AzadlıqRadiosu
СтатистикаAzadlıq Radiosunun Telegram kanalına xoş gəlmisiniz. Hər gün senzurasız azad, dəqiq və tərəfsiz xəbər və araşdırmaları oxumaq üçün kanalımıza abunə olun. Youtube kanalımızı izləmək üçün: https://www.youtube.com/AzadlıqRadiosu
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 35
- Всего постов
- 45
- Тип
- открытый
- Язык
- az
- Категория
- Видео
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 316
- 1/48двое суток
- 362
- 1/72трое суток
- 390
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
без подписи
без подписи
‼️Rusiya iddia edir ki, ABŞ Ukraynanın ona qarşı hücumlarında yaxından iştirak edir və məsələni Vaşinqton qarşısında qaldırıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun iddiasına görə, bu dəstəyə kəşfiyyat məlumatlarının verilməsi də daxildir. Lavrov Dövlət Departamentinə bir sıra suallar göndərdiklərini, cavab gözlədiklərini vurğulayıb. Dediyinə görə, suallar sırasında “kəşfiyyat məlumatları, eləcə də ABŞ-nin Rusiya ərazisinin dərinliklərində mülki hədəflərə zərbələrin təşkilində daha geniş iştirakı məsələsi də var”. ABŞ tərəfi, hələlik, bu açıqlamaya münasibət bildirməyib.
‼️Qırğızıstan prezidenti Sadır Japarov növbəti prezident seçkisində ikinci müddətə namizədliyini irəli sürmək niyyətini açıqlayıb. O, bunu avqustun 13-də jurnalist Əli Toktakunova müsahibəsində deyib. Japarov vurğulayıb ki, arzulayan hər kəs seçkiyə gedə bilər, digər namizədlər üçün heç bir məhdudiyyət olmayacaq. Ölkənin Konstitusiya Məhkəməsi bundan əvvəl S.Japarovun hazırkı altıillik prezidentlik müddətini onun birinci müddəti kimi tanıyıb və 2027-ci ildə ikinci müddətə namizəd olmaq hüququnu təsdiqləyib. Daha ətraflı - https://smarturl.click/oeBYa
‼️Özbəkistan prezidenti Şavkat Mirziyoyev avqustun 14-də "Prezident Administrasiyası haqqında" konstitusiya qanununu imzalayıb. Qanun sözügedən dövlət qurumunun statusunu, vəzifələrini və fəaliyyətinin əsaslarını müəyyən edir. Məlumatı AzadlıqRadiosunun Mərkəzi Asiya üzrə rusdilli "Azattyq Asia" xidməti yayıb. Sənədə əsasən, Prezident Administrasiyasını (PA) dövlət başçısı formalaşdırır, birbaşa ona tabedir, ona hesabat verir. Qurumun rəhbəri prezident tərəfindən vəzifəyə təyin olunur və azad edilir. Hazırda PA-nın rəhbəri Mirziyoyevin böyük qızı Səidə Mirziyoyevadır. Yəni, yeni qanunla 41 yaşlı Mirziyoyeva həm də Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini icra edəcək. Daha ətraflı - https://smarturl.click/56zB2
‼️Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ötən həftə bulanıq bir foto yayıb, orada iki mülki geyimli kişinin başqa bir kişini qarda diz çökdürdüyü görünür. Məlumata görə, foto Moskvadan təxminən 250 kilometr şimal-şərqdə yerləşən Yaroslavlda 48 yaşlı kişinin saxlanıldığı an çəkilib. O, Ukraynada həlak olmuş hərbçilərin məzarlarının foto və videolarını gizli çəkməkdə ittiham olunur. Rusiya hərbçilərinin məzarlarının görüntülərini çəkdiklərinə görə insanlar dövlətə xəyanətdə ittiham olunurlar. Sverdlovskda iki şübhəli hər foto üçün 1 dollar qarşılığında görüntüləri öz kuratorlarına göndərməkdə suçlanır. Əksər hallarda FSB şübhəlilərin ukraynalı kuratorlar üçün işlədiyini iddia edir. Daha ətraflı - https://smarturl.click/lekW6
