tgindex
Şeirlər aləmi🎶📝

Şeirlər aləmi🎶📝

Статистика

Məcnuna lağ etməzdin, Leyla sənin olsaydı... Dünyanı dağıtmışdın, dünya sənin olsaydı...🖤)

Последний пост
15 авг.
Последнее чтение
14 авг.
Постов за неделю
5
Всего постов
47
Тип
открытый
Язык
az
Категория
Видео (по похожим)
В каталоге с
13 авг.
Подписчики
19 685
−49 за 4 дн.
Сутки
−8
−0,04%
Неделя
 
Месяц
 
Просмотров на пост
498
40 постов
Вовлечённость
2,5%
к подписчикам
Постов в день
0,7
всего 47
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
191
1/48двое суток
218
1/72трое суток
236

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • Mənsiz qalacaqdır bu dünya bir gün, Kiminsə gözünə yaş gələcəkdir, Mənsiz qalacaqdır bu dünya bir gün, Bir daş qəmli-qəmli dikələcəkdir. Dodaqdan gülüştək silinər adım, Ömür-sonu gələn keçilən yoldur, Dünya gəlişimdən xəbər tutmadı, Bəlkə gedişim də xəbərsiz oldu. Köçüb gedəcəyəm günün birində, Hicran göyərəcək yerimdə mənim. Kimlərinsə gizli cib dəftərində Öləcək telefon nömrəm də mənim. Qara çərçivədən baxacaq şəklim, Donuq gözlərimdə daldalanar qəm. Sinəmdə duyğutək yatar əllərim, Oyadıb son şeri yaza bilmərəm. Qara daş doğular, soyuq, mən adda; Bir qadın hıçqırıb saçını yolar. Ayrılıb gedərəm tabutum altda Dörd çiyin görüşər, dörd ürək vurar... Mənim çarpayımda süküt uyuyar, Artar bir sakini qəbristanın da. Bir çiçək kökünü sinəmə qoyar, Rəngi ləçəklərə keçər qanın da. Gəlib bu çiçəyi dərənim olmaz, Bahar göyərdəcək, Qış solduracaq. Kiçik bir təpədə çiçəklər hər yaz Yorulmuş çiynində qəm qaldıracaq. Köçüb gedəcəyəm dünyadan bir gün, Bəlkə yüz il sonra, Bəlkə də sabah. Bəlkə bir qu kimi çırğınıb bu gün Nəğmə oxuyuram ölümdən qabaq... ✍🏻 Nüsrət Kəsəmənli https://t.me/seiralemii

  • без подписи

  • Xəyal gah dağdadır, gah da aranda, Gah göyə yüksəlir, gah enir insan. Otaqda bir saat tək oturanda, Yüz ilin dərdiylə yüklənir insan. Elə bil divarlar gəlir üstünə, Qulağın səslənir, qəlbin döyünür. Alışıb yanırsan sən öz tüstünə, Nidalar gözündə suala dönür. İnsanı tez yorar düşüncələr də, Verib nəfəsini dərd udar insan. Özündən başqası olmayan yerdə, İnsan olduğunu unudar insan... Bir günəş bəs edər, pərişan olma, Sənin yüz Kür qədər göz yaşın olsa. Min dərd hücum etsə, könül, sıxılma, Bir nəfər dərd bilən sirdaşın olsa. Dünyaya gəlmədik biz əbəs yerə, İnsanıq, insan da bizə gərəkdir. Bağatək qınına çəkilənlərə Ürək nə gərəkdir, dil nə gərəkdir. Çay çaya qovuşmaz sular daşmasa, Ulduzun ulduzla ünsiyyəti var. Göydə buludlar da qoşalaşmasa Nə ildırım çaxar, nə yağış yağar... Yol tapa bilərmi saz ürəklərə, Mizrab asta-asta telə dəyməsə? Çıxarmı qönçədən tək bircə kərə, Bülbülün nəfəsi gülə dəyməsə? Öz el-obasını tərk etdiyindən, Tək-tənha dolanır bayquş bu gün də. Kolların dibində tək bitdiyindən, Boynu bükük olur bənövşənin də. Od vurmasa, qabda su daşa bilməz, Quş da tək qanadla dağ aşa bilməz. Kösöyün ikisi çöldə də yanar, Biri ocaqda da alışa bilməz. Qəlbimdə min sözüm, min söhbətim var, Mən deyim, siz deyin, dil yorulmasın. Yığılın, yığılın başıma, dostlar, Mənim bir günüm də sizsiz olmasın. Dostların qəlbidir yurdum, məskənim, Ürəkdə bir nisgil gərək olmasın. Sağlığım bir yana, a dostlar, mənim; Soyuq məzarım da heç tək olmasın! ✍🏻 Bəxtiyar Vahabzadə - Təklik https://t.me/seiralemii

