tgindex
Milli-Kimlik

Azərbaycan xalqının Millikimlik tarixi və bu aspektdə gələcəyə baxış problemlərini işıqlandıran portal. Saytımız: millikimlik.az

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
8
Всего постов
47
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
641
0 за 3 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
133
40 постов
Вовлечённость
20,7%
к подписчикам
Постов в день
1,1
всего 47
Упоминаний
3
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
70
1/48двое суток
80
1/72трое суток
86

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ⁉️ Şah İsmayılı bizə sevdirən nədir? Şah İsmayılı bizə sevdirən odur ki, Arazın hər iki sahilini, yəni bugünkü Azərbaycan Respublikasını, bugünkü Ermənistandakı tarixi torpaqlarımızı və Güney Azərbaycanı əhatə edən, Anadoluya uzanan, hələ Babək zamanında formalaşdığını söylədiyimiz mədəni arealda Azərbaycan məfhumuna və türk kimliyinə dayanan dövlət qurub. Səfəvilər "Azərbaycan" anlayışı üzərində, Arazın hər iki sahilini tam əhatə edən şəkildə dövlət qurublar və onu imperiyaya çeviriblər. Azərbaycanı öz gorxanaları sayırdılar. Şah İsmayılın "Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı" sualı bunun əyani sübutudur. Bu dövlətin qurucuları olan tayfalar birmənalı olaraq bizim atalarımızdır, Azərbaycan xalqının etnogenizində iştirak edən və aparıcı yer tutan boylardır. Biz ayrıca bir millət olaraq formalaşmışıq və bu millətin coğrafiyası Azərbaycandır - bizim tarixi "depomuz" Səfəvilərdir. "Bütöv Azərbaycan" adlı qatar relslərin üzərinə o depodan çıxıb və müxtəlif stansiyalardan keçərək demokratik hədəflərinə şütüyür. Odur ki, biz canımızla, qanımızla, ruhumuzla, şüurumuz və təhtəlşüurumuzla Səfəviyik, Şah Xətayiyik! yazıçı-publisist Taleh Şahsuvarlı/axar.az P.S. Şərhdə "Şah İsmayılı sizə sevdirən nədir?" sualına öz cavabınızı yaza bilərsiniz. #şah_ismayıl

