tgindex
Şeirlər aləmi✍️

Şeirlər aləmi✍️

Статистика

Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda..

Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
1
Всего постов
22
Тип
открытый
Язык
az
Категория
Видео (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 386
+3 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
228
22 постов
Вовлечённость
16,5%
к подписчикам
Постов в день
0,1
всего 22
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
62
1/48двое суток
71
1/72трое суток
76

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Mən özümü bilirəm, mənim özüm necəsən? Gözüm yollarda qaldı sözüm isə yarımçıq. Sən mənim gözlərimdə parıldayan gecəsən, Qapılarım yarımçıq, pəncərəmdə alaçıq. Bir səs sanki döyürdü qapı tərəfdən barı, Bilmədim mən boylanım hansı tərəfə sarı. Uğultu eşidildi, xoş gülüşün səsləri, Külək uçuşdururdu qurudulmuş gülləri. O güllər ki, eşqimin ilk baharı, müjdəsi, O tellər ki, güllərdən hördü gözəl hörgülər. Keçdi, getdi sevgilim, gülün ətri, sevinci, Bax belə unudulur bütün dəli sevgilər.. Nail Zeyniyev.

  • 9 авг.1213из OzanlarAz

    ​Sən ki öz əllərinlə Nəfəsini kəsirsən. Niyə tir-tir əsirsən? ​Səni qorxudan nədir? İtirmək,yoxsa itmək? ​Buna nə ad verirsən? Ölümü ayağına Gətirmək,yoxsa getmək? ​Bir fikir,iki arzu Ya bir kəndir,ya da su.. ​Özünü toparlayıb Bir qərar verməlisən. Ölümlərin içindən, Ölüm bəyənməlisən..🖤 #şeir Səddam Laçın.

  • 8 авг.118из Avrora_222

    Səni xəyallarda yaşatmışam mən: Özünü yadıma sala bilmirəm. Bəlkdə üz-üzə gəlmişik ancaq üzünü yadıma sala bilmirəm. Kim bilir hardasan kimləsən indi Gör nəyi atmısan nəyi seçmisən. Bəlkədə məni səni fikirləşəndə sən Mənim yanımdan ötüb keçmisən.🤩

  • 7 авг.12711из Avrora_222

    Bağışlama gedəni! Çünki ən böyük haqqı Nahaqla dəyişmisən. Səni kitab edəni sənə xitab edənə Nə haqla dəyişmisən? Altıncı hissim susub,saat beşdə gedən qız, Dörd fəsildir itmisən. Üç illik məhəbbəti iki gündə unudub, Bir dəfəlik getmisən... Elroman Əlizadə.

  • Şükür ola Allaha, Şükür ola sən varsan. Görən indi hardasan, Əlim boyda dünyanın, Harasında? Bəlkə, Tellərimin ağında, Gözümün qarasında. Biz ayrı düşəndən sonra Heç, qitələr də birləşməyib. Bu boyda dünya yerləşən ovuclarıma, Əllərin yerləşməyib. İndi məndən o qədər uzaqdasan ki, Ölsəm də bilməzsən. Səndən sonra qapıma, lap ölüm də gələr, sən gəlməzsən. İndi sən olan şəhərin boğazından neçə ağ tüstülü gəmi keçir? Siqaret qoxulu bu otaqda mənim boğazımdan, Qırıq ümidimin qəmi keçir. Bir taleyə, bir bəxtə bax bu qızda, Heç Allah da bu qızın Sözün yerə salmayıb. Şükür elə Allaha, Şükür elə mən varam, qəmin yetim qalmayıb. Elnur Əliyev

  • 2 авг.17651из Avrora_222

    Əllərim titrəyir papaq alanda, Yaşı insanlığın yaşı qədərdir. Hamının başında papaq olanda, Hamı bir-birinə salam verərdi! İndi belələri niyə azdılar? Sayğının cavabı birə-beş idi. O vaxt kişilikdən danışmazdılar, Çünki kişilərin çoxu kişiydi!