  • “Sənsiz” şeiri Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eyləyən vəslinə and içdim inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk? Bilirəm sən də dedin: “Yox yarə hacət sənsiz” Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz bir heçəm, afət, sənsiz! Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox, Nə də bir qaçmağa var məndə cəsarət sənsiz! Müəllif: Nizami Gəncəvi

  • “Anam öldümü?” Nə tez əllərini üzdün dünyadan, Balanı tək qoyub hara getdin sən? Necə yox olurmuş bir anda insan, Elə bil dünyada heç yox imişsən. Günəş qürub etdi… otaq qaraldı, Bir anda yox oldun sən xəyal kimi. İndi düşünürəm: Səndən nə qaldı, Könlümdə xatirən qara xal kimi. Məni boya-başa yetirdin, ana Bizə borclu bildik hər zaman səni. Sən məni dünyaya gətirdin, ana, Mənsə yola saldım dünyadan səni. Sən mənə beşikdə laylay çalmısan Bu gün laylay çalım sənə məndəmi? Sənin şirin-şirin laylalarını Mən sənə qaytarım cənazəndəmi? «Yuxun şirin olsun» — deyərdin mənə, «Yuxun şirin olsun» — deyimmi sənə? Gərək mən başına dönəm-dolanım, Məni həyat üçün yatıran anam, Söylə ölümçün Necə yatırım Səni mən bu gün? Bu necə dünyadır, anlamıram mən, Cilvəsi cürbəcür, rəngi cürbəcür Dünən nəfəsiylə səni isidən Bu gün buza dönüb, daşa dönübdür. Bu necə dünyadır, İnsan oğlunun Xəyalı göydədir, özü yerdədir, Sağ ikən çiynində həyatın yükü, Öləndə cəsədi çiyinlərdədir… Bu necə dünyadır, bu necə dünya, Ölümü həqiqət, həyatı röya. Dərdimin, qəmimin səndin ortağı, . Niyə üz döndərdin, bəs niyə məndən? «Dərdin mənə gəlsin!» — deyərdin axı, Niyə dərd caladın dərdimə bəs sən?.. Anam, heç kəs səni incitməmişdir, Mən səni, mən səni incidən qədər. İndi kimə açım dərdimi bir-bir, Kim mənim dərdimə yanar sən qədər?... Müəllif: Bəxtiyar Vahabzadə

  • 9 авг.387142

    “Səndən Sonra..” Özünlə aparmısan Günlərimin rəngini. Kədər mənə bənzəyir, Qəm kövrəlib sən kimi. İndi başa düşmüşəm, Sənsiz hər şeyim hədər; Səndən sonra heç kəsi Sevmədim sənin qədər. Sevgi dolu baxışlar Şəklindən baxır mənə, Dönəcəksən bilirəm Sən əvvəl-axır mənə. Mən elə bilirdim ki, Hər şey soyuyub gedər, -Səndən sonra heç kəsi Sevmədim sənin qədər. İçimdə tufan kimi Çağlayır xatirələr, Göz yaşlarım qurumur, Ağlayır xatirələr. Mən kədərdən doymuşam, Məndən doymayır kədər, Səndən sonra heç kəsi Sevmədim sənin qədər. O qədor yaxın ikən, Bu qədər uzaq olduq. Yorulduqmu sevgidən Biz yarı yolda qaldıq. Mən əzablar içində, Sən özün məndən betər. Sən özün də heç kəsi Sevmədin mənim qədər… Müəllif: Nüsrət Kəsəmənli

  • 8 авг.412166

    “Saf Sevgi” Durub gözlərinə baxmaq istərəm, O dərin baxışlar ruhumu alır. Dəniz gözlərində batmaq istərəm, Hər baxış qəlbimə dərin iz salır. O saf təbəssümün dünyaya dəyər, Günəş gülüşündən sanki nur alır. Lalələr, nərgizlər sənə baş əyər, Almaslar qarşında kölgə tək qalır. Bütün musiqilər səsinlə susur, Sən sussan sevgimiz nəfəssiz qalır. Səsinlə bu ruhum tapır bir hüzur, Hüzursuz həyatdan kim ləzzət alır? Nə yaxşı qarşıma çıxmısan gülüm, Səni hər görəndə, dərdim azalır. Hava tək ömrümə axmısan gülüm, Qəlbim saf sevginlə bil qidalanır. Müəllif: Elvin Elxanoğlu https://t.me/seiralemii

