tgindex

Dövlət Proqramı

описание

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar

1 780
подписчиков
Охват к подписчикам
23,5%
ERR
Реакции к просмотрам
0,56%
47 на 20 постов
Пересылки к просмотрам
0,12%
10
Постов в день
0,3
всего 20

Где отзываются чаще

доля реакций к просмотрам
  • 12 авг.Bu gün 12 Avqust – Beynəlxalq Gənclər Günüdür! Qara qızılın insan kapitalına çevrilməsi ideyasının real nəticəsi olaraq bu gün gənclərimiz dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində müasir bilik və bacarıqlara yiyələnir. Məzunlarımızın qlobal şirkətlərdə, aparıcı beynəlxalq təşkilatlarda və nüfuzlu yerli qurumlarda qazandıqları təcrübələr müstəqil Azərbaycanın dayanıqlı gələcəyini quran ən böyük qüvvələrdəndir. Siz ölkəmizin intellektual gücü və sabahın rəqəmsal liderlərisiniz. Arzularınızın arxasınca cəsarətlə getməkdən, öyrənməkdən və inkişaf etməkdən əsla çəkinməyin. Tükənməz gənclik enerjiniz və zəkanızla gələcək daha parlaqdır! Gününüz mübarək!3,82%
  • 24 июл.2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan təqaüdçülərin siyahısı müəyyən olunub. Müsabiqənin nəticələrinə əsasən, Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir. Ətraflı: https://dp.edu.az/az/news/50162,87%
  • 17 июл.🎓Dövlət Proqramı təqaüdçüsü Edqar Şahbazov alimlərin uzun illərdir, üzərində çalışdığı mühüm elmi problemlərdən birinin araşdırılması üçün yeni tədqiqat modeli hazırlayıb. Genomdan tam çıxarılması canlı orqanizm üçün ölümcül nəticə doğuran genlərin və onların uyğun zülallarınınfunksiyalarını öyrənməyə imkan verən bu model gələcəkdə xərçəng, Altsheymer və Parkinson xəstəlikləri, xroniki depressiya, müxtəlif ağır psixi pozuntular və digər mürəkkəbneyrodegenerativ xəstəliklər üzrə fundamental tədqiqatlarda istifadə oluna bilər. Mançester Universitetində molekulyar biologiya ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Edqar bildirir ki, bu kimi tədqiqatların nəticələri yaxın gələcəkdə Azərbaycanıntəkcə Qafqazda yox, dünyada lider biotexnologiya mərkəzinə çevrilməsinə bilavasitə kömək edəcək. Ətraflı: https://dp.edu.az/az/news/50141,35%
  • 15 июл.📣 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək. - Elektrik və elektronika mühəndisliyi - Mexanika mühəndisliyi - Kimya mühəndisliyi - İnşaat mühəndisliyi ixtisaslarını əhatə edən bu ikili diplom proqramı çərçivəsində sizi gözləyir: 🎓Dövlət hesabına təhsil 🏫3 il Qarabağ Universitetində təhsil 🏢1 il İstanbul Texniki Universitetində təhsil 🇬🇧İngilis dilində tədris 👩🏻‍🎓Sonda hər iki universitetin bakalvr diplomu 📚Xankəndidə müasir laboratoriyada təhsil 🇹🇷📍Türkiyədə istehsalat təcrübəsi və yay məktəbi Qeyd edək ki, yeni ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir və Dövlət Proqramı çərçivəsində maliyyələşdirilir. 🔗 Daha ətraflı: https://dp.edu.az/az/news/50130,99%
  • 22 июл.22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, xüsusilə cəmiyyətin elm və təhsil sahəsində maarifləndirilməsinə dəyərli töhfələr verən jurnalistləri təbrik edir, onlara peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.0,95%
  • 17 июн.Dövlət Proqramı İdarəetmə Qrupu ilə Qarabağ Universiteti arasında Qarabağ Universiteti–İstanbul Texniki Universiteti ikili diplom proqramına dair işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi həyata keçirilməsi nəzərdə tutulan beynəlxalq ikili diplom proqramının maliyyələşmə və idarəetmə mexanizmlərinin, eləcə də növbəti mərhələdə görüləcək işlərin müzakirə edilməsi olub. Daha ətraflı: https://dp.edu.az/az/news/50050,72%
  • 20 июл.📢 Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2026/2027-ci tədris ili üzrə sənəd qəbulu davam edir! 🎓 2019-2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən proqram bakalavriat səviyyəsi üzrə aşağıdakı ixtisasları əhatə edir: - Kompüter elmləri / Süni intellekt mühəndisliyi - Data analitikası / Data elmləri - İnformasiya texnologiyaları - Elektrik və elektronika mühəndisliyi Proqram çərçivəsində sizi gözləyir: 🏫3 il Bakı Mühəndislik Universitetində təhsil 🏢1 il İNHA Universitetində təhsil 📚Təhsilin tam dövlət hesabına maliyyələşdirilməsi 🧑🏻‍🎓Sonda iki universitetin diplomu 🗓️Son qeydiyyat tarixi: 1 avqust saat 23:59 📝Daxili imtahan: 4 avqust 📣Nəticələrin açıqlanması: 6 avqust 🔗 Ətraflı: https://dp.edu.az/az/news/50150,66%
