalın bəzi filmlərindəki kompozisiyaların təkrarıdır. Sadəcə, rəqəmsal texnologiyanın köməyilə rənglər üzərində oynanılıb və kadrlara parlaq, kontrastlı görünüş verilib. Həmçinin, Anri Matissin rəng palitrası, müasir rəssamlar Julie Tandy-nin, Leo Otzenin, Diana Francianın rəsmlərindəki emosional xaos, tekstura, rəng ekspressiyası, abstrakt forma təqlid edilib, mistik, apokaliptik atmosfer yaratmağa cəhd edilib. Arada Miloslu Veneranın təsviri, Deni Vilnövün “Blade Runner 2049” filmindən kadrlar gözə dəyir. Axtarsan, ortalarda Sokurovdan da nəsə var və s.Nəsə, mətni qoyuram kənara. Hazır təsvirlərdən istifadə normaldır. Amma hazır təsvirlərdən istifadə yeni məna emal (və ya kəsb) eləməlidir axı. “Boşluğa xütbə” dramaturgiyası, aktyor oyunu, montaj həlli olmayan  söz və təsvir yığınıdır.    p.s.Hilalın etdiyi rəng oyunlarını 1966-cı ildə yapon rejissoru Nobuxiko Obayasi “Emosiyalar” eksperimental filmində edib.

  • Bir neçə gündür ki, Elməddin Alıyev və Xəyyam Abdullayevin "Buzlar əriyəndə" tammetrajl bədii filminə (ssenarist Ülviyyə Heydərova Xəyyamla birgə) baxmışam. Əsas rollarda oynayan Yaqut Paşazadə və Güşvər Şərifovanın ifası yadımdan çıxmır, kövrəlirəm. Film qadın dramıdır.Hər iki aktrisanın kinodakı potensialını ilk dəfə Emil Quliyevin seriallarında görmüşəm. Emilə təşəkkürlər!

  • İki daşın arasında, vaxt tapıb meksikalı rejissor Mişel Frankonun 2025-ci il Berlin kinofestivalında əsas mükafata nominanat olmuş Dreams filminə baxdım. Onun Nuevo orden (2020) filmindən burda yazmışam. Bu filmində də rejissor sosial təbəqələr arasındakı uçuruma toxunur. Amma bu dəfəki ziddiyyəti qadın-kişi münasibətləri müstəvisində göstərir. Ortayaşlı varlı amerikalı qadın kasıb, mühacir meksikalı gənclə eşq macərası yaşayır. Gənc qadından tələb edir ki, onunla sevgili olduğunu öz çevrəsində bəyan etsin, qadın isə çəkinir. Onun gözləntisinin doğrulmaması aralarındakı konflikti doğuran ilk səbəb olur. Daha sonra konflikti dərinləşdirən başqa hadisə də baş verir. Nuevo orden filmində olduğu kimi, burda da rejissorun yanaşması səthi təsir bağışlayır. Banal əhvalatı mürəkkəb obrazlarla çoxqatlı drama çevirə bilərdi. Ancaq filmi bir növ, marksizm konsepsiyasında işlənib. Varlı qadın mülkiyyətçidir, mühacir oğlan azad ruhunu puldan üstün tutur. Halbuki oğlan qadının evində yaşayır, komfortlu həyat sürür, onun hesabına yeyir içir, rəqqas kimi işə düzəlir. Üstəlik, evdə qadınla sekslə məşğul olmadığı yer qalmır. Və Puşkinin balıqçı arvadı kimi daha çox şey istəyir, vətəni Meksikanı bəyənmir, San Fransiskoda rəqqaslıqla məşğul olub, Qollivud arzulayır. Tək zövq aldığım səhnə final oldu-gəncin ayağını qadının qardaşı şikəst edir ki, bir də rəqs edə bilməsin. Bununla da rejissor öz aləmində burjuaziyanın işçi sinfə münasibətdə qəddarlığını göstərir, eyni zamanda, yəqin ki, amerika liberallarının Trampdan fərqli olmadığını da diqqətə çatdırır.  Məsələ ondadır ki, rejissorun özü də imkanlı ailənin övladıdır, amma  burjua mühitini əla tanıyan  Bunuel, Şabrol kimi maraqlı, dərin filmlər çəkməyə qabil deyil. Və bu cür səthi filmlər nüfuzlu festivalların əsas müsabiqələrində yer almaqda davam edir. Biz də burda "Doğma torpağ"a, "Akinak"a mız qoyuruq.

