tgindex
Çəpəki

İqtisadçı Fərid Mehralızadənin telegram kanalı. İqtisadi siyasət və statistikalar, orijinal xəbərlər, inkişaf məsələləri, Bakı şəhəri və daha nələr-nələr. Əlaqə - @faridmehrali

Последний пост
22 июл.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 556
−3 за 4 дн.
Сутки
−2
−0,13%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 250
20 постов
Вовлечённость
80,3%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
251
1/48двое суток
287
1/72трое суток
310

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 22 июл.284121из abzasmedia

    “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə Milli Mətbuat Günü münasibətilə həbsxanadan mesaj göndərib. “Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən jurnalist mətbuat azadlığı ilə ölkənin iqtisadi inkişafı və rifahı arasındakı əlaqəyə diqqət çəkib. “2026-cı il Dünya Mətbuat Azadlığı Reytinqinə görə Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. Mətbuat azadlığı reytinqində son 10-luqda olan bir ölkənin nə insan inkişafı, nə də iqtisadi rifah baxımından ilk 10-luqda olması mümkündür. Çünki mətbuat azadlığı təkcə ifadə azadlığı deyil, həm də hesabatlılığın, şəffaflığın, yəni, sağlam iqtisadi mühitin təməlidir. Təməl zəiflədilir, dağıdılırsa, inkişaf və rifaha çatmaq da çətinləşir”. https://shorturl.at/MKygp

  • Fəridin həbsindən bəri iki il ərzində nələr baş verib? Aşağıda qeyd olunanlardan əlavə əlavə olaraq, ABŞ senatında Beynəlxalq Mətbuat Azadlığı günü ilə bağlı qətnamədə, AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin 27 may iclasında, Freedom House, CPJ, RSF, Amnesty İnternational kimi insan haqları təşkilatlarının çağırış və hesabatlarında Fəridin azadlığa buraxılması ilə bağlı tələblər dövri olaraq səsləndirilir.

  • 30 мая1 070222

    Həbsinin ikinci il dönümündə Fərid Mehralızadə həbsxanadan iqtisadi düşüncələrini paylaşıb, həm də həbsinin səbəb olduğu şəxsi çətinlikləri bölüşüb. Yazının mətninə keçid: https://storage.googleapis.com/snaplink/P1wE9.html

  • 29 мая541223

    Xarici jurnalistlər Fərid Mehralızadəyə müraciət ediblər: Fərid, jurnalist kimi öz işini gördüyün üçün həbs olunub bizdən ayrılmağının üzərindən artıq iki il keçir. Sadəcə həqiqətləri söylədiyinə görə sevdiklərindən ayrı salındın. Sənin möhkəm iradən hamımıza ilham verir. Bilməyini istəyirik ki, səni düşünmədiyimiz bir gün belə yoxdur. Səni evinə qaytarmaq üçün Praqada, Vaşinqtonda və dünyanın müxtəlif yerlərində hər gün çalışırıq. Çox keçmədən həyat yoldaşın, qızın və bizimlə birlikdə azadlığını qeyd edəcəyin gün gələcək.

  • без подписи

  • 28 мая419191

    Mayın 30-da iqtisadçı və jurnalist Fərid Mehralızadənin haqsız həbsinin ikinci ili tamam olur. Bu münasibətlə Azadlıq Radiosunun Praqa redaksiyasının əməkdaşları Fəridə dəstək və onun azadlığa buraxılması tələbi ilə fotoaksiyaya qoşulublar. Əməkdaşlar Fəridin fotosu ilə çəkdirdikləri şəkilləri paylaşaraq hər kəsi 30 mayda #FreeFarid həştəqi ilə həmrəylik nümayiş etdirməyə və aksiyaya qoşulmağa çağırıblar. https://x.com/rferlpress/status/2059998158378123503?s=46

  • ABŞ-ın xarici siyasət üzrə aparıcı beyin mərkəzlərindən olan Atlantik Şurasının ekspertləri 10 mayda dərc olunan məqalələrində qeyd ediblər ki, Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün "böyük saziş"ə ehtiyac var. Onlar Trump administrasiyasına tövsiyə ediblər ki, növbəti altı ay ərzində imkan var ki, həmin sazişə çatmaq üçün Belarus modeli əsasında Azərbaycana qarşı sanksiyaların tam götürülməsi qarşılığında Əliyev hökuməti ilə ölkədə ədalətsiz həbs olunmuş şəxslərin azadlığa buraxması üçün danışıqlar aparılsın. Ekspertlər Azadlıq Radiosunun təhlilçisi Fərid Mehralızadənin işini də qeyd ediblər. Mətnin originalı: https://www.atlanticcouncil.org/dispatches/now-is-the-time-for-a-us-grand-deal-with-azerbaijan/

  • Qətnamənin mətninə keçid: https://www.congress.gov/congressional-record/volume-172/issue-76/senate-section/article/S2177-2

  • 3 мая1 150142

    Siyasi məhbus Fərid Mehralızadə 3 may Dünya Mətbuat Azadlığı günü ilə bağlı deyir:

  • 29 апр.1 314333

    Bugün Fərid Mehralızadənin əsassız həbsindən 700 gün keçir. O, 2024-cü il mayın 30-da saxlanılıb. Fərid “Abzas Media işi” çərçivəsində həbs olunsa da, nə həmin media ilə əməkdaşlığına, nə də hər hansı bir cinayətə dair heç bir sübut məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Fərid 9 il müddətinə azadlıqdan məhrum edilib. Özü həbsinin siyasi sifariş olduğunu və Azadlıq Radiosunda dərc olunan iqtisadi təhlillərinə görə həbs edildiyini bəyan edib.

