tgindex
Jibaro

Eşitdiklərim, oxuduqlarım, gördüklərim... Əlaqə: t.me/adilnahmat

Последний пост
12 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
1
Всего постов
36
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
710
−1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
498
36 постов
Вовлечённость
70,1%
к подписчикам
Постов в день
0,1
всего 36
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
53
1/48двое суток
60
1/72трое суток
65

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Chevrə Quiz Bakıda!🔥 Yeni mövsümü yeni oyunla qarşılayın😍 Chevrədə sizi nələr gözləyir? 👉 Bir-birindən maraqlı turlar 👉 Peşəkar sual müəllifləri tərəfindən hazırlanmış əyləncəli suallar 👉 Hər turun qalib və iştirakçıları üçün müxtəlif hədiyyələr 👉 Peşəkar fotoçəkiliş 💰 İştirak haqqı: 1 komanda üçün 20 AZN 🗓️ Tarix: 21 avqust / 19:30 📍 Məkan: Nabat Lounge (Azadlıq metrostansiyasının əsas çıxışı ilə üzbəüz) Elə indi 3-6 nəfərlik komandanızı toplayaraq qeydiyyatdan keçin, sizin də intellektual çevrəniz olsun💪 Qeydiyyatdan keçmək üçün aşağıdakı WhatsApp qrupuna daxil olaraq komanda adınızı yazmaq kifayətdir: https://chat.whatsapp.com/GeyjtnboLYbDlALD0AKVy5?s=sh&p=a&ilr=0 ☎️ Əlavə məlumat üçün əlaqə: 050 557 21 56

  • Feliks Batista adam oğurluğuna qarşı peşəkar mübarizə aparan və təlimlər keçən siyasi xadim, hərbiçi idi. 2008-ci ildə Batista insanları eyni mövzuda maarifləndirmək üçün Meksikaya getmişdi. Həmin ilin 10 dekabr tarixində onu oğurladılar və bir daha tapılmadı. @jibarochannel

  • 🔹Teksas’ da şöyle bir deyiş vardır: “En yüksek sesle havlayan en küçük köpektir.” 🔹...kim odaya girdiğinde insanlar Kızıl Deniz gibi ikiye ayrılsınlar istemez ki! 🔹Başarınızı belirleyen “Neyin tadını çıkarmak istiyorsun?” sorusu değildir, doğru soru “Hangi ıstıraba katlanmaya razı­sın?” sorusudur. Mutluluğa uzanan yol engebelidir ve utançla döşenmiştir. 🔹Bir konuda ilerlemek binlerce küçük başarısızlık üzerine inşa edilir ve başarınızın cüssesi o şeyde ne kadar başarısız olduğunuza bağlıdır. Biri bir konuda sizden daha başarılıysa, muhtemelen sizden daha fazla başarısız olmuştur. Biri sizden daha kötüyse, muhtemelen sizin geçtiğiniz ıstıraplı öğrenim sürecinden geçmemiştir. Yürümeyi öğrenen küçük bir çocuğu düşünürseniz, yüz­lerce kere düşüp canını acıtacaktır. Ama çocuk durup da, “Bu yürümek bana göre değil sanırım, pek beceremiyorum,” demez. 🔹En büyük önceliğimiz sürekli kendimizi iyi hissetmek ya da partnerimize kendisini iyi hissettirmek olursa, neticede kimse kendini iyi hissetmez. Biz farkına bile varmadan ilişki dağılır. 🔹Güven Çin porseleni gibidir. Bir kez kırıldı mı, biraz dikkat ve özenle yapıştırabilirsiniz, ama bir daha kırarsanız, daha da fazla parçalanır ve parçaları birleştirmek çok daha uzun zaman alır. Kerelerce kırmaya devam ederseniz, artık tamir etmenin mümkün olmayacağı bir hal alır, un ufak olmuştur. 🔹Afrika’da kanat çırpan bir kelebek Florida’da kasırgaya neden olur denir; gider­ken siz ardınızda hangi kasırgaları bırakacaksınız? 🔹Modern zihnin pohpohlanması bir şeyi kazanmadan hak ettiğini düşünen, fedakârlık yapmadan sahip olmaya hakkı var sanan bir toplum yarattı. Hiçbir gerçek yaşam deneyimi olmayan insanlar kendilerini uzman, girişimci, kâşif, yenilik­çi, öncü ve koç ilan edebiliyorlar. Yapıyorlar çünkü herkesten daha büyük olduklarına inanıyorlar; sadece olağanüstü ola­nın yayınlandığı bir dünyada kabul görmek için büyük olma­ya ihtiyaç duyuyorlar. @jibarochannel