  • Şəkidə yaşayan,öz büdcəsinə çəkən,çox istedadlı rejissor İlkin Umarovun filmi https://youtu.be/cdj9JBd3d-Q?si=Iryv5T6rLWoHkcv_

  • 5 июл.997251

    İncəsənət Universitetinin aktyorluq ixtisasından bir neçə il əvvəl məzun olmuş Hüri Əliyeva yaxınlarda mənə bir şikayət yazmışdı. Məğzi odur ki, İncəsənət Universitetindən aktyorluq ixtisası üzrə hər il təxminən 30-40 aktyor (universitetdə bu sahə üzrə iki ixtisas var -Dram teatrı və kino aktyoru və Musiqili teatr aktyoru) məzun olur və onların iş tapması çətindir. Teatrlarda əlavə ştat yoxdur, gənc aktyoru işə götürmək üçün hansısa teatrdan ya kimsə getməlidir, ya da kimsə dünyasını dəyişməlidir. Bir qism tələbə isə bəzi teatrlara yarımştat kimi işə götürülüb.  Rayon teatrları ilə bağlı bu məsələ necə tənzimlənir, şərtlər nədir, şərait necədir-geniş bilgim yoxdur. Bildiyim odur ki, maaş az olduğundan bölgə teatrlarına çox müraciət olmur. Amma aktyor həmin bölgədəndirsə, ona yerli teatrda işləmək sərf edir.    Vəziyyətin daha aydın olması üçün dövlət büdcəsindən maliyyələşən Teatr Xadimləri İttifaqı məsələ haqda hesabat-araşdırma niyə hazırlamır? Bəlkə var, bilmirəm. Kinosənayesinin vəziyyəti hər kəsə bəllidir, bu sahə çox axsayır, ona görə gənc kadrlar kino sahəsində də iş tapmaqda çətinlik çəkirlər. Məsələnin dramatik tərəfini də deyim. Dövlət büdcəsi ilə maliyyələşən bir film layihənin prodüseri gənc, istedadlı aktyoru bəyənməyib, əvəzində rola üz-gözündə estetik əl gəzdirilmiş modeli (kişi model) seçib.  Yəni problemin belə görünməyən tərəfləri də var. Təbii ki, işi işbilməz prodüserə tapşıranda nəticəsi belə olmalıdır. Film ekranlara çıxandan sonra ətraflı yazacam bu haqda. Serial industriyasında bu baxımdan vəziyyət bir balaca yaxşıdır, çünki yeni simalarla rastlaşırıq. Amma yenə də prosesin gedişatını dəqiq bilmirəm. Bunu da kinodan yazmağa mövzu tapmağa çətinlik çəkən jurnalistlər araşdırsın. Hər şeyi mən araşdırası deyiləm ki. Əgər aktyorlar iş tapa bilmirsə, qəbul planı nəyə əsasən müəyyənləşdrilir? Əgər aktyorun özünü ifadəsinə şərait və imkanlar məhduddursa, nə ehtiyac var ki, hər il 30-40 aktyor məzun olsun?  Başqa bir məsələ, bəzi kurs rəhbərləri tələbə aktyorlara onlara təhsil aldqıları müddətdə tamaşada, filmdə, serialda iştirakına icazə vermir. Problem bizim film müzakirələri zamanı da kinorejissor tələbələr tərəfindən qaldırılmışdı. Məsələn, Məmməd Səfa  müəllim tələbələrinə icazə verir. Amma bildiyim qədərilə, Yaqut Paşazadə, Ruslan İsmayılov, Fikrət Məlikov icazə vermir. Təbii ki, hər iki tərəfin öz səbəbləri, arqumentləri var. Və bu məsələnin tərəflərin iştirakı ilə ictimai müzakirəsinə ehtiyac var.