  • 9 мар.993242

    6 mart Fərid Mehralızadənin kassasiya şikayətinə baxılıb. O məhkəmədə çıxışı zamanı bildirib ki, hökmün əsaslandığı sübutların heç birində onun əleyhinə nəsə yoxdur. Buna baxmayaraq o, 9 il həbs cəzası alıb. Fərid bildirdi ki, məhkəmə Məhəmməd Kekalovun ilkin ifadəsini mötəbər sübut qəbul edib, 5 nəfəri bu sübuta əsaslanaraq həbs edib, amma Məhəmmədin ifadəsinin mənim lehimə olması nəzərə alınmır. Necə olur ki eyni sübut əleyhə işlədilir, lehinə yox. Digər sübut növü kimi sənədlər göstərilib, Abzas media bu sənədlərin saxta olduğunu bəyan edib. Lap tutaq ki, sənədlər məhkəmənin qəbul etdiyi kimi saxta deyil. Axı o sənədlərdə də mənim adım yoxdur. Digər sübut növü kimi şahid ifadələri qeyd olunub. Dindirilən şahidlər məni tanımadıqlarını, Abzas media ofisində görmədiklərini bildiriblər, tanıyanlar isə sosial şəbəkələrdən iqtisadçı kimi tanıdıqlarını qeyd ediblər. Yəni mənim əleyhimə şahid ifadəsi də yoxdur. Necə olur ki əleyhimə heç bir sübut olmadığı halda, mən 9 il həbs cəzasına məhkum edilirəm.

  • без подписи

  • 9 февр.1 234181

    Fevralın 10-u ABŞ-nin vitse prezidenti Cey Di Vens Azərbaycana səfər edəcək. Onun səfəri çərçivəsində hazırda həbsdə olan siyasi məhbuslarla bağlı çağırışlar edilib. ABŞ konqresmeni Ceyms MakQovern də çağırış edərək, səfər çərçivəsində vitse-prezidentin Fərid Mehralızadə də daxil olmaqla siyasi məhbusların azadlığa buraxılmasını müdafiə etməsini xahiş edib.

  • 22 дек.2 002203

    Yunan iqtisadçı Yanis Varoufakis Fərid Mehralızadənin azadlığa buraxılması ilə bağlı öz X hesabında çağırış edib. Fərid həbsdə ikən Yanis Varoufakisin müəllifi olduğu "Qızımla İqtisadiyyat Söhbətləri" kitabını tərcümə edib və kitab bu yaxınlarda çap olunub. https://x.com/yanisvaroufakis/status/2002732483604029446?s=20

  • 5 дек.3 470324

    без подписи

  • 22 нояб.1 480161из abzasmedia

    İqtisadçı, “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə artıq ikinci ildir ki, doğum gününü həbsxanada keçirir.   O, müstəqil mediada Azərbaycanın sosial-iqtisadi vəziyyəti barədə kəskin şərhlərlə çıxış edib, hökumət senzurasının artmasına baxmayaraq fəaliyyətini davam etdirib.   Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində 9 il azadlıqdan məhrum edilib.   İqtisadçı sosial rifah, təhsil və iqlim siyasətinə dair tənqidi analizlərinə görə siyasi sifariş əsasında həbs olunduğunu bildirib.

  • 17 нояб.1 620113

    Təəssüf ki, Fərid ikinci doğum gününü də həbsdə keçirməli olur. Ona ad günü təbrikləri göndərərək dəstək ola bilərsiniz. Linkdən (https://tinyurl.com/writetofarid) daxil olaraq məktub yaz bölməsindən Fəridə təbriklərinizi göndərə, dəstəyinizi ifadə edə bilərsiniz.

  • 1 нояб.1 53031

    без подписи

  • Senator Cinn Şehin iqtisadçı, jurnalist Fərid Mehralızadəyə yazır: Tam mətn üçün https://www.azadliq.org/a/senator-shaheen-jurnalistlere-mektub/33552631.html

  • Bugün iqtisadçı, Azadlıq Radiosunun jurnalisti Fərid Mehralızadəyə 9 il həbs cəzası kəsildi. Fəridin məhkəmədəki “son sözü” ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.https://freefarid.info/fərid-mehralizadənin-son-sozu/