Leobank | Rəsmi kanal 🦁
СтатистикаLeobank-ın rəsmi kanalına xoş gəlmisiniz! Burada bank haqqında mühüm xəbərləri bölüşürük: yeni məhsullar, xüsusiyyətlər, aksiyalar, keşbeklər və bonuslar. https://www.instagram.com/leobank.az https://www.facebook.com/share/1H8
- Последний пост
- 31 июл.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 043
- 1/48двое суток
- 1 195
- 1/72трое суток
- 1 289
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
20 000 şir bala ilə birlikdə böyüyürük! 🖤 Bu uğuru bizimlə bölüşən hər kəsə təşəkkür edirik.
🏖️ Leo VIP müştəriləri üçün Sea Breeze-də yeni imtiyazlar! Bu yay Leo Prime kart sahiblərini Sea Breeze-də eksklüziv imtiyazlar gözləyir. 😎 🛥️ Özəl yaxtada gəzinti Yacht Club Marina-da 2 saatlıq yaxta gəzintisindən zövq alın və açıq dənizdə üzmək üçün fasilə verin. Gəzintiyə 8 nəfərə qədər qonaq dəvət edə bilərsiniz. 🏝️ CaspiMayr Sea Breeze Resort-da istirahət 🥐 L'Azure Restaurant-da iki nəfərlik səhər yeməyi 🏖️ Çimərliyə giriş və hədiyyə kokteyl 🏊 Hovuza giriş və hədiyyə kokteyl 📲 Təkliflərdən necə yararlanmaq olar? Visa Concierge çat-botunu açın, Summer Offers bölməsinə keçin, istədiyiniz təklifi seçin, Leo Prime kartınızı əlavə edin və sifarişin təsdiqlənməsini gözləyin. 📅 Təkliflər 1 sentyabr 2026-cı il tarixinədək qüvvədədir. 💜 Sizə xoş istirahət arzulayırıq!
📱 Leo Visa kartı ilə iPhone 17 Pro qazanın! Dostlar, Leo Visa kartınızla xaricdə və ya xarici onlayn mağazalarda alış-veriş edin və yeni iPhone 17 Pro lotereyasına qoşulun. Ümumilikdə 8 iPhone hədiyyə ediləcək — hər həftə 1 qalib seçiləcək. 🤩 👉 Necə iştirak etmək olar Visa Concierge çat-botunda qeydiyyatdan keçin. "iPhone 17 Pro qazan" bölməsini seçin və Leo kartınızı əlavə edin. Xaricdə və ya xarici onlayn mağazalarda alış-veriş edin. Xərclədiyiniz hər 100 ₼ üçün əlavə imkan qazanırsınız. Nə qədər çox xərcləsəniz, qalib olmaq imkanınız bir o qədər yüksək olar. 🏆 Qaliblər necə müəyyən edilir Visa hər həftə bir qalib seçir. Qalib siz olsanız, şirkət Visa Concierge çat-botu və ya qeydiyyat zamanı göstərdiyiniz telefon nömrəsi vasitəsilə sizinlə əlaqə saxlayacaq və hədiyyəni necə əldə edə biləcəyinizi bildirəcək. ☝️ Vacib: Alış-veriş etməzdən əvvəl kartınızı mütləq "iPhone 17 Pro qazan" bölməsinə əlavə edin. Kampaniyaya Azərbaycandakı alış-verişlər, nağd pul çıxarılması, köçürmələr, geri qaytarılan və ləğv edilmiş əməliyyatlar, həmçinin tütün və alkoqol məhsullarının alışları daxil deyil. 🗓️ Kampaniya 30 avqust 2026-cı il tarixinədək davam edir.
🦁 Şirlər ailəsində artıq hər kəs öz işlərini düzüb-qoşub və xoşbəxtdir. Bu Leo praydın üzvləri kimi, Siz də özünüzə uyğun kartı seçin! Biznes kartı, Qara kart, Prime kart yoxsa Uşaq kartı? Hər şirin öz kartı var!
