tgindex
Qaraqan

Xoş gəldin, qorxma, sənə düşmən deyil Qaraqan @qaraqanologiya

Последний пост
18 июл.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
und
Категория
Видео (по похожим)
В каталоге с
14 авг.
Подписчики
1 138
−5 за 2 дн.
Сутки
−5
−0,44%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 914
20 постов
Вовлечённость
168,2%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
337
1/48двое суток
386
1/72трое суток
416

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Son vaxtlar bir şeyi çox düşünürəm. Mən bu dünyanın sürətinə uyğunlaşa bilmirəm. Əslində bacarmadığım üçün yox, sadəcə istəmirəm. Hamı nəyisə sübut etməyə çalışır. Daha uğurlu görünməyə, daha xoşbəxt görünməyə, daha məşğul görünməyə, daha "mükəmməl" görünməyə. Mən isə getdikcə daha az görünmək istəyirəm. Çünki insan yorulur. Hər gün kiminsə həyatına baxmaqdan, özünü izah etməkdən, gözləntilərə uyğun yaşamaqdan, heç hiss etmədiyi duyğuları hiss edirmiş kimi göstərməkdən. Mən saxta pozitivlikdən yorulmuşam. "Hər şey əladır." "Həmişə motivasiyalı ol." "Heç vaxt zəif görünmə." Bəzən heç nə əla olmur. Bəzən insan sadəcə yorulur. Məncə, bunun normal olduğunu qəbul etmək özünü sevməyin ilk addımlarından biridir. Ən qəribəsi bilirsiniz nədir? İnsanlar səmimiyyət axtardıqlarını deyirlər, amma həqiqətən səmimi olanda narahat olurlar. Çünki biz həqiqəti yox, rahat yalanları sevməyə öyrəşmişik. Artıq elə bir dövrdə yaşayırıq ki, insanların xarakterini yox, şəxsi brendini tanıyırıq. Hamının bir obrazı var, tonu var, filtri var, hətta marketinqi var. Amma çox az adamın özü var. Hamı "özün ol" deyir, sonra da hamı eyni olmağın yollarını öyrədir. Mən elə insanları sevirəm ki, yanında heç nəyi sübut etməyə ehtiyac qalmır. Bir neçə ay danışmasaq da münasibət dəyişmir. "Yaxşı deyiləm" deyəndə sənə motivasiya videosu göndərmirlər. Sadəcə anlayırlar. Çünki bəzən insanın məsləhətə yox, başa düşülməyə ehtiyacı olur. Mən artıq çox adam tanımaq istəmirəm. Az olsun, amma baxışlarında səs-küy olmasın. Söhbətlərimiz insanların nə geyindiyindən, nə qazandığından yox, həyatdan başlasın. Bir-birimizə təsir bağışlamağa yox, bir-birimizi başa düşməyə çalışaq. İndiki cəmiyyət bizə deyir ki, daha çox görün. Mən isə düşünürəm ki, insan ən çox görünəndə yox, özünə qayıdanda böyüyür. Bəlkə də buna görə son vaxtlar təkliyi sevirəm. Tənhalığı yox, təkliyi. Çünki tək qalanda nə profil şəklin olursan, nə izləyici sayın, nə peşən, nə də başqalarının sənin haqqında qurduğu fikir. Sadəcə özün. Və məncə, insanın ən böyük rahatlığı da elə budur. Bir də... "Məni heç kim anlamır." "Mən bu dünyaya aid deyiləm." "Mən hamıdan fərqliyəm." Düzünü desəm, son vaxtlar ən çox da bu cümlələr yorur məni. Çünki həqiqətən özünü tanıyan insanın bunu hər fürsətdə deməyə ehtiyacı olmur. Bir də qəribəsi odur ki, "hamı kimi deyiləm" deyənlərin çoxu eyni cümlələri işlədir. Sanki fərqli olmaq üçün də ortaq qrup yaradılıb. Nəysə... Bəlkə də mən çox düşünürəm. Bəlkə də yox. Amma artıq kiməsə nəyisə sübut edəcək qədər enerjim yoxdur. Məni anlayan bir neçə insan varsa, mənə kifayətdir. Qalanları ilə isə eyni planetdə yaşamağımız, eyni dünyaya baxdığımız demək deyil. Hə, bir də... Əgər bu yazını oxuyub "mənə deyir" deyə incimisənsə... ...bəlkə də doğrudan sənə demişəm. :) #Mələk

  • 5 апр.1 1647

    Yəqinki aramızda ziyalı, kitablar oxuyan kütlə çoxdur. Mənə amma xaiş edirəm oxuduğunuz bildiyiniz ən maraqlı sevgi romanı, əsəri və s tövsiyyə edin zəhmət olmasa 🤎

  • 4 апр.1 160

    Əvvəllər Qaraqanı həvəslə dinləyən, əsərlərini oxuyan, daim onun haqqında maraqlanan gənclər indi nə edir ? 😀

