tgindex
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu

Статистика

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonuna xoş gəlmisiniz!🤩

Последний пост
3 июн. 2025 г.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 325
−1 за 5 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 217
20 постов
Вовлечённость
91,8%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Əziz müəllimlər, əhatənizdə 9-12 yaşlı Sumqayıt məktəblisi varsa, bu marafona yönləndirə bilərsiniz. 6 kitab oxuyaraq 1000 manat qazanmaq şansı var!

  • 🤩 VII Kitabqurdu Sumqayıt Məktəblilərinin Oxu Marafonunu açıq elan edirik! 🥳 Əziz Sumqayıt şagirdləri, əyləncəli və maraqlı kitablar oxuyaraq mükafat qazanmaq istəyirsinizsə, marafona qoşulmağa tələsin! 📣Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, AMAL Xeyriyyə Cəmiyyətinin sponsorluğu ilə keçiriləcək VII Kitabqurdu Sumqayıt Məktəblilərinin Oxu Marafonunun şərtləri aşağıdakı kimidir: ✅ Marafonda yalnız Sumqayıtda yerləşən məktəblərin 9-12 yaşlı şagirdləri iştirak edə bilər. ✅ İştirakçılar marafonun rəsmi teleqram kanalına qoşulmalıdırlar. Bu kanalda kitablar və tədbirlər, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq. ✅ Təyin olunmuş kitablar 2025-ci ilin avqust ayının 20-dək iştirakçılar tərəfindən oxunmalıdır. ✅ İmtahan iki mərhələdən ibarət olacaq. Suallar təyin olunmuş 6 kitab əsasında hazırlanacaq. ✅ İkinci mərhələnin sonunda 10 finalçı mükafatlandırılacaq. 🥇Birinci yer 1000 AZN 🥈İkinci yer 500 AZN 🥉Üçüncü yer 300 AZN 📚 Digər 7 yerin qalibi isə müxtəlif hədiyyələr qazanacaq. ✅ Marafon müddətində aşağıdakı kitablar oxunmalıdır: 📙 Rövşən Abdullaoğlu – “Baramada gizlənən oğlan” 📔 Aynur Cavid, Cəmilə Məmmədli – “Müəllim Bilgə” 📕 Mürşüd İsmayılzadə – “Yada daşı” 📗 Amin – “Qorxulu meşəyə kim gedər” 📒 Əziz Sultan – “Kapsul” 📘 Pərviz Seyidli, Elgüsel Günel Məcidova – “İçərişəhərin gizli sakini” 📱 Marafonla bağlı sualınız varsa, bu nömrəyə yazaraq soruşa bilərsiniz: +994 77 255 22 77 VII Kitabqurdu Sumqayıt Məktəblilərinin Oxu Marafonunun teleqram kanalı: https://t.me/VII_kitabqurdu_sumqayit Kitabqurdu Marafonunun instaqram səhifəsi: https://www.instagram.com/kitabqurdu_marafonu?igsh=dTY2b3d4M3U1cWQw Kitabların rəsmi satış ünvanı: Manifest Kitab Evi Ünvan: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 43. Manifest Kitab Evinin instaqram səhifəsi: https://www.instagram.com/manifestkitabevi?igsh=Ynpqd3gyYnNzdDJ5

  • без подписи

  • Əziz IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu iştirakçıları! Nəhayət ki, bu marafonun final günü bəlli oldu. Finalçılarımızı 12 sentyabr saat 15.00-da Hədəf Liseyinin Nəsimi korpusunda gözləyəcəyik. Bu final və mükafatlandırma mərasiminə hər kəs tamaşaçı qismində qoşula bilər. Gəlin, ölkənin ən kitabqurdu müəllimlərini imtahan zamanı dəstəkləyin. 1000, 600 və 400 manatın sahibi olacaq müəllimləri ən tez tanıyanlardan olun.