👑 VIP müştərilər üçün imtiyaz sayğacı əlavə etdik Dostlar, Leobank tətbiqində artıq rahat imtiyaz sayğacı olan yeni bir bölmə var! İndi istənilən vaxt hansı VISA imtiyazlarının sizin üçün əlçatan olduğunu və onların hazırda aktiv olub-olmadığını görə bilərsiniz 👀 Xatırlatma: giriş imkanı əldə etmək üçün uçuşdan 35 gün əvvəl (və ya imtiyazdan istifadə etməyi planlaşdırana qədər) Leo Prime kartınızla Apple Pay, Google Pay vasitəsilə və ya xaricdə ən azı 500 ₼ xərcləməlisiniz. ✅ Sayğac gedişatınızı göstərir və imtiyazın aktivləşməsinə nə qədər məbləğ qaldığını anlamağa kömək edir. İndi dövriyyənizi təkcə Visa Concierge çat-botunda deyil, həm də birbaşa Leo tətbiqində yoxlaya bilərsiniz 🙌
🏰 Bütün ailə üçün Disneyland Paris Hotel-ə səyahət qazanın! Dostlar, Leo Uşaq kartı üzrə kampaniyaya start verdik və sizi qoşulmağa dəvət edirik. 22 iyuna qədər 7–18 yaş arası uşaqlar üçün pulsuz Leo kartı əldə edin və Disneyland Paris Hotel-də üç nəfərlik səyahət qazanın 🐭 🏆 Uduş fondu 1 qalib üçün üçnəfərlik səyahət hədiyyə edəcəyik: Parisə gediş-dönüş aviabiletlər 5★ Disneyland Paris Hotel-də 3 gecə, 4 gün (səhər yeməyi daxil) Disneyland Paris üçün giriş biletləri Viza dəstəyi 🎁 Kampaniyada necə iştirak etmək olar Uşağınız üçün Leo Uşaq kartı sifariş edin: “Menyu” bölməsində “Uşaq kartı açın” seçin Kartı aldıqdan sonra onu 22 iyuna qədər (daxil olmaqla) aktivləşdirmək lazımdır. Bunun üçün uşaq Leo tətbiqinə daxil olub telefon nömrəsini daxil etməli və PIN-kod yaratmalıdır. Hazırdır — siz artıq lotereyada iştirak edirsiniz! 🥇 Qaliblər necə elan olunacaq Üçnəfərlik Disneyland Paris Hotel səyahətinin lotereyası 29 iyun 2026-cı il tarixində saat 14:00-da Leo-nun Instagram səhifəsində canlı yayımda keçiriləcək. Qazansanız, sizinlə fərdi şəkildə əlaqə saxlayacağıq 😊 Ailənizə uğurlar və unudulmaz təəssüratlar arzulayırıq! ✨
🎁Kampaniya: +1 keşbek kateqoriyası qazanın 🎁 Mart ayında Leo-dan əlavə 3-cü keşbek kateqoriyası əldə edə bilərsiniz 🛍️ Bunun üçün: 1 fevrala qədər istənilən Leo Xəzinənizin balansını 100 ₼ və ya daha çox məbləğdə artırın. Bu məbləği 28 fevral daxil olmaqla Xəzinənizdə saxlayın. 1 martda əlavə keşbek kateqoriyası seçin. ☝️ Leo-da artıq Xəzinəniz varsa, kampaniya müddətində ondan pul çəkə bilməzsiniz, əks halda bonus sayılmayacaq. Bütün alış-verişlərdə 1% keşbek seçən Leo Prime kartı olan müştərilər kampaniyadan yararlana bilməzlər. Xəzinənizin balansını artırın və Leo Black kartı ilə əlavə 6%, Leo Prime kartı ilə isə 7% illik faiz dərəcəsi qazanın! 💸
