tgindex
Səhər kanalı

Səhər kanalı

Статистика

🔴 Səhər kanalının rəsmi Telegramı

Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
37
Всего постов
49
Тип
открытый
Язык
und
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
2 393
−1 за 4 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
164
40 постов
Вовлечённость
6,9%
к подписчикам
Постов в день
5,3
всего 49
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
226
1/48двое суток
258
1/72трое суток
279

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Şəhid Rəhbərin Məşhəddəki sadə ata evindən yeni görüntülər yayımlanıb. 🔴 @SaharAzeriTVChannel

  • Bu axşam, KOMPAS proqramının 15 avqust buraxılışında müzakirə olunacaq Saat 21:20, Bakı vaxtı ilə 🔴 @SaharAzeriTVChannel

  • Rusiya: ABŞ-nin Hörmüz boğazı məntiqi anlaşılmazdır Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov Donald Trampın müavininin Hörmüz boğazı ilə bağlı açıqlamalarına münasibət bildirib. Mixail Ulyanov “X” hesabında ABŞ-nin terrorçu hökumətinin vitse-prezidenti Cey Di Vensin Hörmüz boğazı ilə bağlı açıqlamalarına toxunaraq, yazıb: “Vaşinqtonun məntiqini anlamaq mümkün deyil. Onlar Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasını tələb edirlər. Halbuki məhz bu azadlıq ABŞ-nin İrana qarşı təcavüzü nəticəsində yox olub”. O əlavə edib: “İndi isə özlərinin yol verdiyi bu strateji səhvin nəticələrini müharibəni davam etdirməklə aradan qaldırmaq istəyirlər. Burada nəsə düzgün getmir.” 🔴 @SaharAzeriTVChannel

  • İranlı qız zirvədə 🇮🇷🥇 Dünən yeniyetmələr arasında +77 kq çəki dərəcəsində birdən qaldırmada 113 kq, təkanla qaldırmada 148 kq və ümumilikdə 261 kq nəticə ilə 3 qızıl medal qazanan Məhsa Beheşti, 86 kq çəki dərəcəsində də 3 qızıl medal əldə edərək gənclər arasında Asiya çempionu oldu. O, ölkəsinin dövlət himni səslənərkən hərbi salamla ehtiramını bildirdi. 🔴 @SaharAzeriTVChannel

  • Şəhid Rəisinin hökümətinin daxili işlər naziri və SEPAH-ın yeni baş komandanı, general Vəhididən dünya mediasında trend olan yeni görüntü 🔴 @SaharAzeriTVChannel

  • Qəribabadi: Qeşm sahillərindəki neft çirklənməsi xarici hərbi təcavüzün nəticəsidir İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazim Qəribabadi bildirib ki, Qeşm adasının sahillərindəki neft çirklənməsi bölgədə xarici hərbi təcavüzün yaratdığı fəsadlardan qaynaqlanır. Kazim Qəribabadi vurğulayıb ki, Fars körfəzində İran sahillərinin ətraf mühitinə dəyən bu cür zərərlər, Hörmüz boğazının idarə olunması üçün mexanizmin, sahilyanı ölkə kimi İran tərəfindən müəyyən və tətbiq edilməsinin zəruriliyini əvvəlkindən daha qabarıq şəkildə ortaya qoyur. 🔴 @SaharAzeriTVChannel

  • без подписи

  • без подписи

  • İranın qızlar və oğlanlardan ibarət komandaları Asiya çempionatında üçüncü oldular Özbəkistanın Daşkənd şəhərində keçirilən Gənclər arasında Ağır Atletika üzrə Asiya Çempionatının sonunda, İranın qızlardan və oğlanlardan ibarət ağır atletika komandaları, komanda hesabında üçüncü pillədə qərarlaşıblar. İranın gənc qızlardan ibarət milli komandası 470 xal toplayaraq, 4 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər. Həmçinin, superağır çəki dərəcəsində çempion olan Məhsa Behişti isə yarışın ən güclü qadın ağır atlet adına layiq görülüb. Oğlanlar bölməsində isə İranın gənc atletləri 543 xal ilə birlikdə 9 qızıl, 5 gümüş və 3 bürünc medal qazanmağa nail olublar. 🔴 @SaharAzeriTVChannel