  • без подписи

  • без подписи

  • ANAİB-in təşkil etdiyi IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu iştirakçılarının seçim turu baş tutdu. Oyunu naşirlər və dəstəkçi qurumun nümayəndəsindən ibarət münsiflər heyəti izlədi və uğurla həyata keçirildiyi təsdiqləndi. Kahoot proqramı vasitəsilə təşkil edilən oyunda 20 sual səsləndirildi, 10 finalçının adı dəqiqləşdi. Finalda "ölkənin ən yaxşı kitabqurdu müəllimi" adı və baş mükafat 1000 manat uğrunda yarışacaq müəllimlər aşağıdakılardır: 1. Vüsalə Məmmədova 2. ⁠Aişə Əhmədova 3. ⁠Bikə Allahverdiyeva 4. ⁠Nigar Nəcəfova 5. ⁠Turanə Alayeva 6. ⁠Arifə Rəsulova 7. ⁠Aynurə Məmişova 8. ⁠Nazilə Rüstəmli 9. ⁠Nigar Piriyeva 10. ⁠Gülsüm Həmzəyeva Finalçılara əsas oyunda uğurlar arzulayırıq! Qeyd edək ki, marafonun dəstəkçiləri Təhsilin İnkişafı Fondu və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, baş sponsoru isə Hədəf Şirkətlər Qrupudur.

  • İmtahan haqqında təlimatlandırma! Əziz kitabqurdları, imtahanın texniki təlimatlandırmasıyla bağlı videonu sizinlə bölüşürük. 🎥 İmtahan üçün sizə iki cihaz lazımdır. Bu, iki telefon, bir telefon və bir kompüter, notbuk və telefon ola bilər.💻 Siz bir ekranda suallara baxacaq, digər ekranda isə cavabları işarələyəcəksiniz. 📱 Əvvəlcə internetdən proqrama daxil olub oradan qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçəndə mütləq şəxsiyyət vəsiqənizdə qeyd olunan ad və soyadı yazın. Başqa ləqəb, sadəcə ad və ya sadəcə soyad yazmaq olmaz. ❗️ İmtahana qoşulmaq üçün kod yalnız qeydiyyatdan keçənlər üçün açılmış qrupda paylaşılacaq. Buna görə də imtahanda iştirak etmək istəyən hər kəs qeydiyyatdan keçməlidir. Seçmə turun tarixi, saatı və qeydiyyat linki həmin qrupda paylaşılacaq.

  • Əziz IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu iştrakçıları! Marafona qoşulmaq üçün hələ də qeydiyyatdan keçməyən varsa, gecikməsin. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olun (qeydiyyatdan keçəndən sonra “Marafona qoşul” səhifəsinə keçid edərək müvafiq xanaları doldurun): https://anaib.az/kitabqurdu/marafon/?id=7 Qeydiyyatdan keçmək üçün son tarix 31 iyuldur. Sonradan keçənlər qeydə alınmayacaq. Marafonun ilk seçim turu avqustun ilk ongünlüyündə baş tutacaq. Ətraflı məlumat qeydiyyat bitəndən sonra veriləcək.

  • Əziz müəllimlər, necəsiniz? Kitabları oxumusunuz? Fikirləriniz necədir? 🥰

  • Marafon müəlliflərimizi tanıyaq! Gülüş Xəlilova – yazıçıdır. Əsasən, Maha, Cavi Dan təxəllüsləri ilə yazır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür. 2008-ci ildə keçirilən I Nəsimi müsabiqəsinin şeir nominasiyalarının, 2020-ci ildə Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsinin, 2023-cü ildə Mir Cəlal adına 3-cü hekayə müsabiqəsinin qalibi olub. “Məhsəti”, “Bulud Qaranın gündəliyi”, “Namə”, “İsmin yeddinci halı” romanlarının,  “Cırcırama öpüşü” adlı şeir və hekayələr, “Bu şeir deyil” adlı şeir kitablarının müəllifidir. Teleserial, sənədli, bədii-sənədli film ssenariləri ekranlaşdırılaraq ölkə telekanallarında yayımlanıb.

