tgindex
Məhdəviyyət

Məhdəviyyət

Статистика

السَّلامُ عَلَيْكَ يَا مَولاى اَنَا مَولاك... وَاَنْتَظِرُ ظُهُورَك "Salam olsun Sənə ey mənim Mövlam,mən Sənin xidmətçinəm...Zühurunun intizarındayam." Əqidəmizin zəruri məsələlərindən olan #məhdəviyyətlə tanışlıq kanalı. @Talibi_qomnam

Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
4
Всего постов
74
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 223
0 за 5 дн.
Сутки
−1
−0,08%
Неделя
 
Месяц
 
Просмотров на пост
140
40 постов
Вовлечённость
11,4%
к подписчикам
Постов в день
0,6
всего 74
Упоминаний
5
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
31
1/48двое суток
35
1/72трое суток
38

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 13 авг.4211из mahdavi_yyat

    “Qaim o kəsdir ki, qiyam etdiyi zaman yaş baxımından qocaların yaşında olsa da, görünüşcə gənclər kimi olacaq. Bədəni o qədər qüvvətli olacaq ki, əgər yer üzündəki ən böyük ağaca əl uzatsa, onu kökündən çıxarar. Əgər dağlar arasında fəryad etsə, qayaları parçalanıb dağılacaq. Onun yanında Musa peyğəmbərin əsası və Süleymanın möhürü olacaq.” 🔹 İmam bu hədisdə Həzrət Höccətin (ə.f) qüdrətindən danışır: bədənində elə bir güc olacaq ki, yer üzünün ən böyük ağacları belə onun əlinin qüvvəsi qarşısında tab gətirməyəcək. Boğazında və səsində elə bir qüdrət olacaq ki, onun fəryadı qarşısında qayalar parçalanacaq. 🔸 Onun əlində Musa peyğəmbərin əsası olacaq — elə bir əsas ki, bütün sehrləri və oyunları udub aradan aparır. Barmağında isə Süleymanın möhürü olacaq; o möhür ki, Süleymanın qüdrətinin nişanəsi idi və cinlərə və şeytanlara hakim olmasının vasitəsi sayılırdı. T.me/mahdavi_yyat

  • 13 авг.4211из mahdavi_yyat

    📌 İmamın cismani qüdrəti və Musanın əsası ilə Süleymanın möhürünü daşıması: 🔹 Bəzi rəvayətlərdə İmam Rza (ə) İmam Zamanın (ə.f) zahiri vəziyyəti barədə xüsusi təsvirlər vermişdir. إِنَّ الْقَائِمَ هُوَ الَّذِی إِذَا خَرَجَ کَانَ فِی سِنِّ الشُّیُوخِ وَ مَنْظَرِ الشُّبَّانِ قَوِیّاً فِی بَدَنِهِ حَتَّی لَوْ مَدَّ یَدَهُ إِلَی أَعْظَمِ شَجَرَةٍ عَلَی وَجْهِ الْأَرْضِ لَقَلَعَهَا وَ لَوْ صَاحَ بَینَ الْجِبَالِ لَتَدَکْدَکَتْ صُخُورُهَا یَکُونُ مَعَهُ عَصَا مُوسَی وَ خَاتَمُ سُلَیْمَانَ.

  • без подписи

  • 🏴Aləmlərə rəhmət olan əziz Peyğəmbərimizin və nəvəsi cənnət cavanlarının ağası İmam Həsəni Müctəbanın şəhadətləri münasibətilə təsliyyət ərz edirəm. 📌Əziz Peyğəmbərimiz barədə olan şübhələri bu başlıqla - #Peyğəmbər oxuya bilərsiz. 📌İmam Həsəni Müctəba (ə) barədə şübhələri bu başlıqla #İmamHəsən oxuya bilərsiz. T.me/shubhelere_cavablar

  • 🔺Deməli, əgər İmam Zaman bu yerləri yenidən qurarsa, bunun səbəbi bu məkanlarda yaranmış bidətləri və dəyişiklikləri aradan qaldırmaq və onları ilkin vəziyyətinə qaytarmaq olacaq. 🔺Həmçinin Əhli-sünnə rəvayətlərində aişədən nəql olunmuşdur ki, Peyğəmbər də Kəbəni yenidən qurmaq istəyirdi.¹ Deməli, İmam Zaman bunu etsə, əslində Peyğəmbərin istəyini yerinə yetirmiş olar. 📚1- Səhih Müslim, c. 2, s. 969, h. 1333 T.me/mahdavi_yyat

