Edit by Togrul
Статистика- Последний пост
- 24 июл.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- und
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 91
- 1/48двое суток
- 104
- 1/72трое суток
- 112
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Böyük ehtimal, "Odisseya"nın Azərbaycan dilində ilk və son tərcüməsidir. Tərcüməçi şair Ələkbər Ziyataydır, kitab 1977-ci ildə çap olunub, daha sonra 2004-də "Öndər"də latın qrafikasında, daha sonra 2009-da 150 cildlik dünya ədəbiyyatı seriyasında. Latın qrafikasında olan nəşrlərin yeganə fərqi Qorxmaz Quliyevin ön sözüdür. Tərcüməçinin "İzah" hissəsindəki qeydi: “İliada”nın davamı olan “Odisseya”nın Azərbaycan dilinə çevrilməsində V. V. Veresayevin rusca tərcüməsi əsas götürülmüşdür. Lakin tərcümə prosesində V. A. Jukovskinin və P. A. Şuyskinin tərcümələrindən də istifadə edilmişdir. İzahların, əsatiri və coğrafi adlar lüğətinin yazılışında yuxarıda adları çəkilən mütərcimlərin həmin tərcüməyə verdikləri izahlarla yanaşı N. A. Kunun “Легенды и мифы древней Греции” və “Словарь иностранных слов” kitablarındakı məlumatlardan da istifadə olunmuşdur. Tərcümədə “mərd” epiteti mərdlikdən daha çox qəhrəman mənasında, “pak” epiteti təmizlikdən daha çox bakirəlik, müqəddəslik mənasında işlədilmişdir”.
Beynəlxalq Buker mükafatının adı dəyişib Buxman Beynəlxalq Buker oldu. İndiki adda 2026-cı ilin əvvəlindən mükafata sponsorluq edən Dmitri və Darya Buxman cütlüyünün soyadı əks olunacaq. Mükafat üçün nəzərdə tutulan pulun miqdarı da artıb: 50.000 funt-sterlinqdən 100.000 funt-sterlinqə. Mükafat qalib yazıçı və tərcüməçi arasında bölüşdürülür. Şəkildəkilər 2027-ci ilin jüri heyətidir. Aralarında yazıçı Keti Kitamura və Olqa Ravn da var, ulduz üzv isə aktrisa Tessa Tompsondur.
без подписи
без подписи
без подписи
"Guardian" bütün dövrlərin ən yaxşı 100 romanını seçib. Siyahı hər gün tədricən açıqlanır, hazırda 41-100 arası romanlar bəllidir. Səsvermədə 172 yazıçı, tənqidçi, araşdırmaçı iştirak edib. Hər biri öz onluğunu müəyyənləşdirib. Onluqlardan ortaq məxrəc çıxarılıb. Siyahının aşağısında jüri heyətinin seçimlərini görmək olar. Məsələn, bunlar Yan Makyuen, Daniel Keelman, Meqqi O’Farrell və Xuan Qabriel Vaskesin 10-luğudur. Görsənməyənlər adları hələ açıqlanmayan romanlardır.
Nəhayət, özümün də səbirsizliklə gözlədiyim, uzun müddətdir üzərində işlədiyimiz seriyamız – Modern Azərbaycan Klassikləri çap olunur 💛 Seriyada XX əsr Azərbaycan ədəbiyyatının ən unikal, say-seçmə romanları çap olunacaq. Məqsədimiz Azərbaycan romançılığı ilə bağlı geniş bir mənzərə təqdim etmək, həmçinin öz dəyərini lazımınca almamış əsərlərə nəfis tərtibatda yenidən həyat verməkdir. Hazırda planda 15-ə yaxın kitab var.
Rəhim Cəfərov "История будущего" mükafatının "Ən yaxşı hekayə" nominasiyasında qalib olub.
без подписи
AIGA (Amerika Qrafik Sənət İnstitutu) 2024-cü ilin ən yaxşı 50 koverini seçib. Seçilənlər arasında iki türk dizaynerin də işi var. Biri Utku Lomlunun çilili yazıçı Mariya Xose Ferradanın "Kramp" romanı üçün hazırladığı üz qabığı. Digəri isə Geray Gencerin Tanpınar seriyasıdır.
без подписи
Rusiyanın nüfuzlu "Yasnaya Polyana" ədəbiyyat mükafatının qalibləri bəlli olub. Müasir rus prozası nominasiyasında Özbəkistanda yaşayan rusiyalı şair, nasir, tənqidçi Suxbat Aflatuni qalib gəlib, "Катехон" romanı ilə. Xarici ədəbiyyat nominasiyasında Mo Yan mükafatı qazanıb, "Смерть пахнет сандалом" romanı ilə.
Əziz dostlar, bir xoş xəbəri sizinlə bölüşmək istərdim 💛 “Azərbaycan Kinematoqrafçılar İttifaqı” və “Parlaq İmzalar” nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində ssenaristlərin stolüstü kitabı hesab edilən Sid Fildin “Screenplay: The Foundations of Screenwriting” kitabı çap olunacaq. Kitabı ingilis dilindən Əli Novruzov çevirəcək. Bundan əvvəl bu əməkdaşlıq çərçivəsində Tarkovskinin “Həkk olunmuş zaman” kitabı nəşr olunmuşdu.
2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçısı Laslo Krasnahorkaiyə verildi. Yazıçını Türkiyədə "Can", Rusiyada "Corpus" nəşriyyatı çap edir.
Proqnozum: 1. Enrike Vila-Matas 2. Flör Yeqqi
Reallıqla virtual dünyanın sərhədlərini itirən, gününü içərək və işləyərək keçirən bir reklamçı. Heç nə demədən çıxıb gedən həyat yoldaşı. Saxta profildən paylaşılan müəmmali linklər. Sakitlik axtarışında olan bir troll. Həyatın musiqisini itirən bir qadın. Gündəm dəyişmək üçün paylaşılan ifşa videoları. Labirintə çevrilən Bakı küçələri və sosial şəbəkələr. Və bütün bunları bir araya gətirən oğurlanmış pleylist. “Atmosferə uyğun mahnı qoy” 5 oktyabrdan sizlərlə
Naiq Babayevin yeni romanı ✨
Bu gün Tomas Eliotun doğum günüdür ❤️ Burda 3 yaşı var ☺️ We die with the dying: See, they depart, and we go with them. We are born with the dead: See, they return, and bring us with them. Ölürük ölənlərlə birgə, Bax, gedirlər, biz də varıq bu karvanda. Doğuluruq ölənlərlə birgə, Bax, onlar qayıdır, biz də yanlarında. “Dörd kvartet” poeması, “Little Gidding”
Orhan Pamuk, "Manzaradan Parçalar"
без подписи