  • без подписи

  • ‼️🇦🇿 “Biz nə vaxt o Şahın göstərdiyi yola gələcəyik?” - Rəsulzadədən Ağaoğluya qədər ziyalılarımız İsmayıl Səfəvini niyə nümunə göstərirdi? "Şah İsmayıl Xətai təkcə bir imperatorluq quran sərkərdə deyil, eyni zamanda türk dilini saraya, orduya və ədəbiyyata gətirən böyük bir şəxsiyyətdir. Fars və ərəb dilinin hakim olduğu bir zamanda Şah İsmayıl öz fərmanlarını, ordusuna əmrlərini və lirik şeirlərini ana dilimizdə – türkçə yazdı... Bu gün öz dilini bəyənməyən, başqa dillərdə danışmağı fəxr bilən ziyalılarımız 16-cı əsrdə böyük bir dövlətin başında duran Şah İsmayıldan dərs almalıdırlar." ➡️ M.Ə.Rəsulzadə "Açıq söz" qəzeti, 1915-ci il, № 12 "Xətai tək bir şair deyildir, o, ana dilimizin bayraqdarıdır. Əgər Şah İsmayılın qılıncı olmasaydı, bəlkə də bu gün türk dili bu qədər geniş bir coğrafiyada hakim ola bilməzdi. Onun şeirləri saray mühitinin mürəkkəbliyindən uzaq, xalqın, aşıqların anladığı təmiz türkçədir. Xətaini oxuyan hər bir azərbaycanlı öz dilinin qüdrətini hiss edər." ➡️ Salman Mümtaz. "İqbal" qəzeti, 1913-cü il, № 412 "Biz bu gün öz dilimizdə bir iki kəlmə yazmağa utandığımız halda, dörd yüz il bundan əvvəl Şah İsmayıl kimi böyük bir padşah kəsdirib atdığı fərmanlarını, ordusuna verdiyi əmrlərini 'türk dili' ilə yazırdı. Biz nə vaxt o şahın göstərdiyi yola gələcəyik?". ➡️ Ömər Faiq Nemanzadə, "İrşad" qəzeti, 1906-cı il, № 89 "Şah İsmayıl Xətai həm qılıncı, həm də qələmi ilə millətinə xidmət etmiş tarixi qəhrəmanımızdır. Onun sadə xalq dilində yazdığı mənzumələr uşaqlarımıza ana dilinin şirinliyini və zənginliyini öyrətmək üçün ən gözəl nümunədir". ➡️ Abdulla Şaiq "Gülzar" dərsliyi (Bakı, 1907-ci il nəşri, "Xətai" bölməsi). "Şah İsmayıl Xətai təkcə Səfəvi dövlətinin banisi deyil, Şərqdə milli dili dövlət səviyyəsinə qaldıran ilk böyük türk hökmdarıdır. Onun "Dəhnamə"si və türkcə fərmanları bizim milli mədəniyyətimizin, ədəbi dilimizin pasportudur. Bizim borcumuz bu böyük xaqanın irsini yad etmək və onun dilimizə verdiyi dəyəri yaşatmaqdır". ➡️ Əli bəy Hüseynzadə, "Füyuzat" jurnalı, 1907-ci il, № 14 "Şah İsmayıl Səfəvi İmperiyasını qurarkən Avropa hökmdarları ilə diplomatik məktublaşmalar aparmış, eyni zamanda öz dövlətinin daxili işlərində, ordusunda ana dilini hakim etmişdir. Şah İsmayılın zamanı Azərbaycan xalqının siyasi və mədəni yüksəlişinin qızıl dövrüdür." ➡️ Ceyhun bəy Hacıbəyli, "İttihad" qəzeti, 1918-ci il, № 21. "Bizim bu gün öz dilimizdə yazmaqdan çəkinən, başqa millətlərin dilində danışmağı məriqət sayan ziyalılarımız Şah İsmayılın 16-cı əsrdə göstərdiyi qeyrətdən ibrət almalıdırlar. Şah İsmayılın qılıncı və qələmi türk dilinin böyüklüyünü bütün dünyaya sübut etmişdir". ➡️ Əhməd bəy Ağaoğlu, "İttifaq" qəzeti, 1909-cu il. Prof . Dr. Zaur Aliyev #şah_ismayıl #axc

  • без подписи

  • 😄Guya Gilandan yürüşə başlayan İsmayıl Səfəvi Şeyx Heydərin oğlu deyildi Sual yaranır ki, belə bir əsassız ehtimal sizin ağlınıza niyə gəlməlidir ki? Öz boş nəzəriyyələrini sübut etməkdən ötrü bu cür manipulyasiyalara belə yol verirlər.

  • ✍️ Dəyərimizi ki əlimizdən alırlar, onda o dəyər dəyərə minməyə başlayır

  • ‼️ Ədalətli sünni soydaşlarımız da görür: Şah İsmayılı yalnız məzhəb prizmasından oxumaq tarixə haqsızlıq və tarixin təhrifidir ➡️ Azər Hüseynovun sözlərinə diqqət edin: 1. Osmanlı və Səfəvi münasibətlərini yalnız məzhəb prizmasından dəyərləndirmək yanlışdır 2. Osmanlı dövlətinin quruluşunda həm sünni, həm də ələvi (şiə etiqadına yaxın) türkmənlər iştirak edib. Osmanlı dövləti yalnız 1500-cü illərdən, xüsusilə Sultan Səlimin dövründən sonra ənənəvi sünni dövləti simasını almağa başlayıb 3. Siyasi maraqlar məzhəb amilindən daha üstün olub. Məsələn, Sultan Səlim sünni olan Məmlük imperiyası ilə vuruşub və onu ortadan qaldırıb - Eyni zamanda, sünni Məmlüklər Osmanlıya qarşı Səfəviləri dəstəkləyirdi - Sünni olan Ağqoyunlular da Osmanlılarla dəfələrlə savaşıblar 4. Tarixi məzhəb münaqişəsi kimi bu günə daşımaq təhlükəlidir. Keçmişə məzhəb gözü ilə baxıb ordan münaqişə çıxarmaq cəmiyyətin təhlükəsizliyi üçün risklidir və bu, xarici istismara (imperialist maraqlara) yol açır. 5. Osmanlı da, Səfəvi də, digər türk dövlətləri də (Qaraqoyunlu, Ağqoyunlu, Əfşar, Qacar və s.) bizim ortaq tarixi dəyərlərimizdir. Bu dövlətlərə qlobal türklük və tarixi irs nöqteyi-nəzərindən baxılmalıdır.

