Şirvanov
Статистика- Последний пост
- 25 июл.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 39
- 1/48двое суток
- 44
- 1/72трое суток
- 48
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Bu yaşda öyrəndiyim ən vacib şeylərdən biri Bir qədər gənc, təcrübəsiz olanda adama elə gəlir ki, güc həmişə irəliləmək, əzmək, qazanmaq,sübut etməkdir. Hər kəsə cavab vermək istəyirsən. Hər mübahisəni həll etmək,qalib gəlmək,qələbə və nailiyyətlər "sərgisini" düzəltmək... Və sonra həyat sənə dərs keçməyə başlayır.Pulunu aparır,insanları aparır,vaxtını aparır. Qarşına elə çətinliklər çıxarır ki,onu nəinki bir gündə, hətta bir ildə belə həll edə bilmirsən. Və bir məqamda bir sadə şeyi başa düşürsən ki, hər döyüşü qazanmaq lazım deyilmiş. Bəzən ən böyük qələbə ətrafda hər şeyin yanıb külə döndüyü bir vaxtda soyuqqanlı olmaqdır. Emosiyalara əsaslanaraq qərar verməmək.Cavab vermək istədiyiniz yerdə cavab verməmək. Qapını təpiklə vurub yıxmaq istədiyiniz zaman onu hətta çırpmamaq... Çünki emosiyalar həmişə baha başa gəlir. Və soyuqqanlılığı qorumaq demək olar ki, həmişə qazanc gətirir... Bu gün bir çox insan qərarları saniyələr içində verir.Sonradan peşman olduqları mesajları yazırlar. Münasibətləri kəsirlər. Qapıları bağlayırlar. Körpülər yandırırlar... Həyat isə acığa insanları yenidən üzləşdirməyi sevir. Elə buna görə də getdikcə daha çox əmin oluram... Əmin oluram ki, ən güclü insanlar yüksək səslə danışanlar deyillər. Hətta hər zaman qalib gələnlər belə deyil. Əsəbləşib psixoloji müvazinətini itirməyənlərdir ən güclü insanlar. Çünki özünüzü idarə etməyi öyrəndikdə, səni idarə etmək daha da çətinləşir... Həyat şahmat oyunu kimidir. Qalib ən çox fiqur götürən deyil. Qalib özünü uduzmayanlardır... @shirvanov
без подписи
Tibb dünyasının unudulmaz uğurlarından biri… Nigeriyalı cərrah Dr. Oluyinka Olutoyenin də yer aldığı komanda hamiləliyin 23-cü həftəsində həyati təhlükə altında olan körpəyə ana bətnində əməliyyat etdi. Körpə müvəqqəti olaraq uşaqlıqdan çıxarıldı, ürəyinə təzyiq göstərən şiş götürüldü və daha sonra yenidən ana bətninə yerləşdirildi. Bir neçə həftə sonra isə həmin körpə tam sağlam şəkildə dünyaya gəldi. Bu hadisə elmin, cəsarətin və insan həyatını xilas etmək naminə aparılan mübarizənin ən təsirli nümunələrindən biridir. @shirvanov
😅
Rubio konqresmen Turnerə bildirib ki, ABŞ Xameneiyə hücum etməyib və İranda rejim dəyişikliyinə çalışmayıb. ——— Əclaflarda "zadniy" yaxşı işləyir. İndi pox yedim eləməyin heç bir faydası yoxdur. Tramp 2 saat əvvələ qədər əsas məqsədlərinin Xameneyini məhv etmək və İrandakı İslam rejimini devirmək olduğunu demirdimi? @shirvanov
Bu x@yar da həmişəki ampluasındadı Netanyax@y İran xalqını küçələrə çıxmağa və hakim rejimi devirməyə çağırıb. Görəsən o, həqiqətən də günahsız məktəbli qızları və voleybolçular da daxil olmaqla yüzlərlə mülki şəxsin ölümündən, adi insanların qətlindən sonra(xüsusən də müqəddəs Ramazan ayında) hansısa sağlam düşüncəli bir iranlının öz ölkəsinə qarşı çıxacağını, təcavüzkarın səbəbsiz hücumunda onu dəstəkləyəcəyini düşünür? Bu sözləri o ya qeyri-sağlam düşüncəli iranlılara ünvanlayır, ya da onun öz başında çatmır. Məncə hər ikisidir. İran xalqı küçələrə çıxıb. Lakin onun sözlərinə görə yox. Onun tapşırıqlarını yerinə yetirməyə görə yox. Vətənlərini və liderlərini dəstəkləmək üçün. Yenə də fiaskoya uğradınız ay alçaqlar. İran sizin üçün Fələstin deyil ki, istədiyiniz qədər mülki şəxsi, uşaq, qoca, qadın demədən zorlayıb öldürəsiz, soyqırım və sürgün edəsiz, cavab zərbəsi almayasız. @shirvanov
