dazed and confused
Статистикаpodkastlar, videolar, məqalələr, komikslər, filmlər/kitablar və ağlınıza gələ biləcək bir çox resursun kurasiyası 💌 enjoy ✨, pəri a.
- Последний пост
- 2 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 191
- 1/48двое суток
- 218
- 1/72трое суток
- 236
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
2024-cü il, 1 avqustda yaratdığım "maşının nəbzi" media təşəbbüsü bu gün 2-ci ilini tamamladı. ilk başladığı vaxtdan bu yana məqsəd media savadlığı və media tənqidini gündəlik bir mövzuya çevirmək, gözümüzə görünən media halusinasiyasının real tərəfilərini görmək bacarıqlarını sizə qazandırmaq idi. bu 2 il ərzində o qədər gözəl bir icma bizə qucaq açdı ki, bunu necə ifadə edim, bilmirəm. "maşının nəbzi" ilə medianı bir "maşın", "mexanizm", "ətraf-mühit" kimi qəbul etdik, təşəbbüsün daxilində yaratdığım onlayn kursla onlarla insan məzun oldu. istədim bu gözəl momenti sizinlə də bölüşüm, çünki "dazed and confused" kanalımızın da "maşının nəbzi"nin böyüməyində çox rolu olub. təşəbbüsü bilməyənlər üçün: https://www.instagram.com/thepulseofa.machine/
ilk izlədiyim bell hooks müsahibəsidir. yazı tərzi kimi danışır: sakit, anlayışlı, bir az da üsyankar. yəni onun kitablarını oxuyanda elə belə bir insan təsəvvür edirdim, amma düşündüyümdən daha da realdır. müəllif personası ilə real personasını yan-yana gətirəndə oxşarlıqlar çox olsa da, müsahibəsində hər dəfə səsi qalxıb endikcə üsyankarlığını bir az daha yaxşı görə bilirdim (məncə). hələ 90-larda reallıqlardan danışdığı üçün kitablarına heç bir qəzet, jurnalda resenziya yazılmadığını bildirir. deyir ki, mənə heç bir jurnalist zəng edib hansısa mövzu haqqında fikrimi soruşmur, çünki onlar üçün "dedikləri insanlar tərəfindən qəbul edilməyən" bir qadınam. ağıllı insanların bir çoxu üçün deyildiyi kimi, zamanının çox sonrasında yaşayan bir aydın. https://youtu.be/g2bmnwehlpA?si=wDSZXCaSazU75kJk
kriminal, öl*m və qan olmayan komiks tapmaq çox çətindir. iki gündür oxuduğum "4 kids walk in to a bank" bank yarmaq prosesini sakit, gülməli, maraqlı bir hadisəyə çevrir. 4 "nerd" məktəblinin Peige adlı əsas qəhrəmanın atasını qurtarmaq üçün dəridən qabıqdan çıxıb özlərinə plan cızmaqlarını izləyirik. komiksin çox super, bomba olduğunu deyə bilməyəcəm. amma çərəzlik və lazımi yerlərdə üzünüzə gülüş qondura bilən hekayədir. xüsusilə, hər bölümün başlığı bir-birindən müəyyən qədər fərqlənir. oxumaq istəyənlər üçün: https://readcomicsonline.ru/comic/4-kids-walk-into-a-bank-2016
https://youtu.be/USW8yf4L-R4?is=UGzrRjacgoPOv6nS