  • без подписи

  • Şah Türk dünyasının böldü, İslam ümmətini parçaladı? Bu şablon sözlərin heç bir mənası yoxdu, çünki..

  • ‼️ Azərbaycanda Şah İsmayıla qarşı hücumların əsasını FETO terror təşkilatının çətəbaşısı Fətullah Gülənin qoyduğunu bilirdinizmi? ➡️ Qazi-yazıçı, tanınmış jurnalist Taleh ŞAHSUVARLIdan “illuminat” Fazil Mustafaya şillə kimi ifşa https://www.aznews.az/news/editorsdesk/377455.html

  • ‼️📍 Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi? Fevral inqilabından sonra Zaqatala dairəsində də Müvəqqəti Hökumətin orqanları yaradılmağa başlamışdı. 1917-ci il oktyabrın 20-də Zaqatala dairəsi Kazak qoşunlarının, Qafqaz dağlıları və düzəngahlarının azad xalqlarının Cənub-Şərq ittifaqına daxil edilmişdi. AXC qurulduqdan sonra Zaqatala dairəsini özünün mübahisəsiz ərazisi elan etmişdi. Zaqatala Milli Komitəsi 28 iyun 1918-ci ildə Zaqatala dairəsinin AXC-yə birləşməsi arzusunu teleqramla Azərbaycan hökumətinə bildirir. 30 iyun 1918-ci ildə qərar qəbul edilir və Zaqatala dairəsi Azərbaycan Xalq Cümhuriyyətinə birləşir. AXC Hökuməti bu qərarla Gürcüstanın ərazi iddialarına qarşı qanuni yol ilə cavab verir. Hökumət 1918-ci il iyulun 30-da Zaqatala dairəsində vəziyyətin öyrənilməsi üçün Maliyyə, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrindən ibarət komissiya yaradır, ona yerli əhalinin arzu və istəklərinin öyrənilməsi və s. mühüm vəzifələr tapşırır. Zaqatala dairəsi rəsmi sənədlərdə quberniya adlandırılmağa başlayır. 1919-cu il fevralın 17-də Gəncə dairə məhkəməsinin səlahiyyətlərinin Zaqatala quberniyası və Şimal-Qərbi Azərbaycana aid edilməsi haqqında qərar qəbul edilmişdi. Zaqatala qubernatoru general Əliyar bəy Haşımbəyov 1919-cu il martın 16-da Şimal-Qərbi Azərbaycan general qubernatoru təyin edildikdən sonra həmin vəzifəyə Məhəmməd bəy Şahmalıyev təyin olunmuşdu. 1919-cu il 25 oktyabr - 2 noyabrda Zaqatala quberniyası və Tiflis quberniyasının Sığnax qəzası arasında müvəqqəti sərhədlərin müəyyənləşdirilməsi üçün Azərbaycan və Gürcüstan respublikalarının beynəlxalq komissiyası fəaliyyət göstərmişdi. Tərəflər bütün məsələlərin sülh yolu ilə həll edilməsini qərara almışdı. AXC-nin Zaqatala quberniyasında həyata keçirdiyi tədbirlər ona böyük nüfuz qazandırmışdı. AXC-nin süqutundan sonra mayda Zaqatala quberniyasında da sovet hökuməti quruldu, qəza inzibati-ərazi vahidi tətbiq olundu. 1920-ci il iyunun 6-da Zaqatalada antisovet üsyanı başladı. XI Qırmızı Ordu hissələri yalnız iyunun 18-də üsyanı yatıra bildi. 1929-cu ildə həyata keçirilən rayonlaşdırma zamanı onun ərazisində Zaqatala, Balakən və Qax rayonları yaradıldı. Namiq Həsənov #axc

  • без подписи

  • без подписи

  • 📝 Mövzu - “Şah İsmayıl Bakını alarkən şəhər əhalisini qırıb və ümumiyyətlə əhli-sünnədən olan insanları kütləvi qətliam edib” iddiaları və onlara cavab. ‼️ “Şah İsmayıl və Qızılbaşlıq” mövzusunda Elnur Nəsirovla Сeyhun Bayramlının debatından. Müüüütləq izləməyiniz tövsiyyə olunur.