İsrail və ABŞ ordusu bu Eynullaya çatdıra bilmiree. Futbolçuların Altay Əliyevin tempinə çatdırmadığı kimi ABŞ və İsrail bacıları da buna çatdırmır. Biri Ağasəlim müəllim kimi bunu xəbərdar eləsün da ala da))))
İran... Hazırda dünyanın ən vacib mövzusu. Hərə bir cür izah etməyə çalışır, hərə bir cür nəticə gözləyir bu hadisələrdən. Mənim hiss etdiklərim, gözlədiklərim isə budur: İrana qarşı edilən bu hücum haqsız, bəraəti olmayan, haqq qazandırılacaq heç bir tərəfi olmayan, əclafcasına edilmiş, sözün tam mənasında təcavüzkar bir hücumdur. İranda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, O, sadəcə ən qədim dövlətlərdən biri deyil. O həm də qədim sivilizasiyalardan biridir ki, hələ də öz yolu var, bu yolla yaşayır və inkişaf edir. Sivilizasiya-dövlət tipinə malik olan İranı məhv etmək mümkünsüzdür. İran xalqına müəyyən zərərlər vurulacaq ki, bunu şəxsən ürək ağrısı ilə izləyirəm. Düşünürəm, daha doğrusu, əminəm ki, İran xalqı siyasi rəhbərliyinin ətrafında sıx birləşib dünyanın baş bəlasına çevrilən çaqqallara layiqli cavabı verəcək. Okeanın o tayından gəlib ona zərbə endirənlər buna peşman olacaq. Əminəm ki, İranı parçalayıb onun resurslarını ələ keçirmək niyyətində olan siyasi dairələrin arzuları ürəklərində qalacaq. @shirvanov
9 fevral 2026-cı il. Günün günorta çağı. İtaliyanın cənubu. Leççe və Brindizini birləşdirən şosse. Quldurlar inkassasiya maşınına hücum ediblər. Lakin daha sonra həbs ediliblər. Rus demişkən, дерзко, но тупо)) @shirvanov
Bu dəyişikliklər Monteskyönün güclər ayrılığı prinsipini (qanunverici orqan icra üzərində real nəzarət imkanını itirdi), Russonun ictimai müqavilə nəzəriyyəsini (xalqın razılığı olmadan idarəetmə modelinin dəyişdirilməsi), Lokkun legitim hakimiyyətin yalnız real razılığa əsaslanması prinsipini (Ali Məclisə seçkilərin mərkəz tərəfindən təyin edilməsi) faktiki olaraq yox etdi. Azərbaycan hüquqi ədəbiyyatında bu dəyişiklikləri "Şah Abbas modeli" adlandırmaq olar.
Gəncə səbəti, Lənkəran səbəti, ay nə bilim Kürdəmir səbəti😉... Təbii tələbat üzrə yaranan, yoxsa korrupsiyanın yaratdığı qayğıdan əmələ gələn biznes? Bu kimi bizneslər təbii-ictimai tələbatdan doğan biznes layihələrdir, yoxsa burda başqa nəsə var? Məncə, başqa nəsə var. Belə səbətləri xalqımız kütləvi şəkildə alıb bir-birinə, dostuna, qohumuna göndərmir. Bunu ancaq pullular edə bilər, ya da borc-xərc edib nəyinsə qarşılığında kiməsə yaltaqlanan kasıb. Pullular belə bunu kiməsə yaltaqlanmaq üçün edərlər. Adəti üzrə, onların xeyriyyəçiliklə heç araları yoxdur. Burdan rus demişkən, пахнет коррупции. Bəli, belə bir biznes layihənin yaranması və inkişaf etməsi, ümumiyyətlə ayaq üstə durması korrupsiya və yaltaqlıq hesabına mümkün ola bilər. Əgər belə deyilsə, yazın görək indiyə qədər kimə hansısa qohumu və ya dostu minimum qiyməti 500-600 manat olan belə səbətlərdən bircə dəfə də olsa göndərib, o da nuşi-canlıqla yeyib @shirvanov
