tgindex
Tech.az Media

A-dan Z-yə texnologiya Startap, İnnovasiya, Texnologiya FB, LN, İG, TW /techazmedia https://www.instagram.com/techazmedia

Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
6
Всего постов
25
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 046
+3 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
113
25 постов
Вовлечённость
10,8%
к подписчикам
Постов в день
0,9
всего 25
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
68
1/48двое суток
77
1/72трое суток
84

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • DATABRICKS 5 MİLYARD DOLLAR CƏLB ETDİ: ŞİRKƏTİN DƏYƏRİ 190 MİLYARD DOLLARA ÇATDI Süni intellekt və data platforması Databricks 5 milyard dollar investisiya cəlb edib və şirkətin qiymətləndirilməsi 190 milyard dollara yüksəlib. Bu göstərici cəmi bir neçə ay əvvəlki 134 milyard dollarlıq qiymətləndirmədən xeyli yüksəkdir. Şirkətin illik gəlir tempi artıq 7 milyard dolları keçib və ikinci rübdə gəlirlər illik müqayisədə 80%-dən çox artıb. Yeni kapital Lakebase, Genie və Unity AI Gateway kimi süni intellekt məhsullarının inkişafına yönəldiləcək.

  • BAKIDA 1 GVT-LIQ SÜNİ İNTELLEKT HESABLAMA PLATFORMASI YARADILACAQ Azərbaycan və Çinin ən iri dövlət şirkətlərindən biri olan CITIC Group Bakıda yaradılması planlaşdırılan süni intellekt hesablama platformasında əməkdaşlıq edə bilər. Mərhələli şəkildə qurulacaq platformanın ilkin hesablama gücünün 1 GVt-a qədər olması nəzərdə tutulur. Görüşdə CITIC Group-un layihəyə maliyyələşdirmə və tikinti-quraşdırma işlərində potensial tərəfdaş kimi cəlb edilməsi müzakirə olunub. Şirkətin ümumi aktivləri isə təxminən 1,5 trilyon dollar təşkil edir.

  • AZƏRBAYCANDA MOBİL RABİTƏ XİDMƏTLƏRİ 3% BÖYÜYƏRƏK 742 MİLYON MANATA ÇATDI 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 742,1 milyon manat dəyərində mobil telefon rabitəsi xidmətləri göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artım deməkdir. Ümumilikdə informasiya və rabitə müəssisələri 2,38 milyard manatlıq xidmət təqdim edib və real ifadədə 10,4% böyüyüb. Proqram təminatı xidmətləri 34,8%, internet xidmətləri 22%, informasiya xidmətləri 13,2% artıb.

  • UBER VƏ PONY.AI AVROPADA 2 MİN ROBOTAKSİ İSTİFADƏYƏ VERƏCƏK Çinin avtonom sürücülük şirkəti Pony.ai Uber ilə tərəfdaşlığını genişləndirərək Avropada 2 mindən çox robotaksi istifadəyə verməyi planlaşdırır. Layihə hazırda Xorvatiyanın Zaqreb şəhərində fəaliyyət göstərən kommersiya robotaksi xidmətinin Avropanın daha dörd şəhərinə genişləndirilməsini nəzərdə tutur. Tərəfdaşlıq Yaxın Şərqi də əhatə edir. Pony.ai 2026-cı ilin sonuna qədər qlobal robotaksi parkını 3 mindən çox avtomobilə çatdırmağı hədəfləyir. Yeni xidmətlərin istifadəyə verilməsi üçün tənzimləyici icazələr tələb olunur.

  • SELENA GOMEZ VƏ ANASI İNVESTORLARI ALDATDIĞI ÜÇÜN MƏHKƏMƏYƏ VERİLİB Müğənni və aktrisa Selena Gomez və anası mental sağlamlıq startapı Wondermind ilə bağlı investorların iddiası ilə üzləşib. İnvestorlar şirkətə təxminən 1,2 milyon dollar yatırdıqlarını və qiymətli kağızlarla bağlı saxtakarlıq, eləcə də müqavilə öhdəliklərinin pozulduğunu iddia edirlər. Onların sözlərinə görə, şirkət verdiyi vədləri yerinə yetirməyib, Gomez isə startapı tanıtmaq öhdəliyini icra etməyib. İddiaçılar investisiyalarının və hüquqi xərclərinin geri qaytarılmasını tələb edirlər. Wondermind isə açıqlama verməyib.

