Munacat TV
СтатистикаAllahla söhbət etmək üçün ən yaxşı dil🤍🕊 Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir.
- Последний пост
- 11 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 238
- 1/48двое суток
- 272
- 1/72трое суток
- 294
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Əziz İslam Peyğəmbərinin (s) rehləti və İmam Həsən Müctəbanın (ə) şəhadəti ilə bağlı başsağlığı veririk!
Hədiyyə cavabı
Sənsiz dünya qəm içindədir...
Dualarına mane olan səbəb
Sənsən mənim canım Hüseyn (ə)
Sıxıntıdan xilas edən əməl
İraqlıların misilsiz kəraməti
Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et! Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən! (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)
təğətrəsə və tərədda fi həvah, və əsxətəkə və əsxətə nəbiyyək, və ətaə min ibadikə əhləş şiqaqi vən nifaq, və həmələtəl əvzaril mustəvcibinən nar (lin nar), fəcahədəhum fikə sabirən muhtəsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əllahummə fələnhum lənən vəbila, və əzzibhum əzaən əlima, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminullahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə muncizun ma vəədəkə və muhlikun mən xəzələkə və muəzzibun mən qətələk, və əşhədu ənnəkə vəfəytə bi əhdillahi və cahədtə fi səbilihi hətta ətakəl yəqin, fə ləənəllahu mən qətələk, və ləənəllahu mən zələməkə və ləənəllahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsulillah, əşhədu ənnəkə kuntə nurən fil əslabiş şamixəti vəl ərhamil mutəhhərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliyyətu bi əncasiha, və ləm tulbiskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnəkəl imamul bərrut təqiyyur rəziyyuz zəkiyyul hadil məhdiyy, və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və əlamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum muminun və bi iyabikum muqinun bi şərayii dini və xəvatimi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi, və nusrəti ləkum muəddətun hətta yəzənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələykum və əla ərvahikum və əcsadikum (və əcsamikum) və şahidikum və ğaibikum, və zahirikum və batinikum aminə rəbbəl aləmin. “ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN TƏRCÜMƏSİ Salam olsun Allahın vəlisinə və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam.
“ƏRBƏİN” ZİYARƏTNAMƏSİ (oxunuşu və tərcüməsi ilə) Ərbəin günü imam Hüseynə (ə) məxsus “Ərbəin” ziyarətnaməsini oxumaq müstəhəbdir. Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu ki, “ərbəin” günü günəş üfüqdən bir qədər qalxdıqdan sonra bu duanı oxu: السَّلامُ عَلَى وَلِيِّ اللَّهِ وَ حَبِيبِهِ السَّلامُ عَلَى خَلِيلِ اللَّهِ وَ نَجِيبِهِ السَّلامُ عَلَى صَفِيِّ اللَّهِ وَ ابْنِ صَفِيِّهِ السَّلامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ السَّلامُ عَلَى أَسِيرِ الْكُرُبَاتِ وَ قَتِيلِ الْعَبَرَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفَائِزُ بِكَرَامَتِكَ أَكْرَمْتَهُ بِالشَّهَادَةِ وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ وَ اجْتَبَيْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ ذَائِدا مِنَ الذَّادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَى وَ شَرَى آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ [لِلنَّارِ] فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ فَالْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْأَوْصِيَاءِ أَشْهَدُ أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ سَعِيدا وَ مَضَيْتَ حَمِيدا وَ مُتَّ فَقِيدا مَظْلُوما شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ مُنْجِزٌ مَا وَعَدَكَ وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ أَشْهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاهُ وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ] لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَأْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ [أَجْسَامِكُمْ] وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ آمِينَ رَبَّ الْعَالَمِينَ Əssəlamu əla vəliyyillahi və həbibih, əssəlamu əla xəlilillahi və nəcibih, əssəlamu əla səfiyyillahi vəbni səfiyyih, əssəlamu ələl Husəynil məzlumiş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əşhədu ənnəhu vəliyyukə vəbnu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəramətik, əkrəmtəhu biş şəhadəti və həbəvtəhu bis səadəh, vəctəbəytəhu bitiybil viladəh, və cəəltəhu səyyidən minəs sadəti və qaidən minəl qadəti və zaidən minəz zadəh, və ətəytəhu məvarisəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə əzərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəstənqizə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrəthud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axirətəhu bis səmənil əvkəs, və
"ƏRBƏİN" GÜNÜNÜN ƏMƏLLƏRİ 4 AVQUST / 20 SƏFƏR (Avqustun 3-ü axşamı Şam namazından sonra, yəni bu gün axşam, Ərbəin günü daxil olur.) Ərbəin günüdür (İmam Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadətinin 40-cı günüdür.) İmam Hüseynin (ə) ərbəinində o Həzrəti (ə) yaxından ziyarət etmək müstəhəbdir və o Həzrəti (ə) həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, İmam Sadiqdən (ə) soruşdular: - İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun? O həzrət buyurdu: - Hər zaman o Həzrəti (ziyarət etməyə tələsin. Çünki o Həzrəti (ə) ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O Həzrəti (ə) mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o Həzrəti (ə) ziyarət etmək üçün səmadan yerə enərlər.. İmam Həsən Əskəri (ə) buyurmuşdur: عَلاماتُ المؤمنِ خَمسٌ: صَلَواتُ إحدي و خَمسينَ، و زيارةُ الأربعينَ، و التَّخَتُّم بِاليَمينِ، و تَعفيرُ الجَبينِ، و الجَهْرُ بِبسم اللهِ الرَّحمنِ الرَّحيمِ Möminin beş əlaməti vardır: 1. Hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq; 2. “Ərbəin” günü İmam Hüseyni (ə) ziyarət etmək; 3. Səcdədə alını torpağa qoymaq; 4. (Namazda) “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan demək; 5. Sağ ələ üzük taxmaq.