sabah səhər oyanıb "dünən axşam nə paylaşdım e mən" deyib siləcəyim o yazı (bunu yazıram ki, bunu yazmağımdan utanıb silməyim). bayaq "Telegram" kanalıma baxırdım və daha əvvəl qeyd etdiyim kimi, son iki ayda 20 nəfərə yaxın adam kanalı tərk edib. belə şeyləri şəxsi qəbul etdiyim tək yer, yəqin ki, yalnız "Telegram" kanalımdır, çünki buranı icma kimi görürəm. "Instagram"dakı izləyiciləri də çox önəmsəsəm də, "dazed and confused" kanalı və buranın abunələri ayrıdır. nəysə, sonra öz-özümə dedim ki, nə edim axı, bu qədər paylaşmağa vaxtım, səbrim, enerjim qalıb. enerjim bir az bitib, çünki (dəfələrlə deyib təkrar edirəm sorry) 2013-cü ildən bəri internetə müxtəlif formatlarda kontentlər yaradıram - hərəsinin də məqsədi fərqli olub (ümumi amal eyni olsa da). və 2013-dən bu yana hər şey o qədər yavaş gedir ki. istər-istəməz enerjini bərpa etmək üçün aralar vermək mütləq olur. işlərin yavaş getməsi halı ilə isə xoşbəxtəm, çünki bundan artıq diqqət xoşagəlməz ola bilər, amma eyni zamanda da hələ də çatmalı olduğum, mənim kontentim kimi bir şey axtaran insanlara çatmadığımı düşünürəm. niyə çata bilmirəm? bəlkə, estetik həyat, lüks nələrsə təqdim etmirəm (sarkastik və neqativ bir şey kimi demirəm) deyə alqoritm məni sevmir? bu, ola bilər. bəlkə, kontentlərim, doğrudan, kifayət qədər yaxşı deyil (estetika, yox keyfiyyətdən danışıram)? siyahının uzanacağından əminəm, amma digər sual da "bəlkə, öz içimdəki Pərini ötürə bilmirəm?"di. mənə insanlar çox ciddi göründüyümü deyəndə vaxt var idi buna çaş-baş qalırdım, təəccüblənirdim. çünki öz dünyamda xeyli əyləncəli, deyib-gülən insan idim. indi nə elə deyiləm, nə də elə qəbul edilməkdən təəccüblənirəm. uşaqlıqda sözündə səhv tutulan, şeir demək istəyəndə aqressiv cavab alan, maraqlarına dəstək verilməyən, bütün diqqət və qayğının qardaşına getdiyini görən uşaq kimi, birinci, kimin yanında özüm ola biləcəyimi götür-qoy edə-edə böyüdüm (Y nəsli tərəfindən böyüdülmüş ortalama millennial azərb. gənci həyatı). sonra məktəb, universitet həyatında məni olduğum kimi sevən dostlara sahib olduğumu düşünüb yanıldım. sonra da artıq başqa insanların yanında özümü olduğum kimi ifadə etməyin çox da vecimə olmağını düşünüb bu mövzunun başını bir dəfəlik buraxdım. bu hissə sırf özüm yaşamışam deyə deyil, amma hansısa yeniyetmə/gəncin başına gələ biləcək ən acınacaqlı şeylərdən biridir - həyatımızı özümüzü qəbul edib tanımağa sərf edirik və bu prosesdə səni sevən, alqışlayan insanlar azdırsa, yaxud onlar tənqidçidirsə, özünü yalnız özünə saxlamaq qaçınılmazdır. və bu, belə olmalı deyil. nə vaxt bitəcəyini bilmədiyimiz ömür özümüzü gizlədərək keçirilməməlidir. elə məsələ də burasındadır ki, realdakı mühitdən qaçıb virtuala gizlənəndə insan özü kimi olmaq istəyindən çox uzaqlaşa bilmir. ekrana baxıb səni anlayacaq birinin ekranın digər tərəfində olduğunu düşünmək istəyirsən. ya söz deyəndə bundan pis məna çıxarmadan sətirlərin arasını oxuya bilənləri. 