✨Yeni il xəyallarınızı xatırlamaq üçün əla zamandır! Adətən bu vaxtlarda nə üçün pul yığmaq istədiyimizi düşünürük — səyahət, yeni avtomobil və ya dəbdəbəli təmir. Nə yaxşı ki, Leo asanlıqla və əziyyətsiz pul yığmağınıza kömək edən bir xüsusiyyət təklif edir 😊 Leo-nun Xəzinəsi niyə rahat və sərfəlidir: 🤑 Qazanc: Leo Black kartı ilə illik 6%, Leo Prime kartı ilə isə illk 7%. Faizlər hər ay Xəzinədəki məbləğin üzərinə əlavə olunur 🤖 Avtomatik yığım qaydaları — büdcənizi aşmadan pul yığın 😎 Xəzinəni istənilən vaxt sındıra və pulunuzu faizlə götürə bilərsiniz 💸 Vəsaitin qismən çəkilməsi — məbləğin bir hissəsini çəkin və qalan hissə üzrə faiz hesablanmağa davam edəcək 🎨 Sİ avatarı — hədəfinizə uyğunlaşdırılmış şəkil ilə Xəzinə yaradın 🤝 Ortaq yığım — dostlarınızla birlikdə pul yığın Leo tətbiqində Xəzinə açın, asanlıqla və sərfəli şəkildə pul yığmağa başlayın!
📦 Leo VIP müştəriləri üçün bir illik pulsuz Wolt+ abunəliyi! Leo Prime kart sahiblərinə əla xəbərimiz var 🤩 21 yanvardan etibarən 12 aylıq Wolt+ abunəliyini tamamilə pulsuz əldə edə bilərsiniz! 🚚 Wolt+ abunəliyinə nələr daxildir: seçilmiş mağaza və restoranlardan pulsuz çatdırılma Wolt tətbiqində əlavə endirim və bonuslar abunəlik çərçivəsində eksklüziv şərtlər Wolt+ abunəliyi necə aktivləşdirilir: Leo tətbiqini açın — sizə şəxsi link göndərmişik. Linkə keçid edin və Wolt-a daxil olun (yaxud qeydiyyatdan keçin) Bir illik pulsuz abunəliyi aktivləşdirin. Leo Prime ilə xoş alış-verişlər və ləzzətli sifarişlər edin! 👑
🎁 Kampaniya: 3 aylıq Wolt+ abunəliyini pulsuz əldə edin! Dostlar, yanvarın 21-dən etibarən Leo Black və Leo Uşaq kartı sahibləri üçün Wolt ilə birgə eksklüziv kampaniyaya start veririk 🖤 İndi 3 aylıq Wolt+ abunəliyini pulsuz əldə edə bilərsiniz. Sadəcə Leo tətbiqində sizə göndərəcəyimiz bir sadə addımı tamamlamalısınız. Wolt+ abunəliyinə nələr daxildir: 🚚 seçilmiş mağaza və restoranlardan pulsuz çatdırılma 💙 Tətbiqdə əlavə endirim və bonuslar ✨abunəçilərə özəl eksklüziv şərtlə Wolt+ abunəliyini pulsuz necə əldə etmək olar? Leo tətbiqində kampaniyada iştirak etmək üçün dəvət alacaqsınız. Bu dəvətdə nə etməli olduğunuzu sizə deyəcəyik. Bunlar Leo kartınızla istənilən alış-veriş üçün ödəniş etmək, köçürmə etmək, mobil telefonunuzun balansını artırmaq və s. kimi sadə tapşırıqlar olacaq. Tapşırığı yerinə yetirmək sizə 3 aylıq pulsuz Wolt+ abunəliyi üçün promokod qazandıracaq. ☝️ Vacibdir: Promokod yalnız aktiv Wolt+ abunəliyiniz yoxdursa və son 60 gündə abunə olmamısınızsa keçərlidir. Sizə Leo kartınızla xoş alış-veriş arzulayırıq!