  • General olmamasına rəğmən 1950-ci illərdə Kağızmanda vəkalətən tuqay komandirliyi vəzifəsini icra edir. 1965-ci ildə təqaüdə çıxımışdır. Təqaüddə olarkən İstanbul şəhərində yaşayır.1936-cı ildə «Qafqaz Almanaxı»,1953-cü ildə isə «Kaf dağı» adlı əsərlərini yazır. Azərbaycandan və Şimalı Qafqazdan olan mühacirlərlə sıx əlaqələr quran Firudin bəy həm də Qafqaz dərnəyinin fəaliyyətlərində yaxından iştirak edir. Firudin bəy Daryal iki dəfə ailə həyatı qurur.Birinci nigahını İstanbulda hərbi təhsil alarkən qurur.Həmin nigahdan bir oğlu və bir qızı olur.Qızı Leyya Daryal Şimali Qafqaz mühacirlərindən birinin oğluyla ailə qurur.1985-ci ildə vəfat edir,bir qızı var. Oğlu Prof.Dr Əli Murad Daryal Türkiyədə tanınmış İlahiyyatçı alimdir. Firudin bəy İkinci nigahını çox sonralar 1952-ci ildə qurur. Həmin nigahından övladı olmur. Firudin bəy Daryal 1933-cü ildə Xosrov bəyin Firudin bəyə yazdığı qeyddən də görsənir ki, Firudin bəy İstanbulda olarkən Cümhuriyyət mühacirləriylə, xüsusəndə Doktor Xosrov bəy Sultanzadə ilə sıx əlaqədə olur. Mərhumun oğlu Əli Murad Daryalla telefonla danışarkən Doktor Xosrov bəylə Taksimdə bir məhəllədə yaşadıqlarını, həmin dövrdə uşaq olmasına rəğmən Xosrov bəyi və yoldaşı Lena xanımı xatırladığını bildirdi. Firudin bəy Daryalın yaxın qohumu Səlim Səlimbəyli 1986-cı ildə uzun axtarışlardan sonra əmisini tapır. Və onunla tez-tez telefon əlaqəsi qurur. 1989-cu ildə 88 yaşında vəfat edir. Cənazəsi xüsusi mərasimlə,böyük hörmət və ehtiramla Qaraca Əhməd məzarlığında dəfn edilir. Vəfat etməzdən öncə baş daşına İstiqlal savaşı qazisi, süvari albay olmasını, 1901-ci ildə Şuşa şəhərinin 25 kilometrliyində yerləşən Təzəkənd kəndində anadan olduğunu və “Arkadaş : Başın taclı, altın tahtlı dahi olsan milletin, vatanın olmadan bedbahtsın!” sözlərinin yazılmasını vəsiyyət olaraq yazır. karabakhmedia.az