2013-dən davam edən səyahətim xeyir vermək, nəsə qatmaq, öyrəndiklərimi, düşündüklərimi arxivləşdirmək məqsədi ilə paylaşılıb, amma həm də hamısında özümü özüm kimi təqdim etmək yanğısı da olub. hələ də var, amma illər ərzində "özüm" deyə düşündüyüm hər şey tamamilə dəyişib. yazının sonunu ilk paraqraflarla əlaqələndirə bilsək, hələ sözlərim kəsilməmiş, şeirlərim bölünməmiş, tiroid diaqnozu almamış, özümü "çox" hiss etməyimə səbəb olan insanların ətrafında olmamış daha maraqlı pəri idim və bəlkə də, o cürə qalsaydım, insanlarla (bu məqamda sizlərlə) daha dərin bağ qura bilərdim. amma hazırda da "bütün həyatını paylaşırsan" (paylaşmıram) sözlərini ara-sıra ən yaxınlarından eşidən insan kimi, bu fikirləri yenə də paylaşmaq, bölüşmək, arxivə göndərmək istədim. 💌
yeniyetməlik dövrümdə çox sevərək izlədiyim "variety" jurnalının "Behind the Song" YouTube seriyası çox diqqətimi çəkir, çünki çox sevdiyim və çox danışılığını düşünmədiyim R&B mahnılarının hazırlanma prosesini bu seriyanın videolarında çox rahat şəkildə görə bilirəm. məsələn Leon Thomasın "Mutt" mahnısı (eyniadlı albomundan) həftələrlə "replay"imdə qalmış mahnılardandır. və təsəvvür edin ki, klipini belə izləməmişəm. sadəcə random şəkildə tapmışam və aşiq olmuşam. bu seriyada mahnının hazırlıq prosesini və bütün kiçik detallarını öyrənmək çox zövqlü oldu: https://youtu.be/LH_DmvTB4vQ?si=SVWWkXWTWpJLfTuZ
без подписи
keçən səfər 18 gün kanal aktiv olmadığı üçün 10 abunəçi itirdiyimizi demişdim. son 10 gündə 10 nəfər daha itirdik haha əlbəttə, buna üzüləcək vaxtı, yaşı keçmişik. gəldim sizə (böyük ehtimalla) sizin də gördüyünüz deniz göktaşın son stand-up şousu haqqında bir-iki kəlmə deyim. deniz göktaşa "podbee" ilə əməkdaşlıq çərçivəsində hazırladığı "deniz göktaşa ayıracak vaktim yok" podkastından (təxminən 2021, səhv etmirəmsə) bəri qulaq asıram. internetdə yayımlanan bəzi stand-up şoularına 2 dəfədən çox belə baxdığım vaxtlar olub. deniz göktaş çox yaxşı standapçıdırmı? səsini, danışıq tərzini nəzərə alsaq, yox. ilk dinləyən insan üçün tamamilə əlaqəsiz bir insan kimi gəlir. amma toxunduğu mövzuları nəzərə alsaq, ciddi, ağır, qaranlıq mövzulara güldürə bilən biri kimi, janrının təklərindəndir. hələ türkiyədə heç olmazsa, deniz var, məsələn azərbaycanda o janr, ümumiyyətlə, mövcud deyil, çünki heç kim siyasətə inanmır ahahah elə bilirlər ki, mövcud sistem problemlidirsə, kimsə gəlib onları xilas etməlidir və onlar özləri heç nə edə bilməzlər. azərbaycan repini də mənim üçün dinlənilməyəcək səviyyəyə gətirən şey budur: apolitiklik canlarına işləyib və bunu rep kimi etirazdan doğan bir janrda da etməkləri çox anormal gəlir mənə. mövzudan kənarlaşmadan: deniz göktaşın son şousunu o qədər çox müstəqil türk mediası ballandıra-ballandıra "cəsarətini alqışlayırıq" deyərək paylaşdı ki, deyərsən ki, ay aman, bu gənc nə edib belə. dinlədikdə anlayırsan ki, məsələ denizin nəsə ekstra bir şey