- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 4
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 102
- 1/48двое суток
- 116
- 1/72трое суток
- 126
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Söz insan tərəfindən icad edilmiş ən təsirli narkotikdir
Qəhrəmanın səyahəti
Bu gün Dünya Kitabsevərlər Günüdür. Mən də 5 yaşından bəri kitablarla iç-içə olan bir kitabsevər olaraq sizinlə ən sevdiyim 13 müəllifi paylaşıram. 1. Dostoyevski 2. Platon 3. Albert Camus 4. George Orwell 5. Friedrich Nietzsche 6. Carl Sagan 7. Stephen King 8. Tolkien 9. Richard Dawkins 10. Victor Hugo 11. Sergey Lukyanenko 12. Sapkowski 13. Kafka #13siyahı
Sadəcə nəfəs alıb-vermək
"Özümü yetərsiz görürəm" Gəlin, bu cümləni təhlil edək. Nə deməkdir yetərsiz olmaq? Necə yetərsiz olmaq olar? Harda? Nəyə görə? Kimə görə? Əgər bu hər hansı bir işi bacarmamaqla, ya da müəyyən əskikliklərin olması ilə bağlıdırsa, o zaman hər kəs yetərsizdir. Çünki, hər kəsin bacarmadığı şeylər var və hər kəsdə müəyyən mənfilər tapmaq mümkündür. Yox, əgər belə deyilsə, yetərsizlik nədir? Heç bir işdə yaxşı ola bilməmək? Belə bir insan da dünyada yoxdur. O zaman hər kəs yetərlidir. Özünü yetərsiz görən pasiyentlərimə bu sualı verirəm. Nəyə yetmirsiniz? Çünki, gördüyümüz kimi yetərsiz sözünə bir izah və definition vermək olmur. Tamamilə, içi boş və mənasız sözdür. Özünü yetərsiz görən bir pasiyentimlə belə bir dialoqum olmuşdu. Pasiyentim Rövşən adında gənc bir oğlan idi. Rövşən kənddən işləmək üçün şəhərə gəlmiş, təkbaşına İT öyrənmiş və Freelance şəkildə işləməyə başlamışdı. (Şəxsi məlumatlar şərtidir). Amma yetərsizlik fikri ağlından çıxmırdı. Ona belə bir sual verdim. - Hansı məqamlarda özünü yetərsiz hiss edirsən? - Görəndə ki, kimsə məndən yaxşıdır. - Səndən yaxşı olanlar, niyə görə yaxşıdır səncə? - Çünki, çoxdandır bu işlə məşğuldurlar. Mən isə təcrübəsizəm. - Amma təcrübə yığırsan. - Bəli, keçən ildən bu yana özümü inkişaf etdirmişəm. - Deməli, yaxşı olmaq səndə də alınır və bu işə potensialın var. - Hə, əslində elə görünür. - O zaman tam olaraq nəyə yetmirsən? - Professional deyiləm. - Səninlə eyni mərhələdə olub professional olmaq mümkündür sizin işdə? - Yəni məncə, heç bir işdə bir il ərzində professional olmaq mümkün deyil. - Üstəlik inkişaf da edirsən sən. Deməli, indi professional olan hər kəs bir zamanlar sənin kimi olub. Hətta bəlkə də bir çoxundan daha sürətlisən sən. - Ola bilər. - Əgər professional olan hər kəs bir dövr sənin kimi olubsa, burdan professional olmağın yolu sənin kimi olmaqdan keçir mənasını çıxara bilərik? - Bəli. - Elə isə, "mən yetərsizəm" deyəndə özünə haqsızlıq eləmiş olmursan? Rövşən gülümsədi və dedi: - Özümdən utandım deyəsən. Bütün məsələ budur. Özünüzə haqsızlıq etməyin. Fuad Əsədov
