AZƏRBAYCAN YAZINI
Статистика* Türkmandilli Teleqram seqmentində misilsiz proyekti; * Bizim doğma yazınımız və ondan haqqında; * Qurğulardan bizə qoşulmaq linki: https://t.me/+hE1dtJY6UtQ4MWVi * Çatımıza keçid: https://t.me/az_yazyny_chat * Əlüstü bizə abunə oluŋ!
- Последний пост
- 8 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 93
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 44
- 1/48двое суток
- 50
- 1/72трое суток
- 54
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
ENGLISH | ЛИТЕРАТУРА 🇹🇷 TÜRKİYE edebiyat, yazın 🇦🇿 AZERBAIJAN ədəbiyyat, yazın {rarely, purism} 🇹🇲 TURKMEN edebiýat 🇺🇿 UZBEK adabiyot 🇰🇿 KAZAKH ädebiyet 🇰🇬 KIRGIZ adabiyat 🏴 UYGHUR edebiyat 🏴 TATAR ädäbiät (ädäbiyät) 🏴 BASHQURT äðäbiät (äðäbiyät) 🏴 CHUVASH literatura 🏴 Q.QALPAQ ádebiyat 🏴 CRIMEA edebiyat 🏴 KUMYK adabiyat 🏴 K-B Alan adabiyat 🏴 NOGAY ädebiyet 🏴 SIBERIA T. ätäbiyät 🏴 SALAR edebiyet 🏴 GAGAUZ edebiyat, literatura, yazıcılık 🏴 QARAY yazıslar (yazışlar) 🏴 URUM loğotexniya, literatura 🏴 CRIMCHAQ edebiyet 🏴 SAKHA literatura, surul {rarely, purism} 🏴 DOLGAN literatura 🏴 TYVA çogaal 🏴 ALTAI literatura 🏴 KHAKAS lîteratura, piçik {rare, purism} 🏴 SHOR literatura 🏴 SOYOT lîteratura 🏴TOFALAR lîteratura
Təəcüblü ya təsadüfi deyil ki, əksəriyyəti müsəlman olan xalqın ədəbiyyatı İslam mövzuları, süjetləri və surətləri ilə ağzına qədər doludur. Ali ədəbiyyatımızın təməlini təşkil edən qəzəl, qəsidə, məsnəvi və rübai kimi janrları məhz İslam vasitəsilə mənimsəmişik. Bunların arasında az tanınan amma hal-hazırda xatırlanması uyğun görülən Ramazaniyyə şeir növüdür. İsmindən bilindiyi kimi, müsəlmanlar üçün müqəddəs mənanı daşıyan Ramazan ayına, onunla bağlı ibadətlərə həsr olunur. Tarix boyunca bir çox ədibimiz bu janra müraciət edib. Bayat tayfasından törəyən dahi Füzuli də istisna olmamışdır: Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru, Mey üçün çəng dutub, tə’ziyə açdı geysu. Bildi mütrib ki, nədir hal, götürdü qopuzun, Bəzmdən çəkdi əyağini sürahiyyü səbu. Bəzm qanuni pozuldu, ney üçün çəng ilə dəf, Yığılıb etməyələr hakim eşigində ğülu. Rəməzən ayı gərək açıla cənnət qapısı, Nə rəva kim, ola meyxanə qapısı bağılu. Fəthi-meyxanə üçün oxuyalım fatihələr, Ola kim, yüzümüzə açıla bir bağılı qapu. Afitabi-qədəh etməz rəməzən ayı tülu’ Nə bəladır bizə, ya Rəb, nə qara gündür bu? İntizar-meyi-gülrəng ilə bayram ayına, Baxa-baxa enəcəkdir gözümüzə qara su. Rəməzan oldu, budur vəhmi Füzulinin kim, Neçə gün içməyə mey, zöhd ilə nagəh tuta xu. Molla Məhəmməd, Ramazanı tərənnüm etməklə, həmişəki kimi təsəvvüf motivlərinə toxunmaqla bərabər çaxırı atmaq məcburiyyətində olmasından şikayət eyləyir. @kocebe #ədəbiyyat
«Ömür səmum küləyidir, sərvət, dövlət toza bənzər» İmaməddin NƏSİMİ #sitatlar #sözlər #həqiqətlər #bəyanatlar #müəlliflər #poeziya #şairlər 🟦🟥🟩 AZƏRBAYCAN YAZINI 🟩🟥🟦