🖼️ Leo kartlarınız üçün 60 yeni dizayn əlavə etdik! Leo Visa kart dizaynları kolleksiyasını əhəmiyyətli dərəcədə yenilədik – indi mükəmməl dizaynı seçmək daha asan və daha əyləncəlidir 😍 Uşaq kartı üçün 20 yeni dizayn 👧🏻 Parlaq, şən, sevimli personajlar – uşağınızın ilk kartı üçün mükəmməldir. Leo Black kartı üçün 20 yeni dizayn 🖤 İdman avtomobillərindən və Manhetten mənzərələrindən tutmuş mücərrəd naxışlara və animeyə qədər. Hər kəsin əhval-ruhiyyəsinə uyğun dizaynımız var. Leo Prime üçün 20 zərif dizayn 💖 Mərmər, qızıl, memarlıq, səyahət və hətta robot interfeysi – premium keyfiyyət ilk baxışdan hiss olunur. Dizaynı quraşdırmaq üçün kart parametrlərinə keçin və "Kartın Google Pay dizaynı" və ya "Kartın Apple Pay dizaynı" seçin.
🎄 Uşağınıza Yeni il arzusunu gerçəkləşdirməyə kömək edin! Əgər uşağınızın bir xəyalı varsa və bunun üçün artıq Leo Xəzinəsi ilə pul yığırsa, siz, ailəniz və dostlarınız bu prosesi xeyli sürətləndirə bilərsiniz 😉 Kukla və maşınlar əvəzinə uşağınıza xəyalının gerçəkləşməsini hədiyyə edin – Xəzinəsinin balansını artırın. Nə və nə vaxt alacağına özü qərar verə bilər. O qərar verənə qədər isə Xəzinədəki məbləğə illik 6% gəlir hesablanacaq 💸 Uşağın Xəzinəsinin balansını necə artırmaq olar? Uşaq Leo tətbiqində öz Xəzinəsinin parametrlərinə daxil olur “Paylaş” üzərinə klikləyir və sizə, qohumlara və ya dostlara dəvət linki göndərir Sonrası artıq sizlikdir: linkə keçid edərək istənilən bank kartı və ya Apple Pay və Google Pay vasitəsilə Xəzinənin balansını artırın Özünüzü əsl Şaxta baba kimi hiss edin!! 🎅🏻
Leo prayd 1,5 milyona çatdı və böyüməyə davam edir! 🦁 Artıq bu qədər insan Leobank müştərisi olub 😍 Bizim üçün bu, sadəcə bir rəqəm deyil, düzgün yolda olduğumuzun böyük bir göstəricisidir. Son bir neçə ildə bir çox yeni və “cool” xüsusiyyətləri təqdim etdik: depozitlər, fərdi sahibkarlar üçün kart və xidmətlər, uşaq kartı və həyatı daha rahat edən onlarla digər yenilik. Biz böyüməyə, yeni xüsusiyyətlər sınamağa və insanların hər gün istifadə etmək istədikləri məhsullar təqdim etməyə davam edirik. Bizimlə olduğunuz üçün təşəkkür edirik! Bu daha da həyəcanvericidir 💜
🔥 Restoranlar üçün LeoSHÖT: QR kodu vasitəsilə ödənişləri, bəxşişləri və rəyləri qəbul edin! Restoranlara xidməti sürətləndirməyə, işçilərin iş yükünü azaltmağa və qonaqlardan daha çox bəxşiş və rəy almağa kömək edən rahat bir sistem olan LeoSHÖT-ü təqdim edirik ☺️ 📝 LeoSHÖT necə işləyir? Restoranınızı sistemə qoşun. Masalara və ya kassaya QR kodlarını yerləşdirin. Qonaqlar kodu skan edir və kart, Apple Pay və ya Google Pay ilə ödəniş edirlər. Qonaqlar bəxşiş qoya və rəylər yaza bilərlər. 