Əkinçi
СтатистикаMüzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə ediləməyən mövzular. Tam videolar: youtube.com/akinchi Dəstək üçün: patreon.com/akinchi
- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 4
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- az
- Категория
- Видео
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 98
- 1/48двое суток
- 112
- 1/72трое суток
- 121
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Media mütəxəssisi Lalə Kişiyeva deyir ki, hər kəs dezinformasiyanın qurbanı ola bilər, amma bununla bərabər, bəzi qrup insanlar, bəzi hallarda dezinformasiyaya daha meylli olur.
İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova: “Məhdudiyyət haradan gəlir? Məhdudiyyət insanın bacarığından deyil, infrastrukturdan gəlir. Cəmiyyətin hazırladığı, qurduğu infrastrukturdan.”
Musiqişünas Sara Timurova deyir ki, musiqi təhsili üçün lazım olan müasir avadanlıqlar çox az məktəbdə var, bir çoxunda isə musiqi otağı və alətlər olmadığından dərslər yalnız nəzəri keçirilir ki, bu da təcrübənin vacib rolunu arxa plana keçirir.
Riyaziyyatı hansı vasitə ilə daha yaxşı öyrənmək mümkündür? Riyaziyyatçı Afərin Əkbərli izah edir.
Təhsil eksperti Yalçın İslamzadə deyir ki, cəmiyyət hələ də ali təhsili mütləq dəyər kimi görür, peşə təhsilinə maraq göstərmir, halbuki ölkənin bacarıqlı ustalara və özünü təqdim etməyi bacaran mütəxəssislərə ehtiyacı var.
Vəkil Aysel Əhmədovanın sözlərinə görə, ölkədə xeyli insan düşünür ki, ailədə oğlan övladı varsa, mülk avtomatik olaraq ona keçməlidir. Əslində isə bu, belə deyil.
Urbanist tədqiqatçı Ucal Qorçu: “Necə oldu ki, bizim yaxınlarımızla vaxt keçirmə mədəniyyətimiz restoranlarla məhdudlaşdı?”
Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasovun sözlərinə görə, təhsil sistemlərinin standart imtahanlara həddindən artıq güvənməsi süni zəka dövründə böhrana səbəb olub.
“Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusif: “Azərbaycanda təhsildə həyəcan əskikliyi var. Biz daha çox yönəlmişik məntiqə. Amma maraq, həyəcan, uşaqların içində qığılcım yaratmaq çatışmır.”
Gender və inkişaf eksperti Şəmsiyyə Mustafayeva deyir ki, Azərbaycanda ali təhsil alanların daha böyük hissəsinin qadınlar olmağına baxmayaraq, əmək bazarında iştirakda qadınlar üstünlük təşkil etmirlər.
“Audio Nağıllar” YouTube kanalının təsisçisi Şəbnəm Həsənəlizadə deyir ki, kitab oxumağı uşaqlara cəza vasitəsi kimi tətbiq etdikdə bu, uşaqlarda kitablara qarşı mənfi hisslər oyadır.
“Niyə uşaqlara erkən yaşdan eksperiment etməyi öyrətməliyik?” mövzusunda yeni videomuzu YouTube kanalımızda izləyə, Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz. @akinchiproject
“Uşaqların məktəb eksperimentləri üçün artıq bir sıra resurslar var” İkram Gabiyevin fikrincə, uşaqların erkən yaşlardan eksperiment aparması və real layihələr üzərində işləməsi gələcək bacarıqlarının formalaşması üçün vacibdir. Tam video. @akinchiproject
Süni intellekt dövründə rəqabətdə geri qalmamaq və aktuallığı itirməmək üçün təkcə nəzəri biliklər artıq kifayət etmir. Google şirkətində proqram mühəndisi kimi çalışan İkram Gabiyev hesab edir ki, uşaqlar erkən yaşlardan eksperiment aparmağı, yeni ideyaları sınaqdan keçirməyi və praktik problemləri həll etməyi öyrənməlidirlər. Qonağımız vurğulayır ki, təhsil sistemində robototexnika, proqramlaşdırma və laboratoriya işlərinə daha geniş yer verilməsi gələcək nəsli sürətlə dəyişən texnologiya mühitinə daha yaxşı hazırlaya bilər. Video burada. @akinchiproject
Uşaqların pulla rəftar etməyi öyrənməsi Peşəkar kouç Nərgiz Əkbərova deyir ki, büdcə planlaması uşaqlara kiçik yaşdan həm izah edilməli, həm də valideynlərin nümunəsi ilə öyrədilməlidir. Tam video. @akinchiproject
Peşəkar kouç Nərgiz Əkbərovanın “Büdcə planlaması: Xərclərimizi nə qədər düzgün idarə edirik?” mövzusunda çıxışını YouTube kanalımızda izləyə, Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz. @akinchiproject
“Büdcə planlaması hər kəs üçün lazımdır” Peşəkar kouç Nərgiz Əkbərovanın sözlərinə görə, şəxsi büdcənin düzgün planlaşdırılması maliyyə azadlığının əsas şərtlərindən biridir. Tam video. @akinchiproject
Peşəkar kouç Nərgiz Əkbərova gəlir və xərcləri düzgün idarə etməyin, eləcə də maliyyə hədəflərinə çatmağın praktik yollarını bölüşür. O deyir ki, büdcə planlaması insanın həyatını məhdudlaşdırmır, əksinə, ona daha çox maliyyə azadlığı qazandırır. Spiker impulsiv alış-verişdən yayınmağın, ehtiyacla istəyi ayırd etməyin və fövqəladə hallar üçün maliyyə ehtiyatı yaratmağın əhəmiyyətini vurğulayır. O, həmçinin maliyyə savadlılığının uşaqlıqdan formalaşdırılmasının vacibliyini və valideynlərin bu prosesdə rolunu xüsusi qeyd edir Video burada. @akinchiproject
Tədqiqatçı Cavid Cəfərovun “Universitetlər arasında daha yaxşı reytinq uğrunda yarış” mövzusunda çıxışını YouTube kanalımızda izləyə, Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz. @akinchiproject
Universitet reytinqləri necə hesablanır? Tədqiqatçı Cavid Cəfərov universitet reytinqlərinin əhəmiyyəti və hesablanma meyarlarını izah edir. Tam video burada. @akinchiproject