tgindex
KULİS.AZ

Kulis.az online jurnal Website: https:/kulis.az Contact: kulis@lent.az https://www.facebook.com/kulis.az/ https://az.wikipedia.org/wiki/Az%C9%99ri_Press_Agentliyi

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
34
Всего постов
34
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
854
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
26
34 постов
Вовлечённость
3,0%
к подписчикам
Постов в день
4,9
всего 34
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
23
1/48двое суток
26
1/72трое суток
28

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Bakıda Çin Xalq Respublikasının Sədri Si Cinpinin Çinin mədəni irsinin qorunması və inkişafına verdiyi töhfələrə həsr olunmuş “İrs Keşikçisi” (“The Heritage Guardian”) sənədli filminin Azərbaycan dilində dublyaj edilmiş versiyasının təqdimatı və xüsusi nümayişi keçirilib. APA xəbər verir ki, tədbir Çin Media Qrupu (CMG) və Çinin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.

  • Bu gün tanınmış fransız rəssam Klod Cozef Vernenin doğum günüdür. Kulis.az “Palitra” rubrikasında boyakarın 3 məşhur əsəri haqqında materialı təqdim edir. - XV Lüdovik Fransa donanmasının qüdrətini və ticarət limanlarının canlılığını əbədiləşdirmək üçün Vernedən Fransanın bütün əsas limanlarını çəkməyi tələb etmişdi. Vernenin ilk və ən uğurlu dayancaqlarından biri Marsel oldu. Səmanın açılması, günəş şüalarının suyun üzərindəki əks olunması və gəmilərin dor ağaclarının dəqiq silueti ustanın virtuoz işıq işləməsini göstərir. ƏTRAFLI

  • “Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı? Kulis.az “Miksteyp” rubrikasından "Time to say goodbye" mahnısı haqqında materialı təqdim edir. - Mahnının ilkin versiyası olan “Səninlə gedəcəyəm” ("Con te partiro") ilk dəfə 1995-ci ildə İtaliyada Sanremo Musiqi Festivalında Andrea Boçelli tərəfindən solo şəklində ifa edilmişdi. Əsərin musiqisi Françesko Sartori, sözləri isə Luçio Quarantotto tərəfindən yazılmışdı. DAVAMI

  • Nyu-Yorkun Müasir İncəsənət Muzeyi dünyaca məşhur rejissor Stiven Spilberqi kinematoqrafiya sahəsindəki müstəsna xidmətlərinə görə fəxri mükafatla təltif etmək qərarına gəlib. Kulis.az xəbər verir ki, ustad rejissor muzeyin təşkilatçılığı ilə həyata keçirilən tədbirin əsas qonağı olacaq.

  • Hollivud aktyoru Leonardo DiKaprionun prodüserlik şirkəti dəniz heyvanlarının hüquq müdafiəçisi Rik O'Barrinin həyatından bəhs edən "Freeing Flipper" sənədli filminin icraçı prodüserliyini öz üzərinə götürüb. Kulis.az xəbər verir ki, layihə məşhur təlimçinin fəaliyyətini və dəniz parklarında saxlanılan delfinləri azad etmək uğrunda apardığı mübarizəni bəhs edir.

  • Bu gün polyak şair, tərcüməçi, esseist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloşun anım günüdür. Kulis.az onun şeirlərini Səlim Babullaoğlunun tərcüməsində təqdim edir. Daha bir ziddiyyət Görəsən, görməli olduğum işləri gördümmü? Bəli, bir evdə qonaq oldum, buludların altında, Çaylar axırdı, otlar cücərirdi. Seçilmişdim, çağırılmışdım, amma çox az şeyi anlayırdım. İmkanım olsaydı, gələn dəfə, yalnız hikmət arayardım. ŞEİRLƏR

  • "Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir. Uşaqkən, məktəbdə Tutulduqsa, polis məntəqəsində Tez-tez ölülüyə vurardıq özümüzü. Əvvəl bərk-bərk yumardıq Hər iki gözümüzü. Sonra tez də açardıq, aralardıq bir Gözümüzü. Görərdik ətrafımızdakılar Kordu və kar. Mədəniyyət naziridir Bütün cinayətlərə Baiskar. Səbəbkar. Bir dəfə bufetçi Fatma xalaya O bir gözümlə bərk yalvarmışdım: - Oğlun Elçinə xatir, elə et, polislər məni tutmasınlar! ŞEİRLƏR

  • "Məzhəb dövlətin ideoloji sütununa çevriləndə..." - Şah İsmayıl tarixi şəxsiyyətdir, yoxsa müqəddəsləşdirilmiş sima? Kulis.az Düzgün Atalının "Şah İsmayıl: Tarixi şəxsiyyət,yoxsa müqəddəsləşdirilmiş sima?" yazısını təqdim edir. - Tarixə hörmət kor heyranlıq deyil, azad idrakdır Lakin burada daha mühüm sual yaranır: Biz Şah İsmayılı müzakirə edirik, yoxsa tarixə münasibətimizi? Çünki tarixi şəxsiyyət haqqında verdiyimiz hökm çox vaxt bizim öz düşüncə səviyyəmizi göstərir. Tarix nə mədhiyyədir, nə də ittiham aktı. Tarix idrakdır... DAVAMI