🧑🍳 Bu, restorana necə fayda verir: Ofisiantlar üçün daha az iş yükü — terminal daşımağa, ödənişi gözləməyə və ya qəbz çap etməyə ehtiyac yoxdur. Masalar daha sürətli boşaldılır və restoran daha çox müştəriyə xidmət göstərir. Qəbzlər, bəxşişlər, reytinqlər və müştəri rəyləri haqqında tam statistika alırsınız. Qoşulma tamamilə pulsuzdur. Vəsait ödənişdən dərhal sonra hesabınıza köçürülür — dərhal istifadə edə bilərsiniz. 👫🏻 Qonaqlarınız üçün əlverişlidir: Ofisiant gözləməyə ehtiyac yoxdur — qonaqlar istənilən vaxt hesablarını ödəyə bilərlər. Rahat ödəniş üsulları: kart, Apple Pay və ya Google Pay. Bir kliklə bəxşiş qoymaq və rəy yazmaq olar. LeoSHÖT-ə qoşulun — müəssisənizdə ödənişləri daha rahat və daha sürətli edin! ✨
Leobank artıq yeni üslubda ✨ Brendbuk yeniləndi və vizual stilimiz daha rəngli, cəsarətli və müasir oldu. Leobank isə eyni Leobank olaraq qalır — dəyişən yalnız özümüzü ifadə formamızdır. Və bu, dəyişikliklərin yalnız başlanğıcıdır 💜
🚇Leo müştəriləri üçün metroda 30%-dək keşbek 🚇 Metro səfəriniz üçün Apple Pay və Google Pay vasitəsilə Leobank Visa kartı ilə ödəniş edin və keşbek qazanın: İlk səfərdə 30% Bütün sonrakı səfərlərdə 20% Keşbek dərhal və avtomatik hesablanır! Leo ilə şəhərdə sərfəli səfərlər edin 💜
💝 Artıq 10 000 Leo Uşaq kartı verilib və bu, yalnız başlanğıcdır! Dostlar, bu yaxınlarda 7-18 yaş arası uşaqlar üçün pulsuz olan Leo Uşaq kartını təqdim etdik. O, tez bir zamanda populyarlıq qazandı: Azərbaycanda 10.000 uşaq artıq Leo kartından istifadə edir! Getdikcə daha çox valideyn uşaqlarını pul və maliyyə savadlılığı ilə tanış etmək üçün bu rahat yolu seçir. Leo Uşaq kartı nə təklif edir: 👫🏻 Valideynlər üçün: tətbiqdə tam nəzarət – limitlər, alış kateqoriyaları təyin etmək və uşağınızın xərclərini izləmək. 👧🏻 Uşaqlar üçün: alış-veriş və keşbek qazanmaq üçün istifadə edilə bilən rahat kart və onların pul yığa, mükafat qazana və xərclərini təhlil edə biləcəyi ayrıca bir tətbiq. Pulsuz Leo Uşaq kartı əldə edin – uşağınızın maliyyə müstəqilliyinə doğru ilk addımlarını atmasına icazə verin!
😻 Black Friday-ə özəl kampaniya: +1 keşbek kateqoriyası əldə edin Black Friday alış-verişlərinizi daha sərfəli edin! Leo-dan noyabr ayının sonuna qədər etibarlı olan əlavə 3-cü keşbek kateqoriyası əldə edə bilərsiniz 🎁 +1 keşbek kateqoriyasını necə əldə etmək olar: 5 noyabr tarixinə qədər Leo-da yeni Xəzinə yaradın Xəzinəyə ən azı 100 AZN əlavə edin Bu məbləği noyabrın 25-dək (daxil olmaqla) Xəzinədə saxlayın 28 noyabrda əlavə keşbek kateqoriyası seçin Əgər artıq Leo-da Xəzinəniz varsa, kampaniya müddətində ondan pul çıxara bilməzsiniz, əks halda bonus hesablanmayacaq. Bütün alış-verişlərdə 1% keşbek kateqoriyasını seçən Leo Prime kartı olan müştərilər kampaniyadan yararlana bilməzlər. Bu niyə rahat və sərfəlidir: 📆 Lazımi məbləği Xəzinəyə qoymaqla Black Friday-ə hazırlaşacaqsınız 💸 Leo Black kartı ilə əlavə 6% illik gəlir və Leo Prime kartı ilə 7% illik gəlir qazanacaqsınız 🛍️ Black Friday alış-verişlərinizdə daha çox keşbek əldə edəcəksiniz Leo ilə Black Friday daha sərfəli olacaq 💜
