tgindex
mincom.gov.az

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
5
Всего постов
117
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
525
+1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
79
40 постов
Вовлечённость
15,0%
к подписчикам
Постов в день
0,7
всего 117
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
32
1/48двое суток
36
1/72трое суток
39

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • без подписи

  • #Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çinin ən iri dövlət şirkətlərindən biri olan “CITIC Group”un vitse-prezidenti Benjamin Baonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Bakıda həyata keçirilməsi nəzərdə tutulan süni #intellekt hesablama platforması layihəsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Mərhələli şəkildə həyata keçirilməsi və ilkin gücünün 1 GVt-a qədər olması nəzərdə tutulan platforma ilə bağlı “CITIC Group”un potensial tərəfdaş, o cümlədən maliyyələşdirmə və tikinti-quraşdırma işlərinin icrasında iştirakçı qismində cəlb olunması məsələsi müzakirə mövzularından biri olub. Ətraflı: https://bit.ly/3RMzBKc #RİNN

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı bildirib ki: - Əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. - Zəngəzur dəhlizinin yaradılması, bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. - Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. - O ki qaldı Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. - Sadəcə olaraq, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. - Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır. - Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan, deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. - Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Bu gün yeni elektrikli avtobusların təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq.

  • без подписи

  • Azərbaycan beynəlxalq #nəqliyyat-#logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində 2026-cı ilin ilk yeddi ayında #tranzit daşımalarının həcmi 9,1 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Xüsusilə tranzit yük daşımalarının həcmi Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 14,3 faiz artıb. Əldə olunan nəticələr son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirilən islahatlar, #rəqəmsallaşma, infrastrukturun modernləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal ticarət marşrutlarında baş verən dəyişiklikləri, həmçinin Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub dəhlizləri üzrə strateji mövqeyinin və rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir. Ətraflı: https://bit.ly/4gm54My #RİNN

  • без подписи

  • без подписи

  • #Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 6 avqust tarixində Zəngilan rayonunun Ağalı kəndində #Zəngilan, #Cəbrayıl və #Qubadlı rayonlarının sakinlərini qəbul edib. Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. #RİNN #VətəndaşQəbulu

  • İlk #internet serverinin istifadəyə verilməsi #rəqəmsal dövrün başlanğıcını qoyan mühüm hadisələrdən biri kimi tarixə düşdü. Bu gün internet yalnız #informasiya mübadiləsi vasitəsi deyil, həm də qlobal rəqəmsal transformasiyanın hərəkətverici qüvvəsi kimi çıxış edir. #RİNN #İlkİnternetServeriGünü

  • İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uşaqların sosial şəbəkə platformalarında təhlükəsizliyinin daha effektiv təmin edilməsinə, onların #rəqəmsal mühitdə formalaşan mənfi təsirlərdən qorunmasına yönəlib. Qanun layihəsi “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb. Ətraflı: https://bit.ly/4hQOpBP #RİNN

  • без подписи

  • без подписи

  • #Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova ilə görüş keçirib. Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, #logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması, #liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, #avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. #RİNN

  • “Azərbaycan Respublikasında #rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində #avtonom #nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunub. Sənəd yerüstü nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün normativ-hüquqi və institusional əsasların yaradılmasını nəzərdə tutur. İlk dəfə olaraq “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” anlayışları qanunvericilikdə təsbit edilib, həmçinin yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib. Ətraflı: https://bit.ly/4c1VWtV #RİNN

  • “#Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklər #avtonom pilotsuz uçuş aparatlarına dair texnologiyaların hüquqi tənzimlənməsini təmin etməyə yönəlib. Dəyişikliklərin əsas məqsədi mülki və eksperimental məqsədlərlə istifadə olunacaq avtonom pilotsuz uçuş aparatlarının hüquqi statusunu müəyyənləşdirmək, onların istismarı ilə bağlı tələbləri dəqiqləşdirmək və uçuşların təhlükəsizliyinin təmini üçün milli qanunvericilik tələbləri yaratmaqdır. Ümumilikdə dəyişikliklər avtonom pilotsuz aviasiya sahəsində təhlükəsizlik, məsuliyyət və nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, #innovativ texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühit formalaşdıracaq və Azərbaycanın bu sahədə beynəlxalq tendensiyalara uyğun inkişafını dəstəkləyəcək. Ətraflı: https://bit.ly/4fOJfDQ #RİNN

  • #Avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 − 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasına əsasən həyata keçirilib. Məqsəd #nəqliyyat sektorunda avtonom gəmidən istifadə üzrə hüquqi tənzimləmənin təkmilləşdirilməsi, sahəvi qanunvericiliyin bir-birinə uyğunlaşdırılması, dövlət xidmətlərinin səmərəliliyinin artırılması, bununla bağlı normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasıdır. Ətraflı: https://bit.ly/3U8D9Ha #RİNN

  • #Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 6 avqust 2026-cı il tarixində saat 10:00-da Zəngilan rayonunun Ağalı kəndində #Zəngilan, #Cəbrayıl və #Qubadlı rayonlarının sakinlərini qəbul edəcək. Qəbula 5 avqust 2026-cı il tarixinə qədər yazılmaq mümkündür. Veb-sayt: https://mincom.gov.az/az/elaqe/qebula-yazil Çağrı mərkəzi: “1655” Telefon: 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) Elektron poçt: office@mincom.gov.az #RİNN #VətəndaşQəbulu

  • Azərbaycan dilinin #rəqəmsal mühitdə inkişafı və müasir texnologiyalarda geniş tətbiqi onun gələcəyə daşınmasının əsas təminatlarından biridir. Dilimizin rəqəmsal gələcəyinə birlikdə töhfə verək! #RİNN #AzərbaycanDiliGünü

  • #Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirib. Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. #RİNN