tgindex
Arqument.az

Media, xəbər, reportaj, video

Последний пост
3 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
und
В каталоге с
13 авг.
Подписчики
316
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
125
20 постов
Вовлечённость
39,6%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
46
1/48двое суток
52
1/72трое суток
56

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Milli Mətbuat Gününün 151-ci ildönümü müstəqil media nümayəndələrinin həbsdə olduğu bir şəraitdə qeyd edildi. “Meydan TV işi” çərçivəsində həbs olunan “Arqument” saytının baş redaktoru Şəmşad Ağa "Abzad Media"ya verdiyi müsahibədən bir hissəni təqdim edirik. Müsahibəni saytımızdan oxuya bilərsiniz: – Təmsil etdiyiniz medianın ictimai əhəmiyyətli mövzuları gündəmə gətirməsi və həqiqətləri üzə çıxarması həm cəmiyyət, həm də hakimiyyət üçün hansı məna daşıyırdı? – Hakimiyyət həqiqəti özünün ən böyük düşməni elan edib, çünki bütün idarəetmə yalan və yaltaqlıq üzərində qurulub. O, vətəndaşı dinləmək, onun problemini görmək istəmir. Media vətəndaşın problemini göstərən aynadır. Öz eybəcərliklərini bu aynada görən hakimiyyət eyblərini düzəltmək, özünü səliqə-səhmana salmaq əvəzinə güzgünü sındırır. Həbsdə olduğum müddətdə televiziyaları müntəzəm izləyirəm. Bütün sosial xəbərlərin sonunda gəlinən nəticə odur ki, vətəndaş günahkardır. Bu tezis məqsədli şəkildə televiziyalara, hökumətyönlü medialara ötürülür və tirajlanır. Medianı 4-cü hakimiyyət kimi xarakterizə edirlər. Yəni, hakimiyyətin 3 qoluna ictimai nəzarətdir media. Bizdə isə hakimiyyətin iki qolu – qanunverici və məhkəmə – icraedici hakimiyyətin notariat kontorudur. Belə olan halda 4-cü hakimiyyətə də gərək qalmır. Həbslərə gəlincə, avtoritar rejimlərin ən qorxduğu silah ictimai rəydir. İctimai rəyi sıradan çıxarmaq üçün onu formalaşdıran medianı susdurmaq, jurnalistləri həbs etdirmək lazım gəlir. Çünki daxildə istənilən etiraz avtoritarların qorxulu yuxusudur. Avropa Məhkəməsinin qərarlarında jurnalistlər cəmiyyətin “gözətçi köpəkləri” kimi xarakterizə olunur. Ölkəni bir evə bənzətsək, gözətçi köpək yoxdursa, oğrunun işi asanlaşır, rahat çapıb-talaya, oğurlaya bilir. Bu hakimiyyət də rüşvət və korrupsiya üzərində bərqərar olunub. Çox doğru sual verdiniz, jurnalistlərin həbsi qısa müddətdə hakimiyyətə daha çox oğurlamaq imkanı verir, cəmiyyət, ölkə, xalq isə uzun müddət böyük itkilər yaşayır. Çünki oğurlanan hər şey xalqındır. Mən həmişə hakimiyyətin vətənpərvərlik nağıllarını dinləyəndə Saltkov-Şedrinin bir fikrini xatırlayıram: “Haçan ki vətənpərvərlikdən danışırlar, deməli, nəyisə oğurlamağa çalışırlar”.

  • без подписи

  • AXCP daha bir fəalının saxlandığını bildirib. Partiyanın Tovuz rayon şöbəsinin fəalı Elmar Piriyevin 10 sutka müddətinə inzibati qaydada həbs edildiyi açıqlanıb. Bundan əvvəl E.Piriyevin iyulun 27-də Tovuz rayon polis şöbəsinə çağrıldığı və yaxınlarının onunla əlaqə saxlaya bilmədiyi xəbəri yayılmışdı. E.Piriyevin Tovuz rayonunda əvvəllər də siyasi fəaliyyətinə görə inzibati qaydada həbs olunduğu bildirilir. AXCP sədri də daxil, bu müxalif partiyanın hazırda 20-dən çox üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, indi Azərbaycanda 328 nəfər siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.

  • Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Sənədə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, həmçinin, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq. Qanuna əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər. Həmçinin sənədə görə, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək. Dövlət başçısının qanunun tətbiqi ilə bağlı imzaladığı digər Fərmana əsasən isə Nazirlər Kabinetinə yayılması qadağan edilən informasiyanın süni intellekt texnologiyaları və digər texniki vasitələrin köməyi ilə avtomatik aşkarlanmasını və internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə "Yayılması qadağan edilən informasiyaya nəzarət" informasiya sisteminin yaradılması barədə təkliflərini 7 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

  • без подписи

  • İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Azər Tağıyev sədrlik edib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaqla, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Elmir Abbasov məhkəmə zalında həbs olunub. “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. “Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

  • без подписи

  • İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin məhkəmə prosesi keçirilib. Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. O, 3 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə Anar Məmmədlinin 14 il, Anar Abdullanın isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Növbəti məhkəmə prosesi avqustun 7-nə təxirə salınıb. Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunsa da, sonradan ittihama bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib. Məmmədli özünü təqsirli hesab etmir və irəli sürülən ittihamlarla razılaşmır. Beynəlxalq insan hüquqları təşkilatları onu siyasi məhbus kimi tanıyır. İctimai fəal Anar Abdullayevin də adı Anar Məmmədli ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biri kimi çəkilir. 2025-ci ilin aprelində Abdullayev Anar Məmmədli ilə bağlı aparılan istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur, bunlar arasında qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və vergidən yayınma yer alır. İctimai fəal əvvəlcə Bakı Şəhər Baş Polis İdarəsində ifadə verib, daha sonra isə barəsində polisin nəzarətinə vermə tədbiri seçilib. Ötən il avqustun 4-də polis nəzarətinə vermə qərarı həbs qətimkan tədbirinə dəyişdirilib.

  • без подписи

  • “Toplum TV” fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə davam etdirəcək. Bu barədə media qurumunun yaydığı bəyanatda deyilir. Onlar hesab edir ki, Azərbaycanda mediaya qarşı təzyiqlər “Toplum TV”nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz edir. ““Toplum TV” ölkənin az sayda olan müstəqil media qurumlarından biridir. 2016-cı ildən etibarən fəaliyyət göstərən qurum, jurnalistika prinsiplərini rəhbər tutaraq ölkədə və dünyada baş verən hadisələr ilə bağlı vətəndaşları məlumatlandırmağı qarşısına əsas məqsəd qoyub. Bu dövr ərzində minlərlə material dərc edərək oxucular üçün tərəfsiz və qərəzsiz informasiya mənbəyinə çevrilib. “Toplum TV” bir daha elan edir ki, ittihamlar əsassızdır və təzyiqlərin motivi “Toplum TV”nin müstəqil media olaraq vətəndaşların problemlərini işıqlandırması, müxtəlif qruplardan olan şəxsləri öz canlı yayımlarına dəvət etməsidir. Ölkə xaricində fəaliyyət göstərməsinə baxmayaraq, “Toplum TV” həmişə olduğu kimi tərəfsiz, qərəzsiz və müstəqil jurnalistikanı ən ali dəyər kimi qəbul edir və edəcək. Bu dövrdə izləyicilərimizin və həmkarlarımızın işimizə verdiyi dəyər bizim üçün çox qiymətlidir!”, bəyanatda belə deyilir.

  • Həbsdə olan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov ölkədə gedən proseslərə və silsilə həbslərə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu barədə onun yaxınları məlumat verib. A.Məmmədovun səhhətində bir sıra problemlərin mövcud olduğu da bildirilir. Konfederasiya sədri aclıq aksiyasının müddətsiz olduğunu bildirib. Məmmədov 2023-cü ilin sentyabrından həbsdədir və 8 il azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə maddələrilə ittiham irəli sürülüb.

  • “Arqument.az”ın baş redaktorun həbsi ilə bağlı bəyanatı Arqument.az saytının baş redaktoru Şəmşad Ağayev (Ağa) bu gün gecə, saat 2 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra polis onun yaşadığı evə basqın edib. Evdən ona və ailə üzvlərinə aid mobil cihazlar və kompüter götürülüb. Baş redaktorumuz “Meydan TV” işi ilə əlaqədar olaraq qaçaqmaçılıq ittihamı ilə təqsirləndirilir. Şəmşad Ağayevin həbsi Azərbaycanda 2023-cü ilin noyabrında media və vətəndaş cəmiyyətinə qarşı başlayan repressiya dalğasının davamıdır. O vaxtdan bəri media orqanları təqibə məruz qalıb və çoxlu sayda jurnalist həbs olunub və ya onların ölkədən çıxışına qadağa qoyulub. Hesab edirik ki, bu təqiblər Prezident İlham Əliyevin birbaşa əmri ilə həyata keçirilir və Azərbaycandakı müstəqil səsləri boğmağa yönəlib. Biz, əsassız həbs edilən digər jurnalistlərin, həmçinin Şəmşad Ağanın dərhal azad edilməsini tələb edirik!

  • Bu görüntülər Sabirabadandır. Deyilənə görə, video rayonun Sarxanbəyli kənd tam orta məktəbində qeydə alınıb. Bəs sizin məktəbinizdə vəziyyət necədir? #jurnalistikacinayətdeyil #şəmşadağa

  • Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın saxlanıldığı deyilir. Məlumatı baş redaktorun yaxınları feysbuk sosial şəbəkəsində paylaşıblar. Bildirilənə görə, o, 4 fevral, axşam saatlarında saxlanılıb. Daha sonra özünün də iştirakı ilə polis əməkdaşları evində axtarış aparıb. Mobil cihazlar, jurnalist vəsiqələri də daxil olmaqla ona aid bir sıra əşya evdə götürülüb. Ş.Ağanın harda olması barədə hələlik dəqiq məlumat yoxdur. Daha əvvəkli jurnalist həbslərindən yaranmış təcrübəyə əsasən, onu Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıblar. Daxili İşlər Nazirliyi tərəfindən Toplum TV işində şahid qismində dindirildikdən sonra baş redaktorun ölkədən çıxışına qadağa tətbiq edilmişdi.

