tgindex
Yüksəliş müsabiqəsi

Yüksəliş müsabiqəsi

Статистика

İdarəçilik bacarıqları və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, onların inkşaf etdirilməsi, dəstəklənməsinə kömək edən açıq müsabiqə.

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
3
Всего постов
23
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 419
+2 за 4 дн.
Сутки
+1
+0,07%
Неделя
 
Месяц
 
Просмотров на пост
141
23 постов
Вовлечённость
9,9%
к подписчикам
Постов в день
0,4
всего 23
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
61
1/48двое суток
69
1/72трое суток
75

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • без подписи

  • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov VI “Yüksəliş” müsabiqəsinin qalibləri Ləman Cəlilova, Elbrus İbrahimov və Elmar Məmmədrzayev ilə görüş keçirib. Görüş zamanı Rövşən Məmmədov qaliblərə QSC-nin fəaliyyəti, həyata keçirdiyi layihələr və qarşıya qoyulan məqsədlər barədə məlumat verib. Sədr müsabiqənin qaliblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha ətraflı: https://shorturl.at/S3wWM

  • без подписи

  • İqtisadiyyat naziri Mikayıl Cabbarov Mentorluq Proqramı çərçivəsində V "Yüksəliş" müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla görüş keçirib. Görüşdə idarəçilik, strateji qərarların qəbulu və iqtisadi transformasiya şəraitində peşəkar inkişaf məsələləri müzakirə olunub. Görüş zamanı idarəçilikdə institusional yanaşmalar, strateji qərarların qəbulu prosesində prioritetlər, eləcə də iqtisadi transformasiya şəraitində rəhbər şəxslər üçün zəruri bilik və bacarıqlar barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, fərdi inkişaf planı çərçivəsində görülən işlər və əldə olunan nəticələr nəzərdən keçirilib, bu sahədə qazanılmış təcrübə dəyərləndirilib. Daha ətraflı: https://shorturl.at/P9ZGN

  • Ana dilimiz milli kimliyimizin, zəngin tariximizin, mədəniyyətimizin və mənəvi dəyərlərimizin ən qiymətli daşıyıcısıdır. Azərbaycan dili xalqımızın keçmişini bu günə, bu gününü isə gələcək nəsillərə bağlayan möhkəm mənəvi körpüdür. Dilimizin saflığını qorumaq, onu düzgün və gözəl şəkildə yaşatmaq hər birimizin məsuliyyətidir. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər kəsi təbrik edir, ana dilimizin daim ucalmasını arzulayırıq!

  • Qalibləri tanıyaq! Rüfət Babayev 1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Bank işi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-də baş məhsul sahibi vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Mətanət Rzazadə 1994-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində isə Maliyyə menecmenti ixtisası, Rumıniyanın Babeş-Bolyai Universitetində (Universitatea Babeș-Bolyai) Maliyyə və bank işi ixtisasları üzrə magistratura təhsili alıb. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının Bank fəaliyyətinə nəzarət departamentində bölmə rəhbəri vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Ləman Cəlilova 2001-ci ildə anadan olub. Azərbaycan-Fransız Universitetində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat, ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) isə Kimya mühəndisliyi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “McKinsey & Company” şirkətində biznes analitik vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Fidan Abbasova 1995-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində isə Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində normayaratma üzrə baş hüquqşünas vəzifəsində çalışır. Vəkillər Kollegiyasının üzvü, vəkildir.

  • Qalibləri tanıyaq! Fərid Nadirov 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Hazırda “Azər-Türk Bank” ASC-də şöbə rəisi vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Elnur Əliyev 2001-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Makroiqtisadi siyasət ixtisası üzrə magistratura təhsili alıb. Bakalavriat təhsilinin bir hissəsini İspaniyanın Kordoba Universitetində (Universidad de Córdoba) davam etdirib. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də baş auditor vəzifəsində çalışır. Eyni zamanda, ACCA (Association of Chartered Certified Accountants) təşkilatının üzvüdür.

  • Qalibləri tanıyaq! Elmar Məmmədrzayev 1996-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, İstehsal sferasında mühasibat uçotu və audit ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “PAŞA Sığorta” ASC-də Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Anar Əlizamanlı 1995-ci ildə anadan olub. Milli Aviasiya Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Çin Renmin Universitetində (Renmin University of China) Çin hüququ, Çin Xarici İşlər Universitetində (China Foreign Affairs University) Beynəlxalq münasibətlər, İsveçin Stokholm Universitetində (Stockholm University) isə Avropa iqtisadi hüququ ixtisasları üzrə magistratura təhsili alıb. Hazırda, EY (Ernst & Young) şirkətində baş hüquqşünas vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Seyid Məlikov 1994-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyat ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində isə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “CYBERNET” MMC-də Agile layihə meneceri vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Nəzakət Hüseynova 1997-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “SOCAR Downstream Management” şirkətində İnsan resursları biznes tərəfdaşlıq üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Əlizadə Fərzəliyev 1997-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə bakalavriat, Dəniz neft-qaz qurğularının etibarlılığı və istismar səmərəliliyi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “National Oilwell Varco UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində layihə meneceri vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Elbrus İbrahimov 1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Menecment ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “PAŞA Real Estate Group” şirkətinə daxil olan “Absheron Hotel Group” MMC-də maliyyə meneceri vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Ağarəhim Klıçev 1997-ci ildə anadan olub. Milli Aviasiya Akademiyasında Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “Flamergy” MMC-də kommersiya meneceri vəzifəsində çalışır.

  • Qalibləri tanıyaq! Şirin Şahbazov 1993-cü ildə anadan olub. Azərbaycan Tibb Universitetində Əczaçılıq ixtisası üzrə bakalavriat təhsili alıb. Həmin universitetdə Əczaçılıq kimyası, Azərbaycan Dövlət İqtisad Universitetində isə Biznesin təşkili və idarə edilməsi (Səhiyyənin İdarə edilməsi ixtisaslaşması) üzrə magistratura təhsili alıb. Hazırda Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində Dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdiri vəzifəsində çalışır.