Başqalarının yanında edilən tənqid təhqirdir #psixoloq #psixologiya #fuadəsədov
Bir pasiyentim var idi, həmişə deyirdi ki, mən çox bəxtsiz insanam. Sual verdim ki, necə bu qənaətə gəlirsiniz? Bəlkə ailənizdə, sağlamlığınızda ya da münasibətlərinizdə problem var? Dedi yox, onların hamısı qaydasındadır. Sadəcə, dəfələrlə olur ki, mağazada bir paltar bəyənirəm, gedirəm pul götürüb gəlirəm ki, alım, görürəm paltar satılıb. Pasiyentim bunu dedi və bir az dayanıb əlavə etdi. " Belə səsli şəkildə deyəndə sanki mənasız gəldi mənə " Bəli. Çünki, fikir ümumidir. Siz beyninizdə bir şeyi düşünəndə o qədər detallı və ümumi düşünürsünüz ki, bu düşüncədən narahat ola bilərsiniz. Ona görə, narahat edici fikirləri səsli şəkildə deyin və görün qulağa necə gəlir. Fikirlərinizi sözlərlə ifadə etmək probleminizi konkretləşdirəcək və onu daha yaxşı anlamanıza səbəb olacaq. Probleminizi anlasanız həll yolu öz-özündən ağlınıza gələcək. Fuad Əsədov
Keçənlərdə bir qız öz sevgilisi haqqında danışır. Deməli, bu oğlanın atası anasını mənasız qısqanclıq üstündə on səkkiz yerdən bıçaqlayaraq, öldürüb. Beləcə, atası da həbsə girdiyi üçün oğlan uşaq yaşlarından hər iki valideynini itirmiş olur. Zaman içində bu oğlanın özündə də antisosial davranışlar müşahidə olunmağa başlayır. Dava, adam yaralama, oğurluq, maddə istifadəsi nə axtarsanız var, yəni. Hətta, bir neçə dəfə bu qıza da əl qaldırıb geyim üstündə, hansı ki, qız həqiqətən heç açıq saçıq falan da geyinmir. Amma bu qız bu oğlanla evlənməyi düşünür yaxın zamanda. Yadıma illər əvvəlki bir pasiyentim düşdü. Qız makiyaj etdiyi üçün sevgilisi iş yerinə gəlib, hər kəsin gözü qarşısında qızın saçlarından tutub, başını betona çırpmışdı. Qızın isə dediyinə baxın: - Neyniyim, onu sevirəm. Qadınlar niyə belədir? Niyə əksəriyyəti bad boy sevir? Ted Bundy və Jeffrey Dahmer kimi silsilə qatillərə həbsdəykən qadınlar tərəfindən yazılan sevgi məktubları hər kəs tərəfindən bilinən bir şeydir. Qadınların pis oğlanlara qarşı olan sevgisinin üç səbəbi var. 1. Avaranın sevgisi bir başqa olur, avara başqa cür mənimsəyir deyən qız sindromu. Yəni, aqressivliyi maskulinliklə qarışdırmaq. Aqressiv kişini mədəniyyətsiz və tərbiyəsiz olaraq deyil, kişi kimi kişi olaraq görürlər. Halbuki, alfa kişi maskulinliyi tamamilə fərqli bir şeydir. 2. I can fix him inancı. Bəzi qadınlar çox güclü empatiya hissinə sahib olurlar və bu cür oğlanların belə olmaqlarını travmalarına, genetikasına ya da ailəsinə bağlayaraq düşünürlər ki, onları dəyişdirə bilərlər. İçindəki yaxşı insanı üzə çıxaracam deyirlər. Halbuki, əksər hallarda zaman keçdikcə vəziyyət daha da pisləşir. Mənim dostumun bacısı da əri haqqında "onu düzəldəcəm" deyirdi, amma sonunda oğlan tərəfindən vəhşicə döyülərək öldürüldü. 