- Последний пост
- 16 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
37-ə meydan oxuyanlar! Xalq Cəbhəsi növbəti yaranış gününü qeyd edir. İnsan iradəsinin, inamının və təşkilatlanma mədəniyyətinin böyük sınağı. Qənimət ZAHİDİN qeydləri.
https://www.youtube.com/live/0MfUDE8F81E?is=qp6GqyWSeX2tQVDZ
TƏCİLİ AÇIQLAMA! İctimaiyyətin nəzərinə catdırırıq ki, Əli Kərimlinin kamerasından ruhi xəstəni hələ də çıxarmayıblar. Bilə-bilə Əli Kərimliyə işgəncə verirlər. Uzunmüddətli yuxusuzluq onu xeyli zəiflədib. Bundan başqa, Əli Kərimlinin ailəsi ilə telefon danışığına da mane olurlar. Onun evə 15 dəqiqəlik zəng hüququ pozulub. Ailəsinə mesaj verdiyinə görə onun danışığını 3 dəfə kəsiblər və nəticədə cəmi 4 dəqiqə danışmağa imkanı olub. Hakimiyyət Əli Kərimlinin təcridxanadan ailəsi ilə nələri danışa biləcəyini də müəyyənləşdirmək istəyir. Əli Kərimli bununla bağlı ailəsinə deyib ki, onun nə danışması hakimiyyətin istəyindən asılı ola bilməz: "Mən məhz onların istəmədiklərini danışdığım üçün burdayam, danışmasaydım heç bura düşməzdim". Vəkilləri Əli Kərimlinin hüquqlarının bərpası üçün məhkəməyə müraciət etsələr də, məhkəmə qanunsuz olaraq işi qeydiyyata almaqdan imtina edib. Beləliklə, Əli Kərimli ilə məhbus kimi deyil, əsir kimi davranırlar və ona qarşı dövlət səviyyəsində cinayət törədilir.
"Əli Kərimli Qərb liderlərini diktatorlara heç bir boşluq verməməyə çağırır" Almaniyanın məşhur nəşri Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətindən yazdı Almaniyanın dünyaca məşhur "Frankfurter Allgemeine Zeitung" qəzeti Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Bakıya səfəri fonunda Azərbaycanda insan haqları probleminə, o cümlədən AXCP lideri Əli Kərimlinin həbsdə saxlanılmasına işıq salan yazı dərc edib. "Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bu çərşənbə günü Azərbaycana səfəri ərəfəsində diktator Əliyev rejiminin siyasi məhbusları səslərini ucaldaraq ondan enerji, ticarət və infrastruktur məsələləri ilə yanaşı ölkədəki fəlakətli insan hüquqları vəziyyətini də müzakirə etməyi tələb edirlər" deyə, başlanılan yazıda AŞPA-nın keçən həftə Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən də bəhs olunur. Deyilir ki, Azərbaycanda siyasi məhbusların sayının 328 nəfərə çatdığı əks olunan qətnamə ölkədə "müstəqil səsləri susdurmağın sistemli və möhkəm kök salmış modelini” kəskin tənqid edir. Qəzet bildirir ki, Əliyev rejimi uzun müddətdir Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığa marağının artmasından ruhlanıb. Yazıda daha sonra AXCP sədri Əli Kərimlinin fikirlərinə yer verilir: "Azərbaycan müxalifət liderlərindən biri, 1992-1993-cü illərdə (indiki diktatorun atasının dövlət çevrilişinə qədər) dövlət katibi olmuş Əli Kərimli ailəsi vasitəsilə F.A.Z.-a bildirib ki, insan hüquqları, demokratiya və hüququn üstünlüyü olmadan heç bir enerji və ya təhlükəsizlik sazişi davamlı ola bilməz. Kərimli noyabr 2025-ci ilin sonundan bəri Əliyevin xüsusi xidmət orqanlarının istintaq təcridxanasında saxlanılır. İnsan hüquqları müdafiəçiləri ona qarşı irəli sürülən “dövlət çevrilişi” ittihamlarını uydurma hesab edirlər. Kərimli Qərb liderlərini diktatorlara heç bir boşluq verməməyə çağırır: “Əgər məcbursunuzsa, onlarla enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edin, amma bu ölkələrin xalqlarını unutmayın. Tapdalanan hüquqlar barədə soruşun və qanunları, insan hüquqlarını açıq-aşkar pozan vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq edin.” https://www.faz.net/aktuell/politik/ausland/ursula-von-der-leyen-in-baku-menschenrechte-in-aserbaidschan-accg-200982219.html
