Şeyx Albanidən faydalar
СтатистикаBu kanal böyük alim alləmə mühəddis şeyx Muhəmməd Nəsruddin Albaninin (Allah ona rəhmət etsin) kəlamlarını ana dilimizə tərcümə edilərək paylaşmaq üçün açılmışdır. Şeyx 1913-1999-cu illərdə yaşayıb. Müvəffəqiyyət Allahdandır. Admin: Samiq Mustafayev
- Последний пост
- 31 июл.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 117
- 1/48двое суток
- 134
- 1/72трое суток
- 144
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuh. Hörmətli izləyicilər! Sevindirici xəbərimiz var: Sünnəyə Dəvət saytı tamamilə yenilənmiş formada istifadəyə verilib. 📌 Ünvan dəyişməyib: https://www.sunneyedevet.com Sayt sıfırdan yenidən hazırlanıb və artıq: - 7/24 Canlı Audio dərs. - Daha sürətli və müasir dizayna malikdir; - Telefon, planşet və kompüterdə rahat istifadə olunur; - Güclü axtarış sistemi ilə istədiyiniz mövzunu asan tapmaq mümkündür; - Məqalələr, alimlər, səsli dərslər, videolar və suallar bölmələri daha nizamlı təqdim edilir; - Canlı dərslərə saytdan birbaşa qoşulmaq, sual vermək və qeydlər aparmaq mümkündür; - Namaz vaxtları və digər faydalı bölmələr əlavə edilib. Məqsədimiz dəyişməyib: Əhli Sünnə vəl-Cəmaatın elmini daha rahat, daha aydın və daha əlçatan şəkildə çatdırmaq. Allahdan bu işi xeyirli və bərəkətli etməsini diləyirik.
Sual: Mən alüminium işi ilə məşğulam. Faizlə işləyən bir banka qapı hazırlamağım istənildi. Bu, caizdirmi? 🎙 Şeyx Albani (Allah ona rəhmət etsin) cavab verdi: “Xeyr, caiz deyildir.” 🎧Silsilə Hudə vən Nur, 342 🪶Samiq Mustafayev 💟http://T.me/seyxalbani
Şeyx Albani (Allah ona rəhm etsin) demişdir: “Həqiqətən Nuh (ona Allahın salamı olsun) doqquz yüz əlli il (950) yalnız tövhidə dəvət etmişdir. Tövhid də sələfilərin ən əsas məşğuliyyəti və ən böyük qayğısıdır. Bəs necə olur ki, bir çox islami dəvətçilər bu məsələdə xəta edərək elə bir səviyyəyə enirlər ki, sələfilərin bu işini belə onlara irad tuturlar?!” 📚Həyət Əlbəni, səh. 380 🪶Samiq Mustafayev 💟http://T.me/seyxalbani
Channel photo updated
Şeyx Albani (Allah ona rəhm etsin) belə demişdir: “Biz insanların qəlblərini dəvət etdiyimiz haqqa yönəltmək və hidayət etmək vəzifəsi ilə mükəlləf edilməmişik. Biz yalnız dəvət etməklə mükəlləfik.” 📚Silsilə Hudə vən Nur, 730 🪶Samiq Mustafayev 💟http://T.me/seyxalbani
Bəzi sələfilik iddia edənlər kimi “Mənhəc (doğru yol) iddiaçıları çoxdur, lakin onun üzərində (xüsusən fitnələr zamanı) sabit qalanlar azdır.” 📚Şeyx Albani | Əqidətu Əvvələn, 1/17 🪶Samiq Mustafayev 🌐http://T.me/seyxalbani
без подписи
Hörmətli kanal üzvləri, Qurban bayramı münasibətilə hamınızı təbrik edirəm. Allah saleh əməllərinizi qəbul etsin. ✍Hörmətlə admininiz: Samiq Mustafayev
Şeyx Albani (Allah ona rəhm etsin) belə demişdir: “Bu gün bir çox qadın fərqinə varmadan kişiləşib (kişi kimi davranmağa başlayıb). Bu isə xüsusilə ata-ananın pis tərbiyəsi, cəmiyyətin, tədris proqramlarının pozulması səbəbindəndir. Peyğəmbər ﷺ belə buyurmuşdur: ‘Allah kişiyə bənzəməyə çalışan qadınlara lənət etsin.’” 🎧 Səsyazmadan 🪶Samiq Mustafayev ↗️http://T.me/seyxalbani