  • Marafon kitablarımızı tanıyaq! Gülüş Xəlilova – “Günəşə baxmaq” Nəşriyyat: Libra Kitab Səhifə sayı: 164 Qapaq qiyməti: 8 AZN Haqqında: Bu kitab müəllimlər haqqındadır. Günəş kimi yanıb nurunu hər kəsə paylayan, həyatı dəyərləndirməyi öyrədən, dünyanı göstərən, bizi kamilləşdirən əsl müəllimlər haqqında. O müəllimlər ki, onlar var deyə biz dünyanı daha dolğun, hər rəngi öz çalarında görə bilirik. Kitabda neçə-neçə şagirdin həyatına işıq saçan, onların ömür yolunda mayak olan müəllimlərin başına gələn ibrətamiz hekayələr toplanılıb.

  • Marafon müəlliflərimizi tanıyaq! Rövşən Abdullaoğlu – filosof, şərqşünas və psixoloqdur. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirdikdən sonra ərəb və fars dilində teologiya, ərəb ədəbiyyatı, Şərq və Qərb fəlsəfəsi sahəsi üzrə müxtəlif ali təhsil ocaqlarında tədrisini davam etdirib. “Bu şəhərdə kimsə yoxdur”, “Relslər üzərinə uzanmış adam” psixoloji romanları ilə məşhurluq qazanan yazıçı “Arxadakı körpüləri yandırın”, “Hər bir insan hökmdardır”, “Çətin olsa da, həyat davam edir”, “Üsyan”, “Qorxular” kitablarında Şərq və Qərb psixologiyasına müraciət edir, teoloji və psixoloji yanaşmaları sintez edərək yeni motivasiya üsulları təqdim edir. Müəllif eyni zamanda təlimçidir. Psixoloji, fərdi inkişaf, motivasiya və s. mövzulara aid seminar və təlimlər keçirir.

  • Marafon kitablarımızı tanıyaq! Rövşən Abdullaoğlu – “Üzləşmə” Nəşriyyat: Qədim Qala Səhifə sayı: 264 Qapaq qiyməti: 10 AZN Haqqında: Mənfi hisslərin ağlına, həyatına hakim kəsilib? Depressiyalar, natamamlıq hissi, ruh düşkünlüyü səni əldən salıb? Qarşılaşdığın problemlərin qaynağını anlamırsan? Yersiz həyəcanlar, daxili baryerlər, komplekslər ailədə, işdə özünü düzgün ifadə etməyinə, sosial mühitə adaptasiya olmağına mane olur? Sıxıntılarından qurtulmaq, həyatını qaydaya salmaq üçün haradan başlamalı olduğunu bilmirsən? Atmalı olduğun ilk addım özünlə üzləşməkdir. Üzləşmə insanın həyatında baş verə biləcək ən önəmli hadisədir. Özünü tanımaq, qəbul etmək, sevmək, inkişaf etdirmək, ətrafını daha yaxşı anlamaq üçün zəruri addımdır. Üzləşmə insanı qorxularının, komplekslərinin, uğursuzluqlarının pərdəarxasına aparır, eyni zamanda güclü cəhətlərini də aşkara çıxararaq bütün bu maneələri aşmağın yolunu göstərir. Üzləşmədən sonrakı insan həyatına nəzarəti öz əlinə alır, ali hədəflərinə, xoşbəxt gələcəyə doğru inamla addımlayır. Bu kitab özünlə üzləşəcəyin aləmə açılan qapıdır. Özünə doğru aç.