без подписи
без подписи
Ərbəində Piyada yolçuluq üçün tövsiyələr 1. Piyada yola çıxdığımız andan İmam Hüseynlə (ə) mənəvi əlaqə yaratmağa çalışaq. Biz öz məşuqumuzun görüşünə gedirik. Hər an həvəsimizi artırmalıyıq ki, məqbərənin günbəzi altına çatanda və zərihi görəndə hisslərimiz bol olsun. Bu düşüncə ilə nə yorğunluğu hiss edəcəyik, nə də ayaqlarımızın ağrılarını. 2. Piyada yol gedib yorulmaqla İmam Hüseyni (ə) ziyarət etməyin ləzzəti daha çoxdur. Həzrətin ziyarətinə piyada getdikdə qəlblə ayaqlar arasında bir növ əlaqə yaranır. Yolboyu ayaqlarımız yorulduqda, yaxud yaralandıqda qəlb görüşə hazır olur. Bu anların qədrini bilək. 3. Yolboyu çox düşünək. Bir saat düşünmək bir il ibadətdən üstündür. 4. Fikirləşək ki, İmam Hüseyn (ə) nə üçün şəhid oldu? Nə üçün onun ziyarətinə gedirik? Biz Kərbəlada olsaydıq, nə edərdik? Bizim indiki vəzifəmiz nədir? İndiyə qədər nə etmişik? 5. Fikirləşək ki, İmam Hüseynin (ə) və dostlarının ailə-uşaqları bizim getdiyimiz yoldan dəfələrlə uzaq olan Şama qədər piyada, ayaqyalın, əsir vəziyyətdə və ac-susuz gediblər. İnsanın qəlbini daha çox ağrıdan onlara qarşı edilən hörmətsizliklərdir. Fikirləşək ki, indi Hüseynin (ə) ziyarətçilərinə necə hörmət edirlər! 6. Ürəyimizə müraciət etsək, Kərbəladan Şama gedən əsir karvanını aydın hiss edərik. Amma ətrafımıza nəzər salanda görəcəyik ki, nə qədər başıuca yol gedirik və hamı bizi gözəl qarşılayır. Onda öz-özümüzə deyəcəyik: Bu hara, o hara?! Bu düşüncələrdən sonra istər-istəməz düşünəcəyik: “Sənin (müsibətli) gününə gün çatmaz, Ey Əbu Abdullah!”¹ 7. Bu səfər İmam Mehdi (ə) ilə birlikdə gedilən bir səfər ola bilər. Yaxşı olar ki, həzrətin yanımızda olduğunu fərz edək, onun da ziyarətə getdiyini, bizi gördüyünü və matəm sahibi olduğunu bilək. 8. Yolboyu karvanımızın adamları ilə oturduqda rövzə məclisi qurmamız yaxşı olar. Ziyarətçilərə xidmət edən heyətlərin (mokəblərin) bəzisində karvanların istifadə etməsi üçün səsucaldanlar vardır. 9. Şeytan bu səfərin insan ruhunda buraxdığı böyük təsiri minimuma endirməyə çalışır. Ona görə də, bəzilərinin yersiz zarafatlar etməsinin, başqalarını lağa qoymasının şahidi oluruq. Əgər yolboyu zikr etmək üçün dəqiq proqramımız olsa və az danışsaq, çox asanlıqla belə hərəkətlərdən uzaq dura bilərik. 10. Piyada getdiyimiz müddətdə “Subhanəllah”, “Əlhəmdu lillah”, “La ilahə illəllah”, “Allahu-əkbər” zikrlərini daim təkrar edək. Bunlar ən yaxşı zikrlərdir. İmam Hüseynin (ə) son anlarında Kərbəlanın isti torpağı üstə dediyi sözləri demək daha yaxşıdır və insanın o həzrətlə daha yaxın ünsiyyətinə səbəb olar. Onun son sözləri bunlar idi: “İlahi! Sənin qəza-qədərinə razıyam, əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetən!” 11. Həzrət Əlinin (ə) məqbərəsində ikən yolboyu edəcəyimiz zikrləri tənzimləyək və ən azı, 5 min zikr, yaxud mümkün olsa, 14 min salavat deyək. 