Ey bizə qələbə yaşadan ərlər, And olsun, müqəddəs vətənimizə. Millətim heç zaman unudan deyil, Silindi qəlblərdən bu acı nisgil, Vətəndən ötəri canından keçib Bu şanlı Zəfəri yaşatdız bizə... İltimas Səmimi #dövlətiminyanındayam #QarabağAzərbaycandır #KarabakhisAzerbaijan #ŞəhidlərÖlməz #AnımGünü @bookingaz
Son xəbərlərə görə, Xəzər dənizindən sonra dünyanın ikinci ən böyük duz gölü Urmiya artıq tamamilə qurumuşdur qurudulmuşdur. Aral gölünün faciəsi təkrarlanmışdır. @kocebe
Narkotikdən asılılığı atamı nəinki təhsil almağına, işləməyinə mane olmuş, hətta, onu ətrafdan tamamilə təcrid etmişdi. Hərbi xidmət belə yazıq atamın bu zəhrimardan qurtuluşuna çarə olmamışdı. Gələk atamın evlənmə məsələsinə. Atamla anam sinif yoldaşı olur və bir-birilərini sevirlər. Anam valideyinlərinin məlum səbəbdən bu izdivaca razı olmadığını görəndə sevdiyi insanı çətin vəziyyətində tək qoymamaq, onu neçə həyatlar məhv edən, ocaqlar söndürən bu bəladan xilas etmək üçün hər şeyi arxada qoyub atamla qaçaraq ailə qurur. Lakin nə qədər çalışsa da anam da atamı düşdüyü bu bataqlıqdan çıxara bilmədi. Mənim də dünyaya gəlməyim heç nəyi dəyişmir. Beləcə, günlər ayları, aylar illəri əvəz edir. Atam isə addım-addım ölümə doğru gedirdi. Atam tez-tez evdəkilərdən pul istəyir, ala bilmədikdə isə dava-dalaş salırdı. Atamdan o qədər qorxurdum ki, o, evə gələndə qaçıb qucağına atılmaq əvəzinə özümə gizlənmək üçün yer axtarırdım. Çünki narkotik sözün əsl mənasında atamı canavara çevirmişdi. O bu zəhəri əldə etmək üçün adam öldürməyə belə hazır idi. Bəli, nə qədər acı olsada təəssüf ki, mən atamı bu cür xatırlayıram. Son vaxtlar atam pul tapmaq üçün evdəki əşyaları belə oğurlayıb dəyər-dəyməzə satırdı. Vəziyyəti belə görən nənəmlə babam çıxış yolu kimi atamı ətrafındakı dostlarından uzaqlaşdırmaq üçün yaşadığımız qəsəbəni tərk etmək, başqa bir qəsəbəyə köçmək qərarına gəldilər. Ancaq bu da işə yaramadı. Çünki, atam bizimlə gəlmədi. Onda mənim beş yaşım var idi. On "gün sonra, yəni ayağımı itirdiyim həmin gün anam atamı müalicə almağa razı salmaq, onu yavaş-yavaş uçuruma aparan bu yoldan döndərmək üçün mənimlə birgə əvvəlki evimizə getdik. Evdə gördüyümüz mənzərə təsviredilməz dərəcədə dəhşətli idi. Atam demək olar ki, özündə deyildi. O, anamı görən kimi narkotik istifadə etməyi təklif etdi, razılaşmadıqda üstünə yeridi. Anam əli ilə mənə qaçmağımı işarə edib özü də qaçmağa hazırlaşırdı ki, atam arxadan onu tutdu. Bu zaman o, atamın əlindən necə çıxdısa, donunun kürək tərəfi cırılıb onun əlində qaldı. Mən arxama belə baxmadan qaçırdım. Yolu keçmək istəyəndə qarşıdan sürətlə gələn bir maşının altında qaldım. Ayağımda elə həmin vaxt qopdu. Həkimlər nə qədər çalışsalar da qopan ayağımı bərpa edə bilmədilər. Beləcə 3 ay keçdi. Biz ötən bu müddət ərzində atamı görməyə getmir, daha doğrusu qorxduğumuz üçün gedə bilmir, ondan keçmiş qonşularımızın vasitəsilə xəbər alırdıq. Eşitdiklərimiz isə heç də ürəyə can deyildi. Narkotik atama artıq geri