3. Sevgi hər şeyə qadirdir romantikası. Deyil, əziz insanlar, sevgi hər şeyə qadir deyil. Sevgi çox önəmli bir şeydir. Amma, romantiklər tərəfindən önəmi həddindən artıq şişirdilmiş bir şeydir. Unutmayın, evlilik ciddi bir şeydir. Bizim cəmiyyəti və boşanmanın çətinliklərini düşünsək demək olar ki, bir atışlıq haqqınız var əksər hallarda. Həmin o bir atışı romantik şıltaqlıqla riskə atmaq olmaz. Fuad Əsədov
İnsanın həyatdakı ən böyük düşməni komfortdu. Komfortda olan bir insan özünü inkişaf etdirə, yaxşı işlər ortaya qoya bilməz. Komfortda olan insan həyatını daha yaxşı edə bilməyəcək. Çünki, yaxşı şeylər etmək üçün narahat olmaq və bu narahatlığı qəbul etmək lazımdır. Komfortdan çıxmayan ya da çıxmaq istəməyən insan kitab oxumayacaq, idman etməyəcək, dil öyrənməyəcək və hansısa kurslara getməyəcək. Komfort insanı çürüdür. Komfort deyəndə ağlınıza lüks gəlməsin. Universitet bitirib heç bir yerə cv göndərməyib, Boltda işləyən və işsizlikdən deyinən insanın yaşadığı həyatdır komfort. Çünki, əks variant əziyyət və mübarizədi. Komfortdan çıxmağa hazır olmayan insan, "az aşım, ağrımaz başım" prinsipi ilə yaşayan insan, "əşi belə də yaxşıdır, nolub ki, min şükür" fəlsəfəsini özünə düstur etmiş insan həyat məmnuniyyətini də yarada bilməz. Həyatınızı batırmaq istəyirsinizsə, gün ərzində rahat olmağa və özünüzə əziyyət verməməyə çalışın. Amma əgər inkişaf etmək, həyatdan məmnun olmaq və daha yaxşı versiyanıza yüksəlmək istəyirsinizsə, özünüzü narahatlıqda saxlayın. Xüsusilə, gənclərə aiddir dediklərim. Həyatdan məmnunluq, məmnuniyyətsizlik üzərinə qurulubdur. Fuad Əsədov
İnsanların bəlkə də anlaması lazım olan ən önəmli şeylərdən biri odur ki, onların dəyərinə heç bir şeyin təsir etmədiyidi. Sizin dəyərinizi başqa insanların sizə münasibəti, uğurlarınız ya da sahib olduğunuz şeylər müəyyən etməz. Siz sizsiniz və buna heç nə təsir edə bilmir. Yaşadıqlarınız yaşadıqlarınızdı. Başqa insanların yaşadıqlarınız haqqında dedikləri deyil. Sizin üçün önəmli olan bir şey, başqaları üçün önəmsiz ola bilər. Amma, əsas sizsiniz. Eyni zamanda, sizin daxili hüzurunuz da sizin özünüzdən asılıdır. İnsanlar düşünürlər ki, nələrəsə nail olsalar və yaxud da nələrisə qazansalar özlərini xoşbəxt hiss edərlər. Amma, diqqət etsəniz görərsiniz ki, maddi bir şey qazandıqda qısa müddətli olaraq özünüzü yaxşı hiss edirsiniz. Amma, bir az sonra yenidən əvvəlki sizə qayıdırsınız. Ona görə də önəmli olan daxili dünyanız və düşüncələrinizdi. Əsas onlardan muğayat olun. Fuad Əsədov
Başqasını necə dəyişdirə bilərsiniz?
Hər kəs Beethovendən ikinci Mozart olmağı gözləyirdi, amma o, birinci Beethoven oldu.