Vətənpərvərlik, yoxsa vətənşüvənlik?... Vətənpərvərlik əmtəəyə çevrilib Bunu əmtəəyə çevirən birmənalı olaraq hakim elitadır. İnformasiya müharibəsinin necə işlədiyini az-şox bilən, bu sahəni öyrənməyə çalışan biri kimi deyə biləcəyim budur ki, sizin səmimi hissləriniz kimlər üçünsə mükəmməl "yanacaq"dır. Kütləni idarə etməyin ən ucuz yolu insanların emosiyalarıdır. Siz sosial şəbəkələrdəki paylaşımların altındakı şərhlərdə, vidodebatlarda səsiniz batana qədər mübahisə edəndə digər tərəfdə bu mənzərəni strateji olaraq idarə edənlər "vacib narrativləri təbliğ etmək" üçün büdcə əldə edir. Davamı ⬇️⬇️⬇️ https://shirvanov.info/flas/669-vetenperverlik-yoxsa-vetensuvenlik.html
Geopolitik müharibənin İran və Tayvan cəbhələrində baş verən hadisələr bir-biri ilə sıx bağlıdır. 2020-ci ildə Qasım Süleymaninin öldürüldüyü gün Tayvanın baş qərargah rəisi vertolyot qəzası nəticəsində öldü. Tramp İrana hücum etmək qərarına gələrsə, Çin vəziyyəti gərginləşdirə və Tayvana qarşı asimmetrik tədbirlər görə bilər. Çünki Venesuela-İran-Rusiya Çinin əsas neft müdafiə sistemidir. Çin ya bu sistemi qoruyacaq, ya da Amerika qlobal iqtisadiyyatına eyni ekvivalentdə itkilərə səbəb olacaq zərərlər vuracaq Amerikalıları yaxşı tanıdığımız üçün, onların başqalarının bayramlarını yasa çevirməyi, müqəddəs yerlərini tapdalamağı sevdiklərini bildiyimiz üçün onların 16-17 fevral tarixində Çin təqvimi ilə Yeni il üçün bir şey planlaşdıra biləcəkləri ehtimalı yüksəkdir. Bəlkə də daha tez oldu. @shirvanov
Zelenski üçün referendum keçirmək sadəcə bir bəhanədir 11 il ərzində Donbassı dağıtmaq,məhv etmək,sonra isə onun sakinlərindən Ukrayna ilə birlikdə yaşamaq istəyib-istəmədiklərini soruşmaq?! Donbass xalqı bu rejimlə yaşamaq istəmir!Əgər fərqli bir rejim olsaydı,bəlkə də birlikdə yaşayardılar və heç kimdən bu barədə soruşmağa belə ehtiyac olmazdı. Donbass xalqı 2014-cü ildə əlinə silah alıb müqavimət göstərərək Ukraynadan ayrıldı. Burda başqa nə sual ola bilərki? Krım olsun. Onlar çevrilişdən sonra hakimiyyətə gələn bu rejimlə yaşamaq istəmirdilər. Keçmiş hökumət başçısı kimi Krımdakı əhval-ruhiyyəni çox yaxşı bilirdim və banderaçıların hakimiyyətə gəlməsinin Krımın ayrılması demək olduğunu çox yaxşı başa düşürdüm. Məhz bu da baş verdi. İndi orada referendum keçirəcəyik?! Lap elə Kiyev rejiminin nəzarətində olan ərazinin sakinlərinin 80%-i Krımın Ukraynaya qaytarılmasına səs versə belə, nə dəyişəcək?Krımlılar Ukraynaya qoşulmaq üçün qaçacaqlarmı? Nikolay Azarov FB səhifəsində bunları yazıb @shirvanov
Kürəkən ocağa çəkər😂😂 @shirvanov
Tələsmədən yaşayaq Biz çox vaxt hadisələrin baş verməsi üçün tələsirik. Elə məhz elə bu vaxt, yəni tələskənlik etdiyimiz zaman özümüzü itiririk, tələsik addımlarla nəinki indiki zamanı, hətta gələcəyimizi də sual altına almış oluruq. Anın dadını çıxarmaq, onu görmək, hiss etmək artıq gücün əlamətidir. Avtopilot rejimində yaşamadığımız zaman sanki dünya sakitləşir və düşüncələrimiz daha da aydınlaşır. Bir dəfə düşünülmüş şəkildə dərindən nəfəs almaq bir saat düşünməkdən daha çox məhsuldar olur. Odur ki, tələsmədən qərarlar verməliyik. Razısınız? @shirvanov
