Şeyx Rabidən faydalar
СтатистикаBu kanal alləmə, mühəddis Cərh və Təadil bayraqdarı Şeyx Rabi Mədxalinin kəlamlarını ana dilimizə tərcümə edilərək paylaşmaq üçün açılmışdır. Şeyx 1931-ci ildə Cəzəndə anadan olmuş, 2025 cil ildə Mədinədə etmişdir. Admin: Samiq Mustafayev
- Последний пост
- 31 июл.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 60
- 1/48двое суток
- 68
- 1/72трое суток
- 74
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuh. Hörmətli izləyicilər! Sevindirici xəbərimiz var: Sünnəyə Dəvət saytı tamamilə yenilənmiş formada istifadəyə verilib. 📌 Ünvan dəyişməyib: https://www.sunneyedevet.com Sayt sıfırdan yenidən hazırlanıb və artıq: - 7/24 Canlı Audio dərs. - Daha sürətli və müasir dizayna malikdir; - Telefon, planşet və kompüterdə rahat istifadə olunur; - Güclü axtarış sistemi ilə istədiyiniz mövzunu asan tapmaq mümkündür; - Məqalələr, alimlər, səsli dərslər, videolar və suallar bölmələri daha nizamlı təqdim edilir; - Canlı dərslərə saytdan birbaşa qoşulmaq, sual vermək və qeydlər aparmaq mümkündür; - Namaz vaxtları və digər faydalı bölmələr əlavə edilib. Məqsədimiz dəyişməyib: Əhli Sünnə vəl-Cəmaatın elmini daha rahat, daha aydın və daha əlçatan şəkildə çatdırmaq. Allahdan bu işi xeyirli və bərəkətli etməsini diləyirik.
Allaha dəvət edən mömin müsəlman mütləq elə əziyyət və sıxıntılarla üzləşəcək ki, nə onları xəyalına gətirər, nə də başına gələcəyini gözləyər. 📚Şeyx Rabi Mədxali | Məcmu, 1/471 🪶Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
“Xainlərdən olma” Bir insanın sənə etibar edib (güvənib) malını, namusunu və ya hüquqlarından birini sənə əmanət etməsinə baxmayaraq, ona xəyanət etməyin necə də çirkindir! 📚Şeyx Rabi Mədxali | Məcmu, 1/227 🪶Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
“Əvvəllər insanlar məzhəblərə və alimlərə təəssübkeşlik edirdilər. İndi isə cahil, səfeh və günahkar kəslərə təəssübkeşlik edirlər.” 📚Şeyx Rabi Mədxali | Bəhcətul-Qari, səh. 81. 🪶Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
Channel photo updated
“Bədbəxtliyin əlamətlərindən biri” “Allah qorusun, bədbəxtliyin əlamətlərindən biri insanın günahlarda israr etməsi və onları davam etdirməsidir.” 📚Şeyx Rabi Mədxali | Məcmu, 2/191 🪶Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
[ Saqqal qırxmağın hökmü ] “Saqqalı qırxmaq haramdır və böyük günahlardandır. Peyğəmbər ﷺ buyurur: ‘Saqqalları uzadın (buraxın), bığları isə qısaldın.’” 📚Şeyx Rabi Mədxali | Məcmu, 15/462 🪶Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
[ Ən böyük silahımız ] Şeyx Rabi Mədxali (rahiməhullah) belə demişdir: Bizim Allahın düşmənlərinə qarşı ən böyük silahımız: səmimi (sadiq) iman, doğru tabeçilik (Peyğəmbərə ﷺ düzgün tabe olmaq), Allahın Kitabına və Rəsulunun ﷺ sünnəsinə düzgün şəkildə sarılmaqdır. 📚Səbilun Nəcat, səh. 11. ▪️Samiq Mustafayev ↗️http://T.me/rabimadxali
Hörmətli kanal üzvləri, Qurban bayramı münasibətilə hamınızı təbrik edirəm. Allah saleh əməllərinizi qəbul etsin. ✍Hörmətlə admininiz: Samiq Mustafayev
Şeyx Rabi Mədxali (Allah ona rəhm etsin) belə demişdir: Təqvalı, saleh və ixlaslı (səmimi) kimi tanınan hər bir müsəlman ruqyə edə bilər. Amma özünü xüsusi şəkildə ruqyəçi kimi təqdim edib insanlara elan edən, uzaq-yaxın yerlərdən kişilərin və qadınların onun yanına gəlməsinə səbəb olan bu cür fəaliyyət əsla doğru və şəriətə uyğun deyil. Muhəmməd (sallallahu aleyhi və səlləm) özünü bu şəkildə ortaya qoymamışdı; o, özünə ruqyə edərdi və insanlar ehtiyac duyanda başqalarına da ruqyə edərdi. 📚Əsilə Muhimmə həvlə Ruqyə və Ruqat, səh. 6 🪶Samiq Mustafayev ↗️http://T.me/rabimadxali