  • 🚀 Bütün startapların diqqətinə: INMerge 2026 üçün müraciətlər başladı! Startapınızı təqdim etməyə, aparıcı şirkətlərlə əlaqələr qurmağa və biznesinizi növbəti mərhələyə daşımağa hazırsınız? Seçilmiş startaplar aşağıdakı imkanları əldə edəcəklər: 🏆 50 000 ABŞ dolları mükafat fondu uğrunda mübarizə 🏨 Pulsuz 5 ulduzlu oteldə yerləşmə 🎪 Öz startaplarını xüsusi stenddə təqdim etmək 🤝 Korporativ şirkətlərlə xüsusi matchmaking görüşlərində iştirak INMerge 2026-da ideyanızı və məhsulunuzu təqdim etmək şansı əldə etmək üçün indi müraciət edin. 📅 Son müraciət tarixi: 15 sentyabr 2026 🔗 Müraciət: https://www.inmerge.az/startups/apply

  • Google Wallet valideynlər üçün yeni maliyyə nəzarəti funksiyası təqdim etdi Google Google Wallet tətbiqinə uşaqlar üçün yeni maliyyə nəzarəti funksiyası əlavə edib. Yenilik sayəsində valideynlər 18 yaşdan kiçik övladları üçün təhlükəsiz balans yarada, gündəlik xərcləmə limitləri təyin edə, əməliyyat tarixçəsini izləyə və hər alış-veriş barədə bildiriş ala biləcəklər. Telefon itirildikdə hesabı uzaqdan kilidləmək və ya müvəqqəti olaraq xərcləmələri dayandırmaq da mümkün olacaq. Uşaqlar Android telefonları və Wear OS cihazları ilə Google Pay qəbul edilən məntəqələrdə ödəniş edə biləcəklər. Yeni funksiya hazırda mərhələli şəkildə ABŞ-da istifadəyə verilir.

  • RAM çatışmazlığı iPhone 18 istehsalını ləngidir Apple-ın iPhone 18 modellərinin istehsalı yaddaş çiplərinin çatışmazlığı səbəbindən ləngiyir. İnsayder Tim Kulpanın məlumatına görə, TSMC zavodlarında yeni iPhone-lar üçün hazırlanmış təxminən 1 milyard dollar dəyərində A20 prosessoru RAM çatışmazlığı səbəbindən montaj mərhələsini gözləyir. Yeni 2 nm A20 çiplərində operativ yaddaş prosessorla birlikdə paketləşdirildiyi üçün yaddaş tədarükündə yaranan problemlər istehsala birbaşa təsir göstərir. İlk satış partiyalarının bundan təsirlənməyəcəyi gözlənilsə də, DRAM böhranı davam edərsə, sonrakı aylarda çatdırılma müddəti 2–3 həftəyə qədər arta və qiymətlər yüksələ bilər.

  • GTA VI təqdimatı 27 avqustda Netflixdə yayımlanacaq Rockstar Games 27 avqust tarixində GTA VI ilə bağlı yeni təqdimat keçirəcəyini açıqlayıb. Tədbir Netflix və YouTube platformalarında yayımlanacaq. Şirkətin məlumatına görə, Netflix abunəçiləri təqdimatı YouTube izləyicilərindən 6 saat əvvəl izləyə biləcəklər. Təqdimatda nələrin göstəriləcəyi açıqlanmasa da, oyunsevərlər ilk rəsmi gameplay görüntülərinin nümayiş olunacağını gözləyirlər. Xatırladaq ki, Grand Theft Auto VI 19 noyabr tarixində PlayStation 5 və Xbox Series X|S üçün satışa çıxacaq. PC versiyasının isə daha sonra təqdim ediləcəyi gözlənilir.

  • Spotify Premium abunəçilərinin sayı 300 milyonu keçdi Spotify ikinci rübün maliyyə nəticələrini açıqlayaraq Premium abunəçilərinin sayının ilk dəfə 300 milyonu keçdiyini bildirib. Şirkətin aylıq aktiv istifadəçi sayı illik müqayisədə 12% artaraq 777 milyona, gəlirləri isə 14% yüksələrək 4,8 milyard avroya çatıb. Spotify son aylarda fitnes məzmunu, audio jurnallar, konsert biletləri və kitab satışını xidmətlərinə əlavə edib. Platforma həmçinin fərdiləşdirilmiş podkastlar, AI əsaslı xülasələr, audiokitabların hazırlanması və çat əsaslı köməkçi kimi süni intellekt funksiyalarını da genişləndirir.