dönülməsi mümkün olmayan və sonunda ölümün qaçınılmaz olduğu bir yola salmışdı. Qışın sərt üzünü göstərdiyi soyuq qarlı güllərindən birinin səhərini qara xəbərlə açdıq. Gecə dostları ilə birgə yüksək miqdarda narkotik qəbul edən atam huşsuz vəziyyətdə qarın üzərində uzanmış, dostları onun əynindəki paltarları çıxarıb aparmış, atam da elə həmin yerdəcə soyuqdan donaraq ölmüşdü. Bəli, bu da mənim uşaq yaşından düçar olduğu narkotik bəlasının təsirindən istəmədən də olsa ayağımı itirməyimə səbəb olan atamın acı sonu...» — Fidan, siz, doğrudan, bunları yaşamısınız, qızım? — eyə hekayəni oxuyub bitirən Nərgiz gözləri yaşlı halda soruşdu. — Bəli, müəllimə — Fidan kövrək səslə cavab verdi. — Allah atana rəhmət eləsin, qızım, günahlarını bağışlasın! Boş yerə narkotikə ağ ölüm deməyiblər — Nərgiz mütəəsir halda dedi. Sonra gözlərini silib, əlavə etdi: — Məncə, sənin bu hekayənin adı da "Ağ ölüm" olsun, qızım. — Olar, müəllimə — Fidan razılaşdı. Onlar hekayəyə bəzi düzəlişlər edib lazım olan Gmail ünvanına göndərdilər. Siziŋ AZƏRBAYCAN YAZINI
• ABUNƏÇİLƏRİMİZDƏN HEKAYƏLƏR • Nurlanə Cəlullaqızı AĞ ÖLÜM Qışın ortaları idi. Günəşin isti şəfəqləri iki gün əvvəl Bakıya yağan və hündürmərtəbəli binaların, həyət evlərinin dam örtüklərində, eləcə də yol kənarlarında sıralanan ağacların, avtomobillərin və daş hasarların üzərində yığılıb qalan lopa-lopa qarı yavaş-yavaş əridib suya döndərirdi. Bazar günü gündüz saatları idi. Nərgiz yaşadığı və məktəbində ədəbiyyat müəllimi olduğu Məhəmmədli qəsəbəsindəki evinin qonaq otağında oturub şagirdlərini yazı dəftərlərini yoxlayırdı. Birdən qapı döyüldü. Qapını açan Nərgiz qarşısında özünün də dərs dediyi 11-ci sinif şagirdi Fidanı gördü. — Ooo, Fidan, xoş gəlmisən, qızım — deyə o, qonağını mehribanlıqla qarşıladı. — Salam, Nərgiz müəllimə, gəlmək olar? — Fidan çəkincək halda soruşdu. — Bu nə sualdır, qızım? Əlbəttə, olar — deyib Nərgiz qıza əlini uzatdı. — Fidan qoltuq əsaları ilə içəri girdi. Fidanın sağ ayağı yox idi. Bunun üçün də o, qoltuq əsaları ilə gəzirdi. Onlar qonaq otağına girdilər. Fidan bayaqkı sualını bir də təkrar etdi: — Müəllimə, doğrudan, sizi narahat etmədim? — Qızım, dedim axı, yox, — Nərgizin də cavabı eyni oldu. Sonra o, əli ilə qıza oturmağı üçün yer göstərib əlavə etdi, — onsuz da mən də, evdə təkəm, uşaqlar ataları ilə gəzməyə gedib. — Nərgizim iki oğlan, bir qız olmaqla üç övladı var idi. — Hə, de görüm necəsən? — Nərgiz masanın üstündəki dəftərləri yığışdıra-yığışdıra Fidanın əhvalı ilə maraqlandı. — Şükür, müəllimə, yaxşıyam, — Fidan cavab verdi, – bəs siz? — Mən də yaxşıyam, qızım, gördüyün kimi yazı dəftərlərinizi yoxlayırdım. İndi qurtardım – Nərgiz dedi. — Müəllimə, sizdən bir məsələ barədə məsləhət almağa gəlmişəm — deyə Fidan gəlişinin səbəbini izah etmək istədi. — Hə, lap yaxşı, amma əvvəlcə mən gedim bizə çay gətirim – deyərək mətbəxə gedən Nərgiz, tez də içində 2 fincan çay