- Последний пост
- 22 июл.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 271
- 1/48двое суток
- 310
- 1/72трое суток
- 334
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
✅ Bu gün telefon vasitəsi ilə “Naxçıvan Radiosu”na kiçik müsahibə verdim. Həmkarlarımı Milli Mətbuat Günü münasibəti ilə təbrik etdim. Zəngi gözləyəndə bir də görürəm ki, “Naxçıvan Radiosu”nun efirində “ürəyimdə Ayaz var” mahnısı səslənir. Bu nə gözəl jest idi. ❤️
✅ Həmkarım mənim haqqımda vikipediya səhifəsi yaradıb. Orada əsasən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabından bəhs edilib. Bu gün həmkarım deyir ki, vikipediya adminləri məqaləni silməyə namizəd göstəriblər. Səbəb kimi “hər kitab müəllifi, jurnalist ensiklopedik deyil” göstərilib. ✅ Açığı, bu vaxta kimi maraqlanmamışdım. Siyahıya baxdım ki, vikipediyada hansı məqalələr yazılıb, hansılar isə silinməyə namizəd göstərilib. Hazırda silinməyə namizəd məqalələr arasında Radiasiya Problemləri İnstitutu, Biofizika İnstitutu, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu və digər elm ocaqları barədə yazılar yer alır. ✅ Bundan savayı, bəstəkar və aranjimançı Emin Kərimi haqqında məqalə var. Onu da silmək istəyirlər. ✅ “Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937–1938)” məqaləsi də silinməyə namizəddir. ✅ Və nəhayət – Birinci Qarabağ müharibəsinin şəhidi Təbriz Yaqubov haqqında məqaləni bizim vikipediya adminləri silmək istəyir. Müzakirəni oxuyuram. Deməli, Təbriz Yaqubov Qəbələli şəhiddir. Haqqında Qələbə qəzeti yazıb. Admin qeyd edib ki, mənbə tərəfsiz deyil. Bu da təzə çıxdı? Rayon qəzeti öz şəhidi haqqında yazıb da. Bu niyə normal mənbə sayıla bilməz ki? ✅ Qısası, tutaq ki, mənim haqqında, kitabım barədə vikipediya məqaləsinin silinməsini başa düşdüm. Məşhur jurnalist ya kitab müəllifi deyiləm. Amma elmi tədqiqat institutlarının, sovet dövründə repressiyaya məruz qalmış insanlarımızın, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin nə günahı var ki, onlar haqqında məqalə olmamalıdır?
✅ Bəlkə stenoqrafçı tanışınız olar? Stenoqrafik işarələri anlayan adama 1-2 sualım vardı. Ola bilsin ki, iş yerinizdə bu sahə ilə məşğul adam var. Varsa, desəniz, əla olardı. P.S. Azərbaycan dilində yazan adam yox, sırf stenoqrafik işarələrlə yazan adamı nəzərdə tuturam.
🇦🇿 Bakı Şəhəri Günü üçün ən uyğun tarix təbii ki, 15 sentyabr olardı. Qafqaz İslam Ordusunun Bakını azad etməsi tariximizin ən şanlı səhifələrindəndir. Bakısız Azərbaycanın müstəqilliyinə elə 1918-ci ildəcə son qoyula bilərdi. 🇦🇿 Amma 15 sentyabrda həmçinin dərslərin başlaması həmin tarixi qeyd etdiyim tədbirlər üçün qeyri-münasib edə bilər. Bu üzdən ikinci variant kimi 17 sentyabr da var. 1918-ci ilin sentyabrın 17-də Bakı Azərbaycanın paytaxtı olmuşdu. Beləcə, Bakı şəhəri tarixində ilk dəfə adı Azərbaycan olan dövlətin paytaxtı roluna seçilmişdi. Artıq 108 ilə yaxındır ki, Bakı bu funksiyanı yerinə yetirir.
