🎯 Təhsilə fokuslan, yeniliklərdən geri qalma!
Статистика📚 Təhsillə bağlı ən son xəbərlər və rəsmi yeniliklər 👨🏫 MİQ • Sertifikasiya • Vakansiyalar • Təhsil məlumatları ❓Suallarınızı göndərin, kanalda paylaşım edirəm. 🤝 Əməkdaşlıq və reklam üçün: @Vicay_Muellim_Cavadov
- Последний пост
- 11 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 38
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 226
- 1/48двое суток
- 258
- 1/72трое суток
- 279
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
📢 Təhsil sənədləri artıq myGov-da! 💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır. 🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. 📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür. 📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq. 🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan. #ElmvəTəhsilNazirliyi #EduGovAz #TSİİ #mygov
📢 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən vakant inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edilir! 📌 Vakant vəzifələr: 🔹 Təsərrüfat işləri üzrə direktor müavini 🔹 Təsərrüfat müdiri 🔹 Uşaq birliyi təşkilatı rəhbəri 🔹 Kitabxana müdiri 🔹 Kitabxanaçı 🔹 Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri 🔹 Psixoloq 🔹 Katibə-kargüzar 🔹 Laborant 🔹 İnternat tipli ümumi təhsil müəssisələrində tərbiyəçi 📋 Vəzifələrin tutulmasına dair tələblər: 🔗 https://docs.google.com/presentation/d/1du2UydVH_3SxytcSc1-Wod3sZr3R1jyh/edit?slide=id.p1#slide=id.p1 📝 Müsabiqənin mərhələləri: 1️⃣ Qeydiyyat 2️⃣ Test imtahanı Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər. Namizədlərin təqdim etdikləri sənədlər əsasında müraciət etdikləri vəzifəyə uyğunluğu qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının tələblərinə uyğun olaraq yoxlanılacaq. 🔗Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLSf1gjyglKr1dvevW1NXMk7DVJ5xsGMTRwj8YwZt-lvd8AU-fg/viewform?usp=publish-editor 💻 Test imtahanı: Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. ✔️ 15 sual – Azərbaycan Respublikasının qanunvericiliyi ✔️ 15 sual – informasiya-kommunikasiya texnologiyaları ✔️ 30 sual – müraciət edilən vəzifə üzrə peşə bilikləri Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 30 və daha çox bal toplayan namizədlər müsabiqədən uğurla keçmiş hesab edilirlər. Müsabiqənin nəticələrinə uyğun olaraq namizədlərin vakant vəzifələrə təyinatı həyata keçirilir və ya onlar 1 il müddətinə ehtiyat kadr siyahısına daxil edilirlər. Ehtiyat kadr siyahısına daxil edilmiş namizədlər həmin müddət ərzində müvafiq vəzifələr üzrə yeni vakant yerlər yarandıqda, müəyyən edilmiş qaydada işə təyin oluna bilərlər. 📄 Qeydiyyat zamanı tələb olunan sənədlər: 📌 Şəxsiyyət vəsiqəsinin surəti; 📌 Təhsil haqqında sənədin surəti; 📌 Əmək kitabçasının surəti (olduğu halda); 📌 Namizədi xarakterizə edən əlavə sənədlər (sertifikat, diplom və s.) – istəyə bağlıdır. 📎 Sənədlər skan edilmiş formada qeydiyyat linkində müvafiq bölməyə yüklənməlidir. ❗ Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə müraciət edən namizədlər qeydiyyat zamanı hərbi biletin surətini də qeydiyyat sisteminə yükləməlidirlər. Eyni vakant yer üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük veriləcək: ▪️ Təhsil səviyyəsi daha yüksək olan namizədə; ▪️ İş stajı daha çox olan namizədə; ▪️ Təhsil müəssisəsinə daha yaxın ərazidə yaşayan namizədə. 📅 Qeydiyyat prosesi 11–18 avqust tarixlərini əhatə edəcəkdir. ⚠️ Namizəd yalnız bir vakant vəzifə üzrə qeydiyyatdan keçə bilər.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir. Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar. Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxanaçı, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, katibə-kargüzar, laborant, internat tipli ümumi təhsil müəssisələrində tərbiyəçi və digər) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir. Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir. Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linkləri: 1. KİTABXANA MÜDİRİ - https://forms.gle/EGCrkHmBKWZ2N2vg8 2. TƏSƏRRÜFAT MÜDİRİ - https://forms.gle/2evmZeqVGfAHWuHq7 3. TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ - https://forms.gle/e7SMitXZjXWLupYy5 4. LABORANT - https://forms.gle/ZNYiE4tf6qadrzem7 5. PSİXOLOQ - https://forms.gle/DMBVKdn29Wsdw5oi9 6. GƏNCLƏRİN ÇAĞRIŞAQƏDƏRKİ HAZIRLIĞI RƏHBƏR - https://forms.gle/4mZNhEio71MtwK718 7. UŞAQ BİRLİYİ TƏŞKİLATI RƏHBƏRİ - https://forms.gle/ujKTcpyLsxYdQ57D9 8. KİTABXANAÇI - https://forms.gle/ZPwSyLRWo85jGhxY7 9. KATİBƏ-KARGÜZAR - https://forms.gle/jpzdgi7x96F6dTbY7 10. İNTERNAT TİPLİ ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏRBİYƏÇİ - https://forms.gle/vDdZjjyVq5rC7RUa9 Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://docs.google.com/presentation/d/1SDdb-cihLDfRsiPi0dIOasXrXsUbyHml/edit?slide=id.p4#slide=id.p4 Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.: https://docs.google.com/spreadsheets/d/1TF-gpzZfrisuw1HPGS2dJ76XUTIpFgrs/edit?gid=1263001859#gid=1263001859 Namizədlər qeydiyyatdan keçdikdən sonra daxil etdikləri məlumatları təsdiq edən sənədləri (şəxsiyyəti təsdiq edən sənədin surəti, təhsil haqqında sənədin surəti, şəhid ailəsi üzvü olduqda müvafiq vəsiqənin surəti, əmək fəaliyyəti olduqda əmək kitabçasının surəti və s.) rayon təhsil sektorlarında yaradılmış müvafiq komissiyaya 14 avqust 2026-cı il, saat 18:00-dək təqdim etməlidirlər. Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv edilir. Qeydiyyat və sənədlərin qəbulu 08–14 avqust 2026-cı il, saat 18:00-dək aparılacaq. İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat namizədlərin qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələrə SMS vasitəsilə göndəriləcək, həmçinin İdarənin rəsmi “Facebook” səhifəsində məlumat veriləcəkdir. Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür: vəzifə bilikləri üzrə – 40 sual; qanunvericilik üzrə – 10 sual; informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual. Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər. Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər. İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir. Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir: müharibə iştirakçılarına və onların ailə üzvlərinə; təhsil səviyyəsi daha yüksək olan şəxslərə; iş stajı daha çox olan şəxslərə; müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
без подписи
без подписи
без подписи
без подписи
без подписи
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi ilə bağlı tez-tez verilən suallara cavab #MÜTDA #EduAz
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində tədris-köməkçi heyətinin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu elan edilir. Qeydiyyat linkləri: 🔹 Laborant vəzifəsi üzrə qeydiyyat: https://forms.gle/sxAeetBTaPAfVafW7 🔹 Kitabxanaçı və psixoloq vəzifələri üzrə qeydiyyat: https://forms.gle/6RrrgqwjP66Fj5ay8 🔹 Müsabiqə proqramı və vakansiyalar: https://drive.google.com/drive/folders/1sMmmr9mdZa6q0RjYwYtX47twYlhCjzMs?usp=drive_link Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanı mərhələlərindən ibarətdir. Sənəd qəbulu mərhələsində təqdim edilmiş sənədlərin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaq. Test imtahanında yalnız namizədin müraciət etdiyi vakant vəzifənin tələblərinə uyğun olan şəxslər iştirak edə biləcəklər. Şəhid ailəsi üzvləri qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədənkənar işə qəbul ediləcəklər. İmtahan prosesi zamanı namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq: * 15 sual – informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə; * 15 sual – qanunvericilik üzrə; * 30 sual – vakant vəzifənin tələblərinə uyğun olaraq. İmtahan prosesinə 120 dəqiqə vaxt ayrılacaq. İmtahan zamanı səhv cavablar düzgün cavablara təsir göstərmir. 30 bal və daha yüksək nəticə göstərmiş namizədlər müsabiqədə uğur qazanmış hesab ediləcəklər. Təyinatlar namizədlərin topladıqları balların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir. Bir vakant vəzifə üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda, aşağıdakı meyarlara uyğun namizədlərə üstünlük veriləcək: 1. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə; 2. Təhsil səviyyəsi daha yüksək olan şəxslərə; 3. İş stajı daha çox olan şəxslərə; 4. Vakant vəzifənin yerləşdiyi əraziyə daha yaxın ərazidə yaşayan şəxslərə Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır
📢 Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır 🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər. 📌 Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək. ℹ️ Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur. ❗️Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq. 🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq. #MÜTDA #EduAz #MİQ2026 #Müəllim #İşəQəbul