və şirniyyat olan podnosla geri qayıtdı. Sonra o, maraq dolu səslə fidandan soruşdu, — hə, söylə, görək nə məsələdir? Fidan sakit tərzdə danışmağa başladı: — Müəllimə, bilirsiniz ki, hər il olduğu kimi bu il də görkəmli yazıçımız Mircəlal Paşayev adına hekayə müsabiqəsi keçirilir. — Hə, qızım, bilirəm, — Nərgiz təsdiq üçün başını tərpətdi — Mən də özümü sınamaq üçün bu müsabiqədə iştirak eləmək istəyirəm. Bilmirəm, sizə demişdim, ya yox. Qismət olsa gələcəkdə yazar olmağı düşünürəm. — Hə, demişdin, qızım — Nərgiz mehriban səslə dedi, — mən də, sənə uğurlar diləmişdim. Yenə də diləyirəm. Müsabiqədə iştirak etməyinə qaldıqda isə, əlbəttə, niyə də olmasın. — Allah razı olsun, — Fidan müəlliməsinə təşəkkür etdikdən sonra çantasından telefonunu çıxarıb ona uzatdı — Mən bir hekayə yazmışam, buyurun, oxuyun, əgər bəyənsəniz, elə buradaca “Ədibin evi” yaradıcılıq mərkəzinin Gmail ünvanına göndərərik. — Ora həm də Mircəlal Paşayevin ev-muzeyidir, qızım — deyib Nərgiz hekayəni ucadan oxmağa başladı: «Məni ilk görənlər elədikləri hər nəqədər doğru olmasa da, mənə "Sənin niyə ayağın yoxdur? Nə vaxtdan qoltuq əsalarından istifadə edirsən?" kimi suallar verirlər. Mən də onlara bir kəlmə ilə "Anadan gəlmədir" deyə cavab verirəm. Əslində isə həqiqət tamam başqadır. Sadəcə, mənim həqiqəti, yəni ayağımı itirməyimin səbəbi cavan yaşında narkotikin Qurbanı atamdır deməyə dilim gəlmir. Hə, yaxşısı budur, hər şeyi başdan nəql edim. Atam sadə və zəhmətkeş bir ailədə dünyaya gəlir. Yoxsul olmaqlarına baxmayaraq, xoşbəxt və firavan yaşayan ailənin əsil qara günləri, atamın 13 yaşından etibarən özündən böyük, üstəlik də narkotik istifadəçisi olan uşaqlara qoşulması və təbii olaraq özünün də bu pis vərdişə öyrəşməsi ilə başlayır. Babamla nənəm bundan xəbər tutanda artıq iş işdən keçmiş olur. Həmin vaxtdan 25 yaşına, yəni yaşadığı müddətədək atam bütün cəhdlərə baxmayaraq, müalicə almaqdan imtina edərək 70 dəfə narkotiki atacağına söz vermiş, amma sözünü tuta bilməmişdi.
Məhəmməd FÜZULİ * * * Məni candan usandırdı, cəfadən yar usanmazmı? Fələklər yaŋdı ahimdən, muradım şəm'i yanmazmı? Qamu bimarinə canan dəvayi-dərd edər ehsan, Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? …
AZƏRBAYCAN YAZINI pinned a video
Məhəmməd FÜZULİ * * * Məni candan usandırdı, cəfadən yar usanmazmı? Fələklər yaŋdı ahimdən, muradım şəm'i yanmazmı? Qamu bimarinə canan dəvayi-dərd edər ehsan, Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı? Şəbi-hicran yaŋar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə təŋ eyləyəŋ qafil səni görcək utanmazmı? Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Soruŋ kim, bu nə sevdadır, bu sevdadən usanmazmı? Siziŋ AZƏRBAYCAN YAZINI