etməyində deyil, "mainstream" komediyanın çox səthi mövzulardan kənara çıxmayıb bizə real komediyanın nə olduğunu unutdurmağındadır. izləməyi məsləhət görürəm. gülməkdən ölməyəcəksiniz. komediya, onsuz da, ancaq uğunub getmək deyil. amma beyniniz hansısa məqamda qıdıqlanacaq, dodağınızın kənarı qıvrılacaq, siz də denizin cəsarətinə güləcəksiniz. sonra düşünəcəksiniz ki, ümidvaram bu oğlanın başına bir şey gəlməz. bunu düşündüyünüzdən 10 dəqiqə sonra standapın davamında bu haqda elə onun öz ağzından eşidəcəkiniz. "ölü deniz" https://youtu.be/ksaVzHyClto?si=c1_FcAFG0iRXACiB
cəmi 18 gün kanal boş qalıb, 10 nəfər itirmişik ahaha belə özünüz necəsiniz? bu səfər siz maraqlı məqalələrdən, mahnılardan, filmlərdən göndərin, mən baxım
без подписи
https://aeon.co/videos/why-millennia-of-history-echo-in-each-strum-of-a-persian-tar
son vaxtlar bir az gerilərə qayıdıram, köhnə işlərimə baxıram tez-tez, 2024-cü ildə yazdığım podkast epizodu qarşıma çıxdı. yadıma düşdü ki, bu podkastları edərkən çox utanırdım, elə bilirdim, çox pisdi, amma qulaq asıram, heç pis səslənmir :D əməlli araşdırma etmişəm də, day nə edim bıy https://youtu.be/JvkWb3KGHVM?si=pZ8-TIN10BqKEoah
2018-ci ildə yazdığım və 65 nömrəli avtobusa həsr etdiyim yazımı sizinlə bölüşmək istəyirəm ahah "Yenə bir altmış beş səyahəti kimi görünsə də, hər şey avtobusun yarım saat gecikməsi ilə başlamışdı. Son dayanacağında sərnişinləri boşaldan bir avtobusun 1 dəqiqə ərzində ağzınacan dolmağı bir o qədər normal görünmürdü. Xüsusən, biz 6-cı gündən danışırıqsa. Mən, öz adıma, çox sakit şəkildə lirika müşaiyətində kitab oxumağı düşünürdüm və ilk gözümə dəyən yerə qarmaq atdım, yerləşdim. Digərləri də yerləşmişdi və hekayənin normal irəliləməyi arzuolunan idi. Fəqət bütün planlarını 70+ üstü bir nənə pozdu; əvvəlcə, “sür, ay şofiyer (bunu özü vurğulamışdı)” deyərək ya zarafat etdi, ya etməyə çalışdı, daha sonra “day saxlama, bir də 20 yanvarda saxlayarsan” deyib digər sərnişinlərin gülüşünə səbəb oldu. Uğurlu sayıla biləcək bir zarafat etmişdi. O, bütün qüruru ilə qarşımda otururdu. Üzü çox nurlu görünürdü, enerjisi məndən belə gənc hiss etdirirdi. Qara, qulpu rəngli çantası ilə etnik görüntü verirdi, çalması ilə daha-daha əvvəllərin havasını..." davamı: https://3cukuche.wordpress.com/2018/11/18/altmis-besler/
bütün ikonik film, komiks, manqa, animasiya, anime, kitab personajları eyni yerdə yaşayır. oturub 1 saat bir-bir otaqlara baxmışam ahahah təkcə bir nəfər bütün bu kainatı (giflərdən ibarət) hazırlamaq üçün düz 2018-ci ildən bəri çalışırmış. https://floor796.com/
hər şey haqqında fikriniz var? bəs bu fikirlər həqiqətən sizə aiddir? sosial mediada, gündəlik söhbətlərdə, xəbərlərdə - demək olar ki, hər mövzu haqqında fikir bildiririk. amma çox vaxt dayanıb düşünmürük: bu fikirlər haradan gəlir? əgər siz də bəzən özünüzə…