  • ‼️⚔️ Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi — Türkiyə Cümhuriyyəti Ordu generalı Firudin bəy Daryal II-ci hissə - İzmir və İstanbul şəhərlərində hərbi komendantı olmuş, İstiqlal savaşı qazisi 28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğrayıb,bolşeviklərin işğalına məruz qaldıqdan bir müddət sonra Xosrov bəy Sultanov bolşeviklər tərəfindən həbs olunur. Firudin bəy həmin zaman Şuşada Qubernatorluq binası üzərində dalğalanan üç rəngli Azərbaycan bayrağını doğma kəndi Təzəkənd kəndinə gətirib ailəsinə əmanət edir. Firudin bəyin həmkəndlisi Arif Feyzullayev bildirir ki,həmin bayraq uzun illər gizli saxlanılır.Çox sonralar 1988-ci ildə Xalq hərəkatı başlayan zaman üzə çıxarılır. Nə yazıq ki, bayraq 1992-ci ildə Laçın rayonu işğal olunan zaman ailənin bütün əşyalarıyla bərabər Laçında qalır. Firudin bəy Daryal ailə üzvləriylə vidalaşıb yenidən Azərbaycan Cümhuriyyəti ordusunun süvari alayına qoşulur. 24 may 1920-ci ildə başlayan Gəncə üsyanında iştirak edir. Cümhuriyyətin 2-ci ildönümünə təsadüf edən və minlərlə insanın həlak olmasıyla nəticələnən üsyan 31 may 1920-ci ildə “Qızıl ordu” tərəfindən qəddarlıqla yatırılır. Firudin bəy Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləriylə birgə, Polkovnik Nuh bəy Sofiyevin və Polkovnik Səməd bəy Rəfibəylinin (Sayqın) rəhbərliyiylə Araz çayını keçib İran ərazisinə daxil olurlar. Araz çayı boyunca Türkiyəyə doğru hərəkət edir, lakin tabeliklərində olan ağır səhra toplarını apara bilmədikləri üçün, həmin topların çaxmaqlarını çıxararaq yollarına davam etmək məcburiyyətində qalırlar. Türkiyə ərazisinə keçdikdən sonra Əhməd Ağaoğlunun Atatürkə müraciətindən sonra 1200 nəfərlik Azərbaycan süvari və piyada alayının əsgər və zabit heyyəti, Kazım Qarabəkir paşanın komandanlıq etdiyi şərq ordusunun sıralarına qəbul olunurlar. Azərbaycan hərbi birliklərinin Türkiyə ordusuna qoşulacağıyla bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir. Sənədlərdən məlum olur ki, Azərbaycan birliyi 31 iyul 1920-ci ildə Həsənqalaya gəlir və yanlarında Türkiyə ordusunun böyük ehtiyac duyduğu səhra topu çaxmaqları da olur. Firudin bəy Daryal 56 nəfəri zabit olan 1200-nəfərlik Azərbaycan birliyinin tərkibində Türkiyənin istiqlal savaşına qoşulur. 15-ci süvari alayda bölük komandiri vəzifəsini icra edir. 1920-ci ilin payızından başlayaraq,1921-ci ilin əvvəllərinə qədər şərqi anadolunun ermənilərdən təmizlənməsiylə sona çatan doğu hərəkatına igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Savaşdan sonra, Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeniylə təltif olunmaqla bərabər həm də İstanbul şəhərində Ali hərbi təhsil alır. Azərbaycan Cümhuriyyəti ordusunda birgə xidmət etdikləri bir neçə zabitlə orduda qalaraq hərbi xidmətlərini davam etdirirlər. Sonralar həmin zabitlərdən Səməd bəy Sayqın (Rəfibəyli), Cahangir Berker, Hüseyin Turqut general, Yunus Xəzərli, Məhəmməd Ağpolad, Aslan Berkan, Baba Behbud, Saleh Aksoy, Vəli Yadigar, Osman Kazak albay (polkovnik) rütbəsinədək yüksəlir. Firudin bəy Daryal 1925-ci ilin fevral ayında Türkiyənin Güney doğusunda 1926-1937-ci illər ərzində kürd aşırətlərinin başlatdığı üsyanların yatırılmasında, iştirak edir. Sonralar yazar olan Əli Çaxmaq adlı keçmiş bir zabit Türkiyənin güney doğusunda baş verən üsyanlar haqqında Cümhuriyyət qəzetinin 10 mart 1981-ci il buraxılışında yazdığı məqalədə Firudin bəy Daryal haqqında xatirələrini yazaraq, onun qorxusuz, dəlisov, mərd bir zabit olduğunu və atın üzərində qeyri-adi hərəkətlər etdiyindən bəhs edir. Türkiyə Silahlı Qüvvələrinin tərkibində bir zabit olaraq müxtəlif bölgələrdə hərbi xidmətini davam etdirərək albay rütbəsinədək yüksəlmişdir. Xidməti dövründə bölük, tabor, sonralar alay komandiri, İzmir və İstanbul şəhərlərində isə hərbi komendant vəzifələrini icra edir. 👇👇