  • 'Akinak' filminin ssenaristlərindən biri İrəvanini mən də axtarıram. Ürəyimə damıb ki,kinomuzu  İrəvani xilas edəcək

  • Dostlar və düşmənlər. “Mikrorayon”, “Qırmızı Zona”, “Atalar və qızlar” serialları haqda bir az gec yazacam, çünki mövsüm sonu işlər çoxdur. Hələlik isə yaxınlarda öyrəndiyim maraqlı tarixçəni danışım. Rus-sovet şairi Boris Slutskinin 1959-cu ildə yazdığı “Fiziklər və liriklər” şeiri 1960-cı illər mülayimləşmə dövrü kinosunda yeni təmayül ortaya çıxarıbmış: elm və sənət adamlarının konfliktindən bəhs edən süjetləri nəzərdə tuturam. Şeir fiziklər (elmin) və liriklərin (incəsənətin) qarşıdurmasından, ikincinin elmin kölgəsində qalması haqdadır. Həmin dövrdə nüvə fizikasının, komonavtikanın inkişafı ilə bağlı- “texnologiya yoxsa insan ruhunu bəsləyən sənət, ədəbiyyat vacibdir” dilemması çox müzakirə olunurmuş.     Mixail Rommun  “İlin doqquz günü” (1961) filmi də bu müzakirənin nəticəsiydi. Mübahisə bir tərəfə, “İlin doqquz günü” vizual cəhətdən son dərəcə stilistik filmdir, məzmun, səs həllindən tutmuş montaja qədər hər şey təravətlidir. 60 yaşlı Romm bu filmdə debütantlarla işləyib, gənc aktyorlar, gənc operator, gənc rəssam və s. Süjet xətlərindən biri- eksperiment edən fiziklərin nəticəni sağlamlığı bahasına almasıdır və filmin vizual konsepsiyası da əsaəsn geometrik, futurizm estetikasında işlənib. Rommun fikrincə, filmin məqsədi-fikirlərin hərəkətliliyini, müxtəlif düşüncə vasitələrini göstərməkdir. Eyni zamanda insan təbiətinin unikallığını, təkrarsız qəribəliyini- onun sınma anında, yumorla faciənin toqquşduğu məqamda göstərmək. Fiziklər və liriklərin qarşıdurması mövzusunda başqa filmlər də çəkilib, ikisinə baxmışam: Natansonun çox sevdiyim “Bir daha məhəbbət haqqında” (1968) və Xutsiyevin “İyul yağışı” (1966). Bir də Romm, sovet dövründə statusundan istifadə edərək, gözəl aktrisaları onunla intim münasibətə girmədiyinə görə, kaeryeralarını məhv etmiş Pırıyev kimi rejissorların filmlərində reallığın kosmetik təqdimatına qarşı çıxırdı. Və Azərbaycandan deyəsən təkcə Ramiz Əsgərov onun kursunu bitirmişdi. Operator Rasim İsmayılov xatirələrində yazırdı: “Orta məktəbi bitirdiyi il Ramiz Əsgərov Rommun emalatxanasına daxil oldu. Ən nüfuzlu ustad sayılan Mixail Rommun emalatxanasında təhsil almaq heç də asan iş deyildi. Romm tələbəni elə-belə seçmirdi. O, yalnız gələcəyinə inandığı istedadlı gəncləri öz emalatxanasına götürürdü. Onun emalatxanasından mahir kinematoqrafiya ustaları çıxırdı”. Şübhə eləmirəm ki, Ramiz Əsgərov gənc yaşında həlak olmasaydı, kinomuza yeni nəfəs gətirə bilərdi.