  • Nəbih Berri: Livanın sabitliyinin açarı İsrailin təcavüzü dayandırmasıdır Livan parlamentinin sədri ölkədə sabitliyin sionist rejimin təcavüzlərinin dayandırılmasından asılı olduğunu vurğulayaraq, bu rejimin hücumlarına dərhal son qoymasını və qüvvələrini beynəlxalq sərhədlərə geri çəkməsini tələb edib. O, təcavüzlərin dayandırılmasını danışıqlar prosesinin davam etdirilməsinin əsas şərti hesab edib. “Əl-Məyadin”in məlumatına görə, Livan parlamentinin sədri Nəbih Berri bildirib ki, Livanın sabitliyinin açarı İsraili təcavüzlərini dayandırmağa və qüvvələrini beynəlxalq sərhədlərə geri çəkməyə məcbur etməkdir. O qeyd edib ki, İsrail rejimi 2024-cü ilin noyabrından etibarən Livana və ölkənin cənubuna qarşı təcavüzlərini dayandırmayıb. 🔴 @SaharAzeriTVChannel

  • Azərbaycandan Ermənistana 60 min ton yük daşınıb Bu barədə Azərtac məlumat verib. 🔴 @SaharAzeriTVChannel

  • без подписи

  • Amerikalı dənizçinin həyat yoldaşı ifşaçılıq etdi: Pentaqon ərimin intiharı ilə bağlı həqiqətləri gizlətməyə çalışırdı ABŞ-nin “Abraham Lincoln” təyyarədaşıyan gəmisində xidmət edən və ötən həftə intihara cəhd edərək özünü dənizə atan dənizçilərdən birinin həyat yoldaşı ABŞ Müharibə Nazirliyinin (Pentaqon) bu hadisəni gizlətməyə çalışdığını ifşa edib. “MS Now” saytının məlumatına görə, amerikalı dənizçinin həyat yoldaşı açıqlamasında bildirib ki, əri avqustun 3-də “Abraham Lincoln” gəmisinin göyərtəsindən özünü dənizə atıb və təxminən bir saat sonra xilas edilib. O, həmçinin ifşa edib ki, əri hadisədən əvvəl psixoloji vəziyyəti ilə bağlı ciddi narahatlıqlarını dəfələrlə gəminin komandirlərinə bildirib, lakin onlar bu narahatlıqlara məhəl qoymayıblar. 🔴 @SaharAzeriTVChannel

  • İsrail rejiminin Livanın cənubuna artilleriya və PUA hücumları Livan mənbələri bildiriblər ki, bu gün səhər sionist rejim ordusunun artilleriya bölməsi Livanın cənubundakı Sur bölgəsində yerləşən “Vadi Zibqin” qəsəbəsini atəşə tutub. Eyni zamanda sionist rejimə məxsus bir dron Sur bölgəsində yerləşən əl-Mənsuri qəsəbəsinin ətrafına partlayıcı və yandırıcı maddələr atıb. Həmçinin, Livanın cənubundakı Əli ət-Tahir təpəsinin ətrafı da işğalçı rejim tərəfindən artilleriya atəşinə tutulub. 🔴 @SaharAzeriTVChannel

  • Washington Post: İrana qarşı müharibədə ABŞ-nin MQ-9 dronlarının dörddə biri məhv edilib ABŞ-nin İrana qarşı müharibədə ən azı 45 ədəd MQ-9 tipli dronunu itirdiyi və bunun da həmin dronların ümumi sayının təxminən dörddə birinə bərabər olduğu bildirilir. “Washington Post” qəzetinin məlumatına görə, ABŞ Müharibə Nazirliyinin məlumatlarından xəbərdar olan üç amerikalı rəsmi bildiriblər ki, ABŞ ordusu İrana qarşı müharibənin başlanmasından indiyədək ən azı 45 ədəd “Reaper” dronunu itirib. Müharibədən əvvəl bu dronlar ABŞ-nin təxminən 185 ədədlik donanmasının bir hissəsini təşkil edirdi. “Reaper” ABŞ ordusunun ən mühüm kəşfiyyat və hücum dronlarından biridir. Onun hər birinin dəyəri avadanlıq və silahlarından asılı olaraq 30 ilə 50 milyon dollar arasında dəyişir. Buna əsasən, yalnız bu müharibədə itirilmiş dronların ümumi dəyərinin 1,3 milyard dollardan çox olduğu təxmin edilir. “Washington Post” yazıb ki, bu itkilər ABŞ-nin silah ehtiyatlarının onsuz da təzyiq altında olduğu bir şəraitdə baş verib. ABŞ qüvvələri müharibənin yalnız ilk ayında 850-dən çox “Tomahawk”, həmçinin 1000-dən çox “Patriot” və THAAD raketi atıblar. Bu vəziyyət ABŞ-nin istifadə edilmiş silahların yerini sürətlə doldura bilmə qabiliyyəti ilə bağlı ciddi narahatlıqlar yaradıb. 🔴 @SaharAzeriTVChannel