  • без подписи

  • ‼️⚔️ Ulu xaqanımız - Nadir şah Əfşar

  • ‼️ İtaliya Krallığı Azərbaycana ordu göndərmək istəyirdi? Tarixdən maraqlı fakt - Şahzadə Luici Amadeo Savoyski Bakıda 1919-cu ilin aprelində ingilis ordusu tədricən Azərbaycandan çıxmağa başlayırdı. Onların yerini italyanlar tutmalı idi. Bu səbəbdən də mayın 16-da şahzadə Luici Amadeo Savoyski başda olmaqla İtaliya nümayəndə heyəti Bakıya gəldi. Xəritəyə baxsanız, Savoyya və Yuxarı Savoyya adlı iki əyalətin Fransa tərkibində olduğunu görərsiniz. İş orasındadır ki, İtaliya həmin əraziləri 1860-cı ildə Fransaya verməyə məcbur olmuşdu. Halbuki İtaliya krallığını idarə edən sülalə əslən məhz həmin yerlərdən idi. Savoyya sülaləsi 1861-1946-cı illərdə İtaliyada hakimiyyətdə olub. Azərbaycana gələn şahzadə də adıçəkilən sülalənin nümayəndəsi idi. Bakı Dəmir Yolu Vağzalında qonağın şərəfinə Azərbaycan Ordusunun fəxri qarovul dəstəsi düzülmüşdü. Şahzadəni xarici işlər nazirinin müavini Adil xan Ziyadxan qarşılamışdı. Növbəti gün isə İtaliyadan gəlmiş qonaqlar Baş nazir və digər vəzifəli şəxslərlə danışıqlar aparmışdı. Mayın 25-də isə "Metropol" mehmanxanasında İtaliya nümayəndə heyətinin şərəfinə Azərbaycan höku-məti adından böyük bir ziyafət verilmişdi. Ziyafətdə AXC-nin Baş naziri və hökumətin digər üzvləri ilə yanaşı xarici dövlətlərin diplomatik təmsilçiləri iştirak edirdilər. Tədbirin əsas qonaqları isə təbii ki, şahzadə Savoyski və polkovnik Qabba idi. "Azərbaycan" qəzeti yazır ki, ziyafətdə ilk olaraq Baş nazir Nəsib bəy Yusifbəyli çıxış etmişdi. O, qədim İtaliya mədəniyyətindən danışmışdı. Elə digər natiq də İtaliya tarixindən bəhs etmişdi. Söhbət Məhəmməd Əmin Rəsulzadədən gedir. O, çıxışında azadlıq uğrunda var qüvvəsi ilə çalışmış Qaribaldini xatırlatmışdı. Cüzeppe Qaribaldi İtaliyanın milli qəhrəmanıdır. Məhz onun sayəsində 1861-ci ildə Apennin yarımadasındakı müxtəlif krallıqlar vahid İtaliya krallığının rəhbərliyi altında birləşmişdi. İndiki İtaliyanın sərhədləri də elə həmin vaxt çəkilmişdi. Rəsulzadənin Qaribaldini xatırlaması qonaqların çox xoşuna gəlmişdi. Bu atəşli nitq-dən sonra məclis iştirakçılarının bir çoxu yaxınlaşıb Məhəmməd Əminin əlini sıxmışdı. Adil xan Ziyadxanın da çıxışı italyanların sürəkli alqışları ilə qarşılanmışdı. Məclisin sonunda isə şahzadə Savoyski və İtaliya ordusunun polkovniki Qabba AXC və onun əsgərlərinin sağlığına badə qaldırmışdı. Onlar bildirmişdilər ki, buradan Parisə gedirlər. Fransadan xoş xəbərlərlə Azərbaycana qayıdacaqlar. Lakin şahzadə bir daha Bakıya qayıtmadı, 1919-cu ilin iyununda İtaliyada hökumət dəyişdi. Yeni Baş nazir Azərbaycana ordu göndərməyin əleyhinə idi. İtaliyanın siyasi və hərbi gücü Böyük Britaniya qədər deyildi. Onlar aydın başa düşürdülər ki, Rusiya Azərbaycanı təkrar işğal etmək istəsə, italyan ordusu bunun qarşısını ala bilməyəcək. Elə ona görə də İtaliya ilə AXC arasında yalnız iqtisadi və silah satışı barədə razılaşmalar əldə edilmişdi. 📚Ayaz İlyasov, "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt"

  • без подписи