  • Əlibala Hacızadənin sovet dönəmində populyarlıq qazanmış “Təyyarə kölgəsi” və onun davamı olan “Vəfalım mənim” əsərləri ssenaristlər üçün münbit materialdır. Hiss olunur ki, bu əsərlər yazıçının daha çox şəxsi təcrübəsi, realda yaşanmış hadisələrdir. Hər iki əsərdə obrazlar, hekayələr (hekayə içində hekayə) çoxdur. Ona görə müəllif bəzən bu müxtəlifliyi və çoxğluğu dramaturji olaraq nizamlaya bilmir. Amma əsas məsələ-əks mövqelərdə dayanan, həyata, ədəbiyyata fərqli baxışları olan filoloq-alim ər-arvadın nahamar münasibəti, konflikti, çətin seçimlər, iş prosesində və ailədəki maraqlı vəziyyətlərdir. Alim ər-arvadın ailəyə az diqqət ayrıması səbəbindən yeganə oğulları qətlə yetirilir və qətl açılmır. Qətldən sonra ər arvadın münasibətində fərqli mərhələ başlayır. Daha təsirlisi odur ki, oğlu ilə dil tapa bilməyən ana, onu son söhbəti zamanı kəşf edəndə, dərindən anladığı gün itirir.  Yaxşı ssenaristin və rejissorun əlinə düşsə, məsələn, Nanni Morettinin “Oğlumun otağı” səviyyəsində ailə dramı çəkilə bilər. Üstəlik,  ər -arvad obrazı güclüdür, səthi deyil, mürəkkəb və ziddiyyətlidir. Yazıçının “Möcüzə” romanı isə mistik dramdır, iki qəhrəmanın (qadın və kişi) üzərində qurulub, süjet 1980-ci illərin ictimai-siyasi hadisələrinin fonunda inkişaf edir. Bu romandan, Roman Polanskinin kamera filmləri üslubunda maraqlı mistik kamera filmi alınar. Ümumiyyətlə, ssenaristlərimiz Azərbaycan ədəbiyyatına dərin nəzərə salsalar, günümüzlə səsləşən yaxşı materiallar taparlar. Kino təcrübəsi göstərir ki, ədəbi şedevrlər kino üçün əsasən yararsızdır. Yaxşı və ya ortabab sayılan ədəbi əsərlər isə əksinə, əla filmə çevrilib.

  • “Müəllif filmi çəkmək istəyən gənc rejissor nəyi seçməlidir?  Təcrübə toplamaq üçün prodüserlərin təklif elədiyini? Birincisi, rejissor, heç bir halda filmin öncədən şedevr olub olmamasını planlaşdıra bilməz. Əgər bunu planlayırsa, deməli, onu uğursuzluq gözləyir. Müasir dövrdə təcrübə toplamaq asandır. Məsələn, mən kinonu telefonla çəkə bilərəm.  Əgər üç telefon varsa, çəkmək daha asan olacaq. Sadəcə, doğru adamlar, doğru yanaşma tapmaq, tapşırığı doğru müəyyənləşdirmək lazımdır. Amma çətin olan da elə budur: doğru adamları tapmaq, düzgün tapşırıq vermək. İstənilən film müəllif kinosu ola bilər. O, sadəcə istedadlı və ya daha az istedadlı çəkilə bilər. Müəllif kinosu heç də həmişə sənətə çevrilmir. Antonova (rus sənətşünası) bir dəfə hansısa zibil əsər haqda demişdi ki, bu, yaradıcılıqdır, amma sənət deyil. Ona görə hər kəs yaradıcılıqla məşğul ola bilər, amma hər adamın sənət əsəri yaratması çətindir. Əsas məsələ süjet deyil, əsas məsələ necə çəkəsən  ki, insanın ruhuna toxunsun? Bunun üçün isə istedad lazımdır. Məsələn, bir xadimənin taleyi haqda həm dahiyanə, həm də zibil  çəkmək olar. Yəni darıxdırıcı hekayələr yox, hekayəni darıxıdırcı danışan rejissorlar var”.       Andrey Konçalovski

