Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
СтатистикаAzərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi teleqram kanalı
- Последний пост
- 7 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 423
- 1/48двое суток
- 484
- 1/72трое суток
- 522
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə təşkilatçılığı çərçivəsində “Azərbaycanın Enerji İnfrastrukturu üzrə Kibertəhlükəsizlik Hadisələrinə Cavab və Strateji Qərarvermə” mövzusunda yüksəksəviyyəli simulyasiya təlimi keçirilib. Təlimdə dövlət qurumlarının, enerji sektorunda fəaliyyət göstərən müəssisələrin və kritik informasiya infrastrukturu subyektlərinin sahə üzrə rəhbər vəzifəli nümayəndələri iştirak ediblər. Ətraflı: https://scis.gov.az/az/news/view/370
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində İyul ayı üzrə 31.07.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “Rəqəmsal dünyada hüquqi savadlılıq” mövzusuna həsr olunur. Vebinarda müəllif hüquqları və rəqəmsal kontentin qanunvericiliyə uyğun istifadəsi, rəqəmsal platformalarda istifadəçilərin hüquq və öhdəlikləri, onlayn davranış qaydaları və hüquqi məsuliyyət mövzuları barədə ətraflı məlumat veriləcək. Məruzəçi: Elgin Abdullayev - XRİTDX-nin şöbə rəisi Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2026-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib https://scis.gov.az/az/news/view/369
Narkomanlığın insan sağlamlığına, cəmiyyətə və hərbi xidmət mühitinə zərəri Narkomanlıq müasir dövrdə yalnız fərdi sağlamlıq problemi deyil, həm də ictimai təhlükəsizlik, ailə sabitliyi, əmək qabiliyyəti, mənəvi dəyərlər və milli təhlükəsizlik baxımından ciddi risk yaradan sosial bəladır. Bu sahədə mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” bu istiqamətdə maarifləndirmə, profilaktika, müalicə, reabilitasiya və hüquqi bazanın təkmilləşdirilməsini kompleks şəkildə nəzərdə tutur. Dövlət Proqramında insanların sağlamlığının, rifahının, milli-mənəvi dəyərlərin, vətənpərvər və sağlam gəncliyin qorunması ümumdövlət vəzifəsi kimi göstərilmişdir. Ətraflı: https://scis.gov.az/az/news/view/368
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
XRİTDX kiberpoliqonda praktiki məşğələ keçirib 25 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı, NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm” proqramının dəstəyi ilə Bakı Ali Neft Məktəbində yerləşən XRİTDX-nin “İnformasiya Təhlükəsizliyi Testləri” Laboratoriyasında “Kiberpoliqonda praktiki məşğələ” (Cyber Range Hands-On Exercise) adlı praktiki təlim keçirilib. Təlimdə iştirak üçün ölkənin enerji sektorunu təmsil edən 13 qurum və təşkilatdan ümumilikdə 18 iştirakçı seçilmişdir. Ətraflı: https://scis.gov.az/az/news/view/367
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində iyun ayı üzrə 25.06.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “Qurumdaxili İnformasiya Təhlükəsizliyi Siyasətlərinin İdarə edilməsi” mövzusuna həsr olunur. Məruzəçi: Zöhrə Şıxıyeva - TƏBİB tərkibində Rəqəmsal Tibbi Həllər, İnformasiya təhlükəsizliyinin idarəedilməsi şöbəsinin müdiri Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar
https://t.me/certgovaz/571
"Meta"-nın süni intellekt əsaslı dəstək sistemində aşkarlanan boşluq Sİ həllərinin təhlükəsizlik auditinin vacibliyini bir daha nümayiş etdirir “Meta” şirkətinin “Instagram” platformasında istifadəçilərə hesablarla bağlı məsələlərdə yardım göstərmək üçün tətbiq etdiyi süni intellekt (Sİ) əsaslı dəstək xidmətində təhlükəsizlik boşluğu aşkarlanıb. Araşdırmada bildirilir ki, hücumçular Sİ dəstək botunun funksionallığındakı zəiflikdən istifadə edərək bir sıra yüksək profilli Instagram hesablarını ələ keçirə biliblər. Süni intellekt texnologiyalarının kritik informasiya sistemlərinə və istifadəçi hesablarının idarə edilməsinə inteqrasiyası yeni imkanlar yaratmaqla yanaşı, kibertəhlükəsizlik baxımından əlavə risklər də formalaşdırır. Baş verən hadisə bu risklərin real xarakter daşıdığını göstərən növbəti nümunədir. Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarında (qurumlarında) süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirmək, o cümlədən dövlət orqanlarında (qurumlarında) süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək üzrə səlahiyyətli orqan müəyyən edilmişdir. Bu baxımdan dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiq olunan süni intellekt həllərinin təhlükəsizlik baxımından qiymətləndirilməsi, mütəmadi auditlərdən keçirilməsi və davamlı nəzarət mexanizmləri ilə müşayiət olunması xüsusi əhəmiyyət kəsb edir. Ətraflı: https://scis.gov.az/az/news/view/365
XRİTDX ali təhsil müəssisələrində ustad dərsləri keçirib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Biznes Universiteti (BBU) və Odlar Yurdu Universitetinin (ODY) tələbələri üçün bilik və bacarıqlarının artırılması məqsədilə “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiqlər” mövzusunda ustad dərsləri təşkil olunub. Təlimlər sahə üzrə gələcək mütəxəssisləri rəqəmsal ekspertiza sahəsinin əsas prinsipləri, tətbiq istiqamətləri və müasir yanaşmaları ilə tanış etmək məqsədilə keçirilib. Ətraflı: https://scis.gov.az/az/news/view/364
“Rəqəmsal kölgə” – Kibercinayətkarların təhlükəli planları
ÖVLADLARIMIZI KİBERTƏHLÜKƏLƏRDƏN QORUYAQ!
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində May ayı üzrə 29.05.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “DevSecOps Mədəniyyəti” mövzusuna həsr olunur. Vebinarda DevSecOps yanaşmasının təşkilati mühitdə tətbiqi, təhlükəsiz proqram təminatı hazırlanması prinsipləri, təhlükəsizlik nəzarətlərinin CI/CD proseslərinə inteqrasiyası, minimal səlahiyyət prinsipinin tətbiqi, eləcə də təhlükəsiz konteyner və kitabxana idarəçiliyi üzrə yanaşmalar müzakirə ediləcək. Məruzəçi: Amin Bünyatov - ABB, Kiber hücumların simulyasiya üzrə qrup rəhbəri Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar
https://www.youtube.com/watch?v=WOnXjB5Sv6M
видео или голосовое, без подписи
XRİTDX WUF13-də kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) xüsusi stendlə təmsil olunur. Forum iştirakçıları stenddə ağıllı və rəqəmsallaşan şəhərlərdə kibertəhlükəsizliyin urban dayanıqlılığın təmin edilməsində oynadığı mühüm rolu əks etdirən təqdimatlar və interaktiv simulyasiyalarla tanış olurlar. Nümayiş etdirilən həllər rəqəmsal texnologiyaların şəhər həyatının bütün sahələrinə inteqrasiyası fonunda informasiya sistemlərinin təhlükəsizliyinin strateji əhəmiyyətini ön plana çıxarır. Ətraflı: https://scis.gov.az/az/news/view/363
видео или голосовое, без подписи
XRİTDX “CyberCon26” Beynəlxalq Konfransında təmsil olunub Avstriyanın Vyana şəhərində yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən “Nüvə Dünyasında Kompüter Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans – CyberCon26” keçirilib. Konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Günay Əbdiyeva-Əliyeva “Nüvə obyektlərində proaktiv təhdid aşkarlanması üçün süni intellekt əsaslı kibertəhlükəsizlik və rəqəmsal ekspertiza çərçivəsi” və “Nüvə obyektlərində qabaqcıl davamlı təhdidlərin (APT), daxili təhdidlərin və ICS zəifliklərinin süni intellekt əsaslı aşkarlanması və qarşısının alınması” mövzularında təqdimatlarla çıxış edib. Ətraflı: https://scis.gov.az/az/news/view/362
XRİTDX-də Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlər keçirilib Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən bir sıra tədbirlər təşkil olunmuşdur. XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət etmiş, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmişlər. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulmuşdur. Ətraflı: https://scis.gov.az/az/news/view/361