https://youtu.be/vr8Qp7W-4cs?is=37Sbb4r5bNkt8-L7
İnsan haqlarını müdafiə üzrə nüfuzlu beynəlxalq təşkilatlardan biri olan Raul Vallenberq Mərkəzi AXCP sədri Əli Kərimliyə azadlıq tələb edən bəyanatla çıxış edib. İngilis və fransız dillərində yayımlanan bəyanatda Əli Kərimlinin qanunsuz həbsi və ona qarşı rəftarla bağlı narahatlıq ifadə olunur. Əli Kərimlinin həbsxanadan beynəlxalq media qurumlarına, o cümlədən "France 24"ə verdiyi müsahibələrdən sonra hakimiyyətin ona qarşı cəza xarakterli tədbirlər tətbiq etdiyi, onun saxlanma şəraitinin daha da sərtləşdirildiyi, o cümlədən yuxudan məhrumetmə tədbirlərinə məruz qaldığı qeyd olunur. Təşkilat Əli Kərimlinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır. https://www.raoulwallenbergcentre.org/en/news/2026-06-25
İctimaiyyətin nəzərinə çatdırmaq istəyirik ki, dünən Əli Kərimlinin ailəsi ilə görüşü baş tutub. O görüşdə bildirib ki, onu “France 24”də gedən müsahibəsindən sonra başqa kameraya keçiriblər, saxlandığı rejimi daha da sərtləşdirib, orda saxlanan məhbusların malık olduğu hüquqlardan da məhrum ediblər. Kamerada TV-ni kəsiblər, radio da yoxdur, vəkillərin ona gətirdiyi qəzet və digər media materiallarını ona çatdırmırlar. Bundan başqa, onu hər gün 2 saat havaya çıxarılmaq hüququndan da məhrum ediblər, kamerada elə dözülməz şərait yaradıblar ki, yuxusuzluqdan əziyyət çəkir. Əli Kərimli bildirib ki, bu şərait günlərlə çəksə, fiziki cəhətdən sağlamlığına ciddi zərər dəyəcək. Sonda o qeyd edib ki, heç bir təzyiq, çətinlik onu azadlıq, ədalət uğrunda mübarizədən və əqidəsindən çəkindirə bilməz.
Dünyanın ən məşhur qəzetlərindən olan "Le Monde" AXCP sədri Əli Kərimliyə həbsdə yaradılan problemlərdən yazıb. Məqaləni Natiq Adilov oxuyur.
AŞPA-da Azərbaycan müzakirəsi: "Əli Kərimliyə həbsdə işgəncə verilir" İyunun 24-də AŞPA-nın yay sessiyasında “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı məruzə və qətnamə layihəsi səs çoxluğu ilə qəbul edilib. Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe Azərbaycan hökumətini repressiya siyasətinə görə sərt şəkildə tənqid edib. O, AXCP sədri Əli Kərimliyə həbsdə işgəncə verilməsindən də danışıb. Bildirib ki, Əli Kərimli Fransa televiziyasına (France24) müsahibə verəndən sonra ona həbsxanada işgəncə tətbiq etməyə başlayıblar.
Fransanın dünyaca məşhur Frans Pres agentliyi AXCP sədri Əli Kərimlinin DTX təcridxanadında təzyiqlərə məruz qalması barədə məqalə dərc edib. Məqalədə Ə.Kərimlinin vəkilləri və ailəsinə istinadla bildirilir ki, o, təxminən iki həftədir getdikcə ağırlaşan şəraitdə saxlanılır, bu isə onu yuxudan məhrum edib və ciddi psixoloji gərginliyə səbəb olub. "61 yaşlı Əli Kərimli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının uzunmüddətli sədri və prezident İlham Əliyevin ən sərt tənqidçilərindən biridir. O, dövlət çevrilişi hazırlamaq ittihamı ilə ötən ilin dekabrından bəri istintaq təcridxanasında saxlanılır" - deyə məqalədə qeyd olunur. AXCP sədri vəkilləri vasitəsilə Frans Pres-ə bildirib ki, ona qarşı ittihamlar tamamilə uydurmadır və siyasi səbəblərlə irəli sürülüb.
https://youtu.be/R8vo3Z5OQhg?is=Ejw_a27K6uv3hE5k
Əli Kərimliyə qarşı təcridxanadakı təzyiq və təxribatların bəzi detalları. Müdafiə Komitəsinin bəyanatında nələrdən bəhs olunur?