  • 📖 Uzun müddət sonra ilk dəfə pdf kitab oxuyub bitirə bildim. Ənənəvi şəxsi inkişaf kitablarından xeyli fərqlənir, oxunaqlıdır və düşündürür. Bəzi bəyəndiyim hissələri sizinlə bölüşəcəm, amma türkcə oxuduğum üçün həmin hissələr də türkcə olacaq ⬇️

  • 🔹Turnirin 3 maskotu - Meypl, Klatç, Zayya müvafiq olaraq Kanada, ABŞ və Meksikanı təmsil edirlər. Meypl maral, Klatç keçəl qartal, Zayya isə yaquardır. Onların öz ampluaları da var: Meypl qapıçı, Klatç müdafiəçi, Zayya isə hücumçudur. 🔹Builki turnir loqosunda kubokun təsviri olan ilk Dünya Çempionatıdır. 🔹Turnirin topu Trionda "Adidas"ın DÇ üçün istehsal etdiyi 15-ci topdur. " Trionda" ispan dilindən tərcümədə "üç dalğa" mənasını verir. 🔹Mundiala Azərbaycan Çempionatından da futbolçu yollanıb. Bu, "Turan Tovuz"un panamalı legioneri Roderik Millerdir. 🔹Oyunlar ABŞ-də 13, Meksikada 3, Kanadada 2 olmaqla, ümumilikdə 16 şəhərdə keçiriləcək. 🔹Tarixdə ilk dəfə DÇ üç ölkədə keçiriləcək. 🔹İordaniya, Kabo Verde, Kürasao və Özbəkistan ilk dəfə DÇ-də iştirak edəcəklər. Kürasao tarixdə turnirə qatılan ən kiçik ölkədir. @jibarochannel

  • Sizinlə qarşıdan gələn Dünya Çempionatı ilə bağlı bəzi maraqlı məqamları bölüşmək istəyirəm ⬇️

  • Bu gün bizə son dərəcə funksional və adi görünən market arabaları ilk yarandığı dövrdə insanların daxili qüruruna və gender rollarına ciddi zərbə vurmuşdu. Kişilər hesab edirdilər ki, əgər mən marketdə səbəti əlimdə daşıya bilmirəmsə, deməli, fiziki olaraq gücsüzəm. Qadınlar isə övlad böyütdükdən sonra yenidən oxşar formalı bir təkərli obyekti itələməyi özlərinə sığışdırmırdılar. Market arabalarının yaradıcısı Silvan Qoldman bu stereotipi qırmaq üçün mağazada "saxta alıcılar"dan istifadə etdi; gələn real müştərilər digər insanların arabaları rahatlıqla sürdüyünü və heç bir gülməli vəziyyətin yaranmadığını gözləri ilə gördükdən sonra bu ixtiranı qəbul etməyə başladılar. @jibarochannel

  • Qananın yeganə təbii gölü olan Bosumtvi yerli asanti xalqı üçün müqəddəs məkandır. Onların inanclarına görə, ölənlərin ruhları axirət dünyasına köçməzdən əvvəl məhz bu göldə Yer kürəsi ilə vidalaşır, buna görə də bura çox vaxt "Ruhlar gölü" deyilir. Təxminən 1 milyon il əvvəl əraziyə nəhəng meteoritin düşməsi nəticəsində yer qabığı çatlamış və maqma ilə birlikdə zəngin qızıl yataqları səthə çıxmışdır. Peyk şəkillərində "Ruhlar gölü"nün ətrafında parıldayan qızıl damarları və son illərdə genişlənən qızıl mədənləri aydın şəkildə görünür. @jibarochannel

  • Hər üçü də şahmat tarixinin böyük adları arasında yer tutan Polqar bacılarının inanılmaz uğurları ataları Laslo Polqarın yaratdığı bir təcrübəyə əsaslanır. Ata Polqar dühanın yaradıla biləcəyinə inanan bir insan idi. Buna görə də hər üç qızını şahmat dahisi kimi yetişdirmək haqqında qərar verdi. Bu təcrübənin heyrətamiz uğuru daha sonra beynin maqnit rezonans görüntülənməsinin köməyi ilə aparılan psixoloji bir tədqiqatın mövzusu oldu. Belə bir nəticə hasil oldu: Polqar bacılarının uğurlarının təməlində şablon modeli tanımaq dayanırdı. Yəni hər hansı şahmat oyunu əsnasında Polqar bacıları rəqiblərinin əksinə, oyunda mühakimə yürütmür, möhtəşəm təcrübələrinin onlara bəxş etdiyi fəhmlə hərəkət edirdilər. Hamının dəqiqələrlə, bəzən saatlarla çəkən mühakimədən sonra etdiyi gedişi, Polqar bacıları heç fikirləşmədən, bir anda edə bilir və üstəlik, nəticədə, oyunu da udurdular. Onlar şahmat oynayarkən beyinlərində istifadə etdikləri hissə hamımızın sima tanıyarkən istifadə etdiyimiz hissə ilə eyni idi. Yəni Polqar bacıları hamı necə tanıdıqlarının üzünü müəyyən edirsə, hər hansı bir şahmat oyununda qarşılaşdıqları halları əvvəlcədən "tanımış" olurdular. Cəlal Şəngör. "Axmağı tanımaq" @jibarochannel