✅ Azərbaycanda həqiqətən də çox dəyərli alimlər və tədqiqatçılar var. Bu günlərdə Bakı Slavyan Universitetinin “Azərbaycan Tarixi və İctimai Elmlər” kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Taleh Hacıyevin məqaləsini oxudum. Məqalə “Sovet Azərbaycanında dinə qarşı aparılan siyasətin xüsusiyyətləri (1920-1940)” adlanır. Təsəvvür edin ki, müəllif təkcə bir məqaləyə 160 mənbə göstərib. Məqaləni böyük zövqlə oxudum. ✅ Müəllif bolşeviklərin Azərbaycanda dinə qarşı necə mübarizə apardıqları addım-addım tədqiq edib. Məqalədə deyilir ki, 1917-ci ilə kimi Azərbaycanda 3 minə yaxın məscid vardı. 1927-ci ilin başlanğıcına qədər ölkədə 1700 qədər məscid qalmışdı. 1933-cü ildə isə Azərbaycanda cəmi 17 məscid saxlanılmışdı. ✅ Şirvanşahlar sarayındakı iki məscid “Dinsizlik muzeyi” adlanmışdı. ✅ Maraqlıdır ki, bolşeviklərin məscidlər üzərinə hücumuna rəğmən bəzən əhalinin dirənişi prosesi yubada və ya qısa müddətlik geriyə apara bilirdi. 1935-ci ildə bağlanmış Bakıdakı Kərbəlayi Abdul Hüseyn məscidinin əhalinin təsiri ilə yenidən açılması və 1 il fəaliyyət göstərməsi buna sübutdur. ✅ Həmin vaxt insanların uzun müddət öz inanclarınnı qoruyub saxlaması da diqqəti cəlb edir. 1935-ci ilin məlumatlarında göstərilirdi ki, rayonlarda orucluğun qeyd olunması kəskin aşağı düşmüşdür, eyni zamanda bəzi rayonlarda orucluğu qeyd etmənin miqdarı əvvəlki illərdən fərqlənmirdi. Hətta bəzi yerlərdə sovet aparatının əsas işçiləri və ayrıca olaraq kommunistlər orucluğun təşkilində və keçirilməsində iştirak edirdilər. Məsələn, Cəlilabad və Kürdəmirin yaşlı əhalisinin 70%-i Ramazan ayını oruc tutmaqla keçirmişdi. Görünür, oruc tutanlar arasında məktəblilərin də olması bolşevikləri təəccübləndirmişdi. ✅ Həmin vaxt şimal və cənub rayonlarında isə əhalinin 40-50%-i orucluğu keçirməkdə davam edirdi. Üstəlik, oruc tutanlar iş yerini və tədrisini buraxırdılar.
✅ Sən demə, Polşada yəhudilər hələ 1938-ci ilin martında, alman işğalından öncə vətəndaşlıqdan məhrum olunub. ✅ Qulaq gündə bir söz eşitməzsə, kar olar. Mən elə bilirdim bu proses Polşada alman işğalından sonra başlayıb. Deyilmiş.
🇳🇴 Deyəsən, Norveç yığması ABŞ yeməyinə etibar etmir. 🇳🇴 Norveçlilər futbol üzrə dünya çempionatına öz yeməyini özləri gətiriblər. Skandinavlar Amerikaya 300 kilo balıq, 116 kilo pendir və 6 min ədəd portağal gətiriblər.
✅ Ermənistan parlamentinə ilk seçkilər 1919-cu ildə keçirilib. ✅ Seçkilərdə “Daşnaksütyun” 90 faiz səs toplamışdı. Maraqlıdır ki, həmin vaxt Ermənistan parlamentinə azərbaycanlılar da seçilmişdi. İndiki prizmadan baxanda bu, qəribə görünsə də, o zaman üçün kifayət qədər normal hadisə idi. Axı hazırkı Ermənistan ərazisində yüz minlərlə azərbaycanlı yaşayırdı. Ermənistan parlamentinə 80 deputat seçilmişdi. Onlardan 2-si azərbaycanlı idi. ✅ Azərbaycanlı əhalinin Ermənistan parlamentindəki yeganə səsləri Mir Bağır Mirbabayev və Əsəd bəy Ağabababəyov idilər.
✅ 1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batum müqaviləsi imzalanmışdı. Beləcə, Osmanlı AXC-i rəsmi olaraq tanımışdı. ✅ Həmin gün Osmanlı Gürcüstan və Ermənistanla da müqavilələr imzalamışdı. Ermənistanla imzalanmış sazişdə bir məqam diqqətimi çəkdi. Orada deyilir ki, Ermənistanda bütün müsəlmanların din və adətlərinə hörmət edilməlidir. Osmanlı padşahının adı Ermənistan məscidlərində, xütbələrdə zikr olunmalıdır. Baş müfti İrəvanda oturacaq ve Ermənistandakı müsəlmanların hüququnun digər dinlərə mənsub şəxslərdən az olmamasına nəzarət edəcəkdi. ✅ Maraqlıdır ki, bu barədə yazan professor Enis Şahin öz məqaləsini “Osmanlı’nın ‘Unutulmuş Son Diplomasi’ Zaferi” adlandırıb. @sakit_redaktor
✅ Milyonçu Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayeva yazır ki, “Anamın 18 qulluqçusu və bir ləzgi aşpazı var idi. Bütün bunlara baxmayaraq, anam heç vaxt bizə icazə verməzdi ki, qulluqçulara əmr edək. Bizə öyrətmişdi ki, həmişə nəzakətli olaq və bütün xahişlərimizi "zəhmət olmasa" ifadəsi ilə başlayaq”.