  • 2027-ci ildə Ermənistan “Tənqidçilər həftəsi” proqramı çərçivəsində Kann kinofestivalının fəxri iştirakçısı olacaq. Məqsəd gənc kinematoqrafçılara dəstəkdir, layihəyə əsasən, 4 erməni və 4 əcənəbi rejissor birlikdə dörd qısametrajlı film çəkəcək. Çəkilişlər Ermənistanda baş tutacaq, mövzu da təbii ki, erməni hekayələri olacaq. Yəqin ki, mövzular arasında Qarabağ müharibəsi də yer alacaq. Həmçinin, erməni rejissorları proqramda nüfuzlu prodüserlərə öz tammetrajlı layihələrini təqdim edəcəklər. Beləcə, Ermənistanın mədəni diplomatiyada rolu kino vasitəsilə artır. Bu il isə “Kann klassikası” çərçivəsində Peleşyanın 5 filmi göstərilib. Azərbaycan dövləti həmişə kinoya yaxşı vəsait ayırıb, amma illərdir ki, nazirliyin yarıtmaz kino siyasəti, məmurların bürokratiyası və işbilməzliyi, pulların səmərəsiz xərclənməsi nəticəsində ildən-ilə kinoya maliyyə haqlı olaraq, Maliyyə nazirliyi tərəfindən azaldılır.      Hörmətli Mədəniyyət Nazirliyi, hörmətli Kino Agentliyi! Kinomuzla bağlı planlarınız nədir? Kinomuzu yaxın iki ildə nə gözləyir?

  • Kino cameəmizdə iki adam Rüstəm İbrahimbəyovun vəfatından sonra onun ruhuyla “mübarizə” aparır: Ayaz Salayev və Vaqif Mustafayev. Salayev yaxında verdiyi müsahibəsində R.İbrahimbəyovun filmlərinin həmişə rus ideologiyasına xidmət elədiyini deyir. Üstəlik, Salayev müasir cavan rejissorları da filmlərində xalqı vəhşi göstərdiyini iddia edir və onların  İbrahimbəyovun yoluyla getdiyini deyərək, hər vəchlə məsələləri siyasiləşdirməyə çalışır. Salayev nəzərdə tutduğu cavan rejissorların adını çəkmir. Və “Bir cənub şəhərində”, “İstintaq” filmlərində hansı məqamların rus ideologiyasına xidmət elədiyini əsasalandıra bilmir.   A.  Salayevə suallarım: -       Sizin 2009-cu ildə dövlət büdcəsinə çəkdiyiniz, amma yayınlanmayan, redaktələrin edildiyi “Ehram TV” filminiz nə haqda idi? Bunu “siyasi film” adlandırmaq olar ya necə? Və ya sualı belə qoyaq: necə düşünürsüz, bu filmi bizim cəmiyyətimizə, ölkəmizə qarşı çəkilmiş əsər adlandıra bilərik?     -      “Ehram Tv” filminin yeni versiyası “Ağ qara gecələr”  milli filmdir? Bəlkə siz, bu zövqsüz, ciddi dramaturgiya səhvləri olan, ideya problemastikası şübhəli filminizdə azərbaycanlı qadının ərinə-siyasi fəallığına görə həbs olunmuş dostuyla xəyanət etməsini, dəxlisiz, hekayədə yerinə düşməyən erotik ah uflarını  “milli” sayırsız?  Amma niyəsə Rasim Ocaqovun çəkdiyi “Bağlı qapı” və ya “İstintaq”  filmləri zərərli ideologiyanın məhsulları olur?!    Ötənlərdə Kinematoqrafçılar İttifaqıyla Kino Agentliyinin görüşü keçirildi. Həmin görüşün müzakirə predmeti başqa olduğu halda, Vaqif Mustafayev heç bir zərurət olmadan, az qala nifrət intonasiyasında Rüstəm İbrahimbəyovu kino mühitinə zərər vermək kontekstində tənqid elədi.   V.Mustafayevə suallarım: - 5 il mədəniyyət nazirinin müavini işləmisiz. Bu müddətdə nə iş gördünüz kino üçün? Kino mühitinin yaradılmasında nə kimi xidmətləriniz oldu? - Və yaxud, “Space” kanalına rəhbərlik etdiyiniz müddətdə kinonun inkişafından ötrü hansı layihələri həyata keçirdiz? Bütün fəaliyyətiniz  dövründə tamaşaçı zövqünü korlamağa, bayağı verilişləri çoxaltmağa xidmət eləyən kim idi siz, yoxsa R.İbrahimbəyov?   V.Mustafayev, əminəm ki, bu mətnimi sizə yollayacaqlar. Xahiş edirəm, mənə zəng vurmayın, onsuz da telefonu açmayacam. p.s. Sizin həyatda olmayan bir insanla absurd “mübarizənizin” müqabilində Dövlət bəyin ölüsü də gözəl görünür.