Sizə maraqlı bir şey deyəcəm
Yenə Harry Potter haqqında
Son 500 ildə kosmosla bağlı bilgilərimiz yenilənsə və güclənsə belə hələ də dünyada astrologiya, doğum xəritəsi və bürclərə inanan insanlar var. Əslində, bürclər insanların kosmosla bağlı ibtidai və qədim fikirlərinə əsaslanır. İnsanlar ulduzların səmadakı düzülüşünün onların həyatına və xarakteri nə təsirinə o vaxt inanırdılar ki, teleskop icad edilməmiş, yerin günəş ətrafında fırlanması, yerin düz olmaması və kainatın genişlənməsi hələ kəşf edilməmişdi. Amma, bu gün 21-ci əsrdə belə dünya əhalisinin 30 faizi astrologiyaya inanır və bu insanların əksəriyyəti qadınlardır. Astrologiyanın iddialarının elmi olaraq heç bir əsası olmadığını bilirik. Ona görə bu haqda uzun danışmayacam. Bəs bürclərin insan həyatı üzərində hər hansı bir subyektiv təsiri var? Avstraliyadakı Melbourne Universitetindən psixoloq Mohsen Joshanloo bunu öyrənmək qərarına gəlib. O, 13000-ə yaxın insanın son 50 ildəki həyat və psixoloji vəziyyətlərini obyektiv testlərlə ölçmüş nəticələri riyazi metodlarla analiz edib. Joshanloonun tədqiqatlarından çıxan nəticə budur ki, bürclər bir insanın xoşbəxtliyinə, uğurlarına, depressivlik səviyyəsinə, stress dərəcəsinə, iş məmnuniyyətinə, sağlamlığına, evliliyinə heç bir təsir göstərmir. Yəni, astrologiyanın iddia etdiyi kimi bürclərlə uğur, xoşbəxtlik, psixoloji vəziyyət və xarakter arasında heç bir əlaqə yoxdur. Üstəlik, bürclərin uyumu və uyumsuzluğu ilə bağlı olan iddia da boş bir səfsətədən ibarətdir. Hər kəsə sübut əsaslı düşüncə tərzi və sağlam seçimlər arzu edərək, vaxtımı dondururam. Fuad Əsədov
Nə vaxt psixoloqa müraciət etmək lazımdır?
İnsanların içində bir neçə iç səsi mövcuddur. Bu iç səs əslində sizin zehninizdə yaranan düşüncələrdi. Bu iç səs bəzən sizi pis hiss etdirir ya da sizə "kaş etməzdim" dediyiniz şeylər etdirir. İç səsin sizə dediyi bəzi şeylərə baxaq: - Sən çox dəyərsiz insansan. Səni incidirlər və səsini çıxarmırsan. Bir az özünə hörmət et. - O kimdir ki, səninlə elə danışır. Get, ağzını burnunu partlat. - Yaşamağın mənası yoxdur. Nə etsən də, həyatın düzəlməyəcək. - Əlindən heç bir şey gəlmir. - Hələ ki, bu işə başlamaq üçün hazır deyilsən. - Pis bir gün keçirirsən. Spirtli içki içməsən yaxşı olmayacan. Bunlar iç səsinizin sizə dediyi şeylərin kiçik bir hissəsidir. İç səsinizin dediklərini qəbul edəndə, başqa cür davrana bilmirsiniz. Bu yaxınlarda köhnə bir tanışla söhbət edirdim. Həyatın ona qarşı qəddar olduğuna özünü elə inandırıb ki, həyatını dəyişəcək yollar təklif edəndə də, heç bir şeyin əhəmiyyətli olmayacağını deyir. Dünən bir xeyriyyəçi pasiyentim işsiz bir insana iş vermək istədiyini və həmin adamın da "məndən adam olmaz" deyərək iş təklifini geri çevirdiyini dedi. Bunları edən iç səsidir. İç səsi bəzən tam bir şeytan kimi davranaraq sizi özünə inandıra bilir. Onun dedikləri sizə məntiqli və real görünür bu zaman. Amma, sizin bir şeyə inanmanız