  • Türk alim Google DeepMind-a rəhbər təyin olundu Google DeepMind-da rəhbərlik dəyişikliyi baş verib. Şirkətin həmtəsisçisi Demis Hassabis Google DeepMind-ın İdarə Heyətinin sədri və Alphabet-in Baş Elmi İşçisi təyin olunub. Onun yerinə DeepMind-ın texnologiya direktoru və baş süni intellekt memarı olan türk alim Koray Kavukçuoğlu Senior Vice President vəzifəsini icra edəcək. O, Gemini platforması, AI modellərinin hazırlanması və qabaqcıl tədqiqatlara rəhbərlik edəcək. Sundar Piçai Kavukçuoğlunun 13 ildir DeepMind-da çalışdığını və WaveNet, DQN kimi mühüm texnologiyaların inkişafında əsas rol oynadığını bildirib.

  • Durov: Telegram məqsədli hücum səbəbindən App Store-dan silinmişdi Telegram-ın qurucusu Pavel Durov bildirib ki, messencerin App Store-dan müvəqqəti silinməsi moderasiya problemi deyil, məqsədli hücumun nəticəsi olub. Onun sözlərinə görə, hücum edən şəxs köhnə paylaşımı redaktə edərək qadağan olunmuş məzmun əlavə edib və daha sonra Apple-a şikayət edib. Telegram həmin məzmunu silərək hesabı blokladıqdan sonra tətbiq yenidən App Store-a qaytarılıb. Durov Apple-ı da tənqid edərək qeyd edib ki, şirkət əvvəlcə tətbiqi mağazadan silib, yalnız sonra Telegram komandası ilə əlaqə saxlayıb.

  • ABŞ hökuməti OpenAI, Meta və Google-u Ağ Evə çağırdı ABŞ Prezidenti Donald Tramp administrasiyası OpenAI, Meta, Anthropic və Google-u Ağ Evdə keçiriləcək görüşə dəvət edib. Görüşdə ən qabaqcıl süni intellekt modellərinin kibertəhlükəsizlik baxımından könüllü sınaqları müzakirə olunacaq. Addım OpenAI və Anthropic-in son testlər zamanı Sİ modellərinin digər şirkətlərin sistemlərinə daxil olduğunu açıqlamasından sonra atılıb. ABŞ hökuməti Sİ modellərinin hakerlik imkanlarını qiymətləndirəcək yeni test mexanizmi hazırlayır. OpenAI insidentlə bağlı texniki hesabat dərc edəcəyini, Konqres isə şirkətdən hadisə ilə bağlı izahat tələb etdiyini bildirib.

  • Apple Hindistanda 10 milyard dollarlıq satış həddini keçib Apple Hindistanda ilk dəfə illik satışlarını 10 milyard ABŞ dollarını ötüb. Bloomberg-in məlumatına görə, şirkətin gəlirləri bir il əvvəlki təxminən 9 milyard dollarla müqayisədə ikirəqəmli faizlə artıb. Satışların əsas hissəsini iPhone-lar təşkil etsə də, iPad və MacBook modellərinə tələbat da yüksəlib. Apple fevral ayında Mumbayda yeni mağaza açaraq ölkədəki rəsmi Apple Store-ların sayını altıya çatdırıb. Hindistan artıq şirkət üçün təkcə sürətlə böyüyən bazar deyil, həm də əsas istehsal mərkəzlərindən biridir. Hazırda dünyada istehsal olunan hər dörd iPhone-dan biri Hindistanda yığılır.

  • Anbarları PUA ilə vurulan Ozon Sİ agenti tətbiqinə başlayıb Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan Ozon alış-veriş prosesini asanlaşdıracaq yeni süni intellekt (Sİ) agentini pilot rejimdə istifadəyə verib. Hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatandır. Sİ agenti istifadəçilərin axtarış sorğularını, alış tarixçəsini, məhsul rəylərini və qiymətləri analiz edərək fərdiləşdirilmiş tövsiyələr təqdim edir. Çat vasitəsilə büdcə və ehtiyaclarla bağlı suallar verən sistem ən uyğun məhsulları seçməyə kömək edir. Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın PUA hücumları nəticəsində Ozon-un bəzi logistika mərkəzləri və anbarları zərər görmüşdü. Buna baxmayaraq, şirkət süni intellekt texnologiyalarına investisiyalarını davam etdirir.