Azərbaycan Dilində Xitab Sözləri ya da 'Abi' və 'Əxi' Yerinə Nə Demək Olar? Tanımadığınız kişilər üçün (ümumi): — Bəy, Ağa, Yoldaş. Tanımadığınız sizinlə yaşıd olanlar üçün: — Qardaş, Dadaş, Qağa, Dayıoğlu, Əmioğlu, Bibioğlu, Xalaoğlu, Manıs, Ağadadaş. Tanımadığınız sizdən kiçik oğlanlar üçün: — Qaqaş, Cavan oğlan, Oğlum. Tanımadığınız sizdən nisbətən böyük kişilər üçün: — Dayı, Əmi, Ağadayı, Ağaəmi. Tanımadığınız yaşlı kişilər üçün: — Baba, Dədə, Ağababa, Ağsaqqal, Babacan, Dədəcan. @kocebe #dil
без подписи
• ANA DİLİMİZİ TANIYAQ VƏ TANIDAQ • 🇦🇿 BİLİM – Təbiət və cəmiyyətiň inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə tə’siri üsullarını meydana çıxaran biliklər sistemi və bu bilikləriň ayrıca sahəsi. Sinonim sözləri: elm, fənn, nəzəriyyə, doktrina; X a r i c i d i l l ə r i n d ə : 🇹🇷 : bilim, öğreti, doktrin, ilke; 🇬🇧 : science, ology, doctrine, ism; 🇷🇺 : наука, учение, доктрина; 🇮🇷 : علم [elm], دانش [dāneş], فن [fən(n)], رهنما [rahnamā], دکترین [doktrīn]; #azərbaycandili #azərbaycantürkcəsi #sözlər #sözlük #lüğət #sinonimlər #xaricidillər #anadili #doğmadili 📚 📔 📖 AZƏRBAYCAN YAZINI 📖 📔 📚
AZƏRBAYCAN YAZINI pinned a photo
✍🏻 AZƏRBAYCAN YAZINI kanalıŋ 3 illiyinə ✍🏻 Məmməd ASLAN MƏN BİR QƏLƏM FƏHLƏSİ Bir qələm fəhləsi olmaq şərəfim! Başımıŋ ağası: həzrəti-sözdür! Şirin əzabımdır dünyada nəfim! Arzumuŋ vüsalı, həsrəti sözdür! Ömürdən sökülən bənd alar sözdə, Qalsa, ancaq qalar bəndələr sözdə!... Söz sözü cilalar, rəndələr sözdə, Xilqətiŋ ayarı, siqləti sözdür. Meyvətək gül açar söz, saplağında, Dəyər, yetkinləşər öz saplağında, Miŋillərlə yaşar öz saflığında: Taŋrınıŋ əŋ sirli ne'məti sözdür! Bakı, 13.04.2013 Siziŋ AZƏRBAYCAN YAZINI
«Biz elmə, mədəniyyətə öz dilimiziŋ, öz mədəniyyətimiziŋ ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı» Məmməd Əmin RƏSULZADƏ #sitatlar #sözlər #həqiqətlər #bəyanatlar #publisistlər #dil #yazın #xadimlər #ədəbiyyat Siziŋ AZƏRBAYCAN YAZINI
AZƏRBAYCAN YAZINI pinned a photo
Məmməd Hüseyn ŞƏHRİYAR EY ANA TORPAĞIM, EY AZƏRBAYCAN! Can qurban etməniŋ vaxtı çatıbsa, Səndən hansı namərd əsirgəyər can? Qoyuram başımı ayaqlarına, Ey ana torpağım, ey Azərbaycan! Üstünə atəşlər yağan torpağım, Məhəbbət ocağım, ülfət ocağım. Ey mənim hamıya bar verən bağım, Ah çəkmə, buludlar yaŋar ahından. Ey çörək yerinə yaralar yeyən, Al-əlvan yerinə qaralar geyən, Anam, mehribanım, söylə, nə zaman Qandal açılacaq əl-ayağından? Tarix az görməyib quduranları, Qanlını qan tutar, qandır oŋları. Ey mənim xalqımıŋ vüqarlı qartalı, Enmə öz zirvəniŋ ucalığından, Ey ana torpağım, ey Azərbaycanım! Siziŋ AZƏRBAYCAN YAZINI
Ey dil, həzər qıl atəşi-ahinlə yanmasın Cismim ki, dərd quşlarına aşiyanədir. "О, душа, поберегись, чтобы не сгореть в огне вздохов, Ведь тело моё — это гнездо для птиц страдания" #Turkic_Literature #Turkic_Religion @TurkunSesi
AZƏRBAYCAN YAZINI pinned «Almas İLDIRIM QARA DASTAN Kimsə bilməz Tanrıdağıŋ yaşını Duman almış Altaylarıŋ başını. Uçurtmuşlar başdan dövlət quşunu Qismətinə üz çevirmiş zaman hey, Qoca türküŋ düşdüyü dərd yaman hey… Dörd bir yaŋa dağılmış Türk soyları Sönmüş ocaq, köçüb getmiş…»