‼️ABŞ ilə müharibədə olan İran iqtisaddiyyatı getdikcə daha çox daralır. Londonda yaşayan analitik Məsumə Tahirxani "Radio Fərda" deyir: "İranın iqtisadiyyatı onun "Axilles dabanı"dır. Müharibədən əvvəl də İran iqtisadiyyatı ciddi problemlər içində idi, ağır staqflyasiya və hətta potensial hiperinflyasiya mərhələsinə qədəm qoyurdu". 📌Onun sözlərinə görə, müharibə və dəniz blokadası İranı daha dərin böhrana salıb və bunun ən ağır bədəlini zəruri malların qıtlığı və subsidiyaların ixtisarı ilə sıravi iranlılar ödəyəcəklər: "Mövcud gedişatla ölkə iqtisadiyyatı bir ildən də az müddətdə dərin bir çöküşün astanasına gələ bilər". 📌"Sabahı planlaşdırmaq artıq mümkün görünmür. Pul toplamaq ələkdə su saxlamaq kimidir; pulun dəyəri durmadan əriyir", – Tehranda yaşayan qadın söyləyib.
‼️Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) son günlər ölkədə iki mina partlayışının baş verdiyini və nəticədə üç mülki şəxsin yaralandığını bildirib. Avqustun 13-də XİN-in X sosial şəbəkəsindəki paylaşımında qeyd olunub ki, 2020-ci il müharibəsindən sonra Azərbaycanda 436 nəfər mina qurbanı olub. "Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb", - paylaşımda deyilir. Nazirlik bildirib ki, mina partlayışları münaqişənin "ölümcül irsinin" insan həyatını təhlükə altında qoymağa, yenidənqurma işlərinə mane olmağa və məcburi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törətməyə davam etdiyini göstərir. Daha ətraflı - https://smarturl.click/e23Zk
‼️Avqustun 14-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya 112 dron ilə hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, dronlardan 90-ı vurulub. Sumı vilayətində fərdi yaşayış evinə ikiqat zərbədən iki nəfər – 29 yaşlı qadın və onun 9 yaşlı oğlu həlak olub. Daha dörd nəfər yaralanıb. "Onlardan ikisi – uşağın atası və nənəsi ağır yanıq xəsarətləri ilə xəstəxanadadır", – vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib. Daha ətraflı - https://smarturl.click/dZDkz
‼️ToplumTV-nin həbsdə olan həmtəsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin səhhəti ilə bağlı yaxınlarının narahatlıq dolu açıqlamaları davam edir. Həyat yoldaşı Günay Məmmədlinin yaydığı son məlumata görə, Ə.Məmmədli avqustun 13-də zəng vuraraq iki gündür qida qəbul edə bilmədiyini, baş ağrıları, yüksək ürək döyüntüləri və boğulma hallarının davam etdiyini deyib. Onun sözlərinə görə, Ə.Məmmədli vurğulayıb ki, avqustun 13-də ürək müayinəsi ilə bağlı yanına daha bir həkim gəlib və bir neçə analiz götürməli olduğunu deyib: "Eyni zamanda, sabit halda edilən elektrokardioqrafiyanın (EKQ) ürəkdə olan hər hansısa ciddi problemi göstərməməsinin mümkünlüyünü bildirib. Həkim yüksək döyüntü və təzyiqin qalxanabənzər vəzdəki 23-25 millimetrlik şişdən qaynaqlana biləcəyini də deyib. Ələsgər bəy həkim gələrsə, şişlə bağlı ÜSM (ultrasəs) müayinəsi ediləcəyini də dedi". Ə.Məmmədlinin səhhəti ilə bağlı rəsmi qurumlardan açıqlama almaq mümkün olmayıb.
