Şeyx Muqbildən faydalar
СтатистикаBu kanal Yəmənin böyük mühəddisi şeyx Muqbil İbn Hədi Vədinin (Allah ona rəhmət etsin) kəlamlarını ana dilimizə tərcümə edilərək paylaşmaq üçün açılmışdır. Şeyx 1933-2001-ci illərdə yaşamışdır. Müvəffəqiyyət Allahdandır. Admin: Samiq Mustafayev
- Последний пост
- 3 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 86
- 1/48двое суток
- 98
- 1/72трое суток
- 106
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Həyası olan kimsə söyüş söyən və təhqir edən olmaz. O, çox susan olar və günahlardan çəkinər. 📚Şeyx Muqbil | Rihlə Dəaviyyə, 112 🖋Samiq Mustafayev ↗️http://T.me/sheyxmuqbil
Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuh. Hörmətli izləyicilər! Sevindirici xəbərimiz var: Sünnəyə Dəvət saytı tamamilə yenilənmiş formada istifadəyə verilib. 📌 Ünvan dəyişməyib: https://www.sunneyedevet.com Sayt sıfırdan yenidən hazırlanıb və artıq: - 7/24 Canlı Audio dərs. - Daha sürətli və müasir dizayna malikdir; - Telefon, planşet və kompüterdə rahat istifadə olunur; - Güclü axtarış sistemi ilə istədiyiniz mövzunu asan tapmaq mümkündür; - Məqalələr, alimlər, səsli dərslər, videolar və suallar bölmələri daha nizamlı təqdim edilir; - Canlı dərslərə saytdan birbaşa qoşulmaq, sual vermək və qeydlər aparmaq mümkündür; - Namaz vaxtları və digər faydalı bölmələr əlavə edilib. Məqsədimiz dəyişməyib: Əhli Sünnə vəl-Cəmaatın elmini daha rahat, daha aydın və daha əlçatan şəkildə çatdırmaq. Allahdan bu işi xeyirli və bərəkətli etməsini diləyirik.
Şeyx Muqbil (Allah ona rəhm eləsin) demişdir: “Elmlərin ən mühümü əqidəni öyrənməkdir.” 📚"İcabətus Səil", səh. 296 ✏️Samiq Mustafayev 💟http://T.me/sheyxmuqbil
🔸Elmin Ləzzətini Dadan Bilər “Elm necə də gözəldir! Allaha and olsun ki, nə hökmdarlıq, nə rəhbərlik, nə dünya malı, nə də ticarət elmlə müqayisə oluna bilər. Elmin şirinliyini dadan kəsin nə xoş halına, nə xoş halına!” 📚Şeyx Muqbil | Səməul Mubəşir, 24 🖋Samiq Mustafayev ↗️http://T.me/sheyxmuqbil
“İnsanlardan elələri var ki, elm əhlindən fətva soruşurlar. Əgər verilən fətva onların nəfsinin istəyinə uyğun gələrsə, onu qəbul edirlər. Yox, əgər uyğun gəlməzsə, ondan üz döndərirlər. Bu isə yəhudilərin sifətlərindən biridir.” 📚Şeyx Muqbil | Riyadul Cənnə, 17. 🪶Samiq Mustafayev 🌐http://T.me/sheyxmuqbil
Channel photo updated
Şeyx Muqbil (Allah ona rəhm etsin) belə demişdir: “Elm öyrənmək çətindir. Ondan daha çətini isə öyrəndiyin elmi qoruyub saxlamaqdır.” 📓 əl-İmam əl-Məi, səh. 254 🪶Samiq Mustafayev 🌐http://T.me/sheyxmuqbil
“Gözəl əxlaq və xoş rəftar bəzən min nəsihətdən daha təsirli və daha faydalı olur.” 🪶Şeyx Muqbil ↗️http://T.me/sheyxmuqbil
Allah sənə qəni-qəni rəhmət etsin Şeyx Muqbil (Allah ona rəhm etsin) belə demişdir: İnsanların hamısı elm tələb etmək və elm əldə etmək üçün səbir edə bilmir. Elm tələb etmək üçün ac qalmağa səbir etməlisən, yoxsulluğa və çətinliyə səbir etməlisən, insanların səni qınamasına və ya lağa qoymasına səbir etməlisən, əzbərləməyə səbir etməlisən, təkrara və mütaliəyə səbir etməlisən, həmçinin yoldaşlarının bəzi hallarına da səbir etməlisən. Yəhya ibn Əbi Kəsir demişdir: “Elm bədənin rahatlığı ilə əldə edilmir”. 📚 Qamul Muanid, 157 🪶Samiq Mustafayev 🌐http://T.me/sheyxmuqbil
Hörmətli kanal üzvləri, Qurban bayramı münasibətilə hamınızı təbrik edirəm. Allah saleh əməllərinizi qəbul etsin. ✍Hörmətlə admininiz: Samiq Mustafayev