  • Təcridxana nəzarətçisi Nərgiz Absalamovaya xəsarət yetirib https://arqument.az/az/tecridxana-nezaretcisi-nergiz-absalamovaya-xesaret-yetirib/

  • Bakı Apelyasiya Məhkəməsi iqtisadçı Qubad İbadoğlunun bütün əmlakının üzərinə həbs qoyulması barədə Nərimanov Məhkəməsinin qərarından şikayəti təmin etməyib. İbadoğlu Sovet dövründən və 1990-cı illərdən ailəsinə məxsus 4 mənzilin sənədlərini təqdim etdiyini bildirib: “Əmlak həyat yoldaşıma məxsusdur, mənzillər 90-cı illərdə vərəsəlik hüququ ilə həyat yoldaşımın adına keçən mənzillərin satışından əldə edilən vəsaitlə alınıb. Məhkəmə qanuni qərar qəbul etmək əvəzinə, təqdim etdiyimiz sənədləri araşdırmadan qərarı qüvvədə saxladı”. İbadoğlu səhhətinin pisləşdiyini deyib: "Səhhətim dərmanların və Allahın ümidinə qalıb. Artıq həkimlər də məni müayinə və müalicə etməkdən imtina edirlər, çəkinirlər. Son dəfə həkimin sualı ondan ibarət oldu ki, xəstəxanaya gəlmək üçün icazə almısınızmı? Məlumat vermisinizmi?” ” Son müayinə 6 ay əvvəl keçirilib. Daha əvvəlki 6 ayda damarda genişlənmə artıb. Bu, tibdə sürətli inkişaf sayılır və cərrahi müdaxilə səviyyəsindəyik. Bu, həyatım üçün kifatyət qədər risklidir”.

  • “Meydan TV” işi üzrə saxlanılan Ramin Dekonun ev dustaqlığına buraxılmasına dair vəsatət təmin edilməyib. Vəsatətə fevralın 4-də Xətai Rayon Məhkəməsində baxılıb. Vəkil deyib ki, onun həbsdə qalması üçün hüquqi əsas yoxdur. Müstəntiq Nicat Osmanov jurnalistin həbsdən buraxılmasına etiraz edib, bunu istintaqın davam etməsi, azadlığa çıxacağı halda, prosesin gedişinə mane olmaq ehtimalı ilə əsaslandırıb. Hakim Fuad Axundov Ramin Dekonu həbsdən buraxmaqdan imtina edib. Vəkii qərardan apelyasiya şikayəti verəcəklərini bildirib. Ötən il dekabrın 6-da “Meydan TV” jurnalistləri saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Dekabrın 8-də jurnalistlər Aytac Tapdıq, Aysel Umudova, Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva və BJM-in direktor müavini Ülvi Tahirov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Jurnalistlər ittihamları rədd edir və fəaliyyətlərilə əlaqələndirirlər.

  • Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətindəki problemlərin getdikcə pisləşdiyi bildirilir. Yanvarın 3-də 1 saylı Bakı İstintaq Təcridxanasında A.Məmmədli ilə görüşən vəkil Elçin Sadıqovun sözlərinə görə, onun başgicəllənmələri başlayıb, hüquq müdafiəçi baş və bel ağrılarından əziyyət çəkir. Ətraflı oxumaq üçün şərhə baxın: https://arqument.az/az/vekili-anar-memmedlinin-sehhetinin-pislesdiyini-deyir/

  • Spiker: "Arvad davası, arvad boğuşması parlament sözü deyil" "Mənfur sovet hökuməti dövründə Mərkəzi Komitənin qəzetində şöbə müdiri idim. Həkim haqqında adi xoş söz demək də qadağan olunmuşdu". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, bütün televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin, dərmanların reklamıdır: "Buna bir əncam çəkilməlidir. Bu qədər həkim reklamı düzgün deyil. Yaz sessiyasında "Reklam haqqında" yenidən baxılmalıdır. Düzdür, bu, televiziyalara böyük ziyan vuracaq. Onlar arvad davası, həkimlərin reklamı ilə qidalanırlar". Spiker Sahibə Qafarova isə deputatın bu çıxıçına irad bildirib: "Arvad davası, arvad boğuşması parlament sözü deyil".

  • COP29 keçirən ölkədə ekoloji problemlər və xəstəliklər… https://arqument.az/az/cop29-keciren-lkede-ekoloji-problemler-ve-xestelikler/