‼️Prezident Donald Tramp dronların və onların komponentlərinə, ABŞ-nin bəzi əsas müttəfiqlərindən idxal olunan məhsullara gömrük rüsumları tətbiq edəcəyini bildirib. Tramp administrasiyası ölkənin dron təchizatı baxımından xarici mənbələrdən “həddindən artıq asılı” olduğunu deyir. “Reuters” yazır ki, Ağ Ev avqustun 13-də Trampın imzaladığı fərman barədə açıqlama yayıb. Milli təhlükəsizlik baxımından həssas sayılan, müəyyən ölçü və ya imkanlara malik dronlara 100 faizlik advalor gömrük rüsumu (malların gömrük dəyərinə görə faizlə (nisbətlə) hesablanan rüsum növü ), daha kiçik dronlara 25 faizlik rüsum qoyulacaq. Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan idxal olunan dron və komponentlərə 15 faiz, Böyük Britaniyadan gətirilən dronlara isə 10 faiz rüsum qoyulacaq. Ağ Evin yaydığı fərmana görə, Tramp deyib ki, ticarət naziri Hovard Latnik dronların idxalının təsirlərini araşdırıb. “Nazir müəyyən edib ki, xarici istehsalçıların dronlarının ABŞ bazarındakı payı xeyli böyükdür və Birləşmiş Ştatlar dron və onların komponentləri baxımından xarici mənbələrdən həddindən artıq asılıdır”, – Tramp bildirib.
‼️ABŞ qüvvələrinin İran limanlarına dəniz blokadasını lazım olduğu qədər saxlamağa yetəcək resursları var. Bunu ABŞ müdafiə naziri Pit Heqset avqustun 13-də bildirib. Bu arada Vaşinqtonla Tehran Hörmüz boğazına nəzarətlə bağlı fərqli açıqlamalar verirlər. "ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı qeyri-müəyyən müddətə davam etdirə bilər", – Heqset Panamada jurnalistlərə deyib. O, PANAMAX-2026 çoxmillətli hərbi təlimləri zamanı "USS Gridley" esminesinin heyəti qarşısında çıxışından sonra danışıb. İdarəolunan raketlərlə təchiz edilmiş "USS Gridley" bundan əvvəl Yaxın Şərqdə yerləşdirilmişdi.
‼️ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 13-də "ilk çoxsahəli, çoxmillətli zərbə dronları üzrə əməliyyat qrupu"nun yaradılması prosesinə başladığını açıqlayıb. ""Task Force Falcon Strike" adlanan bu bölmə kamikadze-dronlarla təchiz ediləcək. Havada, suyun səthində və sualtı mühitdə fəaliyyət göstərən dronların idarə edilməsini ABŞ və regional tərəfdaşların hərbi personajı həyata keçirəcək", – CENTCOM-un bəyanatında deyilir
‼️Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalının bərpası üçün onların təhlükəsizliyi təmin edilməli, məcburi tələblər yerinə yetirilməlidir. Rusiyanın “İnterfaks” xəbər agentliyi ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bu mövqedə olduğunu açıqlayıb. Məcburi tələblərə isə Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət, tədarük zəncirinin izlənməsi daxildir. Məlumata görə, Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın görüşündə bu tələblər səsləndirilib.
‼️Ermənistanda parlamentin keçmiş deputatı Martun Qriqoryan seçicilərin ələ alınması işi üzrə saxlanılıb. Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb. O, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Qriqoryan 7 iyun parlament seçkilərində "Çiçəklənən Ermənistan" Partiyasının namizədlər siyahısında olub. Amma bu partiya Milli Məclisə keçə bilməyib. 2026-cı ilin mayında hüquq-mühafizə orqanları əməkdaşları onun evində, partiyanın ofisində axtarış aparıb, sənədləri və kompüterləri götürüblər. Qriqoryan o zaman bildirmişdi ki, onlar parlament seçkiləri ilə bağlı pul köçürmələrinə dair sənədlər, qəbzlər axtarıblar. İyulda "Çiçəklənən Ermənistan"ın lideri, milyarder Qagik Tsarukyan saxlanılıb. O, külli miqdarda dələduzluqda və çirkli pulların yuyulmasında ittiham edilib. Avqustda isə onun kürəkəni, keçmiş deputat Arqam Abramyan sifarişli qətl işi üzrə həbs edilib.