Şeyx Muqbil (Allah ona rəhm etsin) belə demişdir: Qadınların çoxu elm tələb etməyə kömək etmir, əksinə ondan soyudur və həvəsi azaldır. Bəli, Peyğəmbər ﷺ buyurub: ‘Ailənizin də sizin üzərinizdə haqqı var. Elə isə hər haqq sahibinə haqqını verin.’ Ən xeyirli iş orta yoldur. Amma elmi tərk etmək olmaz…” 📚Əl-Məxrac minəl-Fitnə səh. 258 🪶Samiq Mustafayev ↗️ http://T.me/sheyxmuqbil
Şeyx Muqbil (Allah ona rəhm etsin) belə demişdir: Biz hətta torpaq yeməyə belə hazırıq, amma dinimizə və ölkəmizə xəyanət etmərik. 📚Əl-Bəis şərhul Həvədis, 57 🪶Samiq Mustafayev 🌐 http://T.me/sheyxmuqbil
Şeyx Muqbil (Allah ona rəhm etsin) belə demişdir: “Qadın səni elmi tərk etməyə çağıranda ona qulaq asma. Çünki Uca Allah buyurur: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَكُمْ فَاحْذَرُوهُمْ} .. الآية ﴿Ey iman gətirənlər! Həqiqətən, zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır, onlardan çəkinin﴾ [Təğabun, 14]. Peyğəmbər ﷺ belə buyurur: ‘Məndən sonra kişilər üçün qadınlardan daha zərərli bir fitnə qoymadım.’ 📚Əl-Məxrac minəl-Fitnə səh. 258 Ardı var … 🪶Samiq Mustafayev ↗️ http://T.me/sheyxmuqbil
Şeyx Muqbil (Allah ona rəhm etsin) demişdir: “Bilin ki, Allah məni və sizi müvəffəq etsin, izzətlə (şərəflə) olan kasıblıq, zillətlə olan zənginlikdən (var-dövlətdən) daha xeyirlidir.” 📚Əs-Suyuful Bətira, 261 ✍🏻Samiq Mustafayev http://T.me/sheyxmuqbil
Şeyx Muqbil (Allah ona rəhm etsin) demişdir: Peyğəmbərin (salallahu aleyhi səlləm) sünnəsi azğınlıqdan, həlakdan və sapmadan qoruyan olduğu kimi o, həmçinin sənin üçün izzət və şərəfdir, ey müsəlman. 📚Ğaratul Əşrita, 2/434. ✍🏻Samiq Mustafayev http://T.me/sheyxmuqbil
Elm necə də gözəldir! O, (elm) qızıldan, gümüşdən gözəldir, gözəl qadınlardan da gözəldir. Maldan daha da çox gözəldir. 📗Şeyx Muqbil | Səməul Mubəşir, 82 ✍🏻Samiq Mustafayev http://T.me/sheyxmuqbil
Şeyx Muqbil (Allah ona rəhm etsin) belə demişdir: “Özümə və hər birinizə tövsiyə etdiyim budur: insan özünü elmə həsr etsin. Dünya qayğılarının isə sonu yoxdur. Həyatın problemləri ilə məşğul olmaqdan çəkinin. Əgər biz onlarla məşğul olsaq, elm tələb etməyə vaxt tapa bilmərik.” 📗Əl-Bəşəir, səh. 21 ✍️Samiq Mustafayev http://T.me/sheyxmuqbil
❓Sual: Ramazan ayında vəfat edən şəxsin fəzilətinə və vəfat edənin yaxşı əməl sahibi olmasına dəlalət edən dəlil varmı? ✅Şeyx Muqbil Cavab: Bu barədə rəvayət gəlmişdir, lakin səhih deyil. 📕Fadaih və Nəsaih, səh. 76. 🪶Samiq Mustafayev http://T.me/sheyxmuqbil
🔖 Müsəlman qadına tövsiyə olunan kitablar Şeyx Muqbil Vadi (Allah ona rəhmət etsin) demişdir: “Mən tövsiyə etdiyim kitablar məsələn bunlardır: ● Riyazus-Salihin ● Fəthul-Məcid – Kitabut-Tövhidin şərhi ● Əl-Luluu vəl-Mərcan- iki Şeyxin (Buxari və Müslimin) ittifaq etdiyi hədislər ● Buluğul-Məram- Əhkam hədisləri Bu tövsiyələr oxuyub-yaza bilən, lakin elmə yeni başlayan qadın üçündür. Amma özünü araşdırma və elmi tədqiqat üçün hazırlayan qadına gəldikdə isə, bacardığı qədər geniş bir kitabxanasının olması lazımdır. Həmd olsun Allaha. 📽 “Məscidul-İman”da qadınlara nəsihət adlı səs yazısından. 🪶Samiq Mustafayev 🌐http://T.me/sheyxmuqbil
Şeyx Muqbil belə demişdir: Milad (yeni il) bayramlarında iştirak etmək icazəli deyil. Uca Allah buyurur: وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ Onlar yalana* şahidlik etməzlər. Furqan, 72 📕Tuhfətul Mucib, 66 Qeyd: Bəzi alimlər bu ayəni "onların (kafirlərin) bayram və şənliklərində iştirak etməzlər" kimi təfsir etmişlər. 🪶Samiq Mustafayev 🌐http://T.me/sheyxmuqbil