Dələduzlar yenə hərəkətə keçiblər! Ancaq qorxmağa dəyməz — bu 7 sadə təhlükəsizlik qaydası ilə onların tələsinə düşməyəcəksiniz. ☝️ Təəssüf ki, son vaxtlar fırıldaqçıların Leo müştərilərini şəxsi məlumatlarından istifadə edərək aldatması hallarına getdikcə daha çox rast gəlinir. Ona görə də fırıldaqçıların qurbanına çevrilməməyinizə kömək edəcək 7 sadə qaydanı xatırlatmaq istədik ☝️ 💸 İnternetdə Leo kartınızdakı kredit limitinizi artırmağa kömək edəcəyini vəd edən insanlara və ya reklamlara etibar etməyin. 🕷 Kartınız və ya hesabınız haqqında şəxsi məlumat tələb edən şübhəli onlayn fəaliyyətlərdən (sorğular və lotereyalar) çəkinin. 😎 Şəxsi məlumatları və hesaba giriş məlumatlarını (PİN kod, kart nömrəsi və birdəfəlik parol (OTP)) heç kimlə, hətta bank işçiləri ilə paylaşmayın. 🚨 Əgər kiminsə kartınıza giriş əldə etdiyini görsəniz, kartı bloklayın. Əgər kimsə tətbiqə giriş əldə edibsə, kartı və hesabı bloklamaq üçün dərhal Leo dəstək xidmətinə zəng edin. 🔒 Hər hansı saytda kartdan istifadə etməzdən əvvəl saytın sol tərəfdəki ünvan sətrində 🔐 işarəsinin olduğundan əmin olun. Aldığınız SMS və e-poçtu göndərənlərə diqqət yetirin. Onlar Leo işçisi olduğunu iddia edən, lakin olmayan insanlar tərəfindən göndərilə bilər. 💪 Leo tətbiqinin Kart Parametrləri bölməsində onlayn alışlar üçün limit təyin edin və kart və tətbiq üçün təhlükəsiz PİN yaradın. Doğum tarixi kimi aşkar parollardan çəkinin. 🤙 Yalnız sosial şəbəkələrdə (Telegram, WhatsApp, Facebook və Instagram) rəsmi hesablar vasitəsilə bizimlə əlaqə saxlayın. Zəng üçün nömrə: *7773
🤩 Əlavə komissiya olmadan kriptovalyuta ticarəti edin! Yalnız ilk 4000 müştəri üçün Dostlar, sizi Azərbaycan Mərkəzi Bankının Regulatory Sandbox sınağında iştirak etməyə dəvət edirik. Leo tətbiqində spot kriptovalyutaları endirimli qiymətlərlə və saxlama haqqı olmadan ticarət edə bilərsiniz! 🪙 "Sərmayələr" bölməsində artıq 100-dən çox spot kriptovalyuta mövcuddur: Bitcoin, Ethereum və Solana-dan tutmuş WLFI, FARTCOIN və PEPE-ə qədər. 🤑 Əlverişli ticarət şərtləri: Ticarət komissiyası — cəmi 1% (adi qiymətin yarısı) Saxlama haqqı — yoxdur Minimum ticarət məbləği — 10 ₼ Limitlər — ayda 1000 ₼-dək, bütün dövr üçün 5000 ₼-dək ⏰ Sınaq 8 fevral 2026-cı ilə qədər davam edəcək və yalnız ilk 4000 müştəri üçün əlçatandır. Qaçırmayın! Spot və CFD arasındakı fərq nədir: Spot — hesabınızda saxlanılan real kriptovalyutanın alınmasıdır. CFD — kriptovalyutanın özünü satın almadan məzənnə ticarətidir.