onun doğru olduğu mənasına gəlmir. İç səsiniz həqiqətin xəbərçisi olmadığı üçün əksər hallarda sizin inanacağınız yalanlar danışır. Amma iç səsi siz deyilsiniz. İç səsi beyninizdə yaranan düşüncələrdi. Siz düşüncələri müşahidə edənsiniz. Ona görə də onları analiz edə və seçə bilərsiniz. Əksər hallarda şeytanınızı haqlı çıxaran arqumentləri xatırlayaraq, onu müdafiə edirsiniz. Amma, obyektiv baxışla təhlil etsəniz onun əksər hallarda yanıldığını görəcəksiniz. Məsələn, iç səsiniz sizə "əlindən heç nə gəlmir" deyəndə əlinizdən gələn şeyləri sadalayaraq onu susdura bilərsiniz. İç səsiniz "bu işi edə bilməyəcən" deyəndə, gələcəyi görmə qabiliyyətinin olmadığını və edə biləcəyinizə dair də ehtimal olduğunu xatırlaya bilərsiniz. İç səsiniz sizə özünüzü pis hiss etdirəndə onun nə dediyinin fərqinə varın, analiz edin və onu susduracaq əks arqumentlər deyin. Fuad Əsədov
Oyun dünyası ilə maraqlananlar bilirlər ki, Souls oyunları deyilən bir oyun növü var. Bu oyunların ən böyük fərqi onların çətin olması və hekayəni təqdim etmə tərzinin digər oyunlardan çox fərqli olmasıdır. Bu oyunlar hər kəsin zövqünə uyğun deyil və açığı, hər kəsin də səbri və refleksləri bu oyunların öhdəsindən gələcək səviyyədə olmur. Təbii olaraq, bu oyunlar insanları iki qrupa bölür. Bir qrup insan var ki, hansı ki, mən də həmin qrupdayam, biz bu oyunları tərifləməkdən doymuruq, onların nə qədər möhtəşəm, necə gözəl bir incəsənət əsəri olduqlarından danışırıq. Digər qrupa görə isə bu oyunlar dünyanın ən pis, oynanılmağa belə layiq olmayan oyunlarıdır. Onu da qeyd edim ki, bu oyunlar iki dəfə “İlin Oyunu” seçilib və dəfələrlə müxtəlif digər mükafatlara layiq görülüb. İndi deyəcəksiniz ki, “Allahın psixoloqu, durub-dururkən niyə oyunlardan danışmağa başladın?” Məsələ burasındadır ki, ən gözəl şeylərin belə hədəf kütləsinin müəyyən bir hissəsi həmin şeyi qətiyyən bəyənmir. Dolayısıyla, bir işin düzgün və ya doğru olmasının göstəricisi onu hər kəsin bəyənməsi deyil. Əksinə, ən yaxşı şeylərin həmişə haterləri olur. Məşhur bir söz var: “Əgər hər kəs səni sevirsə, deməli sən yaltaqsan.” Siz bu dünyadakı ən yaxşı işi görsəniz belə, yenə də sizə “ayıb olsun” deyən insanlar olacaq. Sizi bəyənməyən, sizi qəbul etməyən insanlar həmişə tapılacaq. Ona görə də etdiyiniz işi sizin və başqalarının həyatına göstərdiyi təsirə görə qiymətləndirin. Fanatların da, haterlərin də sayı çox şey ifadə etmir. Fuad Əsədov
Bəzi insanlar var ki, həmişə ətraflarındakı insanlara kömək etmək və onları nədənsə xilas etməyə çalışırlar. Bunu o qədər çox edirlər ki, zamanla özlərini unudurlar və tükənirlər. Bu insanları həmişə kiməsə məsləhət verərkən və kimisə qurtarmağa çalışarkən görə bilərsiniz. Buna psixologiyada "qurtarıcı kompleksi" deyilir. Bəlkə inanmayacaqsınız, amma bu davranış bir çox hallarda narsistlikdən qaynaqlanır. Çünki, qurtarıcı rolunu oynamaq özündə "sənin üçün ən yaxşısını mən bilirəm" inancını