Xəzər Xəbər Tv
Статистика❌Rəsmi Xəzər Tv kanalı deyil 📌Ən Son Xəbərlər 🔍Dünyada Baş Verən Xəbərlər ✅Xəzər Xəbər - də ♻️ Reklam üçün Rəhbər @XezerXeberAdmin
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 39
- Всего постов
- 51
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 754
- 1/48двое суток
- 864
- 1/72трое суток
- 931
Медиана по постам, которые мы застали свежими и померили через сутки.
Посты
без подписи
без подписи
без подписи
без подписи
⚠️Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib
❗❗İranda ABŞ-a məxsus daha bir “MQ-9 Reaper” dronunun vurulduğu bildirilir
"28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti sabahdan müvəqqəti dayandırılacaq. Bu gündən AYNA tərəfindən 6 yeni express marşrut fəaliyyətə başlayıb: ● M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları; ● M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları; ● M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları; ● M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları; ● M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları; ● M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstəcək. ● Gediş haqqı 60 qəpik təşkil edir.
⚡Azərbaycanda "Dövlət auditi" informasiya sistemi yaradılır
⚠️Samuxda qarayara aşkarlanan ərazidə nəzarət postu qurulub, dezinfeksiya aparılır
⚡️Azərbaycanda 2020-ci ildən bu yana mina qurbanlarının sayı 436 nəfərə çatıb.
❗️Baş Prokurorluq: Vətən müharibəsindən sonra mina partlayışlarından 73 nəfər həlak olub, 363 nəfər isə xəsarət alıb.
❗️🇹🇷Hakan Fidan: Türkiyə Misirin Məkkə sazişinə qoşulacağına ümid edir ▪️Fidan qeyd edib ki, Ankara bu məsələni Misirlə sazişin imzalandığı ilk gündən müzakirə edir. ▪️Onun sözlərinə görə, Misir hazırda məsələni ətraflı şəkildə araşdırır və Türkiyə onun yaxın vaxtlarda sazişin rəsmi tərəfdaşı olacağına ümid edir.
🤩 Xalq artisti Alim Qasımovun doğum günüdür Avqustun 14-də Azərbaycanın Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun 69 yaşı tamam olur. 1957-ci ildə Şamaxının Nabur kəndində anadan olan sənətkar muğam sənətinin dünyada tanıdılmasında mühüm rol oynayıb. Hacıbaba Hüseynov və Ağaxan Abdullayevdən muğam dərsləri alan Alim Qasımov 25 yaşında ilk muğam müsabiqəsində uğur qazanıb. 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Mükafatına layiq görülən xanəndə dünyanın bir çox ölkələrində konsertlər verib. Onun ifaları və albomları beynəlxalq musiqi mühitində də böyük maraq doğurub. Alim Qasımov 2015-ci ildə Birinci Avropa Oyunlarının açılış mərasimində canlı muğam ifa edib. O, Azərbaycanın Dövlət Mükafatı laureatıdır.
❗️❗️ABŞ vitse-prezidenti: İnanıram ki, bu böhran ABŞ-ın mövqeyinin güclənməsi və İranın nüvə silahına sahib olmasının qarşısının alınması ilə başa çatacaq.
⚡️Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.
Xəzər Xəbər Tv pinned a video
⚽️ "Qarabağ" "Dinamo"nu məğlub edərək UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəldi.
Sərnişinlərin NƏZƏRİNƏ: Sabahdan yeni marşrutlar fəaliyyətə başlayır - FOTO
⚡️⚡️⚡️İrandan Azərbaycana 7,5 kq narkotik keçirmək cəhddinin qarşısı alınıb Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 ədəd psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı – 1975-ci il təvəllüdlü Ağapur Hüseyn Novruz saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
❗❗Rotterdam limanında partlayış olub, ölən və yaralananlar var Niderlandın Rotterdam limanında yerləşən “Gunvor Energy” şirkətinə məxsus neft emalı və yanacaq terminalında partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.