  • 🔴 (Sofistika oyunu) Kəbə dağıdılacaqmı? • Bəzi düşmənlər şübhələrində İmam Zamanın işlərini İslama zidd göstərməyə çalışırlar. • Məsələn, bəzi rəvayətlərə istinad edərək deyirlər ki, İmam Zaman Kəbəni dağıdacaq və bunu İslama zidd hesab edirlər. • Kəbənin, Məscidül-Həramın və Məscidün-Nəbinin vəziyyətinin dəyişməsindən bəhs edən rəvayətlər zəif və etibarsız rəvayətlərdir. • Bundan əlavə, bu rəvayətlərin məqsədi dağıtmaq və aradan qaldırmaq deyil, əksinə, yenidən qurmaqdır. Allah-təala Quranda (Tövbə surəsinin 18-ci ayəsində) yalnız xüsusi şəxslərin Allahın məscidlərini abad etməyə səlahiyyətli olduğuna işarə edir. Lakin İslam tarixi boyunca bəzən zülmkar hakimlər tərəfindən və qeyri-qanuni pullarla bu məkanların vəziyyətində dəyişikliklər edilmişdir.

  • ❇️ İmam Zamanın (əccələllahu təala fərəcəhüş-şərif) hüzuruna yetişməkdən daha üstün Ayətullah Behcət (rəh): 🔸İnsanın mütləq şəkildə Həzrət Vəliyyi-Əsrın (əccələllahu təala fərəcəhüş-şərif) hüzuruna yetişməyə çalışması zəruri deyildir. Əksinə, bəlkə iki rükət namaz qılıb, sonra İmamlara (əleyhimussalam) təvəssül etmək, Həzrətin hüzuruna yetişməkdən daha üstün olar. 💡Çünki harada olsaq da, o Həzrət bizi görür və eşidir. 🕯Qeybət dövründə edilən ibadət, hüzur dövründə edilən ibadətdən daha fəzilətlidir. 🕯Məsum İmamlardan (əleyhimussalam) hər hansını ziyarət etmək, elə Həzrət Höccətin (əccələllahu təala fərəcəhüş-şərif) özünü ziyarət etmək kimidir. ⬅️ Dər məhzəri-Behcət, cild 1 #İmam_Zaman (əccələllahu təala fərəcəhüş-şərif) T.me/mahdavi_yyat

  • 🔴Qədr surəsi İmam Zamanın عج‌ vücuduna isbat sənədidir. 🔹Mələklər və Ruh hər il Qədr gecəsi yerə enər və Həzrəti Rəsuləllahdan ص sonra Allahın höccətinə nazil olar. 🔹Bu əsasla hər zaman gərək bir kamil və məsum İmamın vücudu olmalıdır ki,Mələklər və Ruhun nazil olma yeri olsun. 🔺İmam Baqir ع buyurub: ♨️Ey şiə camaat! Düşmənlərinizlə "inna ənzəlnahu" surəsi ilə dəlil gətirin ki,qalib olarsınız.And olsun Allaha ki,bu surə Rəsuləllahdan ص sonra Allahın höccətinədir.Bu surə həqiqətən sizin dininizin və Bizim nəhayət elmimizin sənədidir. 🔹 يَا مَعْشَرَ الشِّيعَةِ خَاصِمُوا بِسُورَةِ إِنَّا أَنْزَلْنَاهُ تَفْلُجُوا فَوَ اللَّهِ إِنَّهَا لَحُجَّةُ اللَّهِ تَبَارَكَ وَ تَعَالَى عَلَى الْخَلْقِ بَعْدَ رَسُولِ اللَّه‏ 📚Üsuli Kafi,c 1,s 249. 🔺Dəlil gətirməyinizin üsulu budur ki,düşmənlərinizdən soruşun Qədr gecəsi Mələklər kimə nazil olur? ⁉️Məgər bu zaman qədər İlahi höccətlərdən başqası iddia edibmi ki,Mələklər qədr gecəsində ona nazil olur? ⛔️Heç kəs iddia edənməz ki,qədr gecəsində Mələkləri dərk edir. 🔹Qurani Kərim buyurur: 🔸 تَنَزَّلُ الْمَلائِکَةُ وَ الرُّوحُ ... 🔸Mələklər Ruhla birgə Qədr gecəsində nazil olurlar... 🌕Buna görə qəti şəkildə gərək Peyğəmbərdən sonra bir kəs olmalıdır ki,Mələklər ona nazil olsun.O,kəs Allah höccəti və İmam Zamandan عج başqası deyildir. T.me/mahdavi_yyat

