- Последний пост
- 29 мая
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- und
- Категория
- Видео (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Yüz ildə bir gəlir... https://youtu.be/aAuQ-OUmzLE?si=_-At5kKMlwVjhe_Q
“Mədrəsə” seminar-filminin ilk hissəsi — “Təfəkkür Dərəcələri” artıq yayımdadır. Bu layihə təsadüfi deyil. Dərslər fundamental prinsiplər üzərində qurulub və mərhələli şəkildə – sadədən mürəkkəbə doğru inkişaf edir. Hər növbəti hissə düşüncə yükünü artıracaq. Bu film təkcə məlumat vermək üçün deyil. Məqsəd — xalqın bütün üzvlərində düşüncə sistemini formalaşdırmaqdır. Layihənin ərsəyə gəlməsində əməyi keçən, həmçinin fiziki tədbirlərdə iştirak edən hər kəsə dərin təşəkkür edirik. Film haqqında daha ətraflı məlumat almaq üçün: https://qaraqan.org/shop/madrasa/ Bizim məqsədimiz sadədir: Azərbaycanı qarşıdan gələn qlobal proseslərə intellektual olaraq hazırlamaq. Xaos dövründə emosional deyil, düşüncə ilə hərəkət edənlər ayaqda qalacaq. Kənar təsirlərdən qorunmağın yeganə yolu şüurlu və sistemli təfəkkürdür. Bu dərsi ərsəyə gətirmək bizim mənəvi borcumuz idi. Onu yaymaq və paylaşmaq isə artıq sizin əlinizdədir. Hər bir xalq öz dəyərlərini özü seçir. Qatqınızı göstərin. https://www.youtube.com/watch?v=_1YzIwBRL1I
Və budur RETROQRAD (albom, 2025) — sona çatdı. Bizimlə bu təcrübənin bir parçası olduğunuz üçün sizlərə təşəkkür edirik. Bu albom canlı orqanizm kimi, bizim Yaradıcı Birliyimizin və sizin şərhlərinizin, fikirlərinizin, hər mahnıya göstərdiyiniz marağın nəticəsində yarandı. Düzəlişlər edildi, bəzi mahnılar siyahıdan çıxarıldı, bəziləri isə əvəzləndi. Beləcə biz birlikdə Azərbaycan mədəniyyətinə bu konseptual işi hədiyyə etdik. Retroqrad musiqi albomu kimi çıxdığı andan böyük uğurlara imza atdı. İçində artıq anında hit olmuş mahnılarla yanaşı, köhnə, doğma albom mahnıları da yer aldı. Retroqradın hazırlanmasında onlarla şəhərdən yaradıcı insanlarla iş birliyi qurduq; yaradıcı proses uzun, maraqlı və əziyyətli oldu. Azərbaycanda Retroqrad bu ilklərə imza atdı: - İlk konseptual əsər-albom - İlk parallel universe - İlk süni intellektlə yaradılmış personality (Leyli) - İlk city legends və comics qəhrəmanları (Dərəcə, Ruh) - Vokalistlərin ilk dəfə süni intellektlə qocaldılmış səslərinin sintezi - İlk retrofuturistik janrda yaradıcılıq növü Cəmiyyətin böyük hissəsi bunu anlamasa belə, bizlər üçün bunu anlayan və bu işdən həqiqi intellektual həzz ala bilən insanların olduğunu bilmək yetərlidir. Amma unutmayın, bütün bu albomun həvəsi bizə sizin Mədrəsələrdə iştirakınız nəticəsində oldu. Çünki çabalarımızın boşuna getməməsi yaradıcı birlik üçün ən böyük ilham mənbəyidir. Ona görə də Mədrəsəyə qoşulmuş, dəstək olmuş hər bir kəsin bu işdə əməyi var. Sizə və bizə bu maraqlı işləri Azərbaycana qazandırdığımız üçün sonsuz təşəkkürlər! Side Effect Bu isə albomun sonuncu mahnısı, daha doğrusu filmin titrləridir. Mahnının formatı da standartlardan fərqlənir. Mahnı Retroqrad tərzində sadəcə normal mahnı kimi başlayır: bir nəfərin sevgi hekayəsi, parkda sevgilisini gözləməsi, həzin nəqarət. Nəqarətdən sonra isə sanki filmlərdə olduğu kimi kameralar və fokusumuz Retroqradı tərk edir. Daha üstdən bu xəyali şəhərə baxırıq və onun yaradıcıları ilə tanış oluruq. Retroqradın içində deyil, Retroqrad və yaradıcı proses haqqında daxili bir monoloqla albomu və onun sehrli dünyasını tərk edirik. Yaxşı bəs bir daha bu tilsimli şəhərə dönəcəyikmi — bunun sizin dəstək və zaman göstərəcək. Təşəkkürlər! Qaraqan — Side Effect https://youtu.be/WxY4yITAizE?si=RemC3bzuSH-3ZrHr
без подписи
IG Stories-də paylaşmaq üçün.
