Yenipress.az
Статистика- Последний пост
- 19 февр. 2025 г.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı❗ ⏱️1988-2024-cü illər ərzində: 3493 nəfəri mülki, 15.357 nəfəri hərbi qulluqçu, Ümumilikdə 18.850 şəxs qəsdən ö*dürülüb. 4435 nəfəri mülki, 51.803 nəfəri hərbi qulluqçu, Ümumilikdə 56.268 şəxs yaralanıb. 🇦🇿ŞƏHİDLƏRİMİZİN RUHLARI ŞAD OLSUN‼️
Aeroport şosesində qəza
Hazırda Kazan, Həştərxan, Volqoqrad və Soçi aeroportları PUA təhlükəsinə görə müvəqqəti bağlanıb.
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı
🔴📢Qəzaya uğrayan təyyarənin azərbaycanlı sərnişinlərindən birinin taleyi naməlum olaraq qalır Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədəki sərnişinlərdən birinin Cəlilabad rayon sakini olduğu məlum olub. "Report"un Muğan bürosunun məlumatına görə, o, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur. Q.Sadıqov rayonun Mirzəli kənd sakinidir. O, Qroznıda fəhlə kimi çalışırmış. Onun yaralanması və ya həlak olması ilə bağlı hələlik məlumat yoxdur. Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
⚠️ Bakı vaxtilə səhər 8-9 radələrində Ukraynaya məxsus PUA-lar Qroznı şəhərinin Urus-Martan, Şalinski və Staropromyslovski rayonlarına hücum edibmiş. Adıçəkilən rayonlar Qroznı aeroportundan cəmi 5-10 km uzaqlıqda yerləşir. Videogörüntülərə əsasən, PUA-lar biri “Pantsir-S1” HHM sistemi ilə zərərsizləşdirilib, digərləri isə müxtəlif avtomat silahları ilə atəşə tutulub.
Qəzada həlak olan 20 yaşlı tələbə Mahmud Tutunçiyev😔
Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatı “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək. Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar. Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.
‼️ Yüksək peşəkarlığı ilə tanınan AZAL pilotları dünyanın ən yaxşıları sırasındadır. Qəzaya uğrayan təyyarənin kapitanı İqor Kşnyakin 15 000 saatdan çox uçuş edib ki, bunun da təxminən 11 200 saatı komandir olub. 📌Təyyarə qəzasının bütün səbəbləri istintaq tərəfindən müəyyən edilməlidir və ediləcəkdir.
⚡️⚡️2024-cü il yanvarın 14-də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus RF-95678 bort nömrəli İlyuşin Il-22M təyyarəsi Azov dənizi üzərində uçuş zamanı eyni şəkildə zədələnib..
“Hər şey yaxşı olacaq demişdi”… Bu günün qəhrəmanlarından biri. Qəzadan öncə sərnişinlərə "hər şey yaxşı olacaq" deyən stüardessa Hökümə Əliyeva.. Təəssüf ki, deyilənlərə görə onun adı sağ qalanlar arasında yoxdur…
Aktauda təyyarə qəzasında həlak olanlara dair yeni məlumat açıqlanıb: ● Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər qəzadan sağ qalıb. ● Təyyarənin sərnişinlərindən 37-si Azərbaycan (23-ü həlak olub), 16-sı Rusiya (7-si həlak olub), 6-sı Qazaxıstan (hamısı həlak olub), 3-ü Qırğızıstan vətəndaşı (hamısı sağ qalıb) olub. ● 5 ekipaj üzvündən 2-si həlak olub, 3-ü sağ qalıb.
Qəza anından bir neçə dəqiqə əvvəl...
‼️Hazırda hadisə yeri
Emin Ağlarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə paylaşım edib: "Doğum Gününüz Mübarək, cənab Müzəffər Ali Baş Komandan! Öz ölkəsinin əsl Prezidenti! Sizə güc və sağlamlıq, uğurlu rəhbərlik və Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğunuz bütün genişmiqyaslı planların həyata keçməsini arzu edirəm! Ölkəmizin inkişafı üçün Sizə təşəkkür edirəm!", - deyə paylaşımda qeyd edilib.
"Titanik"in limandan ayrıldıqdan sonra son fotosu. 1912-ci il
Əsəd rejiminin süqutunda sonra yüz minlərlə suriyalı paytaxt Dəməşqə hərəkət edir
Bakıda kuryerlər boykot edir. Kuryerlər 50 nəfərin profili səbəbsiz yerə bloklandığı üçün heç bir sifarişi qəbul etmir.
GÜNÜN TƏSİRLİ FOTOSU... Vüqar hər kəsi bir daha kədərləndirdi V.Həşimovun həmin evdə olan fotosu... 📌 Qeyd edək ki, bu gün Novxanı bağlar massivində dəhşətli partlayış olub. Dağıntılar altından iki nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb. Xəsarət alan şəxslər mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
без подписи