  • ❣Salam_İmam_Zamanım❣ 📖 السَّلامُ عَلَیْکَ یا إِمامَ الْإِنْسِ وَالْجانِّ... 🌱Salam olsun Sənə Ey mənim Mövlam ki,cin və insə (insanlara) imamətlik edirsən. 🌱Salam olsun Sənə və o,günə ki,bütün varlıq aləmi Sənin imamətinə boyun əyəcək. #اللهم‌عجل‌لولیک‌الفرج #امام_زمان #Salam ╭━━❀🕊❀🌼❀🍃❀━━╮ T.me/mahdavi_yyat ╰━━❀🍃❀🌼❀🕊❀━━╯

  • • Kərbəla ziyarətinə yola çıxmışıq. • Allah hər kəsə nəsib etsin. • Paylaşımlarda zəiflik olsa üzrlü biləsiz. • Hər kəsə duaçıyıq. • Sizdə bizi dua edin.

  • 🏴"Sallalahu əleyki Ya Mövlati Ya Rüqəyya işfəi ləna indəllah"🏴 صلی الله علیک یا مولاتی یا رُقَیةُ اشفعی لنا عندالله 🏴Həzrəti Əba Əbdillah İmam Hüseynin (ə) nazlı qızı Həzrəti Rüqəyya (s.ə) barədə şübhələrin siyahısı: 1⃣⛔️Şübhə İmam Hüseynin övladlarına (Həzrəti Rüqəyya,Həzrəti Əli Əsğər) təvəssül etmək düzgün deyil məgər onların nə məqamı var?!Nə olsun ki,Məsum İmamın qohumlarıdır... 2⃣⛔️Şübhə Kərbəlada ümumiyyətlə Rüqəyya olmadığı,İmam Hüseynin (ə) bu adda qızı olmadığı,Rüqəyya əhvalatının Aşuranın təhriflərindən biri olduğu bildirilir.... 3⃣⛔️Şübhə Rüqəyya (s.ə) məsələsi əfsanədir... T.me/shubhelere_cavablar

  • 🔰 Ayların zühur və qiyam ilində baş verən hadisələri: • Səfər və Rəbi aylarında rüsvayçılıq və böyük bir iş 🌕 İmam Sadiq (ə) buyurur: — Şəban ayında işlər bir-birindən ayrılar. — Ramazan ayı Allahın ayıdır; həmin ayda sizin sahibinizin adı və atasının adı ilə çağırılması səsləndirilər. — Şəvval ayında qövmün işi yüksələr. — Zilqədə ayında oturarlar. — Zilhiccə ayı qan ayıdır; onda müsəlmanlar qurban edilər. — Məhərrəm ayı elə bir aydır ki, onda halal haram, haram isə halal olar. — Səfər və Rəbi ayında qorxunc rüsvayçılıq və böyük bir hadisə baş verər. — Cəmadi ayı isə əvvəlindən axırınadək fəth ayıdır. 📗 Biharul-ənvar, c. 52, s. 272 T.me/mahdavi_yyat

  • 🔰 İmam Zamanın (ə.c.) həqiqi intizarçısının xüsusiyyətləri 🔻 İmam Sadiq (ə) buyurur: «مَنْ سَرَّهُ أَنْ يَكُونَ مِنْ أَصْحَابِ الْقَائِمِ فَلْيَنْتَظِرْ، وَلْيَعْمَلْ بِالْوَرَعِ وَمَحَاسِنِ الْأَخْلَاقِ وَهُوَ مُنْتَظِرٌ.» ❇️ Həzrət Qaimin (ə.c.) köməkçilərindən olmağı sevən şəxs, intizar dövründə təqva ilə yaşamalı və ən gözəl əxlaqi sifətlərlə zinətlənməlidir. 📚 Biharul-ənvar, c. 52, s. 140 ‌ ‌ •┈┈••✾••┈┈• T.me/mahdavi_yyat