  • без подписи

  • Marafon müəlliflərimizi tanıyaq! Rəşad Bayramov - beynəlxalq biznes-təlimçi və kouçdur. O, Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Qazaxıstan, Gürcüstan, Qətər, İordaniya, Hindistan, Vyetnam və Şri-Lankada effektiv ünsiyyət üzrə çoxsaylı təlim və fərdi kouçinq məşğələləri aparıb. Azərbaycanda natiqlik mövzusunda ilk kitabı yazan müəllifdir. İyirmi ildən artıq davam edən karyerası ərzində mətbuat katibi, biznes-jurnalist, baş redaktor, xarici əlaqələr şöbəsinin müdiri və transformasiya məsələləri üzrə regional rəhbər kimi fəaliyyət göstərib. O, dünyanın ən nəhəng enerji korporasiyalarından biri olan BP-də işləyəndə yeni əməkdaşlardan tutmuş, dövlət rəhbərlərinədək fərqli auditoriyalar qarşısında şirkəti uğurla təmsil edib. Hazırda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışır. ABŞ-nin Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə, Azərbaycan Dillər Universitetində isə filologiya üzrə magistr dərəcəsi alıb.

  • Marafon kitabları ilə tanış olaq! Rəşad Bayramov – “Sözünə güvən” Nəşriyyat: Parlaq İmzalar Səhifə sayı: 272 Qapaq qiyməti: 12 AZN Haqqında: “Sözünə Güvən” öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş peşəkarlar üçün yazılıb. Bu kitabda auditoriya qarşısında çıxışların on prinsipi izah edilir. Hər prinsip gündəlik həyatdan misallarla təsvir edilib və düzgün tətbiq üçün asan vasitələrlə zənginləşdirilib. Oxucular auditoriya qarşısında narahatlığını müsbət enerjiyə, darıxdırıcı məsələləri maraqlı hekayələrə, cansız slaydları rəngarəng təqdimata çevirməyin yollarını biləcəklər. Ən önəmlisi isə, onlar öz çıxışları ilə auditoriyanı hərəkətə gətirməyə qadir olacaqlar.

  • Marafon müəlliflərimizi tanıyaq! Rafiq İsmayılov – Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda görkəmli leksikoqraf M.Tağıyevin yanında lüğətçilik sahəsində çalışıb. Sonra AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutunun əməkdaşı olub. Bu gün Rafiq müəllim ölkənin nüfuzlu və peşəkar naşirlərindən biri kimi tanınır. “Azadlıq”, “Fineko”, “Yeni nəsil” nəşriyyat müəssisələrinə rəhbərlik edib, 2004-cü ildə “Altun Kitab” nəşriyyatını yaradıb, hazırda həmin nəşriyyata rəhbərlik edir. Eyni zamanda bir çox lüğətlərin, məktəb dərsliklərinin, tarixi və uşaq kitablarının da müəllifidir. #kitabqurdumarafonu #altunkitab #anaib

  • IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu pinned «IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik! Əziz müəllimlər, kitab oxuyub mükafat qazanmaq istəyirsinizsə, marafona qoşulmağa tələsin! Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər…»

  • Marafon kitabları ilə tanış olaq! Rafiq İsmayılov – “Düzgün yazaq” Nəşriyyat: Altun Kitab Səhifə sayı: 128 Qapaq qiyməti: 6 AZN Haqqında: Bu kitab linqvistik araşdırmalarla redaktə təcrübəsinin sintezi olaraq ərsəyə gəlib. Uzun müddət müxtəlif kitabları redaktə etməklə yanaşı, Azərbaycan dili dərslikləri üzərində işləməli olmuşam. Dərsliklərdə, monoqrafiyalarda izah olunan dil qaydaları heç də bütün nitq situasiyalarında keçərli olmur. Bu kitabda daha çox linqvistik ehkamlarla yazı praktikası arasındakı ziddiyyətlərdən söz açmağa çalışmışam. Ona görə də bir sıra fikirlərin mübahisə doğuracağına əminəm. Amma bu, təbiidir. Yetər ki, dilimiz haqqında düşünək və düzgün yazmağa çalışaq. (Rafiq İsmayılov)