Ailələr üçün yeni maliyyə paketi qüvvəyə minir. Qanuna əsasən, yeni doğulan hər uşaq üçün valideynlərə birdəfəlik 2223 manat veriləcək. Bu, uşağın ilk aylarda ailəyə maliyyə dəstəyini təmin edəcək, valideynlərin yükünü xeyli yüngülləşdirəcək. Amma bu hələ hamısı deyil: hər uşağa 6 yaşına qədər aylıq 221 manatlıq əlavə ödəniş ediləcək. Bu dəstək uşağın qidalanması, təhsili və gündəlik ehtiyaclarına yönəldilmişdir. Hökumət bildirib ki, məqsəd ailələrin rifahını artırmaq və uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsini təmin etməkdir. Qanun yanvarın 2-dən etibarən Ermənistanda qüvvədə olacaq. @shirvanov
1976-cı ildə Vyetnamda ciddi bir qrip epidemiyası yayılır.Virus qocalar evlərini xüsusi şiddətlə vurur və yaşlılar üçün böyük problemə çevrilir. Antivirus dərmanlara,oksigen balonlarına və ventilyatorlara malik olmayan baxıcılara dəsmal və sonsuz şəfqət göstərməkdən başqa bir şey qalmır.Onlar ümidsizliyə təslim olmayaraq sadə, lakin dahiyanə bir üsuldan istifadə etdilər:postural drenaj.Xəstələrin ağ ciyərlərindən mayenin boşaldılmasını asanlaşdırmaq və tənəffüs yollarını açmaq üçün qravitasiyadan istifadə edərək, xəstələri xərəklərdə maili yerləşdirir və ya qatlanmış dəsmalları xəstənin qarnının altına düzürdülər. Nəticə həqiqətən heyrətləndirici idi.Digər müəssisələrdə çoxsaylı ölüm halları qeydə alınsa da, bu evdə bir nəfər də olsun qoca ölmədi.Bu hekayə Vyetnam hüdudlarından kənara çıxmadan da, o, insanın dözümlülüyünün və mətanətinin güclü bir xatırlatmasıdır.Texnologiyaya aludə olan dünyada bu hal sübut edir ki, bəzən sağ qalmaq müşahidədən, yaradıcılıqdan və qayğıkeşliyin gücündən asılıdır. @shirvanov
Faşizm üzərində böyük qələbə günümüz mübarək!!! Babalarımız o zamankı Avropa(təkcə Almaniya yox) faşizminin baş qalası olan Almaniya Reyxstaqının üzərindən qələbə bayrağını sancmışdılar. Milyonlarla insan itkisi və milyardlarla maddi itkilər hesabına qazanılan qələbənin ildönümü günü bizim üçün həmişə ən dəyərli günlərdən biridir. Bu müharibədə qələbə naminə, o cümlədən, sonradan həyatını itirən bütün iştirakçıların ruhu qarşısında baş əyirəm. @shirvanov
❗️❗️❗️❗️AZƏRBAYCAN VƏTƏNDAŞLARI BUNDAN SONRA RUSİYAYA SƏRBƏST ŞƏKİLDƏ SƏFƏR EDƏ BİLMƏYƏCƏKLƏR Belə ki, Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə edilən dəyişiklə xarici vətəndaşların ölkəyə daxil olması qaydalarına dəyişiklik edilib. Yeni qaydaya görə 30.06.2025-ci il tarixindən Rusiya Federasiyasına daxil olmaq üçün vizasız rejim tətbiq edilən bütün ölkələrin vətəndaşları(Belarusiya istisna) RF rəsmi orqanlarını ən azı 72 saat əvvəl səfərləri barədə xəbərdar etməlidirlər. Bunun üçün "RuLD" adlı vahid mobil tətbiq hazırlanacaq. Rusiyaya vizasız səfər etmək hüququ olan şəxslər bu səfərdən ən azı 72 saat əvvəl həmin tətbiqdə səfər etmək niyyəti barədə sorğu verməlidirlər. Sorğunu verdikdən sonra RF-nin aidiyyatı orqanları həmin sorğunu qəbul edib 72 saat ərzində işləyəcək. Əgər vətəndaşın RF-yə daxil olmasına icazə verilərsə, ona müvafiq kod veriləcək. Vizasız səfər edən şəxs həmin kodu RF sərhəddində təqdim etməlidir. Həmin kodu təqdim etməyən xarici vətəndaş Rusiya ərazisinə daxil ola bilməyəcək. @shirvanov