daşıyır. Unutmaq lazım deyil ki, bu yaxşı və pis anlayışı nisbidir. Sizin üçün, hətta cəmiyyətin əksəriyyəti üçün yaxşı olan bir şey qarşı tərəf üçün pis ola bilər. Məsələn, çox maaşlı amma sevmədiyi işlə, az maaşlı sevdiyi iş arasında qalan adamı fikirləşin. Böyük ehtimalla, çox adam çox maaşlı işi seçməsini tövsiyə edər. Amma, bu adam üçün bu seçim onu pis hiss etdirəcək seçim ola bilər. İnsanların hər biri fərddir. Qurtarıcı kompleksinin qaynaqlarından biri də uşaq vaxtı özünü tənha və dəyərsiz hiss etməkdir. Ola bilsin ki, uşaq vaxtı çox məsuliyyət götürməli olmusunuz. Balaca uşaqlara baxmaq, ananı atadan qorumaq, evə pul qazanmaq və s. kimi. Nəticədə, "dəyərli hiss etmək üçün kiməsə kömək etməliyəm" kimi bir inancınız formalaşıb. Başqalarını qurtarmağa çalışmaqla əslində öz eqonuzu bəsləyirsiniz. Bu da qarşı tərəf üçün bezdirici ola bilər. Ümumiyyətlə, qurtarıcı rolu oynamaq effektiv deyil. Çünki, bu qarşı tərəfi tənbəlləşdirir. Hər kəs bu həyatda öz məsuliyyətini özü götürməlidir. Siz sizdən kömək istəməyən birinə kömək edə bilməzsiniz. Hətta, kimsə sizə dərdini danışanda, o dəqiqə kömək etməyə və məsləhət verməyə çalışmayın. Onun özündən soruşun. Sənə necə kömək edə bilərəm? Unutmayın, özünüzü düşünmək eqoistlik deyil. Əlbəttə, özünüzü düşünməyə haqqınız var. Beyhan Budak demiş, başqa bir insanı qurtara bilməzsiniz, insanlar özləri-özlərini qurtararlar. Fuad Əsədov
Emosional intellekt haqqında danışmaq istəyirəm. Emosional intellekt nədir? Buradakı “intellekt” sözünə diqqət eləyin. Deyək ki, belə bir cümlə işlədirik: “Filan kəs fizika mövzusunda intellektualdır.” Bu nə mənaya gəlir? O mənaya gəlir ki, bu insan fizika ilə bağlı kifayət qədər biliyə sahibdir. Emosional intellekt də insanın emosiyaları tanıması, anlaması, başa düşməsi və ona uyğun davranmasıdır. Avtomatik olaraq emosional intellektli bir insan mədəni olur, hisslərini kontrol edə bilir, əsəbini, həyəcanını, şübhələrini idarə edə bilir və digər insanların da hiss etdiklərinə hörmətlə yanaşır. Heç kimin hisslərinə boş şeymiş kimi baxmır. Təəssüflər olsun ki, hər kəs emosional intellektli deyil və bu səbəbdən dolayı insanlar bir-birlərini üzə bilirlər, bir-birlərinə pis davrana bilirlər. Və maraqlısı burasındadır ki, mən müşahidə edirəm ki, bəzən özünə qarşı pis davranılan insan dəyərsiz olduğuna inanmağa başlayır. Düşünür ki, “Mənə qarşı pis davranırlar, deməli, mən dəyərsizəm, kifayət qədər yaxşı deyiləm” və s. Bu düşüncənin nə qədər irrasyonal olduğu isə buradan görünür. Kimsə kifayət qədər emosional intellektə sahib deyilsə, bu niyə görə sizi dəyərsiz və kifayətsiz etsin ki? İnsanlar sizə görə mədəniyyətsiz ola bilərlər, tərbiyəsiz ola bilərlər və sizin dəyərlərinizə uyğun olmaya bilərlər. Və buradan heç bir şəkildə sizin dəyərsiz və kifayətsiz insan olduğunuz nəticəsi çıxmır. Başqalarının davranışlarına görə öz dəyərini müəyyənləşdirmək məhz buna görə mənasızdır. Fuad Əsədov