12. Yolboyu Aşura ziyarətnaməsini oxumağı unutmayaq. 13. Yemək-içməkdə ifrat-təfrit etməyək, yol gedə biləcəyimiz, ibadətlə məşğul ola biləcəyimiz qədər yeyib-içək. Çünki çox yemək qəlbin qaralmasına və mənəviyyatın azalmasına səbəb olur. 14. Ziyarət üçün piyada getməyimizin ibadət olduğunu bilək, mənəvi maraq və halla yol gedək, yolun başa çatmasına tələsməyək. 15. Əgər mümkün olsa, Kərbəlaya bir neçə kilometr qalmış yolu ayaqyalın gedək. http://T.me/MunacatTV
без подписи
Əgər günahkarsansa, bu torpağa səcdə et!
Ərbəin ziyarətinin mənəvi faydaları Hədislərə əsasən: Kərbəla ziyarətçisinin atdığı hər addıma görə ona bir yaxşı əməl yazılır və bir günahı bağışlanır. Allah onu nicat tapanların və diləyi qəbul olanların sırasına daxil edir. Ayağını hər dəfə yerə qoyanda onun üçün İsmayıl (ə) övladlarından olan bir qul azad etməyin savabı yazılır. İmam Hüseynin (ə) məzarına tərəf atdığı birinci addımda bütün günahları silinir, ikinci addımda savabları artır, sonrakı addımlarda da savabları dəfələrlə artır və cənnət ona vacib olur. Atdığı hər addıma görə ona bir savab yazılır, bir günahı silinir, məqamı bir pillə yüksəlir. Əmirəlmöminin Əlini (ə) ziyarət edib qayıdanlara iki həccin savabı yazılır, İmam Hüseynin (ə) məzarına tərəf atılan hər addıma görə isə bir həccin savabı. İmam Sadiq (ə) buyurub: “İmam Hüseynin (ə) qəbrini ziyarət etmək məqsədilə evindən çıxan şəxs əgər piyada gedərsə, Səxavətli Allah hər addımına görə ona bir yaxşı əməl savabı yazar, bir günahını məhv edər. Məqbərəyə çatdıqda Allah-Taala onu seçilmiş salehlər sırasına daxil edər, ziyarət əməllərini başa vurduqdan sonra isə adını xilas olmuşlar sırasına yazar. Qayıdan zaman da bir mələk onun qarşısında dayanaraq deyər: “Peyğəmbər (s) sənə salam göndərib buyurur ki, əməllərinə əvvəldən başla, bütün keçmiş günahların bağışlanmışdır”. Maddi və dünyəvi faydalar İmam Hüseyn (ə) sevgisilə 100 km piyada yol gedən şəxsin fiziki gücü artır, xeyir işlər görməyə və çətinliklərə dözməyə mənəvi güc yaranır. İraq xalqının dünyanın hər tərəfindən sel kimi axışıb gələn ziyarətçiləri qarşılaması şiə xalqlar arasında ülfət yaradır, kin-küdurətləri məhv edir. http://T.me/MunacatTV
Ərbəin icazəsi onun əlindədir
Həzrət Ayətullah Behcət Böyük arif həzrət Ayətullah Behcət Ərbəin ziyarətinə piyada getməklə bağlı buyurub: “Hədislərə görə, İmam Mehdi (ə) zühur edən zaman dünya əhalisinə deyəcək: “Ey insanlar! Mənim babam Hüseyni susuz öldürdülər. Ey insanlar! Mənim babam Hüseynin başını kəsdilər”. İmam Mehdi özünü bütün dünyaya İmam Hüseynlə (ə) tanıtdıracaq. Deməli, o zamana kimi bütün dünya Hüseyni (ə) tanımalıdır. Ancaq hal-hazırda hamı onu tanımır. Bu bizim təqsirimizdir. Biz şəhidlər sərvəri (ə) üçün