  • 15 июл.Dövlət Proqramı çərçivəsində 🇹🇷Türkiyə Respublikasında təhsil alan təqaüdçülərimizin diqqətinə! 📢 Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə fəaliyyətinin daha sistemli, operativ və peşəkar şəkildə işıqlandırılması məqsədilə rəsmi “Facebook” səhifəsi yaradılıb. Həmin səhifədə mütəmadi olaraq aşağıdakı istiqamətlər üzrə məlumatlar paylaşılacaq: 🎓 Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq; 🏛️ Universitetlərarası əlaqələr və akademik tərəfdaşlıqlar; 📚 Təqaüd proqramları, təhsil imkanları və akademik mobillik; 🧑🏻‍🎓Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları üçün faydalı məlumatlar və elanlar; 🏆Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarının akademik, elmi, innovasiya, mədəni və ictimai sahələrdə əldə etdikləri nailiyyətlər; 🌍 Beynəlxalq akademik əməkdaşlıq, elm və ali təhsil sahəsində aktual yeniliklər və s. 🔗 “Facebook” ünvanı: https://www.facebook.com/share/1BynnXezHM/?mibextid=wwXIfr0,49%
  • 9 июл.Dövlət Proqramı məzunu Fəqan Abdurəhmanov İsveç İnstitutu tərəfindən həyata keçirilən “Impact Pioneers ’26” proqramına qəbul olan liderlər arasında yer alıb. 🌏 10 ölkədən cəmi 54 gəncin seçildiyi bu platformada müxtəlif sektorlardan gələn iştirakçılar bir sual ətrafında birləşirlər: dayanıqlı gələcəyi necə daha sürətli qura bilərik? Fəqan da bu proqram çərçivəsində Azərbaycanın bərpa olunan enerji♻️ sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformaya daşıyacaq. O, növbəti 10 həftə ərzində Avropanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə birlikdə dayanıqlı inkişaf, innovasiya və yaşıl transformasiya sahələrində təcrübə mübadiləsi aparacaq, liderlik bacarıqlarını daha da inkişaf etdirəcək.✅ Daha ətraflı: https://dp.edu.az/az/news/50090,42%
  • 9 июл.🎓 Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının 3-cü məzun buraxılışı keçirilib. ✔️ Bu il 113 nəfər proqramı uğurla başa vuraraq məzun şəbəkəmizə qoşulub. ✔️Beləliklə BMU-İNHA ikili diplom proqramının məzunlarının ümumi sayı 256 nəfərə çatıb. Tədbirdə ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub. Məzunlarımızı təbrik edir və bol uğur arzu edirik! 🔗 Daha ətraflı: https://dp.edu.az/az/news/50100,22%
  • 11 авг.🇦🇿🇹🇷 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Ege Universitetinin birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində üçüncü kursu başa vuran 75 tələbə 2026/2027-ci tədris ilində təhsillərini Ege Universitetində davam etdirmək məqsədilə Türkiyənin İzmir şəhərinə yola düşüb. 📌 Tələbələr Ege Universitetinin Kənd Təsərrüfatı Fakültəsinin kampusu ilə tanış olublar, onlara universitetin kitabxana, səhiyyə, mədəniyyət və idman sahələri üzrə müvafiq struktur bölmələrinin nümayəndələri tərəfindən ali təhsil müəssisəsinin təqdim etdiyi akademik, sosial və mədəni imkanlar barədə ətraflı məlumat verilib. Daha sonra Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda geniştərkibli oriyentasiya proqramı təşkil olunub. 🔗 Ətraflı: https://dp.edu.az/az/news/50210,00%
  • 5 авг.🇦🇿🇹🇷Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan Proqram iştirakçıları ilə onlayn görüş keçirilib. 📌Görüş zamanı Dövlət Proqramı iştirakçılarının Türkiyədəki təhsil müddətində sosial fəaliyyətlərinin dəstəklənməsi, onların universitet həyatına uğurlu inteqrasiyası və təmsilçilik fəaliyyəti istiqamətində məsələlərə toxunulub. Tələbələrə təhsil alacaqları ali təhsil müəssisələrinin təqdim etdiyi akademik imkanlardan səmərəli istifadə etmələri, universitetdaxili layihələrə, elmi-tədqiqat fəaliyyətinə diqqət ayırmaları və tələbə birliklərində fəal iştirak etmələri tövsiyə edilib. 🔗Ətraflı: https://dp.edu.az/az/news/50200,00%