  • "Bu dünyada hər şey çox vaxt planlaşdırılmadan olur..." - Faiq Xudanlı Kulis.az Faiq Xudanlının “Bu dünyada hər şey, görünür, elə, çox vaxt planlaşdırılmadan olur” adlı yeni yazısını təqdim edir. - Çingiz Əlioğlunun kimin həyatında hansı rol oynadığını deyə bilmərəm, ancaq tanıdığım Çingiz müəllimə hamı hörmət edirdi, sevirdi. Onun duruşu, məxsusi səs tembri, danışıq tərzi, şəxsi-insani keyfiyyətləri, dünyaya münasibəti, cəsarəti və nəhayət, özünəməxsus yaradıcılığı sayğını sakitcə tələb edirdi. DAVAMI

  • İspaniyalı musiqiçi, rəssam və rejissor Viktor Mariya Aparisio Abundansiya 67 yaşında Qalisiya regionunda baş verən velosiped qəzasında həyatını itirib.

  • Bakı Fotoqrafiya Evində “Arts Council Azerbaijan” təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Səyahət” İctimai Birliyinin birgə təşkil etdiyi “START” layihəsi çərçivəsində gənc rəssamların sərgisinin açılışı olub.

  • Bu gün Azərbaycan yazıçısı və hərbi xadimi İsmayıl bəy Qutqaşınlının anım günüdür. Kulis.az onun həyatı və fəaliyyəti haqqında materialı təqdim edir. - Mənbələrdə qeyd olunur ki, İsmayıl bəy çar ordusu tərkibində rusların tərəfində türklərə dahi vuruşduğu üçün sonralar dərin peşmanlıq hissi keçirib. Bəzi mülahizələrə görə, onun bu düşüncəyə gəlməsində böyük qardaşı Qutqaşınlı Şeyx Yəhya Əfəndi Dağıstaninin böyük rolu olub. 1852-ci ildə o, həyat yoldaşı Tutu xanım Bikə ilə birlikdə müqəddəs Həcc ziyarətinə yola düşüb. Ümumilikdə iki dəfə Həccdə olan İsmayıl bəy bu səyahət təəssüratlarını "Səfərnamə" adlı yol qeydlərində qələmə alıb (əsər 1967-ci ildə nəşr edilib). DAVAMI

  • Bu gün görkəmli fransız rəssam Ejen Delakruanın anım günüdür. Kulis.az “Palitra” rubrikasında boyakarın 3 məşhur əsəri haqqında materialı təqdim edir. - Siyasi aktivist olmasa da, o, daxili vətənpərvərlik hissini "Əgər vətənim üçün döyüşmədimsə, heç olmasa onun üçün çəkəcəyəm" sözləri ilə ifadə edərək kətana köçürmüşdür. DAVAMI

  • "Netflix" Koreya mifologiyasındakı qoblindən təsirlənən yeni tarixi-döyüş filmi "Dochabi"nin istehsalına başladığını elan edib. Kulis.az xəbər verir ki, film dağların dərinliklərində gizlənən keçmiş əsgər Te-san və onun cürçen əsilli qadın Ahay ilə birlikdə mülki əhalini qorumaq uğrunda apardığı mübarizədən bəhs edir.

  • Türkiyənin Mersin şəhərində yerləşən və 5-ci əsrə aid edilən “Alahan” monastırı təxminən 15 əsrlik tarixi ilə UNESCO-nun Ümumdünya İrsi Namizəd Siyahısında yer almaqdadır. Kulis.az xəbər verir ki, məşhur səyyah Evliya Çələbinin "Səyahətnamə" əsərində "Ustasının əlindən yeni çıxmış kimi durur" sözləri ilə təsvir etdiyi monastır isti hava şəraitinə baxmayaraq, yerli və xarici turistlərin böyük marağına səbəb olur.

  • "Bəlkə utanmayaq xoşbəxt olanda?" - Camal Yusifzadə Kulis.az şair Camal Yusifzadənin "Bəlkə də... bəlkə?" şeirini təqdim edir. Bəlkə də Nuh dedik?.. Bəlkə də?...Bəlkə..?? Bəlkə də peyğəmbər demədik, ALLAH? Bəlkə ağlamağa göz gərək deyil? Bəlkə ovutmağa söz gərək deyil? Bəlkə qovrulmağa köz gərək deyil? Bəlkə də? Bəlkə də, vallah? Bəlkə özümüzdən öndə özümüz? Bəlkə sözümüzdən öndə sözümüz? Bəlkə torpaqdadı hələ dizimiz? Bəlkə də... bəlkə? Bəlkə ölüm varsa, sevilməyəsən?

  • без подписи

  • без подписи

  • без подписи

  • Avropa qitəsinin müxtəlif bölgələrində milyonlarla insan Ayın Günəşin qarşısını kəsdiyi nadir Günəş tutulmasını izləyib. Kulis.az xarici mediaya istinadən son onillərin ən böyük astronomik hadisəsinin fotolarını təqdim edir.