tgindex
Kitab Sevər

Kitablardan mənalı sitatlar, aforizmlər 📖🧡 Psixoloji yazılar və mənəvi inkişafla bağlı sizə yardımı olacaq cümlələr. 🌼 Düşündürücü fikirlər və ilham verən sətirlər.. 🎈

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
10
Всего постов
25
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
632
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
109
25 постов
Вовлечённость
17,2%
к подписчикам
Постов в день
1,4
всего 25
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
51
1/48двое суток
58
1/72трое суток
63

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Əgər bir qadın nə üçün incidiyini hər dəfə izah etmək məcburiyyətində qalırsa, deməli, anlaşıldığı və sevildiyi bir yerdə deyil. Başa salınmalı olan inciklik, əslində sevgisizliyin etirafıdır.

  • Bir gün yaxşı hiss etdirib, sonra günlərlə incidən insanlar insanın bütün daxili balansını pozurlar. Yaxşı keçən günlərə baxıb düşünürsən ki, bəlkə hər şey düzələr. Amma zaman keçdikcə anlayırsan ki, dəyişən o deyil, sənsən. Birdən görürsən ki, əvvəlkindən daha gərgin, daha stressli, daha əsəbi və özünəinamı azalmış bir insana çevrilmisən. Belə insanlar zamanla səni heç olmaq istəmədiyin birinə çevirə bilirlər.

  • Səhv insan bəhanə, doğru insan yol axtarar. 🪴

  • Əgər özünü həqiqətən sevsəydin, heç vaxt bir başqasına əzab-əziyyət verə bilməzdin. 🌱

  • "Səhər səni heç kim oyatmayanda, gecə heç kim səni gözləməyəndə və istədiyin hər şeyi edə biləndə... Buna necə ad verirsən: azadlıq, yoxsa tənhalıq?" 🍂

  • Mənim bildiyim, anladığım əxlaq başqadır: məsələn, sənə heç bir zərəri dəymədən fərqli yaşayan adamların həyat tərzini müzakirə etməməkdir, insanların şəxsi həyatlarına qarışmamaqdır. Dinləməyi, gözləməyi bacarmaqdır əxlaq. Ailənin, dostun, sevgilinin, hətta düşmənin qarşısında dürüst qalmağa çalışmaqdır, öhdəliyini anlamaqdır. Ən əsası da etibarlı adam olmaqdır. 📖🐞

  • Hər bir günün həyatımıza əlavə olunan bir gün deyil, əslində əlimizdən gedən bir gün olduğunu anladıqda, həqiqətən nəyin vacib olduğuna daha çox dəyər verməyə başlayırıq. Və bu, insana çox təsir edir.

  • Birinin həmişə yanında olması - onu "adiləşdirmək" üçün deyil, daha çox qiymətləndirmək üçün bir səbəbdir. Çox vaxt bizə sadiq qalan, hər çətinlikdə yanımızda dayanan insanları "onsuz da gedəcək yer yoxdur" düşüncəsiylə arxa plana atırıq. Halbuki sabitlik zəiflik deyil - seçimdir. Hər gün yenidən qalmağı seçən insan, əslində hər gün sevgisini sübut edir. Sağlam münasibətlərin təməli də budur: davamlılığı sevginin sübutu kimi görmək, öyrəşmə kimi yox.

  • Birinin hər zaman orada olması dəyərsizləşməməlidir əksinə daha çox qiymət qazanmalıdır. 🧡

  • Gözəl günləri gözləyərək böyüdük, indi də köhnə günlər üçün darıxaraq yaşayırıq.. 🎈

  • Hər kəs özünü göstərdiyi qədər deyil, gizlətdiyi qədərdir... 🌙

  • Bəzi dərsləri həyat insana özü verir. Məsələn bu il bir daha öyrəndim ki, yaxşılığın belə bu həyatda bir ölçüsü var.

  • Aldadılan insanlar axmaq olmurlar. Onlar sadəcə qarşısındakı insanın sözünə və sevgisinə ürəkdən inanacaq qədər saf olurlar. Təəssüf ki, hər kəs bu etibara layiq olmur. Xəyanət ağılsızlığı yox, etibarı cəzalandırır.

  • — Bəzən yol - gəzmək üçün deyil, düşünmək üçün lazım olur (insana). 🌻

  • Ən yorucu insanlar kimdir desəniz: Öz yaratdıqları problemlərə görə özlərini qurban kimi aparan insanlardır deyərəm. Və heç vaxt da düzəlməyə çalışmazlar. 🪶

  • Nəhayət başa düşdüm ki, nə üçün sağlam münasibəti olan insanlar öz kiçik dünyalarına çəkilib gözlərdən itirlər. Bir insanda həm huzuru, həm ən yaxın dostu, həm də təhlükəsiz sığınacağı eyni anda tapanda, sadəcə orada qalmaq istəyirsən. Kiçik məqamlar hər şeydən daha dəyərli olmağa başlayır, çünki onları doğru insanla paylaşırsan. Nə drama var, nə də rola girmək. Sadəcə sevgi, təbəssüm və özünü tamamilə evindəki kimi hiss etmək. Sağlam sevgi məhz belə bir hissdir. ☕❣️

  • İnsanlarla qarşılaşmağımız heç vaxt təsadüfi deyil. Ya onlar sizin həyatınızı dəyişmək üçün gəlirlər, ya da siz onların həyatını dəyişmək üçün. 🌿

  • Və sözlər çox bəzəkli ola bilər, amma... yenə də bir insan üçün nə qədər əhəmiyyətli olduğunuzu, onun davranışları göstərər. Nə qədər anlamağa çalışdığı, nə qədər dinlədiyi, nə qədər yanında olduğu və nə qədər dəstək olduğu... 🎈

  • "Uyğun zaman" deyə bir şey yoxdur. Sadəcə zaman var və onu necə dəyərləndirəcəyini özün seçirsən. Həyatımızın dəyişməsi üçün hansısa "mükəmməl anı" gözləməyə ehtiyac yoxdur. Çox vaxt "Vaxtı gələndə edərəm", "Şərait düzələndə başlayaram" deyə düşünürük. Halbuki, sahib olduğumuz yeganə şey indiki andır. Zaman hamıya eyni verilir, fərqi yaradan isə onunla etdiyimiz seçimlərdir. ⏳🪴

  • Həyatımızı yaşamaqdan çox, başqalarına yaşadığımızı sübut etməyə vaxt sərf edirik.

Kitab Sevər — tgindex