Budur, sonuncu epizoda gəlib çatırıq. “Entrée” ilə Retroqrad şəhərinə daxil olan qəhrəman indi Gecə Yorğunu ilə şəhəri tərk edir. Amma bu dəfə gəldiyi kimi tək deyil — Leylini də özü ilə aparır. Uzun və bitməz döyüşlər onu yaralayıb; indi qarşıda yalnız bir məqsəd var: sonuncu aşırıma çatmaq. Elə həmin o aşırım… Retroqradı əhatə edən uçurum. Bütün şəhər onun izindədir. Onu saxlamaq, qəfəsə salmaq istəyirlər. Amma artıq gecdir. Uçurumu keçdikdən sonra Retroqrad agentləri onu daha izləyə bilməyəcək. Çünki onlar bu uçurumu keçə bilmirlər. Keçsələr, özləri də Retroqradın tilsimindən azad olar, həqiqəti görməyə başlayarlar. Məhz buna görə Retroqradın əmri qətidir: uçuruma qədər agentlərə bütün səlahiyyətlər verilir, amma uçurumu keçmək qəti qadağandır. Retroqradı tərk etmək bir agent üçün ölüm hökmüdür. Leyli həyəcanlıdır. Amma o da yorğundur. Öz təfəkkür qəfəslərini qırmaq, aydınlanmaq uğrunda o da ağır savaşlardan keçib. İndi sərnişin oturacağındadır və sükanı tutan əllərə bütün varlığı ilə güvənir. “O, məni buradan çıxaracaq.” Bəs Retroqraddan çıxan Leylini nə gözləyir? Leyli mental qəfəslərdən azad olur. Meşədə onun kimi azad düşünən, həqiqət uğrunda savaşanlara qoşulur. İkinci dərəcəyə yüksəlir. Artıq təkcə xilas olunmuş deyil — xilaskarın özünə çevrilir. Çünki Retroqradda hələ neçə-neçə Leyli var. Və onların da onun kimi bir xilaskara ehtiyacı var. Qaraqan — Gecə Yorğunu https://www.youtube.com/watch?v=b_tBZ_jinxI
без подписи
без подписи
без подписи
IG Stories-də paylaşmaq üçün.
Və budur — sonlara yaxınlaşırıq. Dərəcə qarajdakı missiyanı yerinə yetirdi. Ruh artıq Retroqrada buraxılıb. Nə edəcək, necə edəcək — bunlar Dərəcəyə məlum deyil. İndi onlar Leyli adlı qızı xilas etməyə yollanırlar. Və daha neçə Leyliləri toplamağa. Onların döyüşü realdır, dəqiqdir. Qəflətdən ayılmış Leyliləri Retroqraddan çıxarmaq üçün gedən bir mübarizədir bu. Ruh isə nə edəcək — hələ naməlumdur. Bu epizodda biz Ruhun Retroqradla bütövləşməsi səhnəsini görürük. O artıq onlardan birinə çevrilir. Yeni dünyanın qılığına girir. Qaraqan — Rubikon https://www.youtube.com/watch?v=xugp4QwHHUQ
IG Stories-də paylaşmaq üçün.