‼️Daha bir keçmiş hakim ona verilən 5 min manata yaxın pensiyadan narazı qalıb. Bu dəfə şikayətçi 15 ildən çox Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışmış, ötən il 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilən Cahangir Yusifovdur. AzadlıqRadiosunun məlumatına görə, C.Yusifov 2025-ci ildə yaş həddi ilə əlaqədar vəzifəsindən çıxarılanda ona 4 min 700 manat pensiya kəsilib. Dövlət Sosial Müdafiə Fondu ona hakim işləyərkən aldığı orta aylıq əməkhaqqının (8 min 76 manat) təxminən 58 faizi qədər əmək pensiyası təyin edib. O isə hesab edib ki, pensiyası az hesablanıb. Məbləğin artırılması tələbiylə öncə Dövlət Sosial Müdafiə Fonduna, ardınca da məhkəməyə üz tutub. Tələbi isə pensiyasının 8 min 200 manata qaldırılması olub. Daha ətraflı - https://smarturl.click/QEO6q
‼️BMT-nin 2023-cü il hesabatına görə, hər 100 min doğuşa azı 521 ana ölümü düşüb. 2024 və ya 2025-ci illər üzrə rəsmi rəqəmlər yoxdur. Real rəqəmlər daha yüksək ola bilər, çünki ucqarlarda bəzi hallar qeydə alınmır. BMT bildirir ki, ölüm hallarının çoxu qarşısı alına bilən hamiləlik fəsadları ilə bağlıdır. İxtisaslı həkim çatışmazlığı, səhiyyə sisteminə yetərincə maliyyə ayrılmaması da səbəblər sırasındadır. "Taliban" 2021-ci ildə hakimiyyəti ələ keçirəndən beynəlxalq donorların maliyyə yardımı azalıb. Bundan əvvəl ölkənin səhiyyə sistemi təxminən 20 il ərzində xarici yardımlar hesabına maliyyələşib. Üstəlik, "Taliban" qadınların universitetlərdə təhsil almasını yasaqlayıb, mamaçalıq və tibb bacısı ixtisasları təklif edən özəl məktəbləri bağlanıb. Radikal qruplaşma qadınların səhiyyə sektorunda işləmək imkanlarını da ciddi məhdudlaşdırıb. Daha ətraflı reportajda - https://smarturl.click/lekzd
Həbsdə olan politoloq Bəhruz Səmədov görmə qabiliyyətinin zəiflədiyini bildirərək beynəlxalq ictimaiyyəti onun azadlığa buraxılması üçün daha fəal olmağa çağırıb. Səmədovun Umbakı Penitensiar Kompleksindən göndərdiyi müraciəti yaxınları sosial şəbəkələrdə yayıblar. O, müraciətində həbsdə saxlanılmasını sülh gündəliyinə zidd hesab etdiyini bildirib: "Vaşinqton razılaşmasından artıq bir il keçməsinə baxmayaraq, onun bəndlərinin kobud şəkildə pozulması fonunda və sülh gündəliyinə tam zidd olaraq, mən hələ də hər cür məhrumiyyətlər altında həbsdə saxlanılıram. Gözlərimlə əlaqədar hələ də yanıma həkim gəlməyib. Kor olmaq dərəcəsindəyəm…". Bu müraciətə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
‼️Azərbaycanın Samux rayonunda qarayara xəstəliyi qeydə alınıb. Bu barədə avqustun 13-də Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb. Məlumatda qeyd edilir ki, ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib. Açıqlamaya görə, xəstəliyə şübhəli ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində "qarayara xəstəliyi" diaqnozu qoyulub. Daha ətraflı - https://smarturl.click/awQb0