  • 🔹Arxeoloq Asier García-Escárzaga İspaniyanın Los Aviones mağarasında tapılan 115 000 illik mollyusk qabıqlarını analiz edərkən maraqlı bir qanunauyğunluq aşkar edir. Məlum olur ki, neandertallar dəniz məhsullarını əsasən payız və qış aylarında toplayıb, yayda isə onlardan uzaq durublar. Alimlər neandertalların yay aylarında zəhərli yosunların çoxalması və istidən xarab olma riski ilə bağlı bu qərarını tamamilə məntiqi və təhlükəsiz addım hesab edirlər. 🔹Fransada və bir çox Avropa ölkələrində dəniz məhsulları ilə bağlı məşhur bir qayda var: Adında "R" hərfi olmayan aylarda istridiyə və digər mollyuskları yemək məsləhət görülmür. Çünki yay aylarında suyun temperaturu artır, zəhərli yosunlar (qırmızı qabarma) çoxalır və dəniz məhsulları tez xarab olur. Araşdırmalar göstərir ki, 115 000 il əvvəl yaşamış neandertallar da müasir insanlara xas olan bu mövsümi planlama qabiliyyətinə sahib olublar və dəniz məhsullarını əsasən payız-qış aylarında istehlak ediblər. @jibarochannel

  • ✍ Herodot "Tarix" əsərində qeyd edir ki, farslar mühüm məsələləri ziyafətdə sərxoş halda müzakirə edir, ertəsi gün isə ev sahibi eyni mövzunu onların ayıq mühakiməsinə buraxırdı. Əgər qərar hər iki vəziyyətdə bəyənilirdisə, qəbul edilirdi. Müasir psixoloqlar bunu koqnitiv qərəzliliyə qarşı mükəmməl bir filter metodu hesab edirlər. Necə deyərlər, in vino veritas 😁 @jibarochannel

  • Şair Rilkenin dünyaya gəlişini müşayiət edən hadisə 4 dekabr 1875-ci ildə baş vermiş bir ölüm idi. İmkanlı ailənin gənc ev xanımı olan Sofiya Rilke tək oğlunu dünyaya gətirməzdən bir il əvvəl körpə qızını itirmişdi. O, oğlunu doğulduğu andan etibarən itirdiyi qızının yerinə qoydu və ona qadın adı olan Mariya adını verərək vəftiz etdirdi. Bəzən onu öz ləqəbi ilə — "Sofi" deyə çağırırdı. İki ay vaxtından tez doğulan oğlan yaşına görə cılız idi və asanlıqla qız uşağına bənzədilə bilərdi. Anası ona kabus kimi ağ libaslar geyindirir, məktəbə başlayana qədər isə uzun saçlarını hörüklü saxlayırdı. Bu parçalanmış kimlik Rilke üçün mürəkkəb nəticələr doğurmuşdu. @jibarochannel

  • без подписи

  • 1899-cu ildə yaşlı amerikalı jurnalist Çarlz Godfrey Liland qeyri-adi bir kitab nəşr etdirdi: Aradia, yaxud Cadugərlərin İncili. O, kitabın mənbəyinin Toskanalı falçı Maddalena adlı bir qadından əldə etdiyi əlyazma olduğunu iddia edirdi — əlyazma isə o vaxtdan bəri itib getmişdir. Kitabın mərkəzindəki mif sadədir, amma zəmanə üçün inqilabi idi: Tanrıça Diana öz qızı Aradiyanı yer üzünə göndərir ki, kasıbları və məzlumları xilas etsin. Aradiya onlara sehrkarlıq öyrədir — zənginlərin və zalımların hakimiyyətini yıxmaq üçün bir silah kimi. Kitabda deyilir: Azad olacaqsınız hər şeydə... Azad olduğunuzun əlaməti olaraq rituallarınızda çılpaq olacaqsınız, kişi də, qadın da — buna son zalımınız ölənə qədər davam edəcəksiniz. Kitab Lilandın sağlığında demək olar ki, diqqət çəkmədi. Amma 1950-ci illərdə "Wikkanın anası" adlandırılan Dorin Valiente onu kəşf etdi və Wikka rituallarını bu kitab əsasında yenidən yazdı. Beləcə Aradia müasir Wikka dininin təməl mənbələrindən birinə çevrildi — bu gün ən sürətlə böyüyən dinlərdən biri.