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib 14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib. İmtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və bəzi suallarda səhvlərin olduğu qeyd edilib. Belə ki, biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1, rus bölməsində 3, musiqi fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən uyğunsuzluq müəyyən olunub. Qeyd edilən səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin xeyrinə hesablanıb. Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər. #ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #MÜTDA #MİQ #Nəticələr
🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir. 📌 Qəbul qaydaları: 🔶 İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir; 🔶 Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. 🕐 Son müraciət tarixi: 10 avqust, 18:00 🔗 Qeydiyyat linki: https://portal.edu.az/ 🔗 Qəbul planı: https://shorturl.at/yWxTW 🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1336/inner #PeşəTəhsili #TələbəQəbulu2026
без подписи
22 iyul 2026-cı il tarixindən etibarən 29 iyun–8 iyul 2026-cı il tarixlərində ərizə qəbulu mərhələsi baş tutmuş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək. Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan müəssisələr üzrə şəhər və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, uyğun namizəd müəyyən edilənədək təşkil olunacaq. Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə komissiya üzvləri tərəfindən qiymətləndiriləcək. Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Şəxsi səhifənizi mütəmadi olaraq izləməyiniz tövsiyə olunur. Bütün namizədlərə uğurlar arzulayırıq! #MÜTDA #EduAz #Müsahibə #Direktor
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) STEAM, təbiət və texniki fənlərin proqramları şöbəsi müvafiq fənlər üzrə təhsil proqramlarının hazırlanması və mövcud fənn kurikulumlarının təkmilləşdirilməsi işinin təşkili üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. 🔹Əsas vəzifə öhdəlikləri - Müvafiq fənn üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və mövcud sənədlərin təkmilləşdirilməsi; - İşçi qruplarının işinin təşkili; - Fənn kurikulumlarına dair maarifləndirmə tədbirlərinin təşkili; - Fənn kurikulumlarının monitorinqi; - Fənn kurikulumlarına dair vebinarların, müzakirələrin və digər fəaliyyətlərin təşkili. - STEAM layihə və tapşırıqlarının hazırlanması. 🔹Namizədlər üçün minimum (məcburi) tələblər - Müvafiq fənn (Biologiya / Kimya / Fizika) üzrə ali təhsil (bakalavr dərəcəsi); - STEAM yanaşmasına dair minimum biliklərə sahib olma; - Müvafiq fənn üzrə dərin biliyə sahib olma; - Müasir pedaqoji yanaşmalar haqqında məlumatlılıq; - Məzmunun hazırlanması və qiymətləndirmə prinsiplərinə dair biliklərə sahib olma; - Beynəlxalq qiymətləndirmə tədqiqatlarının (PISA, TIMSS və s.) çərçivə sənədləri ilə tanışlıq; - Aydın, düzgün, əlaqəli, məqsədyönlü, strukturlu yazma; - Elmi mənbələrlə işləmə (ədəbiyyatı tapmaq, tənqidi qiymətləndirmək və praktik tövsiyəyə çevirmək). 🔹İş rejimi: tam ştat İş saatı: həftədə 5 gün, saat 9:00-18:00 Ünvan: Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 86 Tələblərə cavab verən namizədlərdən CV-lərini 1 avqust 2026-cı il tarixinədək hr@arti.edu.az ünvanına göndərmələri xahiş olunur. E-poçt mövzu sətrində fənnin adının qeyd olunması vacibdir, məsələn: “Biologiya fənni üzrə mütəxəssis”. Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Ətraflı: https://arti.edu.az/2026/07/21/t%c9%99hsil-institutunun-steam-t%c9%99bi%c9%99t-v%c9%99-texniki-f%c9%99nl%c9%99rin-proqramlari-sob%c9%99si-vakansiya-elan-edir/ #ARTİ #EduAz #Vakansiya
без подписи
📢 Tərbiyəçi-müəllim vəzifəsinə müraciət etmiş namizədlərin nəzərinə! İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində müraciət etmiş namizədlərə müraciətlərinə dair məlumat, həmçinin imtahanın keçiriləcəyi yer, tarix və saat barədə məlumatlar şəxsi kabinetləri vasitəsilə təqdim ediləcəkdir. 📌 Məlumatların vaxtında əldə olunması üçün şəxsi kabinetinizi mütəmadi olaraq yoxlamağınız xahiş olunur. 🗓️ Qeydiyyat prosesi 24.07.2026-cı il tarixinədək aktivdir. Müraciətinizi son tarixədək tamamlamanız tövsiyə olunur. Uğurlar arzulayırıq! #icmatehsili #mektebeqedertehsil #İşəQəbul
📢 Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir. ⏳ Qeydiyyat tarixi: 17-30 iyul 2026 🔗 Qeydiyyat linki: https://portal.edu.az/ 🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1335/inner 🔗 Vakansiya siyahısı: https://shorturl.at/5CZoD #PeşəTəhsili #MüəllimlərinİşəQəbulu2026 #MİQ2026