  • 1 авг.19043из Avrora_222

    Hədiyyə nədir ki,adicə əşya, Mən sənə ömrümü bağışlamışdım. 🤩🤩🤩🤩 Nəriman Həsənzadə.

  • https://t.me/+q4B123WwRqNlMDdi

  • Ana Dilimizin böyük söz ustadı... Bu gün Ana Dili Günündə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi,Xalq şairi Nəriman Həsənzadənin vəfatı böyük kədər hissi doğurdu.Sözə, dilə və ədəbiyyata həsr etdiyi ömrü ilə o, Azərbaycan ədəbiyyatında silinməz iz qoydu. Ruhunuz şad olsun, böyük şair! 🖤 Sözünüz əbədi, xatirəniz daim uca olsun...

  • видео или голосовое, без подписи

  • Gəl görüm üzünü, gözəlim, çünki Dünyanın hər üzün görən yaşımdır. Ruhumu sən elə qocaltmısan ki, Canımı əcələ verən yaşımdır. Qayıt, al başımı dizlərin üstə, Ağlayım, gözümün yaşını töküm. Sən öz ətəyindən dağıt daşları, Yerinə başımın daşını töküm. Nədir bu ruhuna batan tikanlar? Sənin ki, gül- çiçək əkən yaşındır. Yollara dikilən qara gözünə, Sürməni naz ilə çəkən yaşındır. Ay üzlüm, çöhrənin nuru da itib, Taleyin gecənin rənginə dönüb. Bir vaxtlar gözlərin parıldayardı, İndiysə bəxtinin ulduzu sönüb. Sən demə sənin də qəmin çox imiş, Ağladıq, ağladıq, gülə bilmədik. Həsrəti, kədəri bölmək asanmış, Bir tikə çörəyi bölə bilmədik. Elnur Əliyev

  • видео или голосовое, без подписи

  • 22 июл.20911из Avrora_222

    Nə biləsən,ayrılığın səhəri, Gizli-gizli pıçıldaşır yağışlar. Nə biləsən,əgər geri qayıtsan, Tanrı səni göz yaşıma bağışlar. Nə biləsən,soyuyubdur göz yaşım Yanağıma kədər yağır,qar düşür. Gözlərimdə iki dünya qovuşur, Dodağımda ölüm necə öpüşür. Nə biləsən,səndən sonra hamının Mənim ilə davası var,dərdi var. Çoxdandir ki,taleyimin yükünü, Daşıyammır ömür adlı nərdivan. Nə biləsən,bu bitməyən əzablar Ürəyimi ac qurd kimi yeyirlər. Bənizimdə həsrətindi saralan, Həkimlərim «qanazlığı» deyirlər. Nə biləsən,mənəm səni unudan, Sənsən məni hər gün bir az itirən. Nə biləsən,gözlərimdən tökülüb, Yavaş-yavaş külə dönür xatirən.🤎 Ceyhunə Mehman.

  • Yuxumdan at nədir, ilxılar keçir, Mən öz muradıma yetmirəm amma. Rəsul Ümməti

  • 20 июл.25141из Avrora_222

    İlahi,mənə yox, mən istəmirəm, İlahi,yazığın gəlsin bu qıza. Elə eləmə ki,oğlanlar, qızlar, Kişilər,arvadlar gülsün bu qıza. Elə eləmə ki,vüsal yerinə Göz yaşı danışsın,qəhər danışsın. Bir qızdan bir bölük adam danışsın, Bir qızdan bir böyük şəhər danışsın. Elə eləmə ki,bu qız bu eldə, Dilə-dişə düşsün məndən ötəri… Sərçə balasıdı bu qız bu saat, Boynunu uzadıb dəndən ötəri. Bu qızın bu saat məndən umduğu, Məndən istədiyi dən məndə yoxdu. Bu qız ay istəyir,ay yoxdu məndə, Bu qız gün istəyir gün məndə yoxdu. Sevgi yoxdu məndə sevəm bu qızı, Elə axan suyu belə döndərim. Çevirəm özümü kəpənəyə mən, Bu qızı çiçəyə,gülə döndərim. Kəpənək olmuşam dünyada bir vaxt, Qanadım da olub bilmək istəsən. İstəyim də olub özümə görə, İnadım da olub,bilmək istəsən. Sən ey yeri,göyü yaradan kişi, Uzaq görünürmü ordan yer sənə?! Bu qıza bu boyda sevgi vermisən, Mənə də bir azca sevgi versənə. Səni də düşəsən mənim günümə, Sənin göyün olsun,quşun olmasın. İlahi,neyləsən,sən mənə eylə, İlahi,bu qızla işin olmasın.

