AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti / SSMC of the Republic of Azerbaijan
СтатистикаAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi Telegram kanalı.
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 4
- Всего постов
- 76
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 140
- 1/48двое суток
- 160
- 1/72трое суток
- 173
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aşağıdakı vakansiyalar üzrə həkim mütəxəssislər və tibb işçiləri tələb olunur: -Həkim-terapevt -Həkim-nevropatoloq -Həkim-psixiatr -Həkim-otorinolarinqoloq -Həkim-dermatoveneroloq -Həkim-cərrah -Həkim-oftalmoloq -Həkim-rentgenoloq və texnik -USM (ultrason müayinəsi) mütəxəssisi -Elektrokardioqrafiya -Exokardioqrafiya -Elektroensefaloqrafiya-funksional diaqnostika Vakansiyalar üzrə müraciət etmək istəyənlər info@seferberlik.gov.az elektron poçtuna yaza və ya anketi (https://exidmet.seferberlik.gov.az/Security/Login/Index/?ReturnUrl=/Application/PreLoadIndex?serviceId=1&serviceId=1) doldura bilərlər. 📌Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini yazmaq mütləqdir. Ətraflı məlumat üçün 📞9100 "Çağrı" mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. ✔️Namizədlərin seçimi zamanı kliniki təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
❓Doktorantura təhsili ilə bağlı möhlət verilirmi və möhlət verilərkən dissertasiya işinin müdafiəsi nəzərə alınırmı? ✔️“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Ali təhsil pilləsinin doktorantura səviyyəsində əyani təhsil alma müddəti başa çatdıqdan sonra (Qanunla nəzərdə tutulmuş möhlət hüququ bitdiyi üçün) çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Mövcud qanunvericilikdə dissertasiya işinin müdafiəsi ilə bağlı çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
12 avqust - Xəzər Günüdür. Bu günün qeyd olunması Xəzər dənizinin bioloji ehtiyatlarının, həmçinin ətraf mühitinin çirklənmədən qorunması, mühafizəsi, bərpası, səmərəli istifadəsi və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədini daşıyır.
12 avqust - Beynəlxalq Gənclər Günüdür. Vətənimizin keşiyində mərdliklə dayanan, beynəlxalq arenada üçrəngli bayrağımızı qürurla dalğalandıran bütün gənclərimizi təbrik edir, ölkəmizin parlaq gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulayırıq!
#MüzəffərAliBaşKomandan #PrezidentİlhamƏliyev #SHXÇDX
#MilliQəhrəmanƏlifHacıyev #Qəhrəmanlarıunutmayaq #Azərbaycan #SHXÇDX
9 avqust - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılması günüdür. Sosial xidmətlərin operativlik, şəffafllq, nəzakətlilik və rahatlıq meyarları ilə təşkilində yüksək məsuliyyətlə çalışan Agentliyin əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
8 avqust - Beynəlxalq Alpinizm Günüdür. Çətin relyef və hava şəraitində böyük cəsarət və dözümlülük göstərərək zirvələri fəth edən alpinistləri bu münasibətlə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
❓Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hansı vətəndaşlara verilir? Bu videoda kapitan Əsgərli Zəfər səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququndan kimlərin yararlana biləcəyi izah edir. #Möhlət #HərbiXidmət #SHXÇDX
📢Vətəndaş məmnuniyyətinin artırılması və rəqəmsal xidmətlərimizin daha əlçatan, rahat və funksional olması məqsədilə keçirilən sorğuda iştirak etməyiniz xahiş olunur. Təqdim edəcəyiniz rəy və təkliflər xidmətlərimizin inkişafına dəyərli töhfə verəcək. 👇🏻Sorğuda iştirak etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://docs.google.com/forms/d/e/1FAIpQLSdX8Bmb0Lv_mUriUU9rfV4-8zUemzBz4PI4lgq1v2GwlF42ag/viewform?usp=header #SHXÇDX #RəqəmsalXidmətlər #Sorğu #VətəndaşMəmnuniyyəti
5 avqust - Hərbi Donanma Günüdür. Bu münasibətlə Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 28 avqust 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 24 avqust 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
#VətənMüharibəsiQəhrəmanıRəşadQasımlı #Qəhrəmanlarıunutmayaq #Azərbaycan #SHXÇDX
2 avqust - Azərbaycan Kinosu Günüdür! Ölkə mədəniyyətinin mühüm tərkib hissəsi olan Azərbaycan kinosunun inkişafına əhəmiyyətli töhfələr verən kino sahəsi işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Azərbaycan əlifbası və Azərbaycan dili milli varlığımızın, tarixi yaddaşımızın və mədəni irsimizin sarsılmaz təməlidir. Dilimizin saflığının qorunması və gələcək nəsillərə ötürülməsi məsuliyyətini bir daha xatırladan bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edirik!
Güclü Azərbaycan etibarlı əllərdədir!💪🏻🇦🇿
31 iyul - Dövlət Sərhəd Xidmətinin yaradılması günüdür. Dövlət sərhədlərimizin mühafizəsini və toxunulmazlığını fədakarlıqla təmin edən, Vətənimizin keşiyində hər zaman ayıq-sayıq dayanan sərhədçilərimizi təbrik edir, şərəfli xidmətlərində yeni müvəffəqiyyətlər arzulayırıq!
Çağırış bitdi. 🇦🇿 Müddətli həqiqi hərbi xidmətə yola salınan hər bir çağırışçıya xidmətində uğurlar arzulayırıq!
без подписи
без подписи