  • Kontr-admiral Əli Ozmai: Reallıq ABŞ rəsmilərinin bəyanatlarında deyil, meydandadır İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin komandanı: 🔹 Hörmüz boğazı bağlıdır. Hərəkətlər üzərində nəzarətimiz tam və qətidir. Bu boğazdakı heç bir hərəkət SEPAH Hərbi Dəniz Qüvvələri döyüşçülərinin gözündən yayınmır. 🔹 Reallığı bəyanatlarda və ABŞ rəsmilərinin açıqlamalarında deyil, meydanda görmək lazımdır. 🔴 @SaharAzeriTVChannel

  • İran Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb: Sionist rejimin müstəmləkəçi ambisiyaları Colanın hüquqi və tarixi faktlarını dəyişdirə bilməz İranın Xarici İşlər Nazirliyi bir bəyanatda, sionist rejimin baş nazirinin Suriyanın Colan yüksəkliklərinin əbədi olaraq, bu rejimə məxsus olması və müstəqil Fələstin dövlətinin yaradılmasını inkar etməsi ilə bağlı ritorikasını kəskin şəkildə pisləyərək vurğulayıb ki, Colan təpələri Suriya ərazisinin ayrılmaz hissəsidir və işğalçı və qəsbkar bir varlığın müstəmləkəçi ambisiyaları hüquqi və tarixi reallıqları dəyişdirə bilməz. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanatında bildirib: “İşğal olunmuş Fələstin ərazilərinə hakim olan cinayətkar və mafiyaya bənzər dəstənin başçısı müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı fikir bildirmək mövqeyində deyil, çünki Fələstin torpaqları Fələstin xalqına məxsusdur və irqçi, soyqırım törədən sionist rejimin xülyaları bu faktı dəyişdirə bilməz.” 🔴 @SaharAzeriTVChannel

  • ✅ KOMPAS proqramının 12 avqust iyul buraxılışı Proqramın qonağı: İbrahim İbrahimi - Siyasi ekspert 🔴 Bizi digər sosial şəbəkələrdə də izləyin 📱Telegram 📱Instagram 📱TikTok 📱Facebook 📱X 📱Youtube

  • Putin Rusiyanın şərq sərhədlərinin təhlükəsizliyinin təmin olunmasını vurğulayıb Rusiya prezidenti Vladimir Putin ilk dəfə Kuril adalarına səfər edib və ölkənin şərq sərhədlərinin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb. “ТАSS” xəbər agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu gün, cümə axşamı, ölkənin Uzaq Şərqində yerləşən Saxalin bölgəsinə səfəri çərçivəsində Sakit Okean Donanmasının təlimlərinin yekun mərhələsini izləyib və ayrıca Rusiyanın şərq sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müşavirə keçirib. Putin Rusiya qvardiyasının “Varyaq” raket kreyserinin göyərtəsində keçirilən müşavirədə vurğulayıb ki: “Aydındır ki, hazırkı şəraitdə əsas vəzifələr Ukraynada keçirilən xüsusi hərbi əməliyyat çərçivəsində həll olunur.”. 🔴 @SaharAzeriTVChannel

  • Əraqçidən Fransanın xarici işlər nazirinə sərt cavab: İnsan hüquqları haqqında öyüd-nəsihət verməniz riyakarlıq və utancvericidir İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Fransanın xarici işlər nazirinin insan hüquqları ilə bağlı açıqlamalarını riyakarlıq və utancverici adlandırıb. Seyid Abbas Əraqçi X sosial şəbəkəsində Fransanın xarici işlər nazirinə cavab olaraq, yazıb: “Fransa kimi ölkələr dünya ictimaiyyətinə ‘insan hüquqları’ və beynəlxalq hüquq barədə möizə oxumağa son qoymalıdırlar. Bu, açıq-aşkar riyakarlıq və utancvericidir”. İsrailin Qəzzədə törətdiyi soyqırımına və İrana qarşı təcavüzkar hücumlara verdiyiniz dəstək, sahib olduğunuzu zənn etdiyiniz hər hansı əxlaqi üstünlüyü tamamilə məhv edib.” 🔴 @SaharAzeriTVChannel