güclü fəryad çəkib səsimizi bütün dünyaya çatdıra bilməmişik. Piyada Ərbəin ziyarəti İmam Hüseyni (ə) bütün dünyaya tanıtdırmaq üçün ən yaxşı fürsətdir. Şəhidlər sərvərinin (ə) ziyarəti tarix boyu çətin və təhlükəli olsa da, aşiqlər bunu gözə alıb Ərbəin günü İmam Hüseynin (ə) ziyarətinə getmişlər”. Ərbəin ziyarətinin İmam Mehdi (ə) ilə əlaqəsi Ərbəin ziyarətinin iki siması vardır. Bir siması Əbu Abdullah Hüseyndir (ə), digəri isə intizarı çəkilən həzrət Mehdi (ə). Möhtəşəm Ərbəin yürüşü və 20 milyon ziyarətçinin dünyanın müxtəlif yerlərindən Kərbəlaya toplaşması o həzrətin zühurunun yaxınlaşmasına ümidimizi artırır. İmam Mehdi (ə) bizim tabe olmalı olduğumuz imamımızdır. Ona görə də, nəfs və şeytanla cihadda öz yerimizi tapmalı, Həbib ibn Məzahir kimi müdriklik göstərib özümüzü dünya bazarından xilas etməli və axirət müştərisi olmalıyıq. Piyada Ərbəin ziyarətinin mesajı Piyada Ərbəin ziyarətinin mesajı bundan ibarətdir: “Ey mənim mövlam və sərvərim! Ey diri imamım! Ey Allahın böyük ehtiyatı! Əgər gəlsən və gözlərimiz üstə qədəm qoysan, səni cəddin Hüseyn (ə) kimi yalqız qoymaram. Bu sözümü sübut etməkdən ötrü Kərbəla yolunun və piyada Ərbəin ziyarətinin çətinliklərini gözə alıb tam sevgi ilə cihad edən və şəhid olan imamın ziyarətinə gəlmişəm və sənə bir daha beyət edirəm. Bu ictimai toplantı, bu insan seli göstərir ki, 20 milyon əsgər canını sənə fəda etməyə hazırdır!” Ərbəin ziyarətinə piyada gedənlərə tövsiyə Ərbəin günü Kərbəlaya piyada yürüşdə mütləq iştirak etməniz, bu möhtəşəm aksiyanı günortadan qabaq yerinə yetirməniz tövsiyə olunur.İmam Hüseynin (ə) məqbərəsinə piyada yürüş Allahın böyük ehtiyatı olan həzrət Mehdinin (ə) zühuruna bir növ hərbi hazırlıqdır. http://T.me/MunacatTV
Ərbəin barədə yalnız bir cümlə deyim: Hüseyn ibn Əlinin (ə) ailəsinin Kərbəlaya gəlməsi bəzən camaat arasında deyildiyi kimi təkcə ürəklərini boşaltmaq, yaxud əhdi təzələmək üçün deyildi. Məsələ bundan çox-çox önəmli idi. İmam Səccad (ə) və Zeynəbi-Kübra (ə) kimi şəxsiyyətlərin işlərini adi məsələlər kimi dəyərləndirmək olmaz. Belə böyük şəxsiyyətlərin iş və qərarlarında böyük sirlər axtarmaq lazımdır. Şəhidlər ağası Hüseynin (ə) məzarı üstə gəlmək Aşura hərəkatının davamı idi. Bu işlə Hüseyn ibn Əlinin (ə) ardıcıllarına, Peyğəmbər (s) ailəsinin dostlarına və müsəlmanlara çatdırmaq istəyirdilər ki, İmam Hüseynin (ə) başladığı qiyam sona çatmayıb. Bu hadisə qətlə yetirilməklə, dəfn olunmaqla, əsir düşməklə və azad edilməklə bitmir və davam etməkdədir. Şiələrə öyrətdilər ki, bura böyük toplantı yeridir. Buraya toplaşmaqla İslam dövləti qurmaqdan ibarət böyük İslam məqsədi yada salınmalıdır. Peyğəmbər (s) ailəsinin, İmam Səccadın (ə) və Zeynəbi-Kübranın (ə) Ərbəində Kərbəlaya gəlməsində məqsəd bu idi.” http://T.me/MunacatTV