  • 7 авг.465106

    “Yarı məndə, yarı səndə” şeiri İkimizdə bir ürək var. Yarı məndə, yarı səndə. Sevgi adlı bir ağacıq, Budaq məndə, narı səndə. Çiçək ətri gül üzündə, Min məna var hər sözündə. Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə. Bir ovçuyam, günüm ovda Qaçhaqaçda, qovhaqovda, Eşqimiz bir şirin sevda Pətək səndə, balı məndə… Müəllif: Nüsrət Kəsəmənli

  • 6 авг.533127

    ❤️“Eşq!”❤️ Gecə xəyalıyla yatıb hər səhər Görmək ümüdüylə oyanmaqdı eşq. Həyata baxmaqdı nağıllar kimi Min bir möcüzəyə inanmaqdı eşq❤️ Onu hər görəndə dolaşdıqca dil Susur o danışsa dünya elə bil Nə sarılmaq deyil, nə öpmək deyil Əlini tutmağa utanmaqdı eşq❤️ Hər şeydə biraz o, düşünür adam Havada ayrı tam, suda ayrı tam Həyat gözlərində dəyişir tamam Elə bil yenidən yaranmaqdı eşq❤️ Ovcunun içinə həyat yerləşir Sıxırsan buludu, ayı, günəşi Yerdə nə baş verir? nəbilim əşi Göylərin üstündə dolanmaqdı eşq❤️ O qədər yıxılıb qaçan, tələsən Yerində bərk dayan, deyim biləsən Hər şey məhv olacaq biraz büdrəsən İncə ip üstündə dayanmaqdı eşq❤️ Şirin nağıllara inanmaqdı eşq... Müəllif: Maga Kərimli https://t.me/seiralemii

  • 5 авг.551124

    “Sənin gülüşlərin” şeiri Qarşımda nazlanıb yеnə gülürsən, Bilsən gülüşlərin nəyə bənzəyir? Mən dеsəm artıqdır, özün bilirsən, Lalə yarpağında şеhə bənzəyir. Sənin gülüşlərin bir ruzgar kimi Əsərkən arzumun gülü açılır. Gülsə dodaqların ulduzlar kimi Ruhuma bir sərin işıq saçılır. Söylə, gözəllərin dodaqlarından, Bu oynaq gülüşlər umulmuşmudur? Sənin hər qəhqəhən ay kənarından Kеçən buludmudur, uçan quşmudur? Sənin gülüşlərin yaz səhərindən Hissimə, fikrimə sanki rəng alır. Gül ki, şеirlərim gülüşlərindən Qırılmaq bilməyən bir ahəng alır. Müəllif: Mikayıl Müşfiq https://t.me/seiralemii

  • 4 авг.550154

    без подписи

  • 3 авг.6211611

    Sən mənim ən əziz sirrim, istəyim, Sən mənim ən acı həqiqətimsən. İtmiş gəncliyimdən soraq gətirən Sən mənim sonuncu məhəbbətimsən. Yaş o yaş deyil ki, yolunu kəsim, Yaş o yaş deyil ki, açım qəlbimi. Təzədən başlayım, danışım, küsüm On yeddi yaşında cavanlar kimi. Yaş o yaş deyil ki, səni izləyim, Özümü odlara toxuyum yenə. Durub saatlarla vədə gözləyim, Görənlər, bilənlər nə deyər mənə. Səni hər görəndə çaşıram düzü, Hamı mənə baxıb gülür elə bil. Dilimi dişləyib demirəm sözü – Yaş o yaş deyil ki… heyif ki, deyil... ✍🏻 Fikrət Qoca