Şeyx Albani (Allah ona rəhm etsin) belə demişdir: “Ey müsəlmanlar! Siz dininizə qayıtmadıqca, Uca Allah bu zəlilliyi (alçaldılmanı) qaldırmayacaq. Dinə qayıtmaq isə o deməkdir ki: onu düzgün şəkildə fəhm etməyə (anlamağa) qayıtmaq- Kitab (Quran), Sünnə və saleh sələfin yolu üzrə doğru fəhmlə (anlayışla) sonra isə düzgün fəhm etdiyimiz (anladığımız) bu dinlə əməl etməkdir.” 📚Cəmiu Turas, 10/70 ✍🏻Samiq Mustafayev http://T.me/seyxalbani
[ ‘Sən və malın atanındır’ hədisinin mənası ] Şeyx Albani (Allah ona rəhm etsin) demişdir: ‘Sən və malın atanındır’ kimi məşhur olan hədis mütləq (şərtsiz) mənada başa düşülməməlidir. Yəni ata istədiyi kimi övladının malından götürə bilər- belə deyil. Əksinə, o yalnız ehtiyacı qədər götürə bilər. Silsilə Səhihə, 2564. ✍🏻Samiq Mustafayev http://T.me/seyxalbani
Şeyx Albani (Allah ona rəhm etsin) belə demişdir: Haqq onsuz da ağırdır. Elə isə onu pis əxlaqınızla daha da ağırlaşdırmayın. 📗Silsilə Hudə vən Nur, 900 ✍🏻Samiq Mustafayev http://T.me/seyxalbani
Allaha doğru gedən yol, uzundur… Biz o yolda tısbağa kimi yavaş-yavaş irəliləyirik. Məqsəd yolun sonuna çatmaq deyil, əsl məqsəd bu yolda ikən can verməkdir (ölməkdir)… 🪶Şeyx Albani Tərcümə: Samiq Mustafayev ↗️ http://T.me/seyxalbani
без подписи
Şeyx Albani (Allah ona rəhmət etsin) demişdir: Ən çox qorxduğumuz şey budur ki, şəkillər adi müsəlmanların yanında- hətta sələfilər arasında belə- mübah (icazəli) bir şeyə çevrilsin.” 📖Silsilə Huda vən Nur, 393 🪶Samiq Mustafayev 🌐http://T.me/seyxalbani
Şeyx Albani (Allah ona rəhmət etsin) belə demişdir: Əsas məsələ ibadətin çoxluğu deyil; əsas olan onun (ibadətin) Sünnəyə uyğun olması və bidətdən uzaq qalmasıdır. Buna İbn Məsud (Allah ondan razı olsun) da işarə edərək belə demişdir: “Sünnəyə uyğun az əməl, bidət üzərində edilən çox çalışmaqdan daha xeyirlidir.” 📚 Silsilə Səhihə, 5/14 🪶Samiq Mustafayev 🌐http://T.me/seyxalbani
❌Təbliğ Camaatı Şeyx Albani (Allah ona rəhmət etsin) demişdir: Təbliğ camaatı (dəvəti) müasir bir sufi hərəkatıdır; Allahın Kitabına (Qurana) və Onun Elçisinin ﷺ sünnəsinə əsaslanmır. 📒Fətava İmərat, 73 🪶Samiq Mustafayev 🌐http://T.me/seyxalbani
❓ Sual: Qadının kişilər eşidə-eşidə sosial şəbəkələrdə və.s Quran oxumasının hökmü nədir? ✔️ Şeyx Albani: Qadının səsinin övrət (utanılan bir şey) olub olmaması alimlər arasında ixtilaflı məsələdir. Doğru olan odur ki, qadının təbii səsi övrət (utanılan bir şey) deyil. Amma Quran oxumaq fərqlidir, ona görə də icazəli deyil, yalnız birbaşa qadın müəllimə oxumağı müstəsnadır. 🎤Səsyazmadan Qadının sosial şəbəkələrdə və ya başqa şəkildə Quran oxuyub paylaşması icazəli deyil, haramdır. Qeyd: Əgər sosial şəbəkələrdə Quran oxuması icazəli deyilsə, bəs niqabla və ya hicabla canlı yayım açanların halı necə olsun?! 🌐http://T.me/seyxalbani
Şeyx Albani (Allah ona rəhm etsin) belə demişdir: Qadınların hamısının evlənmək üçün elm tələb edən kişilərə üstünlük vermələri lazımdır. Silsilə Hudə vən Nur, 345 🪶Samiq Mustafayev http://T.me/seyxalbani
Şeyx Albani (Allah ona rəhm etsin) belə demişdir: “Əgər birimiz hiss edərsə ki, onun dəvəti, dəvət etdiyi insanların qəlblərinə çatmır, qoy özünü ittiham etsin (günahlandırsın); bu, başqalarını ittiham etməkdən daha xeyirlidir.” Silsilətul-Huda vən-Nur, 730 ✏️Samiq Mustafayev 💟 http://T.me/seyxalbani