✅ Maraqlıdır ki, adam çox oxuduğu, filmlər izlədiyi, podkast dinlədiyi məsələlər haqqında nə qədər çox yeni məlumat əldə edirsə, bir o qədər həmin mövzuya az bələd olduğunu anlayır. ✅ Bu günlərdə 1919–1921-ci illərdə baş vermiş Rusiya–Polşa müharibəsi haqqında mühazirə dinlədim. Həmin müharibə Polşanın qələbəsi ilə bitmişdi. Özü də maraqlıdır ki, bolşeviklər Varşavaya qədər gəlib çatmış və qələbənin bir addımlığında məğlub olmuşdular. ✅ Həmişə tarixçilər deyirdilər ki, bolşeviklər gərək bütün qüvvələri birləşdirib Varşavaya hücum edərdilər. Bunun əvəzinə Lvov istiqamətində də ayrıca cəbhə açılmışdı. Mühazirəni deyən tarixçi danışır ki, son illərdə bunun səbəbi bilindi. Səbəb də unikal səbəbdir! ✅ Deməli, o vaxt Lvov istiqamətinə gedən qoşunun siyasi rəhbərliyində Stalin də vardı. 1920-ci ilin iyulunda Lenin Stalinə teleqram vurur ki, o tərəfə getmişkən İtaliyanı da tuta bilərsiniz? Bəli, bəli! İtaliyanı! ✅ Stalin də cavab verir ki, yolüstü Rumıniya, Macarıstan, Çexiyanı da tutarıq. Qayıdanbaşı İtaliyanı da ələ keçirərik. Sən iştaha bir bax! ✅ Bütün bu planlar təbii ki, baş tutmadı. Çünki İtaliya bir yana, bolşeviklər heç Polşanı işğal etməyi bacarmadı.
🇦🇿 Azərbaycan tarixində onlarla dövlət olub: Albaniya, Şirvanşahlar, xanlıqlar və s. Biri əsrlərlə, biri on illərlə yaşayıb. Amma maraqlıdır ki, tariximizdə cəmi 23 ay yaşamış dövlətə qarşı xüsusi hörmət, xüsusi sevgi var... 🇦🇿 Azərbaycan Xalq Cümhuriyyəti bu sevgini niyə qazanıb? Onlarla səbəb göstərmək mümkündür. Səbəblərdən birini deyim: Həmin dövləti quranların əksəriyyətinin niyyəti elə səmimi, elə içdən idi ki, bunu indiyə kimi hiss edirik. 🇦🇿 Atasından pul istəyən Nəsib bəyi, ömrü boyu bir pencəkdə gəzən Xudadat bəyi, ağır mühacirət illərində amalından dönməmiş Əlimərdan bəyi olub həmin dövlətin. Vətəndən ayrı düşsə də, həyatının sonuna kimi müstəqillik uğrunda mübarizə aparan lideri — Məhəmməd Əmin Rəsulzadəsi olub həmin cümhuriyyətin. 🇦🇿 Azərbaycan Respublikası məhz belə təməllər üzərində qurulub. Və buna görə də biz Azərbaycan Xalq Cümhuriyyəti ilə fəxr edir, həmin dövlətin yarandığı günü Müstəqillik Günü kimi bayram edirik. 🇦🇿 Bayramımız mübarək olsun!
✅ RƏSMİ! ✅ Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. ✅ Azərbaycan Dəmir Yolları yazıb ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlər yaxın zamanda satışa təqdim olunacaq.
без подписи
без подписи
без подписи
без подписи
без подписи
✅ Niyə Üzeyir Hacıbəyliyə bağışlanan xalçada tank təsvir olunub? 🚜
✅ Ümumdünya Şəhərsalma Forumuna gələn qonaqlardan biri - Fələstinin Yerli İdarəetmə naziri Sami Həccavi bildirib ki, o, Bakıda təhsil alıb və 10 il Yasamalda yaşayıb.