  • Kino İttifaqında sədr seçimiylə bağlı bir qrup kino adamı bəyanat verib. Bəyanatda qeyri dəqiq məlumatlar var. Hansılar olduğu haqda sosial mediada xəbər yayılıb. Məni maraqlandıran, bəyanatdakı bu ifadə oldu: ”Biz Azərbaycan kino mühitinə və milli mədəniyyətimizə zərər verə biləcək bu cür addımlara (yəni sabahkı konfransa) etiraz edirik”. Bəyanatı imzalayan görkəmli kino xadimlərinə  suallarım konkretdir: -      Vaxtilə ölkədə kinoteatrlar özəlləşdiriləndə harda idi sizin bu birgə, mütəşəkkil narahatlığınız? -      Kino mühitindən narahatsızsa, “Azərbaycanfilm” kinostudiyasının vəziyyətinə niyə etiraz etmirsiz? -      Yenilənməyə ehtiyacı olan Nizami Kino Mərkəzi ilə bağlı niyə bəyanat yaymırsız? -      “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın bəndləri yerinə yetirilməyəndə niyə susurdunuz? -      Tələbə filmləri problemlərlə qarşılaşanda niyə onlara dəstək olmadınız? -      Azərbaycan kinosuna faydası olmayan  “Baku Cinema Breeze”  tədbiri keçiriləndə, niyə soruşmursuz ki, dövlətin vəsaiti bu tədbirə niyə xərclənir? Bu tədbir hansı nəticələri verib? -      Kino Agentliyinin əməkdaşları dövlətin maliyyəsi hesabına müxtəlif marketləri, festivalları gəzəndə niyə hesabat istəmirsiz ki, bu tədbirlərdən kinomuz nə qazandı? -      Niyə sorğulamırsız ki, ARKA lüks binada məskunlaşıb, dövlət vəsaitindən icarə haqqı verir? Və niyə “Azərbaycanfilm” kinostudiyasında məskunlaşmayıb? -      Elbrus Vahidovla bağlı problem olanda nədən susurdunuz? -      Böyük büdcəyə malik, müsabiqəsiz seçilən və keyfiyyətsiz çəkilən “Akinak”la bağlı da səsinizi eşitmədik. Hələ irəlidə “Aşquzlar” “Atropotena” var və bu layihələr haqda da susacaqsız. Yazırsız ki, “kino mühitinə zərər verəcək”...Hansı kino mühiti? Hardadır o? Kino mühiti qoymusuz ölkədə?! Onu az çox İttifaq yaradırdı, bir qədər İTV, bir qədər də müstəqil film çəkənlər. Vəssalam.  Kino mühiti,yox bir Qızıl Palma budağı))