  • Ölümmü indi? ( Əli Kərim ) Bəzən haqq qazanır insan öləndə, hətta unudulur ağır günahı. Hamıya dərd olur cavan getməyi, az gəzib, az görüb, az yaşamağı… Deyirlər: "bilsəydik, ayıq olardıq, onu qoyardıqmı heç gözdən iraq? Hər bir dərdinə də çarə tapardıq, nə bilək o belə az yaşayacaq?” Eh! Bu gün nə qədər xəyala daldım, Eh! Qəlbim nə qədər alışdı, dindi. Sən mənim qədrimi biləsən deyə Bu cavan yaşımda ölümmü indi?

  • 16 июл.28025из Avrora_222

    Bu verdiyin qəm- kədərin üzündən, Xəzan çöküb baharımın üstünə. Gül olsan da əkməsinlər nəbadə, Səni mənim məzarımın üstünə. Ağ kəfənə büküb,qara torpağa qoyub,sakit başım üstə durublar. Heç əziyyət görməyəntək,şəklimi başdaşıma gülən halda vurublar. Düşünürsən indi olan dərdinə, “Bağışladım səni”desəm də,bəsdir. Zamanında bilməmisən qədrimi, İndi ahın- nalələrin əbəsdi. Peşmanlığın fayda verməz,qəm yemə, Olan- olub,keçən- keçib,əzizim. Qəbrimi çox əzizləmə,get evə, Ölən- ölüb,köçən- köçüb,əzizim.🌸 Elnur Əliyev.

  • Mən sənə qıymaram, sən itir məni. İtir, əziz olur itirilənlər.. Məmməd İsmayıl

  • 14 июл.27131из Avrora_222

    Səninçün üzülürəm, nə olacaq axırın.. nə sağ'kimi dirisən,nə də yox'kimi ölü.. kəfənsiz ölü'kimi sürməkdəsən ömrünü.. səninçün üzülürəm nə olacaq axırın.. torpaq da qəbul etmir qəlbə dəfn olanları.. Axı,hara sığdırsın"sən"qədər yalanları? Səninçün üzülürəm , Nə olacaq axırın.. axı mən niyə sevim xəyanətkar birini..? üstə torpaq atmışam,bastırmışam yerini.. Səninçün üzülürəm, Nə olacaq axırın .. inan,Tanrı da sevmir nəfsinə uyan kəsi.. əhdi peyman bağlayıb yarı yol qoyan kəsi.. Səninçün üzülürəm, Nə olacaq axırın.. Gözlərimin önündə xəyalın hey dolanır, arsız dilənçi'kimi,əl açıb eşq dilənir.. Səninçün üzülürəm, Nə olacaq axırın, torpaq da sevmir səni, Tanrı da, Mən də daha. inan zərrə də yoxsan, ölmüsən məndə daha.🌟

  • Mən xəyalın ilə ailə qurmuşam, Uşaqlarımız var, həm də əkizdir. Biri sənə çəkib, biri bəxtimə, Bəxtimə çəkənin işi qəlizdir. Biri ərköyündür, lap sənin kimi, Ona şıltaqlığın yadigar qalıb. O biri qaynayıb- qarışmır, yəqin, Qaradinməzliyin bəxtimdən alıb. Biri gülərüzdür, qəmdən uzaqdır, Dilli- dilavərdir, diliysə şəkər. O biri ağzına su alıb, durub, Səssizdir, başıma düşən daş qədər. Elnur Əliyev

Şeirlər aləmi✍️ — tgindex