yazdım e, uşaqlar. "podkastlarla bağlı"
zara larsson "call me daddy" podkastına çıxıb deyə həyatımda cəmi ikinci dəfə bu podkasta öz istəyimlə qulaq asdım. bilməyənlər üçün, "call me daddy" qadınlara münasibətlər haqda məsləhətlər verən, ümumilikdə münasibətlər, insanlar, partnerlik təcrübələrindən danışan və illərdir (dəqiq neçə il - bilmirəm) fəaliyyətdə olan "one woman show" podkastdır. ilk 50 dəqiqədə üç dəfə reklam getdi. biri "starbucks", ikincisi "tinder", üçüncüsü nə qədər məşhur olduğunu bilmədiyim bir mebel şirkətidir idi. adi bir insanın podkast başladıb hazırda bu qədər böyük şirkətlərdən reklam almağı, podkastla başlayıb hazırda öz şirkətinə, ofisinə sahib olmağının nə demək olduğunu başa düşürsünüzmü? yəni ümid edirəm, mənim kimi bunun ciddi bir hadisə olduğunu düşünürsünüz. Azərbaycandakı podkast icmasına ürəyim ağrıdığını daha əvvəl yazmışdım. tapsam, bu mesajdan sonra göndərərəm bura. əvvəldən bəri podkastların bu qədər məşhurlacağını bilən, həm də podkastlar üçün ürəyi gedən (həm dinləyici, həm istehsalçı kimi) insan olaraq Azərbaycanda podkastların potensialının bərbad şəkildə yeyilməyi ürək ağrıdır. həm də ABŞ-da heç kim (məşhurluq mənasında) ikən birdən min, iki min insanın səni dinləməyi, sonra o minlərin milyonları gətirməyi - birdən-birə bunun sənin tamştat işin olmağı çox bombadır. amerikan gənclərinə baxıb yazıb-yaradan uşaq kimi anlamırdım niyə bizdə bloqlar, podkastlar məşhur deyil. indi anlayıram, amma yenə bunu bilmək üzücüdür
hər şey haqqında fikriniz var? bəs bu fikirlər həqiqətən sizə aiddir? sosial mediada, gündəlik söhbətlərdə, xəbərlərdə - demək olar ki, hər mövzu haqqında fikir bildiririk. amma çox vaxt dayanıb düşünmürük: bu fikirlər haradan gəlir? əgər siz də bəzən özünüzə bu sualları verirsinizsə, "fikirlərimiz həqiqətən bizə aiddir?" adlı vebinar sizin üçündür. birlikdə müzakirə edəcəyik: niyə hər şey haqqında fikir bildirmək ehtiyacı hiss edirik? sürətli reaksiyalar necə “düşünmək” kimi təqdim olunur? sosial media fikirlərimizi necə formalaşdırır? dünyagörüşümüz nə dərəcədə özümüzə məxsusdur? əgər sadəcə məlumatlı yox, daha şüurlu olmaq istəyirsinizsə, gəlin bu mövzuya birlikdə daha dərindən baxaq. məqsəd daha çox fikir toplamaq yox, fikirlərlə aramızda məsafə yaratmaqdır. 📍 tarix: 27 aprel 🕒 saat: 20:00 (Bakı vaxtı ilə) 💻 onlayn, ödənişsiz qeydiyyat linki: https://forms.gle/QcGHkbsVZ89MD73A7
Benoît Chieux-ün "Sirocco and the Kingdom of Winds"i. 2023-cü il, macəra, fantastika və ailə animasiyası. ürəyim getdi bu animasiyadan ötrü desəm, az olar. çox şəkər, mənalı, balaca övladlarınıza baxdırmalı bir film. Ido Fluk-un "Köln 75"i. 2025-ci il, musiqili, bioqrafiya və drama filmi. Keith Jarrettin əfsanəvi Köln konsertinin bir az əvvəli və bir az sonrası.
без подписи