  • 2 авг.648109

    Ayrılıq... Xəzan gəldi, köçüb getdi ilk bahar, Bilməm hara uçub getdi durnalar, Mən bilməzdim bu dünyada həsrət var, Səndən qalan xatirədir ayrılıq. Bəlkə bir də yaz olacaq, bilmirəm, Bir ayrılıq az olacaq, bilmirəm.. Məndən sənə nə qalacaq bilmirəm.. Səndən qalan xatirədir ayrılıq. Səni sevdim, düşdüm necə dərdə mən.. Mən bilmirəm dözüm necə dərdə mən? Tək qalmışıq bir ayrılıq bir də mən. Səndən qalan xatirədir ayrılıq. Bəlkə bir də yaz olacaq, bilmirəm.. Bir ayrılıq az olacaq, bilmirəm.. Məndən sənə nə qalacaq bilmirəm.. Səndən qalan xatirədir ayrılıq. Baba Vəziroğlu https://t.me/seiralemii

  • без подписи

  • Yenidən | Bəxtiyar Vahabzadə Bu şirin sevdaya düşəndən bəri Neçə yol ayrıldıq bir-birimizdən. Ayrılıq günləri, hicran günləri Uzandı… Ömrünə ömr aldı bizdən. Biz ki, öyrənmişik hicrana artıq. Cövrü yadda qalır, qəm unudulur. Sevən könüllərçün, gülüm, uzaqlıq Ən böyük, ən gözəl yaxınlıq olur. Yağış dayandımı? Qalın buluddan Sıyrılıb yenidən təzə gün doğur. Hər uzun ayrılıq, hər qısa hicran Səni mənim üçün təzədən doğur. Həsrət, ürəyimdə qaladan möhkəm, Hicran çöplərindən bir yuva qurmuş. Sənin yanında da sənə həsrətəm, Həsrət ayrılıqdan uzun olurmuş. Görüş qışdan sonra gələn bahardır, Ayrılıq, görüşlə bitir… tez olur. Eh! Ona nə var ki, müddəti vardır, Həsrətsə ölçüsüz, müddətsiz olur. Bil yaman gündə də, yaxşı gündə də, İstərəm qovuşam, mən yetəm sənə. Gözüm gözlərinə dikiləndə də Həsrətəm, həsrətəm, həsrətəm sənə! https://t.me/seiralemii

  • без подписи

  • Bilirsən mən əvvəl yağış olmuşam? Səmadan tökülüb ürəyim yerə Sən o gün ovcunu göyə açmısan Biraz həsrət qalıb kürəyim yerə Torpağa çatmamış göyü atmamış İlk mənə toxunan əllərin olub Öpüb barmağının hər dənəsindən Sonra da ürəyim güllərin olub Beləcə başlayıb darıxmağımız Güllərin qoxusu açmayıb məni Sürünüb torpağa can atmışam ki Gəzim yer üzünü axtarım səni Atmışam özümü dənizə çaya Bax belə yolunda qocalmışam mən Əlinə bir daha toxunmaq üçün Yenidən göylərə ucalmışam mən                Zamiq Kövsəri. https://t.me/seiralemii

  • Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm. Mən sənsiz ölmədim,məni bağışla. “Ölmədim” deyirəm, nə bilim axı, Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, Ayrıldıq, şeytanı güldürdük onda, Bu ilin, bu ayın, bu günündəki, Elə bu küçənin bu tinindəki Məni də, səni də öldürdük onda...🥀                       Ramiz Rövşən https://t.me/seiralemii

  • Söylə, bəs hardaydın?  | Nəbi Xəzri Sən gəldin, Zülmətdən gün çıxdı birdən, Nə qədər ecazkar göründü cahan? Səni gözləmişdim ömrüm boyu mən, Söylə, bəs hardaydın sən bu vaxtacan? Keçib göy dərəni, yaşıl çəməni, Elə yaxın gəldin, elə uzaqdan! Bəlkə min il əvvəl görmüşdüm səni, Sərin su içəndə sən buz bulaqdan! Elə bil üzləşdim ilahi sirlə, Bu nə möcüzədir, bu nə heyrətdir?! Məhəbbət ölçülmür illə, əsrlə, Məhəbbət ölçüsü əbədiyyətdir. Zöhrə ulduzu tək yanıb obaşdan, Üfüqlər aşırdın xəyallarımda. Sən hələ dünyaya göz açmamışdan, Küsüb-barışırdın xəyallarımda. Sən gəldin ömrümün qarlı qışında, Ruhumda ehtiras, ürəyimdə qəm. Cənnət qapısının elçi daşında, Hazırdım min il də səni gözləyəm. O nəydi? Zülmətdən gün çıxdı birdən, Nə qədər ecazkar göründü cahan! Səni axtarırdım ömrüm boyu mən, Söylə bəs hardaydın sən bu vaxtacan? https://t.me/seiralemii