  • 🔴 İmam Zamanın (ə) işi Peyğəmbərin (s) işindən qat-qat çətindir 🌕 İmam Sadiq (ə) buyurur: "Bizim Qaimimiz (ə) qiyam etdikdə, nadan insanlardan gördükləri, Peyğəmbərin cahiliyyət dövrü insanlarından gördüklərindən qat-qat daha ağır olacaq!" Ərz olundu: "Bu necə mümkündür?" Buyurdu: "Həqiqətən, Allahın Rəsulu (s) insanların yanına gəldikdə onlar daşlara, qayalara və yonulmuş taxtalara ibadət edirdilər. Bizim Qaimimiz (ə) isə qiyam etdikdə insanların yanına gəldiyi zaman, onlar hamılıqla Allahın Kitabını ona qarşı təvil (yozum) edəcək və bununla ona höccət gətirəcəklər (etiraz edəcəklər)." 📗 Ğeybəti-Nömani, bab 17, səh. 296 ✅ Küfr və kafir heç bir silahla silahlanmayıb. Çünki inancsız insan İslam adı altında təhrif olunmuş bir şey öyrənməyib, onun üçün öz istəyinə və şəxsi rəyinə görə ayə və hədis təfsir edilməyib. Lakin Allahı tanıdığını iddia edən, bir ömür dini təhrif olunmuş və yanlış şəkildə öyrənmiş, bir çox ayə və rəvayətin mənasını tərsinə anlamış birinə necə demək olar ki, sənə öyrədilən bu təfsir və yozumlar Allahın dini deyil? İmam Zamanın (ə) problemi, ömürləri boyu dində geniş yayılmış yanlış təlimlərin əsirinə çevrilmiş, alim görkəmli şarlatanların (alim-nömaların) rəhbərliyi və təhriki ilə Haqqın Höccətinə qarşı mübarizəyə qalxan insanların nadanlığıdır. T.me/mahdavi_yyat

  • 🔴 İmam Zaman (ə.f) üçün ən gözəl hədiyyə 🔵 Ayətullah #Misbah_Yəzdi (r.ə): 🌕 İmam Zamanımıza (canımız ona fəda olsun) təqdim etdiyimiz hədiyyə, bizim ən qiymətli sərvətlərimiz və varlığımız olmalıdır. Həzrətə (ə) xidmət etmək üçün ən yaxşı vaxtımızı və imkanlarımızı sərf etməli, gəncliyimizi bu yolda fəda etməli və bir an belə Həzrətə xidmətdən və Onun razılığını qazanmaqdan qafil olmamalıyıq. Əgər elə bu anda sizə İmam Zamanın (ə.f) hüzuruna şərəfyab olmaq (görüşmək) icazəsi verilsə, Həzrətə hədiyyə olaraq qurumuş bir çörək qırıntısı və ya yamalı bir paltar apararsınız, yoxsa ən qiymətli əmlakınızı Onun müqəddəs hüzuruna təqdim edərsiniz? 📚 "Aftab-e Velayat" (Vilayət Günəşi) kitabı, səhifə 34 #Allahummə_əccil_livəliyyikəl_fərəc T.me/mahdavi_yyat

  • 🔰Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan,bu ayda çoxlu sədəqə vermək və dua etmək,məxsusən,aşağıdakı duanı hər gün on dəfə oxumaq tövsiyə olunur:   يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيزُ ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ     Ya şədidəl quva və ya şədidəl mihal, ya əzizu ya əzizu ya əziz, zəllət biəzəmə­tikə cə­miu xəlqikə fəkfi­ni şərrə xəl­qik, ya muhsinu ya mucmilu ya munimu ya mufzil, ya la ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəstə­cəb­na lə­hu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nuncil mu­minin, və səlləllahu əla Mu­həm­mədin və alihit-təy­yibinət-tahirin. T.me/gundelik_ehkamlar