  • Elvin Abdullanın “Xənnas” mistik trilleri 2017-ci ildə ekranlara çıxsa da, bu filmə təzəlikcə Kinobox platformasında baxdım. Uğurlu işdir, xüsusən, debüt olduğunu nəzərə alsaq. Sovet dövrü repressiyasından danışanda, adətən, daha çox qurbanlar xatırlanır. “Xənnas”da isə bu mənada  əks qütbün adamlarını- cəlladların dinc dövrdə sonrakı taleyinin metafizik-mistik qatda təsviri verilir. Müəlliflər (ssenaristlər Nicat Dadaşov, Elvin Abdulla) bu tarixi motivin imkanlarından istifadə edərək onu mistik triller janrında yararlı materiala çeviriblər. Janrın ənənəvi yanaşmalarından biri- günah kompleksidir, yəni qəhrəmanlar keçmişin (əcdadlarının) lənətini daşıyır, onları təqib edən fövqəltəbii qüvvələrin girovundan xilas yolu axtarırlar. “Xənnas” bu yanaşma üzərində qurulur, dramaturgiya səliqəlidir, hekayənin, personajların inkişaf xətti düzdür. Məsələn, əvvəldə, dinə mövhumat kimi yanaşan qəhrəman sonda dəyişir, situasiya onu dinə tapındırır.  “Xənnas” eyni zamanda kamera filimdir və mistik triller janrının digər modelinə də əsaslanır: qəhrəmanlar müəmma dolu evdə izolyasiyada qalaraq, şər qüvvələrə konfliktə girirlər. Rejissor hər iki modeli birləşdirərək sonadək süjetdəki gözlənilməzliyi, gərginliyi təmkinlə saxlayır, inandırır, dini mistik, inanac elementlərindən yerində istifadə edir, ən əsası bu zaman bayağı mübaliğə eləmir. “Xənnas” tarixi mövzuya istinad etməklə, mənəvi dəyələrin vacibliyini göstərən və geniş auditoriyanın darıxmadan, rahat baxa biləcəyi filmdir.  Aktyorlarla iş yaxşıdır. İlkin obrazı-kinoda, hələ o zaman ştamplaşamayan Hikmət Rəhimovun uğurlu işlərindən  biridir.  Filmdə rol alan aktrisalardan biri Pərvin Abiyevanı kino aləmi elə də ciddi qəbul eləmir. Halbuki istedadsız aktrisa deyil. Sadəcə potensialından düzgün istifadə edilməlidir. “Xənnas”da ifasında bəzi sürüşmələr olsa da, ümumilikdə yaxşı təsir bağışladı. Ümumiyyətlə, aktyor ansamblı yaxşıydı: Zemfira Əbdülsəmədova, Türkay Cəfərli, Qorqud Cəfərli (Qorqudu aktyor kimi çox sevirəm) , Zarina Qurbanova, Nərgiz Əliyeva və s.  Operator Soltan Abdullayev bundan əvvəl, yanılmıramsa, “Xoxan” qorxu filmində də işləyib. Qeyri müəyyənliyi, xaosu, qorxunu vizual dilə çevrir.  Mənə elə gəlir ki, burda əsas yüklərdən biri, sevimli kinorəssamım Səbuhi Atababayevin üzərinə düşüb. O, üç fərqli dövrün atmosferini və məkanın görüntüsünü detallı, diqqətlə işləyib-keçmiş, indiki dövr və fövqəlqüvvələrin məskən saldığı, zamandan kənar ev... Kino İttifaqı Kinobox-la birgə “Xənnas”ı göstərməyi və yaradıcı heyətlə müzakirəni planlaşdırır.