Əli Kərimliyə təcridxanada niyə təzyiq göstərilir? Ailəsi ilə danışıq hüququnu əlindən almaqla və başqa məhrumiyyətlər tətbiq etməklə hakimiyyət Əli Kərimlidən nəyin qisasını alır və nəyə nail olmaq istəyir? Milli Şura sədri Cəmil Həsənli jurnalist Sevinc Osmanqızı ilə müsahibəsində bu barədə də danışıb.
https://youtu.be/sG0kW7T6V-4?is=_Y2-jsPsRlUPicSp
Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimli barəsində həbs-qətimkan tədbirinin istintaq müddəti üçün uzadılması qərarından verilmiş şikayətə baxılıb. Gözlənildiyi kimi, məhkəmə vəsatəti təmin etməyib və qərarı qüvvədə saxlayıb. Ənənəvi olaraq, məhkəmə binası yenə hər tərəfdən polislərlə mühasirəyə alınıb və cəbhəçilər məhkəmənin qarşısına buraxılmayıb. Əli Kərimli başda olmaqla, bütün siyasi məhbuslara azadlıq!
Beynəlxalq səviyyədə tanınmış Amerikalı ictimai xadim, Princeton Universitetinin professoru, Human Rights Whatch insan haqları təşkilatının keçmiş (1993-2022-ci illər) rəhbəri Kenneth Roth AXCP sədri Əli Kərimlinin "France 24" nəşrinə müsahibəsini özünün X hesabından (hesabın 600 min nəfərdən çox izləyicisi var) paylaşıb. O, paylaşımını müsahibənin girişindən vacib bildiyi bu hissə ilə edib: “Azərbaycanın müxalifət lideri Əli Kərimli Bakıda guya "çevrilişə cəhd" ittihamı ilə məhkəmə qarşısına çıxır. Bu Kərimli həbsxanadan verdiyi açıqlamada ona qarşı irəli sürülən ittihamların "tamamilə uydurma və siyasi motivli" olduğunu bildirib və həyatına qəsd oluna biləcəyi barədə xəbərdarlıq edib.” https://x.com/i/status/2065124153200349455
https://youtu.be/oVawFLfSxck?is=-XuzIVOc4a1yksHB
Fransanın dünyaca məşhur çoxdilli "France24" nəşri hazırda həbsdə saxlanılan AXCP sədri Əli Kərimli ilə geniş müsahibə dərc edib. "Mən vicdan məhbusuyam" Bakıda müxalifət lideri Kərimli "dövlət çevrilişinə cəhd" ittihamı ilə mühakimə olunur başlıqları ilə yayımlanan müsahibənin əvvəlində AXCP sədri barədə qısa məlumat verilərək, qeyd edilir ki, "keçmiş dövlət katibi 2025-ci il dekabrın 1-dən həbsdədir və ona qarşı irəli sürülən ittihamları "tamamilə saxta və siyasi motivli" adlandırır. Əli Kərimli artıq üç onillikdir ki, keçmiş sovet respublikası olan Azərbaycanda hakimiyyətdə olan Əliyevlər rejiminə meydan oxuyur..." Suallar isə Əli Kərimlinin həbsi, həyatına təhlükə, Avropada onun Navalnı ilə müqayisə edilməsi, Avropa İttifaqının Azərbaycanda demokratiyaya münasibəti, Rusiyanın Azərbaycana təsiri və Fransa-Azərbaycan münasibətləri barədədir. https://www.france24.com/en/asia-pacific/20260610-i-am-a-prisoner-of-conscience-ali-karimli-the-opposition-figure-defying-azerbaijan-s-regime
AXCP sədri Əli Kərimli barəsində həbs-qətimkan tədbirinin daha 5 ay uzadılmasına partiya rəhbərliyinin münasibəti
AXCP sədri Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadıldı. Bununla bağlı iyunun 10-da Səbail Rayon Məhkəməsində qərar verilib. Məhkəmənin qərarı ilə AXCP sədri barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti noyabrın 13-dək uzadılıb.