  • 4 апр.1 160201

    Əvvəllər Qaraqanı həvəslə dinləyən, əsərlərini oxuyan, daim onun haqqında maraqlanan gənclər indi nə edir ? 😀

  • 3 апр.1 14310

    Bu gün 3 aprel Elxan Zeynallının ( Qaraqanın ) doğum günüdür. Ustada səmimi qəlbdən gələn təbriklərinizi yazın. Artıq qayıdıb ümid edirəm ki ehtimal var təbriklərinizi oxumağa 🤍 37 ❤️‍🔥

  • 10 янв.1 792375

    Bəlkə də sevgi bizi 'ağılsız' etmir, sadəcə illərdir hamıdan gizlətdiyimiz o uşaq tərəfimizi üzə çıxaracaq qədər bizə cəsarət verir. Hamı ondan danışdığı üçün yox, o, daxilimizdəki bütün boşluqları bir saniyədə doldura bildiyi üçün var. Və şeytan əməli yox, ruhun ən şəffaf halıdı. Elə Remarkın dediyi kimi: "Sevgi bir-birinə baxmaq deyil, birlikdə eyni tərəfə baxmaqdır". Taleyimizlə qarşılaşmaq dedikləri şey də bəlkə elə budur: insanın özünü başqa birinin qəlbində, elə öz evindəymiş kimi tapması..

  • 10 янв.1 630233

    Bəlkə sevgi şeytan əməlidir, o bizi dəliliklər, ağılsız hərəkətlər etməyə vadar edir? Bəlkə də biz taleyimizlə qarşılaşırıq? Bəlkə sevgi heç yoxdur. Sadəcə o qədər hamı danışıb ki, biz də inanmışıq ki, doğrudan da belə bir şey var.. #Aromanı

  • 13 дек.1 820163

    🤍

  • 9 дек.1 48081из qaraqanorg

    SİZDƏN KÖMƏK İntibaha yararlı ola biləcək, tanıdığınız məşhur insanı şərhdə tag edin (işarələyin) + haqqında iki kəlimə yazın: kimdir və nə iş görür? Bizim komanda bu dəyərli insanların siyahısını hazırlayıb, hər birinə ayrılıqda müraciət edəcək və İntibah üçün birgə işlər görəcəyik! 1. Mədəni, mənəviyyatlı, əqidəli 2. İstedadlı, müxtəlif sahələrdə uğur qazanmış 3. İctimaiyyəti düşünən, xalqını sevən 4. Etibarlı, güvənilir, yarı yolda qoymayan 5. Unikal bacarığı olan 6. Geniş auditoriyaya xitab edən, izlənən, cəmiyyət tərəfindən sevilən 7. Pis və ya böyük mənfi cəhətinə rast gəlmədiyiniz Əgər bu xüsusiyyətlərdən 4-nü kimdəsə görürsünüzsə, onları tag edin, haqqlarında iki kəlimə yazın, bilək nə işin sahibidir. Bu özünüz də ola bilərsiz. Neçə nəfər istəsəniz, hər birini ayrı-ayrı şərhlərdə bildirin ki, seçmək və toplamaq asan olsun. Bir ad şərhlərdə varsa, çox xahiş edirik, təkrar etməyin. SİYAHIDA QARAQANI SEVMƏYƏNLƏR DƏ OLA BİLƏR. Burda tag edin: https://www.instagram.com/p/DSDd89TktIt/?img_index=1&igsh=YWs2cGRjaTU4dzIz

  • 7 нояб.1 800282

    🇦🇿✨️

  • 7 нояб.1 630221

    Heç nə təsadüf deyil, buna Qaraqanın yolu da daxildir, sənin burda olmağın da✨️

  • 6 нояб.1 430814

    видео или голосовое, без подписи

  • 6 нояб.1 580109

    Süni sevgilərin arasında Mən, deyəsən, tapdım əslini.

  • 1 нояб.1 83027

    Heç kəs bilmir cavabın Nə gətirər qara qutuları sabahın Dolu işıq ilə, yoxsa içi qaralı? Dizi yaralı sevgidən, amma gedir yolun davamın.

  • Qaraqan pinned «Axşamınız xeyir🙂❤️ Qrupa bağlana bilmədiyim üçün müvəqqəti bura 🔜 https://t.me/qaraqanologiya»

  • 24 окт.2 2601976

    видео или голосовое, без подписи

  • Axşamınız xeyir🙂❤️ Qrupa bağlana bilmədiyim üçün müvəqqəti bura 🔜 https://t.me/qaraqanologiya

  • Çünki ona qədər həyatımda olan qızların heç biri ilə ciddi münasibətim olmamışdı. Onlar həmişə ötəri, birdəfəlik görüşlər olurdu. Əsl sevgi isə intihar kimidir. Sən öz “mən”ini öldürməyə və “biz” kimi dirilməyə razılaşırsan ) #artvəxaos@qaraqaan

  • Mənim yaddaşımdan ağrılarımı poz, H.O.S.T

  • Sən mənə yol göstərmədin, mən özüm tapıb gəldim.. #son