  • 🔴 Zühur nəslinin övladları necə olacaq? 🌕 Əmirəl-möminin Əli (ə) zühur dövrünün dünyasını təsvir edərkən buyurur: “Tumurcuğu yarıb canı yaradan Allaha and olsun ki, o zaman insanlar şahlar kimi, rahatlıq və nemət içində yaşayacaqlar. Onlardan bir kişi dünyadan getməz, məgər onun nəslindən min oğul dünyaya gələr; onlar hər bir bidətdən, bəladan və dindən uzaqlaşmaqdan amanda olarlar; Allahın Kitabına və Onun Peyğəmbərinin sünnəsinə əməl edərlər. Həqiqətən, onların üzərindən bütün bəlalar və şübhələr aradan qalxmış olar.” Yəni İmam Zamanın (ə.f) hakimiyyəti dövründə dünyaya gələn nəsil elə bir mənəvi və ictimai mühitdə böyüyəcək ki, bidət, fitnə, azğınlıq və şübhələrin təsirindən uzaq olacaq; həyatlarını Quran və sünnə əsasında quracaqlar. Ərəb mətn: ...وَ الَّذِي فَلَقَ الْحَبَّةَ وَ بَرَأَ النَّسَمَةَ لَيَعِيشُ إِذْ ذَاكَ مُلُوكٌ نَاعِمِينَ وَ لاَ يَخْرُجُ الرَّجُلُ مِنْهُمْ مِنَ الدُّنْيَا حَتَّى يُولَدَ لِصُلْبِهِ أَلْفُ ذَكَرٍ آمِنِينَ مِنْ كُلِّ بِدْعَةٍ وَ آفَةٍ ... عَامِلِينَ بِكِتَابِ اللَّهِ وَ سُنَّةِ رَسُولِهِ قَدِ اضْمَحَلَّتْ عَنْهُمُ الْآفَاتُ وَ الشُّبُهَاتُ. 🌕 İmam Sadiq (ə) də bu barədə buyurur: “Mömin dünyadan getməz, məgər öz nəslindən min mömin, tövhid əhli və təqvalı oğul gördükdən sonra.” Ərəb mətn: قَالَ الصَّادِقُ عَلَيْهِ السَّلَامُ: ... يَخْرُجُ الْمُؤْمِنُ مِنَ الدُّنْيَا حَتَّى يَرَى مِنْ صُلْبِهِ أَلْفَ وَلَدٍ ذَكَرٍ مُؤْمِنٍ مُوَحِّدٍ تَقِيٍّ. Bu rəvayətlər zühur dövründə: - həyat şəraitinin geniş və rifahlı olacağını, - ailə və nəslin bərəkət tapacağını, - övladların sağlam etiqadla böyüyəcəyini, - bidət, fitnə və şübhələrin təsirinin minimuma enəcəyini ifadə edir. 📚 Mənbələr: - əl-Burhan fi Təfsiril-Quran, c. 3, s. 506 - Təfsir Nurus-Səqəleyn, c. 3, s. 139 - Təfsir əl-Əyyaşi, c. 2, s. 282 - əl-Hidayətül-Kübra, c. 1, s. 430 T.me/mahdavi_yyat

  • ⚫️ Ən fəzilətli intizar çəkənlər 🟢 Hamımız İmam Zamanın (ə) gəlişinin intizarında (gözləntisində) olmalıyıq; lakin həqiqi intizar çəkən elə bir kəsdir ki, xüsusi xüsusiyyətlərə sahibdir. 🔴 İmam Səccad (ə) buyurdu: إِنَّ أَهْلَ زَمَانِ غَیبَتِهِ الْقَائِلُونَ بِإِمَامَتِهِ الْمُنْتَظِرُونَ لِظُهُورِهِ أَفْضَلُ أَهْلِ کلِّ زَمَانٍ لِأَنَّ اللَّهَ تَعَالَی ذِکرُهُ أَعْطَاهُمْ مِنَ الْعُقُولِ وَ الْأَفْهَامِ وَ الْمَعْرِفَةِ مَا صَارَتْ بِهِ الْغَیبَةُ عِنْدَهُمْ بِمَنْزِلَةِ الْمُشَاهَدَةِ . 🔵 İmam Zamanın (ə) qeyb dövründə yaşayan möminlər ki, Həzrətin imamətinə qaildirlər (etiqad bəsləyirlər) və onun intizarını çəkirlər, insanların ən fəzilətlisidirlər; çünki Allah-Təala axırzaman şiələrinə və Həzrət Məhdinin (ə) intizarını çəkənlərə xüsusi bir fəhm və dərrakə əta etmişdir. Onlar Həzrəti görməsələr də, sanki onu aydın şəkildə müşahidə edən kəslər kimidirlər. 📚 Mənbə: Biharul-Ənvar, cild 52, səhifə 122. #İmam_Zaman T.me/mahdavi_yyat

  • 🔰 Rəhbər Seyyid Müctəbanın yeni bəyanatı. 🖇 Linkdəki kanala daxil olaraq tam mətni oxuya bilərsiz. https://t.me/Shia_teqvimi/2818

  • 🔰 Vəhşət namazı haqqında və qısa qaydası 🔰 Cənazə namazının qılınma qaydası 🔰 Cənazə namazını qılmaq üçün təharət (dəstəmaz, qüsl və s.) lazımdırmı? Cünub və ya heyzli şəxs cənazə namazı qıla bilərmi? 🔰 Cənazə namazına getmək üçün icazəsi olmayanlar üçün hekayə 🔰 Şəhid Rəhbər və şəhid ailəsinin tam adı. (Vəhşət namazı üçün) T.me/gundelik_ehkamlar