  • Tesla və SpaceX gələcəyin çipləri üçün 55 milyard dollarlıq mərkəz tikir İlon Maskın Tesla və SpaceX şirkətləri Texasda Advanced Technology Chip Fab (ATCF) adlı yarımkeçirici tədqiqat mərkəzi tikir. Layihənin ilk mərhələsinə 55 milyard dollar, ümumi investisiyaya isə 119 milyard dollar ayrılması planlaşdırılır. Burada hazırlanacaq yeni nəsil süni intellekt çipləri Tesla elektromobillərində, robotaksilərdə, Optimus humanoid robotlarında və məlumat emalı mərkəzlərində istifadə olunacaq. Layihədə Tesla, SpaceX, xAI və Intel şirkətlərinin iştirakı gözlənilir. Hazırda tikinti işləri sürətlə davam edir və kompleks İlon Maskın Terafab təşəbbüsünün ilk mərhələsi hesab olunur.

  • Apple macbook Air-lərə çip çatdıra bilmir Apple yaddaş çiplərinin çatışmazlığı səbəbindən MacBook Air modellərinin tədarükündə problemlə üzləşib. Bloomberg-in məlumatına görə, şirkət anbar ehtiyatlarını qorumaqda çətinlik çəkir və bəzi sifarişlər yalnız 2026-cı ilin avqustun sonu, digərləri isə sentyabr ayında müştərilərə çatdırılacaq. Problemin əsas səbəbi yaddaş çiplərinin məhdud tədarüküdür. Apple vəziyyəti yaxşılaşdırmaq üçün Çin bazarında satılan cihazlarda yerli təchizatçıların komponentlərindən istifadə etməyi planlaşdırır. Şirkət bundan əvvəl MacBook Air və digər modellərin qiymətlərini də artırmışdı.

  • Magistraturaya qəbul olunanların nəzərinə: Qeydiyyat yalnız "mygov" üzərindən aparılacaq Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı bu ildən yalnız my.gov.az portalı üzərindən aparılacaq. Elm və Təhsil Nazirliyi bunun üçün myGov platformasında xüsusi rəqəmsal xidmət istifadəyə verib. Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam edəcək. Namizədlər myGov ID ilə sistemə daxil olaraq şəxsi və qəbul məlumatlarını təsdiqləməli, zəruri məlumatları doldurub müraciətlərini göndərməlidirlər. Müraciətin statusu real vaxt rejimində izlənilə, təhsil haqqı isə portal vasitəsilə onlayn ödənilə bilər. Təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra qeydiyyat prosesi tamamlanmış hesab olunur.

  • Arsenal süni intellekt mühəndisi axtarır İngiltərənin Arsenal futbol klubu Kişilərdən ibarət əsas komandanın Analitika şöbəsi üçün Süni İntellekt (Sİ) üzrə tədqiqat mühəndisi vakansiyası elan edib. Mühəndis klubun Sobha Realty Training Centre bazasında çalışaraq məşqçilər və analitiklərlə birgə futbol analizini təkmilləşdirən məlumat əsaslı tətbiqlər hazırlayacaq, əl ilə görülən prosesləri avtomatlaşdıracaq və komandanın performans analizini daha səmərəli edəcək. Bu addım göstərir ki, Sİ artıq futbol klublarında yalnız statistika üçün deyil, həm də taktiki hazırlıq, oyunçu performansının qiymətləndirilməsi və qərarvermə proseslərinin optimallaşdırılması üçün strateji alətə çevrilir.

  • Tesla 10 milyonuncu elektromobilini istehsal etdi Tesla 10 milyonuncu elektromobilini istehsal etdiyini açıqlayıb. Şirkət bu mərhələyə ilk milyon avtomobildən cəmi altı il sonra çatıb. Bu, Elon Maskın 2035-ci ilədək müəyyən etdiyi 20 milyon avtomobil istehsalı hədəfinin yarısının yerinə yetirilməsi deməkdir. Tesla eyni zamanda 10 milyon FSD abunəçisi, 1 milyon robot və 1 milyon robotaksi hədəflərinə də çatmağı planlaşdırır. Buna baxmayaraq, şirkət hələ ildə 2 milyon avtomobil sata bilmir və ABŞ bazarında satışlar son rübdə 13% azalıb. Tesla hazırda Yaponiya, Avstraliya və digər yeni bazarlarda mövqeyini gücləndirməyə çalışır.