İnsanları bidət əhlinin tələlərindən (torlarından) xilas etmək ən fəzilətli cihaddır və qılıncla döyüşməkdən daha üstündür. 📚Şeyx Rabi Mədxali | Mərhəbən yə Talibəl İlm, 28 ✍🏻Samiq Mustafayev https://t.me/rabimadxali
Şeyx Rabi Mədxali (Allah ona rəhm etsin) belə demişdir: “İnsan ədəbdən məhrum olar, öz bildiyini edib təkəbbürə qapılar və özünə (nəfsinə) aldanarsa, bu, həlak yolunda gedəndir.” 📚Zəria, 3/65 ✍🏻Samiq Mustafayev https://t.me/rabimadxali
[ Hədis əhlinin sifətlərindən ] Şeyx Rabi Mədxali (Allah ona rəhm etsin) belə demişdir: “Bu, hədis əhlinin çox diqqət yetirdiyi və qoruduğu böyük bir sünnədir. Gecə ibadətində bir-birimizə dözümlü olaq: kim istəsə doqquz rükət qılsın, kim istəsə on bir rükət qılsın. Ən azı isə üç rükət qılsın, lakin onları uzun etsin, rükusu və səcdəsi ilə xüşu içində olsun və Allahı – Uca və Mübarək olanı – çox zikr etsin. Gecə-gündüz, xüsusilə gecə vaxtı Allahı çox zikr etsin. Necə ki, Uca Allah buyurur: “Və səhər vaxtlarında bağışlanma diləyirlər.” Allah (əzzə və cəllə) gecənin son hissəsində dünya səmasına enər və belə buyurar: “İstəyən varmı ki, ona verim? Dua edən varmı ki, duasına cavab verim? Bağışlanma diləyən varmı ki, onu bağışlayım?” 📚Şərh Əqidə Sələf Əshəbil Hədis, səh.434 ✍🏻Samiq Mustafayev https://t.me/rabimadxali
“Kim peyğəmbərlərin varisi olmaq istəyirsə, gərək Tövhidi (Uca və Mübarək olan Allahın birliyini) öyrənsin, şirkin növlərini dərk etsin ki, ondan çəkinsin və insanları da ondan çəkindirsin.” 📚Şeyx Rabi Mədxali | Mərhəbən yə Talibəl İlm, 120 ✍🏻Samiq Mustafayev https://t.me/rabimadxali
Mömin gərək ehtiyatlı olsun. Allah-taalaya qarşı gəlmək olmaz. Hətta kiçik günahlarda belə, ey qardaşım, Allahdan həya et.” 📚Şeyx Rabi Mədxali | Məcmu, 2/193 ✏️Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
Şeyx Rabi Mədxali (Allah ona rəhmət etsin) demişdir: “Əgər Allahın səni sevməsini istəyirsənsə, bu məqsədə çatmaq üçün ihsanı (yaxşılıq etməyi) vasitə et. Çünki Uca Allah buyurur: وأحسنوا إن الله يحب المحسنين ‘Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.’ 📚 əl-Məcmu, 4/9 ✏️Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
Şeyx Rabi Mədxali (Allah ona rəhm etsin) belə deyir: Allaha and olsun ki, Şeyx İbn Bəz özü özlüyündə bir məktəb idi. O elə bir əxlaqi məktəb idi ki, özü kimi bənzəri yox idi. 🎧 səsyazmadan ✏️Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
Şeyx Rabi Mədxali (Allah ona rəhm etsin) belə deyir: Salamı yaymaq, möminlər arasında sevginin var olmasının ən böyük səbəblərindəndir. 📒Əl-İbtihəc bi şərh Kitəb İmən min Sahih Muslim İbn Həccəc, səh. 25 ✏️Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
Şeyx Rabi Mədxali (Allah ona rəhmət etsin) belə demişdir: “Gənclərin düşüncələrini bu kor-koranə təəssübkeşliklə niyə məhv edirsiniz?! Heç vaxt insanlar Şafi və ya Malikə bu cür təəssüb göstəriblərmi? Bu cür təəssübkeşliyi biz yalnız rafizilərdən tanıyırıq — insanı peyğəmbərlər səviyyəsinə qaldırırlar!” 📕əl-Məcmu, 2/505 ✏️Samiq Mustafayev 🌐https://t.me/rabimadxali
Şeyx Rabi Mədxəli (Allah ona rəhm etsin) belə demişdir: Kim Allahın ﷻ zikrindən üz döndərərsə, dünya və axirətdə onu bədbəxtçilik, zəlillik, bəsirətsizlik, həlak və məhv olma gözləyir. 📖Əsbəbun Nasr, səh. 21 ✏️Samiq Mustafayev 🌐https://t.me/rabimadxali