Missiya: Ruhun Oyanışı Dərəcə və ayılanlar Retroqradı artıq illərdir izləyir. Onlar vaxtaşırı şəhərə enir, oyananları bu qaranlıq labirintdən çıxarmaq üçün kölgələr arasında hərəkət edirlər. Qaranlıq küçələrdə hər bir aydınlanan Leyli uğrunda görünməz savaş gedir. Amma Dərəcə təkcə bunun üçün gəlmir. Bu səfərlərin altında gizlənən daha dərin, daha qədim bir məqsəd var. Yadındadırmı — Mərcan ağacı, Baba, Ruh? Heç nə təsadüfi deyil. Retroqradla mübarizədə qaçaqlar dəfələrlə izahı olmayan bir qüvvə ilə üz-üzə qalıblar. Bu, sadə bir güc deyildi. Bu, tilsim idi. İnsanları qəflət yuxusuna salan, iradəni bağlayan, ruhu uyuşduran bir tilsim. Güllə ona təsir etmirdi, maçete onu kəsmirdi. Fiziki savaş faydasız idi. Çünki bu döyüş artıq küçələrdə yox, ruhların içində gedirdi. Əl-qol ilə deyil, təfəkkürlə. Görünənlə yox, görünməzlə. Gözə görünməz müharibəyə qarşı yalnız onun qədər güclü bir silah işləyə bilərdi. Bu silah — ruhsal silah idi. Və yol yenə ora aparırdı. Həmin o Qaraja. Dediyimiz kimi, Dərəcə illər boyu Retroqradın qarajlarından birinin altında — unudulmuş, atılmış bir bunkerdə məxfi laboratoriya gizlədib. Bu laboratoriya zamanla dolub-daşmışdı: biliklərlə, sınaqlarla, genetik kodlarla. Məqsəd tək idi — xalqı özünə, öz kimliyinə qaytaracaq gücü yenidən oyatmaq. Canavarçanın saysız-hesabsız canavarlarına qalib gələ biləcək gücü. Qədim dastanlarda adı çəkilən Ruh. Bir vaxtlar Babilin tilsimini qıran. Bir vaxtlar Mərcan ağacından sızan o qan. Artıq hər şey hazır idi. Lazım olan bütün materiallar toplanmışdı. Dərəcə cihazları işə salır. Retroqrad sakinlərinin genlərini özündə birləşdirən qan dolu silindr elektrik və radio dalğalarının təsiri altına salınır. Paralel dünyanın enerjisi prosesə qoşulur. Zaman, məkan və yaddaş bir nöqtədə toqquşur. Və budur — qədim döyüşçünün ruhu sözdən əmələ keçir. İndi Xeyirlə Şərin mübarizəsində güclər bərabərləşir. Amma bu kifayət deyil. Qədim Ruh təkcə keçmişlə yaşaya bilməz. Ona Retroqradın bütün yenilikləri yüklənməlidir: müasir döyüş texnikaları, müasir silahlar, informasiya axını. Bu dəfə təkcə söz yetməyəcək. Ruh ruhsal döyüşdə istifadə edilə biləcək hər bir sənəti mənimsəməlidir — texnologiyanı, musiqini, ritmi, deyilişi. O, köhnə ilə yeninin sintezidir. Ruh Retroqradın küçələrində sərbəst dolaşmalıdır. Onlardan biri kimi. Qədimliyi hiss olunmamalıdır. Çünki əsl güc gizli olandır. https://www.youtube.com/watch?v=Q3c26CmqCfc
без подписи
без подписи
без подписи
без подписи
IG Stories-də paylaşmaq üçün.
Retroqrad mental şəhərdir. Fərq etməz Bakı, Moskva ya Astana. Sən ömür boyu Retroqradda yaşayarsan və bundan xəbərin belə olmaz. Retroqradın yalan dəyərləri insanları bir-birindən uzaqlaşdırar. İnsanları bir-birinə və özlərinə düşmən edər. Bu dəfə biz iki sevgilinin yenicə addım atdıqları həyatlarındakı çətinlikləri görürük. Sevgiləri böyük amma evləri darısqal, arzuları sonsuz amma onları yerinə yetirəcək imkanları yox. Ya da... Ya da Retroqrad onları hər gün aldadır. Daha çoxuna sahib olmağa, daha varlı, daha uğurlu, daha xoşbəxt olmağa çağırır. Retroqradın radioları fonda gedir, mahnıları pıçıldayır və bir də görürsən ki, sevmədiyin bu mahnını bu dəyəri sən də zümzümə edirsən. Yadında saxla, Retroqradda insanlar bir-birini aclıqdan yemir, acgözlükdən yeyir. Sevdiyiniz insanla dalaşmayın, ailənizi dağıtmayın — çox vaxt sizə ‘'ayrıl’', ‘'boşan’', ‘'xəyanət et’', ‘'dalaş’' deyən sizin içinizdəki səs deyil. Retroqradın laaap sakit fonda gedən radiosudur. Diqqətli ol, Retroqradın dalğasını öz daxili arzularınla səhv salma. Qaraqan — Qayıdırıq Payıza https://www.youtube.com/watch?v=kiB91YAxW_s
без подписи