  • 1996-cı ildə Sabir Batiya və Cek Smit "Hotmail" imeyl xidmətini ictimaiyyətə təqdim etdi. Xidmət müstəqillik günü - 4 iyulda tanıdıldı. Bu da rəmzi məna daşıyırdı. İstehsalçılar sözügedən xidmətin köməyi ilə insanların mövcud provayderlərin asılılığından xilas olduğunu vurğulamaq istəyirdilər. @jibarochannel

  • без подписи

  • Feliks Mendelsonun "Elijah" oratoriyası adından da göründüyü kimi, İlyas peyğəmbərin həyatından bəhs edir. Kraliça Viktoriya və Şahzadə Albert Mendelsonu çox sevir, konsertlərində iştirak edirdilər. Albert onu "Eynilə Baala tapan müşriklərin ortasına düşmüş yeni bir İlyas kimi, dühası və əzmiylə imanını qoruyub, haqq yolundan ayrılmayan həqiqi sənətçi" sözləri ilə təsvir edirdi. @jibarochannel

  • Mozes Mendelson yəhudilər üçün çox vacib şəxsiyyətlərdən, filosoflardan biridir. O, məşhur bəstəkar Feliks Mendelsonun babasıdır. Mozes yəhudilər üçün o qədər önəmlidir ki, onu üçüncü Musa da adlandırırlar. Məlum olduğu kimi, birinci Musa peyğəmbər olandır. İkinci Musa isə Böyük yəhudi filosofu və ilahiyyatçısı, elm dünyasında "Maymonid", yəhudi qaynaqlarında isə "Rambam" adı ilə tanınan Moşe ben Maymondur. Hayfadakı Rambam xəstəxanası onun adını daşıyır. Mozes Mendelson həm də yaşadığı dövrdə yəni 18-ci əsrdə "yəhudi aydınlanması" olan Haskalanın təməl fikirlərini yaradıb. @jibarochannel

  • Bernard Lyuis yazır ki, Osmanlılardakı "Gənc osmanlılar" hərəkatının italyan liberal vətənpərvər Cüzeppe Mazzininin öndərlik etdiyi Gənc İtaliya və Gənc Avropa hərakatlarından ilhamlandığı şübhəsizdir. Cüzeppe Mazzini (1805–1872) müasir İtaliyanın qurulmasında və Avropadakı milliyətçi hərəkatların formalaşmasında mühüm rol oynamış italyan inqilabçı, siyasi fəal və jurnalistdir. O, İtaliyanın birləşməsi prosesinin (Risorgimento) "qəlbi" və ya "ruhu" hesab olunurdu. "Risorgimento" italyan sözüdür, "yenidən doğuş", "diriliş" və ya "yenidən yüksəliş" mənalarını verir. @jibarochannel

  • Frasurbane 1980-ci illərin sonu və 1990-cı illərin ortalarında geniş yayılmış, intellektual, mürəkkəb və bir qədər "snob" estetikasını ifadə edən dizayn və həyat tərzi üslubudur. Bu termin 90-cı illərin məşhur "Frasier" sitkomunun adı ilə ingilis dilindəki "urbane" (nəzakətli, şəhərli, mürəkkəb) sözünün birləşməsindən yaranıb. Bu üslub həmin dövrün varlı təbəqəsinin, xüsusən də "Baby Boomer" və "Gen X" nəsillərinin zövqünü əks etdirirdi. İnteryer dizaynda frasurbane bej rəngli divarlar, klassik heykəllər, qara mərmər, laklanmış ağac mebellər, piano və böyük kitab rəfləri ilə xarakterizə olunur. "Frasier" serialındakı mənzil bu üslubun ən bariz nümunəsidir. Son illərdə Aesthetics Wiki kimi platformalarda bu üslub 90-cı illərin nostaljisi kimi yenidən gündəmə gəlib. O, 90-cı illərin xaotik "grunge" üslubuna əks olaraq, daha nizamlı, ciddi və "yetkin" bir alternativ kimi qəbul edilir. @jibarochannel